Azərbaycan xristian forumu

Вы хотите отреагировать на этот пост ? Создайте аккаунт всего в несколько кликов или войдите на форум.

Azərbaycanın ilk xristian forumu, bütün məsihi qardaş və bacılarımızı dəvət edirik, Məsihi mövzular, videolar, şəkillər, xoş ünsiyyət, tanışlıq, İslam və Xristianlıq, müsəlmanlarla imana aid mövzuların

Matta 1 İsa Məsihin nəsil şəcərəsi (Luka 3:23-38) 1Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: 2İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. 3Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. 4Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 5Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. 6Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. 7Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. 8Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. 9Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. 10Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. 11Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. 12Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. 13Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. 14Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. 15Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. 16Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. 17Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir. İsa Məsihin doğulması (Luka 2:1-7) 18İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. 19Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. 21Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». 22Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: 23«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir. 24Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 25Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu. Matta 2 Müdrik adamların ziyarəti 1İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib 2dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». 3Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. 4Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. 5«Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: 6“Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, Çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”». 7Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. 8«Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. 9Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. 10Onlar ulduzu gördükləri vaxt çox sevindilər. 11Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. 12Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. Misirə qaçış 13Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». 14Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. 15Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım». 16Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. 17Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: 18«Ramada bir səs eşidildi, Ağlaşma və böyük fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, Təsəlli istəmir. Çünki onlar daha yoxdur». Misirdən Nazaretə dönüş 19Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb 20dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». 21Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. 22Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. 23Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi. Matta 3 Vəftizçi Yəhyanın gəlişi (Mark 1:1-8; Luka 3:1-18; Yəh. 1:19-28) 1O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. 2O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 3Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». 4Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. 5Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. 6Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. 7Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8İndi isə tövbəyə layiq bəhrə verin. 9Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 10Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. 11Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 12Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq». İsanın vəftiz olunması (Mark 1:9-11; Luka 3:21-22) 13O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. 14Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» 15İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. 16İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. 17Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». Matta 4 İsanın sınağa çəkilməsi (Mark 1:12-13; Luka 4:1-13) 1Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. 2İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. 3O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». 4İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». 5Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub 6dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». 7İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». 8İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: 9«Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». 10İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». 11Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi. İsa xidmətinə başlayır (Mark 1:14-15; Luka 4:14-15) 12İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. 13Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. 14Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: 15«Zevulun və Naftali bölgələri, Dənizkənarı yol, İordan çayının o biri tayı, Müxtəlif millətlər yaşayan Qalileya – 16Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu». 17O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». İlk şagirdlər (Mark 1:16-20; Luka 5:1-11) 18İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 19İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 20Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 21İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. 22Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər. İsa xəstələrə şəfa verir (Mark 3:7-12; Luka 6:17-19) 23İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 24Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. 25Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi. Matta 5 İsanın Dağüstü vəzi 1İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. 2İsa danışmağa başlayıb onları öyrədərək dedi: Bəxtiyar olanlar (Luka 6:20-23) 3«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. 4Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. 5Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. 6Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. 7Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. 8Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. 9Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. 10Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. 11İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 12Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər. Duz və nur 13Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. 14Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. 15Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. 16Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər. Qanun və Peyğəmbərlər 17Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. 18Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. 19Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. 20Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz. Hirs və qətl 21Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. 22Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. 23Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. 25Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. 26Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan. Zina və boşanma 27“Zina etmə” deyildiyini eşitmisiniz. 28Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. 29Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. 30Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. 31“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 32Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir. And içmək 33Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. 34Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. 37Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır. Düşmənlərinizi sevin (Luka 6:27-36) 38“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 39Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. 40Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. 41Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. 42Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma. 43“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. 45Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? 47Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? 48Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun. Matta 6 Sədəqə vermək 1Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. 2Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. 4Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Necə dua etməli (Luka 11:2-4) 5Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 6Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 7Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 8Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. 9Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, 10Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. 11Gündəlik çörəyimizi bizə bu gün ver. 12Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. 13Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.” 14Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. 15Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz. Oruc 16Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 17Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. 18Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Səmavi xəzinələr (Luka 11:34-35; 12:33-34; 16:13) 19Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. 20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. 22Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. 23Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! 24Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. Qayğı çəkməyin (Luka 12:22-32) 25Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? 26Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? 27Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 28Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. 32Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir! Matta 7 Mühakimə etməyin (Luka 6:37-42) 1Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. 2Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. 3Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 4Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” 5Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. 6Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar. Dua haqqında təlim (Luka 11:9-13) 7Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 8Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 9Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? 10Ya da balıq diləsə, ona ilan verərmi? 11Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! 12İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur. Dar qapı və geniş qapı (Luka 13:24) 13Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. Ağac və bəhrə (Mat. 12:33-35; Luka 6:43-46; 13:25-27) 15Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. 20Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. 21Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. 22O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” 23Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!” Ağıllı bənna və ağılsız bənna (Luka 6:47-49) 24Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. 25Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. 26Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. 27Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar». 28İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, 29çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. Matta 8 İsa bir cüzamlıya şəfa verir (Mark 1:40-45; Luka 5:12-16) 1İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. 2Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. 3İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. 4İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar». Yüzbaşının imanı (Luka 7:1-10) 5İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: 6«Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». 7İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». 8Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. 9Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 10Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. 11Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. 12Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». 13Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı. İsa çox adama şəfa verir (Mark 1:29-34; Luka 4:38-41) 14İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. 15İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı. 16Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. 17Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü». İsanın şagirdi olmaq nə deməkdir (Luka 9:57-62) 18İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. 19Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 20İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». 21Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 22İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin». İsa tufanı yatırır (Mark 4:35-41; Luka 8:22-25) 23İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 24Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» 26İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. 27Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?» Cinə tutulmuş iki nəfər sağaldılır (Mark 5:1-20; Luka 8:26-39) 28İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. 29Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» 30Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 31Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». 32İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. 33Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 34Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın. Matta 9 İsa iflicə şəfa verir (Mark 2:1-12; Luka 5:17-26) 1İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. 2Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». 3Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». 4Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? 5Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 6Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» 7Xəstə qalxıb evinə getdi. 8Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi. Matta şagirdlərə qoşulur (Mark 2:13-17; Luka 5:27-32) 9İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. 10İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. 11Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 12Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 13Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». Oruc barəsindəki sual (Mark 2:18-22; Luka 5:33-39) 14O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» 15İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. 16Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 17Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar». Qızın dirilməsi və qadının şəfa tapması (Mark 5:21-43; Luka 8:40-56) 18Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». 19İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. 20Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. 21Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». 22İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. 23İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü 24və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. 25Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. 26Bu xəbər o torpağın hər tərəfinə yayıldı. İki kor ilə bir lal sağaldılır 27İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» 28Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». 29O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». 30Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. 31Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar. 32Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. 33Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». 34Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur». Məhsul çox, işçilər az 35İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 36Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. 37O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. 38Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin». Matta 10 On İki şagirdə verilən vəzifə (Mark 3:13-19; 6:7-13; Luka 6:12-16; 9:1-6; 10:1-12) 1İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. 2Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 3Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, 4Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. 5İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, 6amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. 7Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. 8Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. 9Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. 10Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. 11Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. 12O evə girərkən ev sakinlərini salamlayın. 13Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. 14Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq. Şagirdlərin sıxıntıları (Mark 13:9-13; Luka 21:12-17) 16Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. 17İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. 18Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. 19Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, 20çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. 21Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 22Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. 23Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək. 24Şagird müəllimindən, qul da ağasından üstün deyil. 25Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! Kimdən qorxmalı (Luka 12:2-9) 26Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 27Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. 28Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. 29İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. 30Sizin başınızdakı saçlar belə, sayılıb. 31Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. 32İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. 33Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm. İsaya layiq olmaq (Luka 12:51-53; 14:26-27) 34Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. 35Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. 36“İnsanın düşməni öz ev əhli olacaq”. 37Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. 38Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. 39Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. 40Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. 41Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. 42Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».
Yəhya 1Allah Kəlamı 1Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2O, başlanğıcda Allahla birlikdə idi. 3Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4Həyat Onda idi və bu həyat insanların nuru idi. 5Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. 6 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. 14Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı. Yəhyanın şəhadəti (Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18) 19Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21 Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm». 24Göndərilən bəzi fariseylər 25Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 27Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi. 29Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm». İsanın ilk şagirdləri 35Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 40Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir. 42Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir. 43Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51 Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz». Yəhya 2 İsa suyu şəraba döndərir 1Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 2İsa ilə şagirdləri də toya çağırılmışdı. 3Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 4İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin». 6Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi. 7İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 8O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 9Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 10«Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan». 11İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 12 Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı. İsa satıcıları məbəddən qovur (Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46) 13Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. 18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 22İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar. 23İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi. Yəhya 3 İsa və Nikodim 1Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 2O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 5İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 7Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 8Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 9Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 10İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 11Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 12Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 13Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. 14 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 15Ona iman edən hər kəs əbədi həyata malik olsun». 16Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 17Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 18Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 19Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 20Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. 21Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun. Yəhyanın İsa barədə şəhadəti 22Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. 23Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. 24 Yəhya hələ zindana salınmamışdı. 25Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. 26Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». 27Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 28“Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 29Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. 30İndi Ona böyümək, mənə kiçilmək gərəkdir». 31Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. 32Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. 33Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. 34Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. 35 Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. 36Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. Yəhya 4 İsa və Samariyalı qadın 1Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 2əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. 3İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 4Onun yolu Samariyadan keçirdi. 5O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. 6Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. 7Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. 8Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. 9 Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. 10İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». 11Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 12Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» 13İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 14amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». 15Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». 16İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 17Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 18çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 19Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 21İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 23Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 24Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 25Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». 27Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. 28Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: 29«Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» 30Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. 31Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 32Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». 33Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. 34İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. 35 Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. 36Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. 37Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. 38Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». 39«Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 40Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 41Daha çox adam da İsanın sözünə görə iman etdi. 42Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur». 43İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. 44Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. 45İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər. Məmur oğlunun şəfa tapması 46Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. 47O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. 48Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». 49Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» 50İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. 51Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. 52Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü». 53O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. 54Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi. Yəhya 5 Hovuz kənarındakı xəstənin şəfa tapması 1Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 2Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 3Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. 4 5Otuz səkkiz il xəstə olan bir adam da orada idi. 6İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» 7Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». 8İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» 9O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. 10Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 11O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 12Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 13Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 14Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 15O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 16Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi. 17Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı. İsanın səlahiyyəti 19Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. 24Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. 30Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir. İsaya şəhadət 31Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz. 41İnsanlardan izzət qəbul etmirəm. 42Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»

    Qaranlıqlar Səltənəti

    Məsihin qulu
    Məsihin qulu


    Qaranlıqlar Səltənəti Azerba10
    Inam : Məsihi
    Mesajlar : 473
    Təşəkkürlər : 63

    Qaranlıqlar Səltənəti Empty Qaranlıqlar Səltənəti

    Сообщение автор Məsihin qulu Чт Сен 21, 2017 11:22 am

    Qaranlıqlar Səltənəti 1

    QARANLIQLAR SƏLTƏNƏTİ
    GİRİŞ


    Mən Məsih imanlısıyam, bu  kitabda yazılanlar da Şeytan və cin ruhları haqda mənim gördüklərim və eşitdiklərimdir.Mən bəzən onları görürəm, amma səslərini eşitmirəm, bəzən səslərini eişidirəm, amma özlərini görmürəm, bəzən isə həm eşidirəm, həm də görürəm.Mən onları müxtəlif görkəmdə görürəm. Bəzən əjdəha, bəzən şir, bəzən it, bəzən də meymun, amma ən çox insan görkəmində görürəm..Mən ilk dəfə Şeytanın səsini 26 yaşım olanda Quran kitabını oxuyan gecəsi eşitmişəm, həmin günü səhərə kimi yata bilmədim, bütün gecəni onun Allaha söyüşlərini eşitdim.Səhər açılanda  mağazaya gedib dua kitabı aldım, çünki imana təzə gəldiyimdən hələ dua edə bilmirdim.Ondan sonra isə mən İblisin səsini Xristianlığı qəbul edənə kimi 1 il yarım eşitmədim, amma Xristianlığı qəbul edəndən bəri düz 9 ildir ki, hər gün onun səsini eşdirəm...Mən çox xoşbəxtəm, çünki Allahdan doğulmuşam, Rəbbdə yaşayıram, amma kimsə deyə bilər ki, bütün məsihçi olduğun dövrdə İblisin səsini eşidə-eşidə necə özünü xoşbəxt sayırsan? Düzdü, mən onun səsini, Allaha, mənə və ailəmə söyüşlərini daim eşidirəm, bu çox iyrəncdir, lakin daxilimdə Rəbbin elə böyük Sevgisi var ki, Şeytanın hər cür murdarlığı  məni bədbəxt edə bilməz.Bəzən iblisin çox təsiri altında olmuşam, bəzən az, amma Rəbb bu bütün imanlı olduğum müddətdə bir an belə məni tərk etmədi, Sevgisi də daim ürəyimdə olur.Mən Şeytan və cinlərin iyrəncliyini nə üçün görürəm və ya eşidirəm heç özüm də bilmirəm.İsa Məsihə iman edən məsihçilərdən onları eşidən də olur, eşitməyən də.Kimsə düşünür ki, günah edib Şeytana yer verəndə insan onu hiss edir və ya eşidir.Amma bəzən də olur ki, Rəbb İblisin padşahlığı, və  onun hər cür iyrəncliyini insanlara bildirmək üçün bir imanlıya şəhadət üçün göstərir.Xeyir və Şər arasında ruhani müharibə gedir, bəzən Tanrı bir imanlını iblisin səltənətinə kəşfiyyata da göndərə bilər, ki bu mənim başıma gəlib, yuxuda Rəbb mənə bunu göstərib.Doğurdan da Ruhani aləm realdır, və Allah istəyir ki, mən gördüklərimin və bildiklərimin hamısını qələmə alıb yazım ki, insanlar ruhani aləmə: Allahın, mələklərin, Şeytanın və cinlərini mövcüdiyyətinə inansınlar, və hara getdiklərini: Cənnətə və ya Cəhənnəmə gedəclərini bilsinlər.Kimsə deyə biilər ki, Sənin beynin qarışıb, psixoloji pozuntudu, sən beyninlə danışırsan.Dünyəvi insanlara bunu danışanda belə reksiya verirlər.Amma İblis və ya cin ruhları mənə yaxınlşanda mən onların ruhlarını bədənimdə hiss edirəm.Sanki qatı hava dalğası üzərimə enir və öz ağuşuna almaq istəyir.Bu sözlərimi, daxillərində Müqəddəs Ruh yaşayan məsihçilər daha yaxşı başa düşə bilər, çünki Allah Ruh olduğu kimi, Şeytan da ruhdur.Allahın Müqəddəs Ruhu adamın üzərinə enəndə Onun Ruhu adama hüzur verir. Sevgisini hiss etdirir, sülh  və sevinc verir, insan Rəbbin Sevgisindən inanılmaz həzz alır, və Onun sevgisinəi valeh olur.Amma İblisin ruhu adamın üzərinə çökəndə insanda narahatçılıq, qorxu və həyacan yaradır.Rəbbin Ruhu yumşaq və safdır. Bədənə daxil olanda ruhani sevgini artırır, amma İblisin ruhu insanın üzərinə çökəndə cismani ehtirası artırır.
    Məsihin qulu
    Məsihin qulu


    Qaranlıqlar Səltənəti Azerba10
    Inam : Məsihi
    Mesajlar : 473
    Təşəkkürlər : 63

    Qaranlıqlar Səltənəti Empty Re: Qaranlıqlar Səltənəti

    Сообщение автор Məsihin qulu Чт Сен 21, 2017 11:31 am

    Qaranlıqlar Səltənəti 344518403

    Şeytanın insanla düşmənçiliyi nə üçündür?

    Müqəddəs Kitabda görə Şeytan baş mələk olub, ibranicə “keruv” olan bu ruhani varlıqların başçısı olan Iblisin adı Luçifer olub və bu adın mənası “nurlü”, “nur gətirən” və “dan ulduzu” mənasındadır.Müqəddəs 
     Kitabda Yezekiel 28 –ci fəsildə onun haqqından deyilir:

     12 “Sən kamilliyin möhürüsən, Müdrikliyin bütöv, Gözəlliyin qüsursuz idi. 13 Sən Allahın bağçası olan Eden bağında idin. Cürbəcür qiymətli daşlarla – Yaqut, topaz, almaz, Sarı yaqut, damarlı əqiq, yəşəm daşı, Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin. Qaxma və oyma işlərin qızıldan idi. Bunlar yaradıldığın gün hazırlanmışdı. 14 Sən məsh edilmiş, qoruyucu bir keruv idin. Səni bunun üçün qoymuşdum. Allahın müqəddəs dağının üstündə idin, Odlu daşlar arasında gəzirdin.15 Yaradıldığın gündən Səndə pislik tapılana qədər Yollarında qüsursuz idin. 16 Bol ticarətindən ötrü İçin zorakılıqla doldu,Sən günah etdin. Buna görə də səni murdar bir şey kimi Allahın dağından atdım, Odlu daşların arasından qovdum, Ey qoruyucu keruv! 17 Gözəl olduğun üçün ürəyin qürurlandı, Əzəmətinə görə müdrikliyini korladın. Beləcə səni yerə atdım, Padşahların önündə tamaşaya çevirdim.18 Çoxlu təqsir etdiyin üçün, Ticarətdə əliəyriliyinə görə Müqəddəs məkanlarını murdarladın. Mən içindən bir od çıxardım ki, Səni yandırıb məhv etsin. Bütün seyr edənlərin gözü önündə Səni torpaq üstündə külə çevirdim. 19 Xalqlar arasında səni tanıyanlarFəlakətinə heyrət etdi. Aqibətin dəhşətli oldu, Artıq salamat qalmayacaqsan”».

    Demək ki, İblis gözəlliyindən və qürurundan günah edib, və Tanrı onu əbədilik Özündən uzaqlaşdııb.Əvvəlki mövqeyini və rütbəsini itirən İblisin insana nifrət etməsinin birinci səbəbi, insanın Tanrı tərəfindən yaradılmasıdır.Allaha nifrət edən Şeytan, Allahın yaratdıqlarına da necə nifrət etməyə bilərdi? Bundan sonra o, insanı günaha batırdığı üçün Tanrı onu lənətləyib, ona insanların günahlarından qida təyin edir.Şeytan və cin ruhları insanların günahı ilə qidalanır.Bu Yaradılış kitabı 3:14 də öz təsdiqini tapır.İncilin Vəhy bölümünə görə İblis Allahdan atılandan sonra mələklərin 1/3 – öz tərəfinə çəkir.Bu mələklərə cin ruhları deyilir, onların hamısı Şeytana xidmət edir, və hərəsinin dünyada öz mövqeyi və rütbəsi var.Bütün bunlardan da əlavə “göylərin qaçqınları” olan Şeytan və cin ruhları insanlarda yaşayır.Tanrı insanı əslində Özü üçün yaradıb, insan canlı bir evdir, və Tanrının Müqəddəs Ruhu üçün bir məbəddir.Rəbbin Ruhu bütün saleh məsihçilərdə yaşayır.Amma Allahı axtarmayan, Həqiqəti bilməyi arzulamayan insanlar daim günah edərək bilmədən İblisi və cinləri öz həyatlarına dəvət edirlər.Günahkar insanlarda Şeytan və cin ruhları yaşayır.Hər bir insan istəyər ki, öz evi olsun, cin ruhları da istəyirlər ki, onların öz evləri olsun.Mattanın Müjdəsində, İsa Məsihin söylədiyi məsəldə cin ruhu insanı “evim” adlandırır.Demək ki, Şeytan və cin ruhlarının insanlarla düşmənçiliyi 1-cisi insanın Tanrı tərəfindən yaradılan bir varlıq olması görədir, 2-cisi Şeytan və cin ruhlarının qidası insanlardadır, 3-cüsü Şeytan cə cinlərin məskənin insanlarda olmasıdır.Bütün bunları nəzərə alaraq demək olar ki, ruhani aləm olan İblisin səltənəti “Qaralıqlar Səltənəti” məhz insanların üzərində qurulub.Onların evləri də insanlardadı, yemləri də insanlardı, padşahlıqları da insanların üzərindədir.Bəs bütün bunlar Tanrının iradəsidirmi? Şər nə üçündür, və necə yaranıb? Bax bu bir sonrakı mövzuda.
    Məsihin qulu
    Məsihin qulu


    Qaranlıqlar Səltənəti Azerba10
    Inam : Məsihi
    Mesajlar : 473
    Təşəkkürlər : 63

    Qaranlıqlar Səltənəti Empty Re: Qaranlıqlar Səltənəti

    Сообщение автор Məsihin qulu Чт Сен 21, 2017 11:33 am

    Qaranlıqlar Səltənəti Eca358748b5b649b88d8f461855bf5ba-725x1024

    Dünyada şər nə üçündür?

    Müqəddəs Kitabda göylərdə yaşayan əsasən 3 ruhani varlıqlar sadalanır ki, bunlardan ən birincisi keruvlardır, hansı ki, bunlar Allaha ən yaxın olanlardır, sonra seraf deyilən varlıqlar var, onlar daim Rəbbə həmd edib Onu izzətləndirirlər, və bir də mələk deyilən ruhani varlıqlar var. Keruv(im)  sözü “İlahi biliyin tamı”, “Tanrı izzətinin qoruyucusu”, Seraf(im) sözü  “İlahi sevgi”, “İlahi istilik”,  və “alov” “yandıran” mənasındadır, Mələk sözü müjdəçi deməkdir.İblis Lyüçifer olanda keruv olub, Tanrı onu göylərdən atanda, O  mələklərin 3/1 ini öz tərəfinə çəkib, həmin mələklərə cin ruhları, və ya natəmiz ruhlar deyildi.”Şeytan” adının mənası “rəqib” deməkdir, yəni o hər bir insanın rəqibidir.İncilin Vəhy bölümündə göylərdəki döyüş haqda bəhs edilərdkən deyilir ki; “12:7 Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü,  8 amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı.  9 O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı.” Göründüyü kimi şeytan və mələkləri yerə atılır, və bu Tanrının iradəsi ilə olur, çünki Tanrı istəsəydi onları birbaşa Cəhənnəmə atardı, amma Allah bunu hələ etmədi.Və bunda da Allahın məqsədi var idi.Bəs Şeytan və mələkləri nə üçün onlar üçün hazırlanmış odlu gölə yox, bizim  dünyamıza atıldı?  Şər nə üçün dünyamıza daxil edildi? Bunun bir çox səbəbi var.Birincisi, necə ki, Rəbb şeytan vasitəsiylə Adəm və Həvvanı sınamışdı, eləcə də onun vasitəsiylə hər bir insanı sınayır.Dost dar gündə tanındığı kimi, Allaha iman və sevgi də sınaqda bilinir.Şeytanın adlarından biri “sınayan” mənasındadır, yəni o insanın imanını sınayır, amma insanın Allaha imanı ondan çox Allahı maraqlandırır.Deməli, Allah Özü şeytan vasitəsiylə insanın imanını yoxlayır.Şeytan, Allahın izni olmadan dünyada heç nə edə bilmir.Əyyub kitabını oxuyanda bunu lap gözəl anlamaq olur.Allah insanın ürəyində imanın və ona sevginin olmasını, insanı sınamazdan qabaq da bilir.Onun insanı sınaması sadəcə insanın ürəyindəkilərini üzə çıxarması üçündür.Hökm Günü də insan öz əməllərinin əvəzini alacaq.Şeytan və cin ruhlarının insana fəsvəsəsi də bunun üçündür, insan Allaha sadiq qalıb, Onun Qanununa riayət edəcək, yoxsa yox.Dünyada sınanmayan insan yoxdur.Qabil qardaşını öldürməzdən qabaq, Rəbb ona dedi ki,”günah qapının ağzında dayanıb, lakin sən ona üstün gəlməlisən” Hər bir cin ruhu bir günahı təmsil edir; Zina ruhları var, falçılıq ruhları var, intihar və eləcə də müxtəlif günahı təmsil edən ruhlar var.Xeyir və şər arasında gedən mübarizə də bu ruhlarla insanlar arasındadır.Allahla ünsiyyətdə olan saleh insan hər bir günaha qalıb gələ bilər, çünki onun daxilində Tanrının gücü var, amma Allahla heç bir ünsiyyəti olmayan insan Şeytana və günaha qalib gələ bilməz.Çünki, Şeytan insandan güclüdür, insan ancaq Allahın Gücü ilə şeytana qalib gələ bilər.İkincisi, şərin dünyada olması günahkarların cəzalanması üçündür, əgər insan günah edirsə o cin ruhunun təsiri altına düşür, və tövbə edənə kimi cin ona zülm edir.Məsələn, Müqəddəs Kitabda görürük ki, İsrailin birinci padşahı Allaha itaət etmədiyinə görə Allahdan cin ruhu gəlib ona daim zülm edir. Bundan başqa Hakimlər kitabında yazılır ki,  Allahdan cin ruhu gəlib Avilmələk və Şekem əhalisini günahlarına görə bir-birlərinə qarşı edir.Cin ruhların insanlara ancaq onların günahlarının müxtəlifliyinə görə zülm edə bilər.Məsələn, daxilində günah edən elə daxilində də cəzasını alar, ağır günah edən cinə tutulub intihar da edə bilər.Daim zina edən insanlar cin tərəfindən ağır xəstəliyə tutula da bilər.Bu Rəbb tərəfindən qoyulan ruhani Qanunlardı.Günah etməyən insana cin ruhları heç nə edə bilməz, cinə ancaq günah edən insanlar tutula bilər.Deməli,Tanrı, şər qüvvə vasitəsiylə yaratdığı insanı sınayır ki, insan Ona itaət edir, yoxsa yox, itaət etməyən insan da dərhal elə şər tərəfindən də cəzalanır.Ücüncüsü, Rəbb şəri öz məqsədi üçün də istifadə edir, məsələn, İncildə Həvari Pavel yazır ki, Allahdan çoxlu vəhy aldığından onda qürur yaranmasın deyə, ona zülm vermək üçün cin ruhu göndərilir.Və ya Yeni Əhdin başqa yerində Pavel imanlılara göstəriş verir  ki, bir nəfər cinsi əxlaqsızlıq edən imanlını Şeytana təslim etsinlər ki, bədəni ölsün, lakin ruhu xilas olsun.Demək ki, şərin olması həm də insanın yüksəlişi üçündür. Dürdüncüsü, şərin dünyda olması Xeyir qüvvə olan Tanrının daha yaxından dərk edilməsi üçündür.Yəhyanın Müjdəsində deyilir “Nur qaranlıqda parlayır” Gəlin bu ayəni geniş nəzərdən keçirək.Əgər gündüz  çöldə bir çıraq yansa və onun nuru nə qədər güclü olsa da insanların diqqətini elə də özünə cəlb etməz, çünki hər tərəf onsuz da işıqlıdır.Amma heç bir yerdə işıq olmasa, qaranlıqda həmin çıraq yansa, onun işığı hər yerə nur saçar, insanlar da bu nuru hətta uzaqdan belə görüb ona valeh olar, onun nuruna toplaşar, və bu nurun onlar üçün nə qədər vacib olduğunu anlayar.Tanrı Nurdur, Nur da qaranlıqda parlayır.”Qaranlıq” şər deməkdir.Deməli, məhz şəri görə-görə biz Nur olan Tanrını lap çox tanıyır və dərk edirik.Şərin iyrəncliyini görüb anlayırıq ki, Rəbb nə qədər Xeyirxah, Mərhəmətli və Lütfkardır.El arasında belə bir məsəl var “Pisi görməsən yaxşının qədrini bilməzsən” şəri də görməsəydik Yaradan Allahımızı lap çox taniya və dərk edə bilməzdik.Deməli, şərin dünyaya atılmasında Tanrının iradəsi və bir çox məqsədi var.Hətta şərin yaranmasında belə Allahın iradəsi var, kiməsə bu qəribə gələ bilər, amma Yeşaya peyğəmbərin kitabında Allah deyir:Sülhü, fəlakəti və şəri yaradan mənəm.
    Məsihin qulu
    Məsihin qulu


    Qaranlıqlar Səltənəti Azerba10
    Inam : Məsihi
    Mesajlar : 473
    Təşəkkürlər : 63

    Qaranlıqlar Səltənəti Empty Re: Qaranlıqlar Səltənəti

    Сообщение автор Məsihin qulu Чт Сен 21, 2017 11:53 am

    Qaranlıqlar Səltənəti Ilustrasi-pintu-neraka
    İblis və cinlərdə olan keyfiyyətlər.
    İblisin insanla rəftarına baxanda adama elə gəlir ki, sanki insanda olan keyfiyyətlər onda da var, amma əslində bu belə olmaya da bilər.İblis və cinlər insanla, insan kimi rəftar edirlər.Onlar insana müxtəlif görkəmlərdə görünsələr də, danışıqları, rəftarı və səsləri həmişə insan kimidir.Onların səsini eşidəndə adama elə gəlir ki, sanki onlar gözəgörünməz insandırlar.Amma əslində belə olmaya da bilər, Şeytan və cinlərdə olan keyfiyyətlər tamam başqa, bizə naməlum keyfiyyətlər ola bilər.Onlar insanın anlaması üçün də insanla insan kimi rəftar edə bilərlər.Məsələn, onlar daim söyüş söyür, əxlaqsız zarafat edib insanı ələ salmağı çox sevirlər, bəzən insana vəhşi kimi bağırıb qəzəblənirlər, amma bəzən insanı öz təsirinə salmaq üçün insanla, insandan da çox mehriban ola bilərlər.Ona görə də biz ruh olan şeytan və cinləri tam dərk edə bilmərik.Biz insan ola ola insanları yaxşı tanımadığımız bir halda, ruhları necə tam tanıya və ya dərk edə bilərik?

    SÖYÜŞ
    İblisin əsas silahı.
    1
    Şeytanda və cinlərdə olan ən pis keyfiyyət onların daim söyüş söymələridir.İlk dəfə Müqəddəs Kitab Bibliyanı oxuyanda mən Şeytanın Tanrıya iyrənc söyüşlərini eşitdim, mən o zaman şoka düşmüdüm, və nə edəcəyimi bilmirdim.O. Allaha söyüş söyüb küfr edirdi. Mən onun səsini daxilimdə eşidirdim, və bu məni çox qorxuya salırdı, və məndə güclü narahatçılıq yaranırdı.O. Allaha söyürdü, və mənə deyirdi ki, Allaha mən söyürəm.Doğurdan da məndə elə təəsürat yaranırdı ki, söyən mənəm. Çünki o mənim daxili səsimlə söyürdü.Mən o zaman şübhələri dağıdıb ona inanmazq istəmirdim.Bəzən də mənə elə gəlirdi ki, o məni dəli edir, və mən Tanrıya söyürəm, amma mən buna inanmadım, və sonradan maraqlandım ki, belə hallar başqa imanlı məsihçilərdə də olur.O, gecələr Allaha söyüb mənə fikirlər göndərirdi ki, mən ona həmd edim, və ona tərif deyim.O günlər yuxularda da, o məni daim qorxudurdu, onu yuxularda hiss edirdim, və qorxudan ayağım tutulurdu.Mən eşitmişdim ki, Şeytanı İsa Məsihin Adıyla qovmaq lazımdır. Amma mən qorxudan yuxularda İsa Məsihin Adını çəkə bilmiridim.Şeytanda ən pis mənfi keyfiyyət söyüşdür.O daim söyüş söyür, və söyüşün qaynağıdır.Dünyada kim söyürsə bu onun daxilində olan iblisin toxumudur.Heç kim iblis kimi söyüş söyə bilməz, çünki söyüşün və hər cür günahın qaynağı məhz Şeytandır.Mən ondan eşitdiyim söyüşləri ömrüm boyu heç kimdən eşitməmişəm. Bəzən iblisin təsirində çox olanda 3 gün, 10 saniyədən bir onun mənə iyrənc söyüşlərini eşitmişəm, hətta o  gecələr belə yata bilmirdim.Rəbb şəfa verməsə buna heç bir ürək dözməz.İblis və cin ruhları daim söyüş söyürlər, onlar söyüşsüz rəftar  edə bilmirlər.Onlarla danışmağı Rəbb bizə qadağan edib, amma bəzən dözməyib onlara cavab vermişəm.Bir dəfə çox söyüş söyən zaman əsəbiləşib dedim “Ə murdar nə qədər söyüş söyəssən?” Bir də mənə söyüb dedi ki, “Bəs biz nə ilə döyüşək”? Söyüş iblisin bizə qarşı silahı, zəhərli oxlarıdır.Amma Rəbb o qədər güc verir ki, buna doğrudan da dözmək olur, bəzən hətta onların söyüşlərinə adamın gülməyi də gəlir.Yeni Əhddə bir ayədə deyilir ”Sən Allahın tək olmağına iman edirsənmi, yaxşı edirsən, cinlər də iman edirlər və əsirlər” bu ayəni anlamaq çətindir.Gecə gündüz Allaha daim ən pis iyrənc söyüşlər söyən şeytan və cinlər necə Allahdan qorxub əsirlər? Şəri yaradan Allahdır, bəlkə Allah onlara belə pis mənfi keyfiyyət verib? Düzünü Tanrı bilir, amma mən daxilimdə  onların Allaha söyüş və küfrünü çox eşitmişəm, başqa adamların dilindən də eşitmişəm, elə insanların ağzından söyən də cinlərdir.Bəlkə Allaha söysələr də, Ondan qorxurlar? Amma dəfələrlə onlardan eşimişəm, deyirlər “Allahda kimdi?” sonra da göyə baxıb “ ay göydəki .....(İyrənc sözlər Onu adlandırılar) sonra da söyüş söyürlər.İblisin, bu imanlı illərdə mənə ən çox söydüyü anam olub, sonra bacıma,  Allaha, və atama olub... Mən subayam, əminəm ki, arvadım olsaydı ən çox söydükləri o olardı.
    Məsihin qulu
    Məsihin qulu


    Qaranlıqlar Səltənəti Azerba10
    Inam : Məsihi
    Mesajlar : 473
    Təşəkkürlər : 63

    Qaranlıqlar Səltənəti Empty Re: Qaranlıqlar Səltənəti

    Сообщение автор Məsihin qulu Чт Сен 21, 2017 11:54 am

    Qaranlıqlar Səltənəti I

    SEVİNC və ZARAFAT
    Cinlər də sevinirlər.
    2
    Söyüşdən əlavə Şeytan və cinlərdə sevinmək də var, məsələn insanın pis gününə sevinirlər.Onlar da gülürlər, insana gülüb lağ edirlər.Bəzən insana hətta filmlərdən belə cavab verirlər.Bəzilərinə qəribə gələr, amma adamı güldürməyi də çox sevirlər.Bilmirəm insanı güldürəndə onlar insanda özlərinə yer edirlər, yoxsa yox, amma mənim başıma belə şeylər çox gəlib.Məsələn çox söyüşlərini eişdib əsəbləşib mən deyəndə ki, “eləcə arvad kimi söyüş söyürləre” qayıdıb “Yol Əhvalatın” flimindən cavab verirlər ki, “İki dənə də universitet qurtarmışıq hələ” Əsas da insan günah edəndə çox sevinirlər, çünki onların qidası məhz günahdır.Bəzən etdiyim günaha görə, cin sevincək it görkəmində (Bilmirəm cin idi, yoxsa şeytanın özü) yanımda o tərəfə, bu tərəfə qaçırdı.İnsan xətələnəndə, və bir yeri ağrıyanda da çox sevinirlər.Başım ağrıyanda həmişə onların “bərk ağrısın” dediyini eşitmişəm.Düzdü, bəzi şeylərə özləri sevinsələr də, insanın sevinməyini heç  vaxt iistəmirlər.İnsan bir az sevinən kimi söyüş söyüb insanın sevincini əlindən almaq istəyirlər.Bəzən də səslərindən başım ağrıyanda, iblis gözəl bir qız görkəmində yanımda uzanıb deyir “Aşkım mənə bax, sağalassan, mən o səhradakı tunc ilanam” Tövratda İsrail övladları günah edəndə Rəbb zəhərli ilanlar göndərib onları cəzalandıranda, onlar Musanın düzəltdiyi tunc ilana baxanda sağalırdılar.Iblis gözəl qız görkəmində mənə çox görünüb, kimsə deyə bilər ki, sən subay olduğun üçün qız çox arzulamısan, sənin sadəcə gözünə görünür.Amma girişdə yazdığım kimi, o mənə toxunanda, onun ruhunu bədənimdə hiss edirəm, qabaqdan toxunanda qabaqdan, arxadan qucaqlayanda arxadan ruhunu hiss edirəm, sanki üzərimə kiçik meh əsir.Bəzən də gülüb çiynimdə oturub deyir ”Aşkım qoy bir az oturum da nolar” Amma hər dəfə mən çalışıram ondan uzaqlaşım, biz məsihçilərin gücü bir dualarımızdadı, bir də əlimizdə.İblis hər mənə yaxınlaşanda əlimi yuxarı qaldıran kimi o uzaqlaşır, çünki bizdə olan gün onda olandan böyüdür.Cinlər milçək kimidir, onları daim qovmaq məcbiriyyətində qalırsan.Onlar daim milçək kimi insana toxunub öz toxumlarını səpmək istəyirlər.

    QƏZƏB
    Şeytan və cinlərdə olan əsas keyfiyyət.
    3
    Şeytan və cinlərədə olan əsas keyfiyyət qəzəbdir.Ona görə də onlar İncildə natəmiz ruhlardan başqa  “qəddar ruhlar” da adlanırlar. Şeytan və cinlərin insana nifrəti o qədər böyükdür ki, Allah qorumasa onlar bütün insanları parça-parça edərlər.Mən Şetanın səsini ən çox əxlaqsız bir insanın səsi kimi eşitmişəm.Məsələn türmələrdə olanların başçısı necə əxlaqsız, daim söyüş söyən, yekəxana olur, İblis ondan min qat betərdi.Bəzən onun təsiri altında çox olanda onun səsi nərildəyən şirin səsi kimi olur, bəzən hətta dinozavr səsinə oxşayır.Deyirlər ilanın daim başı ağrıdığına görə əsəbi olur, ona görə yanından insan keçən kimi onu sancır.İblis də sanki belədir, daim qəzəbli, daim bağırır..Mən İblisin qəzəbini ən çox internetdə müsəlmanlara Müjdəni təbliğ edəndə hiss edirəm.Hər dəfə mən internetdə təbliğ edəndə o mənə və Allaha söyür, keçmişdə məni incidən adamların mənə olan pis hərəkətləini yadıma salır, çaşdırmaq və ruhdan salmaq istəyir.Mən hər internetdə təbliğ edəndə elə bil müharibənin içindəyəm.Belə vəziyyətdə mən kp.də ilahilər oxudub Rəbbə həmd edə-edə təbliğ edirəm.Şeytan və cinlər ən çox da mən sakitçiliyə çəkilib dincələndə mənə hücum edirlər.Çünki, insan əsasən sakitçiliyə çəkiləndə ruhani aləmi hiss edir və eşidir.Bəzən o qədər səslərini eşidib və onları görürəm ki, sanki beynim yerindən oynayır, günlərlə dərman atıram.Allah qorumasa adamın beyni dağılar.Bəzən də o, sakitləşib deyir ki; ”Bax mən sənə hüzur verirəm, sənin allahın” və kiçik bir müddətə sakitləşir. Nə qədər iyrənc də olsa mən bu sözləri eşidirəm.Amma ondan nəsə qəbul etmək istəmirəm.O məni çox yorur, daim istəyir ki, ondan hüzur istəyim deyir “məndən istə, sənə hüzur verəcəm”. Bəzən beynim o qədər yorulur ki, ürəyimdə deyirəm “Ya Rəbb kömək et, ölürəm” Amma Şeytanın səsini eşidirəm, deyir “səni ölümdən betər edəcəm”... Bax, Məsihin Müjdəsini daim yayan hər bir məsihçi belə müharibədə döyüşür.Fiziki müharibədə bəzən uzun müddət dincəlmək olur, amma Ruhani müharibə bundan çox fərqlidir.Ruhani müharibədə dinclik çox az olur.Özü də bu müharibə daxilimizdədir, ürəkdə və idrakda... Bəs sən əziz dost, daxilində illərlə iblisin sənə ana və bacı söyşlərini eşitsən nə edərsən? Özü də ona əlin çatmır ki, boğasan, və ya qovasan. Duayla müvəqqəti dinclik eəldə etmək olur.Bax, biz məsihçilərin bir qismi belə iyrənclikdən keçirik, bəzən adam hər şeyə nifrət edir, ibadətdən uzaqlaşıb sadəcə hüzur içində yaşamaq istəyir.Elə olub ki, Müqəddəs Kitabı bir yerə qoyub Allahdan uzaqlaşmaq istəmişəm, amma Ondan heç 3 saat da uzaqlaşa bilmirəm.Tanrı Sevgisi hər şeyə qalib gəlir.Ümimiyyətlə, baxanda vəziyyət qəribə də olsa mafiyadakı kimidir, mafiyada olsan, nə desələr etməlisən, yox, çıxmaq istəsən, çıxmamışdan qabaq səni öldürəcəklər. Bir məsihçinin vəziyyəti də buna oxşayır, sən Allahın Padşahlığı olan Səmavi Səltənətdəsən, İblis də gecə-gündüz sənə qarşı döyüşüb, sənə inanılmaz sıxıntılar və problemlər yaradır, Allahdan üz döndərib, imandan dönsən avtomatik keçəcəksən  başqa bir padşahlıq olan İblisin Səltənətinə.Bunu da Allah sənə bağışlamayacaq.İncildə Rəbb deyir imandan dönəndən canım razı qalmayacaq.Allahdan üz döndərənin də yeri elə iblislə bir yerdə cəhənnəm odudur.Deməli bir çıxış yolu qalır, nə sıxıntı olur olsun dözmək.Vəhy kitabında da Rəbb deyir axıra kimi səbr edən qalib gələcək.Qalib gələn də əbədi həyat alacaq.Bəzən məətəl qalıram ki, Rəbb necə məni İblisin belə təzyiqi altında saxlayır, heç insan öz körpəsinə belə sıxıntını qıymaz, amma hər dəfə bunu düşünəndə, Rəbb mənə kitabdakı o ayəni xatırladır “Kimi sevirəm. Onu tərbiyə və məzəmmət edirəm”  Övladı siqaret çəkib əyyaşlıq etsə də ana övladına bir söz deməz, deyər kişidi də.Amma Allah belə deyil, və insanda olan qürur və başqa pis keyfiyyətlərin məhvi üçün O, hətta öz övladını şeytana təslim edər, İncildə də bunu təsdiqləyən ayələr var.Şeytana da təslim ediləndə bədən ölür, ruh qüvvətlənir.


    İblis və cinlərdə olan keyfiyyətlər

    QİCİQLANDIRMAQ.

    4
    [size]

    Şeytan və cinlərdə olan daha bir keyfiyət qıcıqlandırmaqdı.Onlar daim müxtəlif vasitələrlə, məsələn söyüşlə, təlxəklik, və bambılılıqla insanları qıcıqlandırıb onları söyüş söyməyə və ya başqa günaha batırmaq istəyirlər.Mən imanımın ilk illərində söyüşü tərgidə bilmirdim. Əyriayaq qadın görkəmində bir cin ruhu hər gün gəlib mənə qarşı tılxəkilik edib qıcıqlandırırdı, mən də ona söyüş söyürdüm.Mən hər dəfə ona söyəndə o, mənim  ürəyimə zibil atırdı, sanki ürəyim zibil qutusu idi.Bir müddtə belə davam etsə də, mən sonradan özümü ələ alıb ona cavab vermədim, və o, məndən uzaqlaşaraq gözümün qabağında yıxılıb çılık-çılık oldu...Başqa bir cin ruhu mənim yanıma gəlib məni qıcıqlandırıdı ki, mən ona söyüş söyüm.Onun əlində dəftərə bənzər nəsə var idi, mən ona hər dəfə söyəndə o, ora qeyd edirdi.Mən o vaxtlar elə bilirdim ki, o cin ruhu məni əsəbiləşdirmək üçün belə edir.Amma bir vaazda cinlərin yazı yazdığını eşidəndə başa düşdüm ki, yazı-pozu cinlərdə də var...gecələr mən yatanda cin ruhları gəlib mənə o qədər söyrdü ki, mən dözməyib onlara söyüşlə cavab verirdim, onlara söyəndən sonra da qəzəbim yatır, canım sakitləşirdi.Mən sonradan anladım ki, cinlərin məqsədi də elə bu idi, məndən söyüş qoparmaq.Çünki söyüş günahdı, günah da cinlərin qidasıdı.Bu söyüşləri söyən zaman Tanrı yuxuda həmişə mənə bu əməlin nə qədər iyrənc olduğunu göstərirdi.Məsələn:bir yuxuda görürəm ki, bir kişi mənə bir neçə alma verir, mən yeyirəm, amma  sonra iyrənib  qurd qarışıq hamısını qusuram.Həmin yuxunu gördüyüm gün axşama kimi yemək yeyə bilmədim, sanki bu hadisə realda olmuşdu, boğazım istilik içində idi.Başqa bir söyüş söydüyümm gecə yuxuda görürəm ki, evdə soyuducunu açıb görürəm ki, içi pırsımış pomidor və xiyarla doludu, hamısı iylənib suyu axır.Bax Rəbbin nəzərində söyüş belə iyrəncdir.Bir qadına Allah ruhani aləmi  göstərib, o deyir ki, insanların ağızlarından çıxan sözlərin hamısı görünüşə malikdir, xeyir sözlər yaxşı görkəmdə, şər sözlər iyrənc görkəmdə.Elə mənim yuxuda gördüyüm kimi.Tanrı şükr ki, söyüşü məndən tamam uzaqlaşdırdı.Amma imanımın ilk illərində mən söyüşdən çox asılı olmuşam.[/size]
    Məsihin qulu
    Məsihin qulu


    Qaranlıqlar Səltənəti Azerba10
    Inam : Məsihi
    Mesajlar : 473
    Təşəkkürlər : 63

    Qaranlıqlar Səltənəti Empty Re: Qaranlıqlar Səltənəti

    Сообщение автор Məsihin qulu Чт Сен 21, 2017 11:58 am

    Qaranlıqlar Səltənəti I


    ZİNA
    Ruhani sidik.

    Əsasən 3 cürə zina var: Realda zina, yəni realda insanla və ya heyvanla zina etmək, qadına şəhəvətlə baxıb zina etmək, yəni  porno erotik videolara və ya şəkillərə baxıb ürəkdə zina etmək, və sadəcə xəyalda intim fantaziyalar qurub zina etmək.Axırıncı ikisini əl zinası da adlandırmaq olar.Zina Tanrıya qarşı edilən ən təhqirənamiz günahdır və 10 ən böyük günahın içindədir. Çoxları bu günahın ciddiliyini anlamır.Köhnə Əhddə Rəbb gerçəkdə zina edənlərə qarşı sərt Qanun qoymuşdu, zina edən kişi və qadın daşlanıb öldürülürdü.Sonra, ürəkdəki zina da böyük günahdır, İsa Məsih dedi ki, bir kimsə qadına şəhvətlə baxırsa ürəyində onunla zina edir.Deməli, Tanrının nəzərində istər gerçəkdə olsun, istər ürəkdəki zina, hər ikisi eynidir.Rəbbə təzə ibadətə başlayanda mən də bu əməlin ciddiliyini və niyə günah olduğunu anlaya bilmirdim.Mən Rəbbə xidmətim dövründə gerçəkdə heç vaxt zina etməmişəm, bu günahdan həmişə qorxmuşam, çünki Cəhənnəm və Allah qorxusu məndə həmişə güclü olub, amma nə qədər üzücü də olsa deməliyəm ki, uzun müddət əl zinasından asılı olmuşam.Mən bu günahdan azad olmaq üçün illərlə Rəbbə yalvarıb dua etmişəm, amma azad ola bilmiridim.Təzə vaxtı bu günahı edəndə məni, vicdanım bərk mühakimə edirdi, mən özümü Rəbbə qarşı ası olan bir xain kimi hiss edirdim.O dövrdə mənə elə gəlirdi ki, sanki bu günahdan asılı olmaq qeyri mümkündü, amma eşidəndə ki, bir çox qardaşlar bunu etmir, məndə ümid yarandı ki, mən də etməyə bilərəm.Doğrudan da vaxt gəldi, Rəbb ruhda məni qüvvətləndirdi, məni bu günahdan azad etdi, amma mən bu günahı etdiyim vaxtlarda nə vəziyyətə düşürdüm hamısını  yazmaq istəyirəm ki, bunu oxuyan adam bu günahdan qaçmağa çalışsın.Allaha ibadət etməyən, və İblisin Səltənətində olan insan bu günahı edəndə başına heç bir şey gəlməyə də bilər, çünki o iblisə aiddir, iblis ona ibadət edənləri niyə cəzalandırsın ki? Amma bir məsihçi bu günahı edən kimi iblisin dərinliyi hiss edir, şeytan o an hərəkətə keçib ona pislik etməyə başlayır, İncildə də deyildiyi kimi, şeytan məhz məsihçilərə qarşı savaşır.İmansız olduğum dövrdə bu əməl mənim üçün adi bir şey idi, amma məsihçi olan kimi,  hər  dəfə bu əməli edəndə iblisin iyrənc təsiri altına düşmüşəm.Məsələn hər dəfə bu günahı edəndə onun mənfur, söyüşkən səsini, mənə ailəmə və Allha söyüşlərini eşidirdim.Oruc tutmayınca da onun təsiri altından çıxa bilmirdim. Allah elə ruhani Qanun qoyub ki, günah edən insan o an cəzlanır, ruhani canavarlar olan cinlərin içində düşür, təkcə duayla ordan çıxmaq mümkün olmur, belə vəziyyətə düşəndə mütləq oruc da tutmaq lazımdır.Və insanın bədəni günahdan həzz aldığ üçün mütləq ac qalıb zülm çəkməlidir ki, günahı bağışlansın, və qaranlıqdan qurtulsun.Oruc tutanda dua adi vaxtda olduğundan qat-qat qüvvətli olur.Bəlkə də mən oruc tutmasaydım çoxdan sıradan çıxmışdım... Mən hər dəfə bu günahı edəndə əzab çəkirdim, iblisin daxilimdə yaratığı iyrənclikdən  asılı olurdum, məsən o mənim düşüncələrimdə çalışırdı ki, məni düşüncələrdə qadın edib mənimlə zina etsin, bəzən istəyirdi ki, anam və ya bacımla yaxınlıq etsin.Bütün bunları yazmaq çox ağırdı, amma bu günahın ciddiliyini çoxlarının anlaması üçün burda yazıram.O mənim hisslərimi əlinə alırdı, və məni elə ehtiraslandırıdı ki, normal adamda olduğundan qat-qat güclü ehtiras olurdu.Bəzən bu günahdan qaçmaq olurdu, bəzən yox.Mən ailə üzvlərimin yanında çox ola bilmirdim, üçnki onların yanındaca ehtirasımı qaldırıdı, mənim simam o an dəyişirdi, mən tez öz otağıma çəkilirdim, və öz çarpayıma uzanıb sanki bir qadın kimi inildəyirdim. Və o iyrənc ruh mənə nə göstərsə də baxmaq məcburiyyətimdə qalırdım, çünki gözlərimi yumsam da, açsam da, hara baxsam da, o mənə orda erotika göstərirdi, gah kişi cildində qadınlarla yaxınlıq edirdi, gah da gözəl bir qadın cildində kişilərlə, gah da bir qız cildində itlərlə yaxınlıq edirdi, bir sözlər ürəyimi hər cür murdarlıqla doldurudu.Belə vəziyyətə düşəndə 1 gün oruc tuturdum, vəziyyət ciddi olanda həta 2, və 3 gün heç nə yemirdim.Bəzən günah edib oruc tutanda bir xeyri olmur, çünki Rəbb günaha qarşı bir müddət cəza dövrü ayırır ki, insan o günahda nifrət etsin.Ona görə də bir müddət oruc tutanda xeyri olmasa da sonra mütləq olurdu.Təzə imanlı dövrdə məsihçi ruhən zəif olduğuna görə keçmişdə etdiyi günahlardan tez qurtula bilmir, kimsə zinadan asılı olur, kimsə pornoqrafiyadan, kimsə içkidən, kimsə də söyüşdən.Ona görə də Rəbb, Öz körpəsini sərt cəzalandırmır.Amma imanda böyüdükcə və ruhən də gücləndikcə o günah edəndə Rəbbin cəzaları da sərt olur.Mən təzə imanlı illərimdə bü günahı edəndə o qədər də pis vəziyyətə düşmürdüm, amma illər ötdükcə çox sərt cəzamı alırdım.Elə vaxt olurdu ki, Şeytan  1 dəqiqədən bir səhərdən axşama kimi mənə daxilimdə zina göstərirdi, beynim o qədər yorulurdu ki, sanki yerindən çıxacaq, günlərlə dərman atırdım.İmanlı dövrümdə 2 həftədən artıq bu günahdan azad ola bilmiridm, amma vaxt gəldi birdən birə Rəbb həyatımdan bu iyrənc günahı birdəfəlik sildi, Şeytana məni təslim etməklə...Bəzi günahlardan insanı təmizləmək üçün Allah hətta öz övladını şeytana təslim də edər, bunu İncildə təsiqləyən ayələr də var.Həyatımın da ən iyrənc günlərini o vaxt yaşadım.Səhərdən axşam iblislə bir yerdə.Sanki ruhani zindana düşmüşdüm, şeytan və cinlər daim məzə söyür, təhqir edir, bir sözlə çmo yerinə qoymuşdular. Günlərlə yata bilmirdim, gözümün qabağında nə istəsələ edirdilər.İnanın ki, Şeytan və cinlərlə müqayisədə alman faşistləri çox xeyirxah olublar.Faşistlərin etmədiklərini murdar ruhlar mənim gözümün qabağında edirdilər, hələ Allah onlara izn versəydi, mənə betərini edərdilər.Mənə  söyüşlə deyirdilər ki, “Allah səni çox sevire ə, başqalarının başında turp əkirik”...  Çarpayımda uzanıb ölü kimi halsız olurdum.Amma şeytana təslimdən öncə  başıma gələnləri yazandan sonra o əhvalata keçəcəm.Əvvəllər düşünürdüm ki, əşi evlənəcəm bu günah həyatımdan silinəcək, amma zaman keçdikcə subay illərim uzanır, məsihçi qız tapa bilmirdim, zaman ötdükcə də hər dəfə bu əməli edəndə müxtəlif iyrəcliklərə düşürdüm. Məsihçi təzə vaxtları fiziki şeylərin ruhani mənasını anlamadığı üçün Allah ona etdiyi əməllərin iyrəncliyini yuxuda çox da göstərmir, çünki insan o yuxuları tam başa düşə biməz.Bir adam yuxuda əgər pişiyin xoruzu və ya toyuğu boğmasını görsə bunu necə başa düşə bilər? Bu yuxunu anlaması üçün əvvəlcə bilmılidir ki, xoruz, toyuq və pişik nə deməkdir.Heyvanların əksəriyəti  insanlar və cinlərin surətində yaradılıb..Sonralar Rəbb mənə, etdiyim əməlin iyrəcliyini göstərdikcə mən bu günahın Rəbbin nəzərində nə qədər iyrənc olduğunu anladım.Məsələn bu günahı edəndə Rəbb mənə gecə bir yuxuda göstərmişdi ki, mən blokda evə gəlirəm, və çiynimdə cavan bir oğlan var, o mənimlə (çox-çox üzr istəyirəm, mən burda hər şeyi açıq yazacam) arxadan zina edir, və mən onu özümə sıxıram.Hər bir kişi üçün belə yuxu görmək yəqin ki, iyrənc olar.Amma burda yazıram ki, bu günah edən hər kəs Allahın nifrət edib ikrah etdiyi bu günahdan üz döndərsin.Bəzi pastırlar vaazlarında deyirlər ki, ürəyində zina edən insanlar cinlərlə zina edirlər.Mən əvvəllər buna şübhə ilə yanaşasam da, sonralar bir damcı da şübhəm qalmadı.Bəli, əminliklə demək olar bu belədir, inanın.Rəbb mənə yuxularda çox göstərdi, mən yenə də bu günahdan uzaqlaşa bilmiridm, amma sonra, O mənə elə dərs verdi ki, bü günahdan birdəfəlik uzaqlaşdım.Rəbb, bizim cinlərlə olan ruhani müharibəni dəflərlə Öz övladlarına göstərib, və bu görüntülərdə cinlər insanları at kimi minib çapıblar...Bu doğurdan da belədi.Həmin o gördüyüm yuxunun da izahı budur: o belimə minən oğlan uşağı cin ruhu idi, o mənimlə zina edirdi və mən onu öz evimə gətiridim.Müqəddəs Kitabda “ev” sözünün ruhani mənası insan bədəni deməkdir.Yəni zina etməklə mən o cini öz daxilimə gətirirdim.Yaxşı ki, Tanrı bizə dua və oruc kimi güclü silah verib, bu silah olmasaydı günah edən insan şeytan və cin ruhundan heç cür qurtula bilməzdi...və əbədi o cinin qulu olardı, və cinlər həmişə insanla şərt kəsirlər, deyir bax sənə hüzur verəcəm, dediyimi elə, vəziyyətin yüngülləşəcək.Həyatım boyu cəmi  bir dəfə cinlərlə razılaşmışam, o da şeytana təslim ediləndə Onda da 3 gün idi ki, yata bilmirdim, 3 gün 5 saniyədən bir Allaha, mənə yaxınlarıma söyüş söyürdülər, beynim dağılırdı, 3 gün idi ki, yata bilmirdim, mənə dedilər ki, müsəlmanlar üçün təbliğ etdiyin o videoları yayma bu gün yatassan, mən də onlarla razılaşdım. Çünki  ölü kimiydim, taqətim yox idi, mən dedim yaxşı, onlar da sakitləşdilər, o gün ömrümdə birinci dəfə idi ki, yuxu dərmanı almışdım, bəlkə də elə bildilər ki, yuxu dərmanının köməyi ilə yatacam, ona görə sakitləşdilər, bilmirəm, amma doğurdan da səslərini kəsdilır.Amma səhər başlayan kimi yenə başladılar söyüşə.Ümimiyyətlə cinlərlə şərt kəsmək mənasızdı, onlar əvvəlcə bir şey istəyirlər, bir az keçən kimi başqa şey, bir sözlə insanı tam qul edib idarə etmək istəyirlər, çünki dünyada onlar bütün çikin  işlərini insan əli ilə edilər.Başqa  bir yuxuda yenə görürəm ki, yenə cavan bir oğlan uşağı mənimlə zina edir. Mən də sakitcə dururam.Çox iyrənc yuxu idi.Qəribədir ki, mən onları çox vaxt cavan oğlan uşağı görkəmində (16-18 yaş) görmüşəm. Bəlkə də Müqəddəs Kitabda cavan şirlər onlardı? Amma bir dəfə murdar ruh məni zinaya  batırmaq üçün ehtirasımı oyatmaq istəyəndə az qaldı ki, bu günahı edim, amma etmədim, qəfildən durub dua etdim, və o çəkildi.Həmən gecə yuxuda gördüm ki, yenə bir oğlan uşağı mənə stəkanda sarı rəngdə nəsə verir, mən elə bildim ki, bu sokdu, amma bir az içib gördüm ki, yox, bu sidikdir, və mən əsəbləşib o oğlanı döyüb təpiyinin altında saldım.Bu yuxuyla anladım ki, dünən o oğlan görkəmində gördüyüm  cin ruhu məni zinaya batırmaq üçün gələndə mən o günahı etmədim.Bəli, biz dua edəndə Rəbb onların başına od əliyir, onu döyməyimin mənası da bu idi.O vaxtan hər dəfə  cinlər mənim etirasımı oyatmaq istəyəndə gözəl döyüş musiqisi qoyub dua edirəm, dua edirəm ki; ”Ya Rəbb, mənə hücum edən bütün murdar ruhların başına od ələ” Uca səslə dua edib “Atəş, Atəş, Atəş, Müqəddəs Ruhu odu olsun bütün mənə hüum edən ruhlara” deyirəm.Əlimdən isilik qaxır, və hər dəfə atəş deyəndə ruhda silkələnirəm. Doğrudan da Rəbbin onların başına od yağdırmağını görməsəm də hiss edirəm ki, ətrafa sanki isti qığılcımlar yayılır.İncinldə,

     Vəhy bölüm 8:3-5 də deyilir ki;
    “3 Başqa bir mələk də gəlib qurbangahın önündə durdu. Onun əlində qızıl buxurdan var idi və ona çoxlu buxur verildi ki, bunu bütün müqəddəslərin duaları ilə birgə taxtın önündə olan qızıl qurbangahın üstündə təqdim etsin.   4 Buxurun tüstüsü müqəddəslərin duaları iləbirgə mələyin əlindən Allahın önünə yüksəldi.  5 Onda mələk buxurdanı götürüb qurbangahdakı odla doldurdu və onu yer üzünə atdı. Göy gurultusu, uğultu, şimşək və zəlzələ baş verdi” .

    Biz dua edəndə əlimizdən yuxarı buxur qalxır, və Rəbb cin ruhlarının başına od əliyir.Bəzi məsihçilərin ruhani gözləri açılıb, və Rəbb onlara, biz məsihçilər dua edəndə əlimizdən necə buxur qalxdığını göstərib..Mən bu ayələri əvvəllər yaxşı anlamırdım, amma həyatımda gerçəkləşəndən sonra başa düşdüm.Hər dəfə murdar ruhlar məni zinaya batırmaq üçün gələndə mən belə dua edirəm, onların təsiri o an gedir.Yuxada da görürəm yatmışam, itlər və canavarlar mənə yaxınlaşıb məni yemək istəyirlər və mən oyanan kimi onlar qorxub qaçıb gizlənirlər.Rəbbə mənə belə güc verdiyi üçün hər gün şükr edirəm, vaxt varıydı iblis hər istəyəndə məni bu günaha batırıdı, onların əllərində rahat yem idim, amma indi belə deyil, bu günahdan uzaqllaşdığım uzun müddət oldu. Indi özümü həqiqi məsihçi, Rəbbə sadiq döyüşçü kimi hiss edirəm.Bir də deyim ki, vaxt varıydı məni cəmi bi cin gəlib bu günaha batırırdı, amma indi onlar it sürüsü kimi sürüylə gəlir, onları ətrafımda görürəm, sanki meymun cildində olurlar, onları tam görmək olmur, qaraltı kimi görürəm.Onlar mənə söyüş söyən kimi, və ya ehtirasəmı oyatmaq  istəyəndə, bəzən çarpayımdaca əlimi yuxarı qaldırıram, o an səsləri kəsilir, və ehtirasım tez ölür,  təsirləri də gedir.Zina elə irənc günhadır ki, imanımın 9-cu ilindəyəm. Bu 9 ildə elə bir gün olmasın ki, şeytan məni byn günaha batırmaq üçün mənə hücum etməsin.Bundan da əlavə daimi günah həm də ona görə pisdir ki, həm insan günahın qulu olur, həm də o günah başqa günahlara qapı açır, imanlını çox aşağı səviyyəli edir, insan səviyyəcə yüksələ bilmir, adi bir sözdən də görürsən ki, inciyir, küsəyən və əsəbi olur.Mən nəyə görə illərlə səvviyyəcə yüksələ bilmədiyimi sonralar anladım.Vaxt varıydı insanınların pisliyinə pisliklə cavab verirdim. Amma indi belə vəziyyətlərdən rahatca yayına bilirəm.Bəzən də yuxularda cin ruhlarını qadın görkəmində görürdüm, çox vaxt da yaşlı qadın görkəmində, hardasa 45-50 yaşında.Məsələn, bir yuxuda görürəm ki, bir qadınla hardansa evə tərəf gəlirəm, amma birdən utanmağa başladım, düşündüm ki, mənə nə deyərlər, qəfildən ondan aralanıb səmtimi dəyişdim, və onu bir də görmədim.Və yuxunu görən kimi mənasını anladım, bir gün əvəl bir zina ruhunu təsiri altında olmuşdum, amma tez oruc tutub təsirindən çıxmışdım.Başqa yuxuda görürəm ki, hardasa otel kimi yerdə yaşlı bir qadınla çarpayıda uzanıb öpüşürəm, və birdən içəri dövlət məmurlarına bənzər bir neçə nəfər girir, və əsəbi şəkildə deyir ki, siz burda niyə öpüşürsünüz, bir də sizi öpüşən görsəm sizi tutacam.Biz də qalxıb oradan uzaqlaşdıq.Yenə də zina ruhunun əməliydi.Başqa yuxuda görürəm ki, mənim çarpayımda bir orta yaşlı qadın uzanıb, qəfildən  bir padşah öz adamlarıyla içıri girib ona əsəbləşir ki, mənim yatağımda sənin nə işin var, niyə burda uzanmısan? O da (budları da çöldədi) donquldanıb cavab verir ki, bizi qovurlar, biz də  bura sığınmağa məcburuq.Yenə də qadın cin ruhudu, mən bu yuxuları həmişə o günahı edən gecələri görmüşəm.Yuxuda prezident və ya padşah görmək Allah deməkdir.Çünki Allah Özü Padşahdır.Mən dəfələrlə prezidentimizi yuxuda gömüşəm, o  bəzən yuxularda məni tərifləyib, bəzən də tapşırıq verib.O yuxuda da qadın cin ruhu idi, padşah da Rəbb Məsihdi.Müqəddəs Kitaba görə Rəbb Allah imanlılar cəmiyyətinin Əridir, xalqı da Onun arvadıdır.Buna görə də İncildə İsa Məsih bəy, və ya adaxlı adlanıb.Yəni Allah ilə Onun xalqı arasında ruhani sevgi var.Ona görə Rəbb o yuxudakı qadından soruşur ki, Onun yatağında nə işi var.Rəbb hər bir insana azad iradə verib, kimsə həyatına cin ruhu çağırıbsa, həmin insan özü istəmədən Allah onu qovmaz.Çünki Rəbb, insana azad iradə verib, və bunu heç vaxt insanın əlindən almaz.Başqa bir yuxuda da görürəm ki, yenə bir qadın mənə piy verir...Piy, Müqəddəs Kitaba görə günah deməkdir, Rəbb Tövratda ona görə İsrail övladlarına piy və heyvanların iç yağını yeməyi qadağan etmişdi.Piydən adam iyrənir, piyi yemək olmur.Insan piydən iyrənən kimi, Rəbb günahdan ikrah edir.Tövratda Allah əmr etmişdi ki, piyi yandırsınlar, yəni göstərir ki, günahkar can Cəhənnəmdə beləcə yanacaq.Yuxuda, o arvadın mənə qabda piy verməsi cin ruhunun məni günaha batırmasını göstərirdi. Başqa bir yuxuda da görürəm ki, bir pişik xorusuzu arxadan qucaqlayıb sıxıb boğur, qəfildən də qorxu ilə oyandım, sanki məni boğur, bə ya başqa bir yuxuda xoruzu  qəribə qara bir quş boğur.Bu yuxuları da o günahı edəndən sonra görmüşəm. Bir sözlə mən hər dəfə əl zinası edəndə hər dəfə belə iyrənc yuxular görmüşəm.Bu günahın nə qədər iyrənc olmasını dərk etməyim və ondan uzaqlaşmağım üçün bu bəs elədi, bəs sən əziz dost, bu günahı edisənmi? Bil ki, Rəbb bu günahdan çox nifrət edir, bu günahdan uzaqlaş, özü də tezliklə, bəlkə də cavansan, amma bil ki, indi hələ asandır, gələcəkdə qurtulmağın lap çətin olacaq.Bəlkə də bu günah səni Cəhənnəmə aparır.Bu günahdan nə yolla olur olsun uzaqlaşmaq lazımdır.Əvvəllər elə bilirdim bu günahdan ancaq evlənmək yolu ilə uzaqlaşmaq olar, amma yanlmışam. Doğurdan da Allahla, Allahın gücüylə hər bir günahdan qurtulmaq olar.Tanrının saleh insana Sevgisi böyük və əbədidir. 
    Məsihin qulu
    Məsihin qulu


    Qaranlıqlar Səltənəti Azerba10
    Inam : Məsihi
    Mesajlar : 473
    Təşəkkürlər : 63

    Qaranlıqlar Səltənəti Empty Re: Qaranlıqlar Səltənəti

    Сообщение автор Məsihin qulu Чт Сен 21, 2017 11:59 am

    Qaranlıqlar Səltənəti Serafimy-182733-73

    RUHANİ MÜHARİBƏ
    ALLAH SƏLTƏNƏTİ – ŞEYTAN PADŞAHLIĞI
    Xeyir və şərin mübarizəsi

    Yer üzündə ruhani müharibə Adəmin günahından sonra başladı.Adəm və Həvva Şeytana uyub günah edəndən sonra Tanrı həm Adəmə, həm Həvvaya həm də Şeytana müxtəlif cəza ayırdı.Və dedi ki; “Aranızda düşmənçilk salıram”Kiməsə qəribə gələ bilər, amma xeyir və şərin mübarizəsi olan ruhani müharibənin əsasını Allah Özü qoydu, amma Adəmin günahından sonra.Adəm günah etməsəydi bu müharibə də olmazdı.Bu müharibənin nə ilə qurtaracağı hələ Adəmin dövründən bəllidir, qadının soyundan gələn İsa Məsih İblisə qalib gələcək, günah üzündən yaranan əbədi ölümü aradan götürəcəkdi, amma bu müharibə böyük qurbanlar bahasına başa çatacaq, çünki Tanrıya ibadət etməyən milyardlarla insanlar iblis və cinlərlə birlikdə Cəhənnəmə atılacaq.Çoxlari ruhani müharibəni anlaya bilmir, bu müharibənin gedişatından bixəbərdi.Amma Müqəddəs Kitabı oxuyub öyrənəndə məlum olur ki, Ruhani müharibə elə fiziki müharibə kimidir, amma ruhanidir.Ona görə də ruhani müharibəni anlamaq üçün fiziki müharibələrə baxmaq lazımdır.Məsələn, fiziki müharibə həmişə torpaq üstündə gedir, ruhani müharibə insan uğunda.İnsanı torpaqdan yarandığı üçün torpaq adlandırmaq olar, Rəbb özü Adəmi Tövratın Yaradılışı kitabında “torpaq” adlandırır.Fiziki müharibədə odlu silahlardan istifadə edilir, ruhani müharibədə də, fərq bundandır ki, Ruhani müharibədə işlənən od görünmür.Məsihçilər “Atəş, atəş” nida edib dua edəndə Allah cinlərin başına od yağdırır.Ruhani müharibə Allahın yer üzündə yeganə ruhani ordusu olan Məsihin tərafdarları ilə şeytanın cinlərdən olan ordusu arasında gedir.Hər iki orduda da fiziki ordulardaki kimi başçılar, zabitlər və sıravi döyüşçülər var.Allahın Ordusu dua ilə, və Məsihin Müjdəsini təbliğ etməklə həm şeytana qarşı həm hücuma keçir, həm də müdafiə olunur.Dünyada xilasını alan və cənnətlik olan milyonlarla insanlar Allahın Ordusu vasitəsiylə Şeytanın əsirliyindən azad olunublar.Ruhani müharibə əsasən düşüncələrdə gedir, biz xilas Müjdəsini təbliğ edirik, insanlar düşünür, dua edir, Rəbb də onlara Həqiqəti açır.İsa Məsih Yəhyanın Müjdəsində deyir ki; Atam cəlb etməsə heç kimsə yanıma gələ bilməz” Demək ki, insanın xilası Allahdan asılıdır.Bütün saleh məsihçilər Allahın Səltənətində, və dinindən milliyyətindən asılı olmayaraq bütün qeyri məsihçilər şeytanın səltənətindədir.İndi isə  bu ruhani müharibə haqda Rəbbin mənə yuxuda göstərməsini yazmaq istəyirəm.Məsələn bir yuxuda görürəm ki, toplar düzülüb, prezident mənə görünüb qarşıdakı meşəliyi 3 saat atəşə tutmağı əmr edir.Yuxuda prezident görmək Allah deməkdir, çünki padşah Allahın surətidir.Meşə isə “xalq” deməkdir.Bununla başa düşdüm ki, Rəbb mənə 3 saat dua etməyi əmr edir.Allah həmişə ruhani müharibəni yuxularda mənə fiziki ruhani ilə başa salır, çünki insan ruhani aləmi görmədiyi üçün fiziki aləm üçün ruhani aləm çətin başa düşüləndi.Hətta Müqəddəs kitabda İsrail xalqının bütpərəst xalqları ilə müharibələri də ruhani müharibənin bir oxşarı idi.Başqa yuxuda görürəm ki, mən ermənilər tərəfə kəşfiyyata keçirəm, qayıdanda prezidentin qarşısında dururam, o oturub məni tərifləyir.Allah hətta bizi İblisin səltənətinə kəşfiyyata da göndərə bilər.Başqa bir yuxuda isə görürəm ki, evimizin eyvanına iri raketlər qurlaşdırılıb, pultu basıram biri uçur Rusiya tərəfə, o biri Ermənistan tərəfə.Mənim Qarabağda gedən döyüşlərlə heç bir əlaqəm yoxdu. Mən cəbhədə baş verənləri heç izləmirəm, hərçənd əsgərlərimizi üçün tez-tez dua edirəm.Ona görə bu yuxunun mənası ruhani müharibə barədədir.Mən bu yuxunu ok.ru da çox güclü təbliğə başlayanda görmüşəm, bununla Rəbb yuxuda mənim öz evimdəcə iblisin ordusuna qarşı necə döyüşdüyümü göstərirdi.Doğurdan da, 9 illik xidmətim dövründə belə uğurlu təbliğim olmamışdı.İmana aid vidolarıma bir neçə ay ərzində yuz mindən çox baxış oldu.Təkcə 2 həftəyə 3 müsəlman Xristianlığı qəbul etdi.Minlərlə adam videolarımı daimi izləyir.Biz iblisə qarşı dualarımızla, orucumuzla, və təbliğimizlə döyüşürük.Amma həyatımda səhv və günah edəndə belə yuxular görmüşəm.Bir yuxuda görürəm ki, tapşırıqla harasa gedirəm, qəfildən almanlar məni qabaqlarına qatıb geri qaytarırlar.Başqa yuxuda görürəm yol ilə gedirəm, qəfildən uzun, iri bir ilan qabağıma çıxır, mənim qorxudan ayağım tutulur, və özümə gələn kimi yoldan çıxıb başqa səmtə doğru qaçıram.Ümumiyyətlə mən yuxuda  ilan çox görmüşəm, həmişə də annakonda kimi iri və uzun ilanlar.Yuxuda da ilan görmək iblisdən başqa kim ola bilər ki...Tövratda və İncildə şeytan qədim ilan adlanlıb.Doğrurdan da Ruhani müharibə realdı, hətta bütün fiziki müharibələrdən də vacıbdir.Çünki fiziki müharibələr həmişə torpaq üstündə gedir, torpaq fanidir.Amma ruhani müharibə insan canı uğrunda.İnsan canı isə əbədidir, insan əbədi yaşayacaq, ya Cənnətdə, ya da Cəhənnəmdə.Bir yuxuda görürməm ki, kəndin içi ilə yol ilə gedirəm, görürəm ki, qarşıda buynuzlu bir heyvan var, çox qəzəblidi və buynuzu ilə hasarı vurur, məni görən kimi buynuzunu qabağa tutub mənə sarı sürətlə qaçmağa başladı, mən çönüb qaçmaq istədim, arxaya baxanda görürəm ki, gəldiyim yol bağlıdı, bir neçə saniyə əvvəl gəldiyim yol 2 böyük darvaza ilə bağlanıb.Heyvan mənə yaxınlaşmamış qəfildən mən başqa bir evdə peyda oldum.Həmin gecə mən yatanda cin ruhu mənə hücuma keçmişdi, qalxıb dua edən kimi uzaqlaşdı. Başqa bir yuxuda görürəm ki, Rusiyadyam, xarici maşınla gedirəm, qəfildən maşın yox oldu. Mən piyada getməyə başladım və qəfildən də qarşıma iki rus əsgəri çıxdı mənim Rəbbdə olan xidmətimə söydü.Mənə realda heç kim söymür, mənə adətən cin ruhları söyürlər.Həmən gün atamla aramızda inciklik oldu, o da məsihçidir, bir müddət danışa bilmədik.Sonra anladım ki, bizim aramızı vuran o iki cin ruhu imiş.Onlar daim məsihçilərin arasını vurub  onları ayırmaq istəyirlər.Yenə başqa bir yuxuda da görürməm ki, qarşıda meşəlik var mən yanımda olan naməlum döyüşçülərlə ora atəş açıb döyüşürük, amma heç cür irəliləyə bilmirik.Elə vaxt olub ki, cinlər mənə hər dəqiqə söyüş söyüb məni təhqir ediblər. Mən 3 gün yata bilməmişəm, mən onları qaraltı kimi görürdüm. Onlar 3 nəfər idilər.Çoxlu dau etdim.O günlərdə yuxuda görürəm ki, evimizdə 3 nəfər avara oğlan var, evdə səs-küy edirlər, məni yatmağa qoymurlar.Biri çarpayımda uzanıb, əsəbiləşib lopatkanı götürüb onun boğazına dirəyib evdən çıxmağını istədim.Onlar da bir bir çıxdılar.Onlar cinlər idilər.Biz dua edəndə Rəbb həmişə onları qovur.Həyatımda biricn dəfə 3 gün oruc tutanda gecə yuxuda görürəm ki, göydə manitor var, orada döyüş gedir, mən də yanımda olan adamlara onu göstərib deyirəm ki, heç vaxt belə döyüş olmayıb.Oruc şeytana qarşı ən böyük silahımızdır,orucumuzu nə qədər uzatsaq döyüşümüz də çox güclü olur.Həmin günlər cin ruhları məni çox narahat edirdilər, dincəlməyə qoymurdular, onlar məni ən çox, mən dincələndə narahat edirlər.Amma 3 gün oruc tutan kimi sanki Rəbb onları 90 % geri atdı, artıq məni əvvəlki kimi narahat edə bilmədilər.Bütün bu yuxuları mən ruhani müharibə ilə əlaqədar oduğu üçün yazıram.Başqa bir oruc tutduğum günü də görürəm ki, məşədəyəm, çəngavər görkmində atın belində oturmuşam., yanımda iki döyüşçü, arxada da qoşunumuz dayanıb və  düşmənin hücumunu gözləyirik.Yuxular barədə bu qədər.Amerika bir caduğər, hansı ki 25 il Şeytana xidmət edib, indi o xristiandı.O danışır ki, cadugər olduğu dövrdə daim xristianlara pislik etməyə çaışıb.O deyir daim müxtəlif yerlərə cin ruhları atırdı ki, insanlarda xəstəlik əmələ gəlsin, hamilə qadınlar ölsün.Hamı, hətta polislər belə ondan qorxudu.Amma həqiqi xristianlara heç nə edə bilmirdi.Deyir xristianlar həmişə dua edəndə alov dalğası məni geri atırdı.O danışır ki, bir dəfə onun rayonuna bir xristian musiqi qrupu gəlib orda Allaha həmd ilahiləri oxuyurdu, o gedib ki, onları ordan qovsun, amma onlara çatanda görüb ki, o adamların ətrafında alovlu hasarlar var.Və o cadugər onlara bir şey edə bilməyib.Müqəddə Kitabda yazılanların hamısı gerçəkdi, Zəburda deyilir Rəbb mənim qalamdır.Bax Rəbb öz övladlarından olan Ordusunu belə qoruyur. Qısasi, bu müharibədə iblisin istəyi budur  ki, çox adamı Cəhənnəmə aparsın, çünki o, Cəhənnəmə atılacağıım dəqiq bilir.Hər bir məsihçi də istəyər ki, onun vasitəsiylə bacardıqca çox adam xilas olub əbədi həyat alsın.Bu mövzunu oxuyan hər  bir adam bilsin ki, dinindən asılı olmayaraq daim günah edən hər bir insan günahın quludur.Günahdan asılı olmaq demək şeytana qismən də ibadət etmək deməkdir, şeytana ibadət edən heç bir insan Allahla qovuşmayacaq.Günahdan qurtulmağın yeganə yolu İsa Məsihlə əhd kəsib Onun Təlimini qəbul edib Tanrının Ruhu olan Müqəddəs Ruhu qəbul etməkdir.Harda Müqəddəs Ruh var. Orda azadlıq var.Məsihçi müxtəlif sıxıntılardan keçsə də mütləq xilas olacaq.Müqəddəs İncildə də yazıldığı kimi, dünyaya qalib gələn Allahın Oğıu deyilsə bəs kimdir.İsa Məsihə iman edən hər bir həqiqi məsihçiyə ruhani möhür vurulur, və şeytanın o adamı böyük günaha batırmasına Rəbb heç vaxt izn verməz.Xeyir və şərin mübarizəsi olan və 6 min ildən artıq davam edən bu Ruhani Müharibəni daha yaxından anlamaq istəyirsə Müqəddəs Kitabdakı müharibələri oxuyub öyrənsin, əsas da Hakimlər və Padşahlıqlar kitablarını.İblis ona itaət edən xalqlarla həmişə İsrail xalqını yox etmək istəyib, o həmişə müxtəlif istiqamətlərdən israillilərə zərbə vurmağa çalışıb, bəzən də içəridən.(Hakimlər kitabında Avimələkin hekayəsini oxu) Beləcə də Şeytan, Məsihin kilsəsini daim məhv etməyə çalışır, müxtəlif istiqamətdən, bəzən  də içəridən.İsrail hakimi Şimşon bir döyüşdə tək  başına min nəfər düşməni qırıb, başqa İsrail hakimi 600 nəfəri, bundan əlavə həm padşah, həm də peyğəmbər olan Davudun ordusunda elə döyüşçülər var idi ki, bir döyüşdə 800, 300 nəfəri qırıb.Davudun özü on minlərlə düşmən döyüşçüsünü təkbaşına məhv edib.Xristianlıq - Ruhani İsraildi.İsraillilər necə bir döyüşdə bu qədər düşmən qırıbsa, ruhani israillilər olan xristianlar bir döyüşdə iblisin o qədər cinlərini qovub.İsrail padşahı İlyas peyğəmbərin üstünə 50 nəfərlik dəstə göndərəndə İlyasın bir kəlməsiylə Allah göydən onların üstünə od yağdırıb məhv etmişdi.Bax məsihçilərin üstünə Şeytan cinlərdən ibarət dəstə göndərəndə Allah onların üzərinə beləcə od yağdırır.Amma ruhani müharibədə, fiziki müharibə ilə fərqli ölüm yoxdu, yəni nə Allahdan doğulan məsihçi, nə də cin ruhları öımür.Cismlə müqayisədə ruh ölməzdi.Amma vaxtı çatandan Tanrı, iblis və onun bütün cinlərini odlu gölə atacaq.

      Текущее время Вс Май 19, 2024 12:51 pm