dİrİlMə Və həYat
Yəhya 11:25.
“Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb
Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?”
Burada sonda sual işarəsi var. Deməli bir kitabdan oxumuşam
ki, bir alim adam ilk dəfə əlinə İncil kitabını götürür. Və evdə sakit
bir guşədə başlayır bu İncil kitabını oxumağa. Bu alim İncilin
hansısa bir yerini oxuduğu zaman birdən həyat yoldaşını yanına
çağırır. Fikir verin, sadə insan oxumur, alim adam oxuyur və
bunu ona görə deyirəm ki, siz dərk edəsiniz ki, elm insanı cənnətə
aparmayacaq. Ola bilsin ki, bu dünyada alim adamlara böyük yer
verilir, amma Allahda belə bir şey yoxdur. Beləliklə, alim öz həyat
yoldaşına deyir:
– Xanım, əgər bu kitabda yazılanlar düzdürsə, deməli biz
səninlə düz deyilik.
Həyat yoldaşı alimin sözlərinə əhəmiyyət verməyərək öz
işlərinin arxasınca gedir. Amma alim yenə də oxumağa davam
edir, lakin yenə də Kəlamın hansısa bir yerində dayanır və pərişan
halda həyat yoldaşına müraciət edərək deyir:
– Xanım, əgər bu yazılanlar düzdürsə, biz ikimiz də batdıq.
Bir müddət Kəlamı oxuyandan sonra sevinclə qışqıraraq
həyat yoldaşına deyir:
– Xanım, xanım, əgər yazılanlar düzdürsə, çıxış yolu var.
əziz bacı və qardaşlarım, bizim eldə çox gözəl bir məsəl var:
“Hər dərdə çarə var” və sonra da əlavə edirlər: “ölümdən başqa”.
Bu gün oxuduğum ayədə məhz ölümə çarə var. maraqlısı budur
ki, heç kəs ölüm haqqında danışmağı sevmir. Hər hansı bir ailədə
ölüm haqqında söhbət gedəndə ailə üzvləri ağız büzür. Amma
bu həqiqət və realdır. Gec-tez hər birimiz dünyanı tərk edəcəyik.
Hansımız gec, hansımız tez, kimi bir ilə, kimi səkkiz ilə, kimi on
ilə, aramızda elə insanlar var. mən bilmirəm Allah hansımıza
nə qədər ömür verib. müqəddəs Kəlamda Davud peyğəmbərin
Zəbur 139:16(b)-də yazılıb: “Ömrüm başlamazdan əvvəl mənə təyin
etdiyin hər bir günü kitabına yazmısan”. Deməli, elə bir gün olacaq ki,
biz təqvimdə hansısa bir günü cıra bilməyəcəyik, bizim yerimizə
kimsə cıracaq. O gün, il, saat bizim vaxtımızdır. Çünki Allah hər
şeyi vaxtında edir. mənim oxuduğum ayələrdə qeyri-adi bir fikir
söylənilir. İsa məsih niyə bu sözləri söyləyir? Deməli, bir kənddə
üç nəfərdən ibarət ailə olur. İki bacı və bir qardaş. İsa məsih yer
üzündə olarkən bu ailə ilə gözəl ünsiyyət qurardı və onları sevərdi.
Günlərin bir günü İsa məsih başqa bir yerdə olarkən Ona xəbər
çatır ki, sevdiyi bu ailədən bir üzv, yəni Lazar xəstədir. müqəddəs
Kəlamı oxuyarkən biz görürük ki, İsa məsihin bu xəbərə reaksiyasi
belə olur: “Bu xəstəlik ölümlə nəticələnməyəcək, bu xəstəlik
Allahın izzəti üçündür”. sonra Kəlam bizə bəyan edir ki, İsa məsih
olduğu yerdə iki gün də əlavə qalır, iki gündən sonra yola düşür və
kəndə gedir. Burada da iki gün əlavə yol gedir, deməli dörd gün.
İsa məsih kəndə çatanda Lazarın marta adında bacısına xəbər çatır
ki, İsa buradadır. O, tez durur və Rəbbi qarşılamağa çıxır, Rəbb ilə
görüşür. Ancaq İsa məsih bilirdi ki, Lazar dörd gündür ki, ölüb.
marta İsa məsihlə görüşəndə öz qəlbindəki inamını göstərərək
söyləyir: “Ya Rəbb, əgər sən burada olsaydın, qardaşım ölməzdi”.
Amma fikir verin, marta inamında söyləyir ki, Ya Rəbb, əgər sən
burada olsaydın, yəni mən səni çağıran zaman sən gəlsəydin və
qardaşım xəstə olanda gəlsəydin, sən ona şəfa verərdin. Çünki
orada elə insanlar var idi ki, deyirdi: “Korun gözünü açan Şəxs
bir şey edə bilməzdi ki, bu adam ölməsin?” Bu zaman İsa martaya
qardaşının dirilməsini söyləyir. Doğurdan da Allahın sözü öz
təsirini göstərir. marta isə başlayır İsaya qiyamət günündən
danışmağa. Və bildirir ki, qiyamət günündə ölülər diriləndə
qardaşı da diriləcək. Amma İsa deyir: “Dirilmə və həyat mənəm”.
əzizlərim, biz Kəlamda İsa məsihin çox adları ilə rastlaşırıq. İsa
məsih müqəddəs Yazıda deyir ki, mən dünyanın nuruyam,
Yolam, Həqiqətəm, Həyat qaynağıyam, Həyat Çörəyiyəm, Allahın
Oğluyam, Allahın sözüyəm, əzəldən Var Olanam. Amma burada
İsa martaya deyir ki, Dirilmə və Həyatam. Bununla başa salırdı
ki, mən Allaham və sən Allah qarşısında dayanmısan. marta hər
cür yola əl atırdı, amma İsa deyir: mənəm ölüləri dirildən, mənəm
insanlara əbədi həyatı verən.
əzizlərim, bir az bu söhbətdə dayanıb keçək qədim zəmanəyə.
Allah insanı yaradır, onu palçıqdan düzəldir. ən birinci yaranan
insan kim idi? Adəm. Allah onu əli ilə torpaqdan düzəldir və
sonra da nəfəsi ilə üfürür və sonra isə insan canlanır və ruh alır.
Allah sizcə, üfürəndə insana nə verir? Fikir verin: can verir, ruh
verir və həyat verir. Palçıqdan yaranan insan canlanır, qalxır və
başlayır yeriməyə. Kim bunu edə bilərdi? Amma Allah bunu
etmişdi. İsa martaya başa salırdı ki, palçıqdan yaratdığım insana
mən həyat verirəm, mən əzəldən var Olanam. Bu o deməkdir ki,
İsaya iman edən insan heç bir zaman ölməyəcək. Amma yenə də
qayıdaq əvvələ, Adəm ilə Həvvaya. Biz bilirik ki, Allah onlara
qadağa qoyur, amma Adəmlə Həvva iblis tərəfindən imtahan
olunur və artıq onların ürəklərində iki seçim olur. Biri Allahın
sözü, o biri iblisin sözü. Həvva Allahın Oğlunun sözünü rədd
edir, qadağan olunmuş bəhrədən dadır. Biz bilirik ki, daddığı
bəhrədən yerə yıxılıb ölmür. Bizi Allahla birləşdirən Allahın
verdiyi ruh var. O ruh da həmən dəqiqə ölür. Ona görə də Həvva
əvvəlcə ruhani və sonra fizioloji ölür və dəfn edilir. Həvva sonra
Adəmin yanına gəlir. Bilirsiniz niyə? Qaranlıqda yeriyən insan
mütləq başqasını da o yola çəkir. Həvva gəlir Adəmə də o meyvəni
verir və Adəmi də Allah üçün ölü edir. Bu hadisənin üstündən
4000 il keçir. Bütün insanlar Həvvada ölürlər və ona görə də,
Allahdan başqa bütlər, inanclar – yer üzündə nə varsa, insanlar
hər şeyə baş əyir, inanır, səcdə edirlər. məsələn: qara pişiyə, göz
muncuğuna, tikana. Bir dəfə mən ailəmlə bir yerdə oturmuşduq
və bizim oturduğumuz yerə tikan yandırıb tüstüsünü havaya
vururdular ki, mənə heç nə olmasın. Amma biz onun tüstüsündən
boğulurduq. İnsanlar ölü olduqlarına görə bu şeylərə inanırlar və
belə insanlar hər dində var. Bilirsiniz, bir dəfə bir insana Allah
haqqında danışıram, o isə mənə deyir ki, Hindistanda bir müəllim
7 il ancaq divara baxıb, bu da onun imanı idi. İnsanlar bu dünyada
Allahı axtarırlar, amma Onu tapmırlar. Bilirsiniz niyə? Çünki
Allah onları çağıranda insanlar Allahı rədd edirlər. İnsanların
şüurları xarab olduğu üçün onlar həqiqətə duruxub qalırlar. Biz
görürük ki, marta ilə bacısı məryəm yenə də İsaya yaxınlaşırlar.
Həqiqətdir ki, onlar bir qardaşlarını itiriblər və evdə ağlaşma
qurulub. Bu zaman İsa əhvalı pozulmuş halda qəbirin yanına
gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu. Daş
maneədir və bu maneə hər bir insanın həyatında var. Bilirsiniz, İsa
bizə yaxınlaşanda bu maneə qoymur ki, Allahın istədiyini edək.
İsa məsih deyir: bu daşı götürün. Bu vaxt marta yenə imansızlıq
edir və deyir: Ya Rəbb, artıq iylənib, çünki öldüyü artıq dörd
gündür. marta da bəzilərimiz kimi, baxmayaraq ki, Allahın bu
gözəl həyat sözlərini eşidirdi, korların gözünün açılmasını
görürdü, cüzamlıların sağaldığını bilirdi, müxtəlif möcüzələrin
şahidi idi, yenə də inamsızlıq edirdi. Bu zaman İsa martaya “rədd
ol burdan, şeytan” demədi. İsa məsih martaya dirilmə və həyat
mənəm sözünün əsas fikrini deyirdi. İman et, Allahın izzətini
görəcəksən. nə qədər ki, Allahın sözünə inanmırsansa, heç bir
zaman Allahın izzətini görə bilməyəcəksən. İsa yalnız martaya
yox, Öz sözləri vasitəsilə bütün insanlara istəklərini, duyğularını,
möcüzələrini, həqiqətlərini çatdırırdı ki, biz Ona iman edək. əgər
biz İsa məsihə inansaq, həyatımızda görmədiyimiz möcüzələri
görəcəyik, eşitmədiymiz ifadələri eşidəcəyik, hiss etmədiyimiz
duyğuları hiss edəcəyik. İsa deyir: “Daşı kənara çəkin”. Bilirsiniz,
oraya yığışan insanlar çaşqınlıq içindəydilər ki, bu Şəxs nə etmək
istəyir... İsa yüksək səslə çağırır: “Lazar, bayra çıx”. İsa Lazarı
ölülər aləmindən, qaranlıqdan, zülmətdən işığa, bayıra çağırırdı.
əzizlərim, bizim məbəddə o qədər insanı Rəbb tövbəyə çağırıb,
amma onlar bayıra çıxıb gediblər, İsanı qəbul etməyiblər. Bu
çagırışdan sonra Lazar qəbirdən çölə çıxır və onun başı, ayağı, əli
– bütün bədəni bağlı olur. İsa məsih baxır və deyir ki, onun əllərini,
gözlərini açın. mən sizə həqiqəti deyirəm, bir insan yanıma gəlib
deyir: “Çox pis vəziyyətdəyəm, ölürəm, nə olar, mənim üçün dua
edin də”. Və mən dua edərəm, amma tək mənim duam kifayət
deyil, sən məbədə gəlib-getməlisən. mən əlimi qoyub dua edəndə
Allah mənə onun şalvarından başınacan qara magiyadan cadulu
olduğunu göstərdi. mənim bir anlıq gözlərim açıldı və üstündə
yumru qara bükmələr gördüm. Və mən sual verdim: “Ya Rəbb, bu
nədir? Kim buna cadular edib?” Rəbb mənə duamda cavab verdi
ki, öz həyat yoldaşı onu cadularla bağlayıb. Düzdür, artıq o insan
həyatda yoxdur, amma bu həqiqətdir. Qaranlıqda biz bura gələndə
müxtəlif xəstəliklərlə və bağlarla gəlirik. mən ilk dəfə bura gələndə
narkotik düyünü ilə qaranlıqdan gəlmişdim. mənim 33 yaşım var
idi. əgər buradan elə də getsəydim, bilmirəm mənimlə nə olardı.
Burada ilk dəfə eşitdim ki, İsa dirilmə və həyatdır. Yəni bizi
kimilərini dirildir, İsa ölüləri dirildir. Yenidən Ata Allahın Ruhunu
qaytarır. Kəlamda Yəhya İncilinin 2-ci fəslində İsa Həvarilərin
üzərinə müqəddəs Ruhunu üfürür, kainat yarananda Adəmin
üzünə Allah Öz həyat nəfəsini üfürdüyü kimi. Köhnə həyat qalır
arxada, yeni həyat başlayır. səni niyə sevmirlər? Çünki köhnə
həyatda yaşayanlar yeni həyatda yaşayanları sevə bilməzlər. İsa
məsih hər şeyə Qadir olan Allahdır. mən sizə bir məsəl çəkmək
istəyirəm, bilirsiniz, marta ilə məryəm düşünürdülər ki, İsa
gecikir. Bəzən biz də belə düşünürük. Vəhy Kitabında İsa deyir:
“Budur, tez gəlirəm”. Bəzən mənə də elə gəlir ki, İsa gecikir, amma
yox. İsa hər şeyi vaxtında edir və hər şey keçib gedəcək, əzab,
əziyyət, göz yaşları. İsa məsih bacıların göz yaşlarını sildiyi kimi,
bizi də bunlardan azad edəcək. sizə oxuduğum bir hadisəni
danışmaq istəyirəm. Deməli, bir jurnalist yeni bir xəbəri çəkmək
üçün polis bölməsində oturur. Amma özündən asılı olmayaraq,
daxilində bir ürək döyüntüsünü hiss edir və kimsə daxilində ona
deyir ki, dur çıx qəbiristanlığa get. Özündən asılı olmayaraq durub
qəbiristanlığa girəndə görür ki, cavan adam silahı başına çəkib
özünü öldürmək istəyir. Jurnalist tez onu itələyib yerə yıxır və
imkan vermir ki, cavan özünü öldürsün. Jurnalist qəbiristanlıqdan
çıxanda özündən asılı olmayaraq qolundakı saata baxır və saat
8:15 dəqiqəni göstərir. Birdən jurnalist soruşur ki, niyə o, özünü
öldürmək istəyirdi. Cavan da cavabında belə deyir: “Bu gün
bayramdır, hamı evinə bayramlıq alır aparır, mənimsə pulum
yoxdur ki, ailəmə nəsə aparım. Bezmişəm belə həyatdan və
düşündüm ki, mən dünyada olmasam daha yaxşı olar. Jurnalist
isə onu restorana dəvət edir ki, bir yerdə çörək yesinlər. Restorana
gedən zaman bir telefon zəngi gəlir. Və jurnalistə deyirlər ki, bir
hadisə baş verib, siz məqalə yazmaq istəyirdiniz. əgər vaxtınız
varsa və istəyirsinizsə, gəlin çəkin. Deməli, bir avtomobil bir
ailənin başçısını vurub öldürüb. Və ailədə 4 uşaq və ana çox kasıb
yaşayırlar. Jurnalist özünü öldürmək istəyən cavanın cibinə 2 əlli
dollar qoymuşdu. Lakin cavan bu uşaqların ağlaşmasını görəndə
1 əlli dolları ailənin başçısının cibinə gizlicə qoyur. Bunu görən
jurnalisti həmən insan öz evinə dəvət edir. Evə gedəndə cavan
insanın həyat yoldaşı ilə iki balaca qızları atalarının ayaqlarına
yıxılaraq ağlayırlar və bir-birlərindən əl çəkmirdilər. Jurnalist
başa düşmür ki, nə olub, bu zaman qadın başlayır danışmağa.
Deyir ki, saat 7 radələri idi və elə bil kimsə dedi ki, dur dua elə,
ürəyim çox narahat idi. Və adətən yoldaşım evə 7:30 gəlirdi, bu
gün isə 7:00 tamamlandı, amma ondan xəbər yox idi. mən dizimi
yerə qoyub fəryadla dua etməyə başladım və dedim: “Ay İsa, əgər
mənim yoldaşımın başında pis bir fəlakət varsa, yalvarıram, Rəbb
İsa, onu qoru. Jurnalist cavab verib ona dedi ki, saat 7:00-da mən
polis idarəsində idim. Və mənə elə bil kimsə dedi ki, dur çıx bayıra
və mən indi başa düşürəm ki, sizin dualarınız mənə təsir edirdi.
Allah mənə qəbiristanlığa getməyi əmr etdi və qəbiristanlığa
gedəndə 8:15 radələrində yoldaşınızı tapdım. əzizlərim, bunu
Allah etmişdi. Bizim dualarımız sayəsində Allah heç vaxt gecikmir.
Baxmayaraq ki, Lazar dörd gün idi ki, ölmüşdü, insani fikir-
düşüncələr, insanların inamı ölmüşdü və heç kim ümid etmirdi
ki, Lazar dirilə bilər. Amma buna baxmayaraq, İsa vaxtında gəldi
və onu qaranlıqdan və ölümdən azad etdi. mən oxumuşam ki,
Abraham Linkoln 1809-cu ildə dünyaya gəlib. Abraham Linkoln
qaradərili insanları azad edib. Abraham Linkoln Amerikanın
prezidenti idi. Və Avropada çətinlik olanda o, zənciləri bu günə
qədər öz imzası ilə ömürlük qul əsarətindən azad etdi. Biz bilirik
ki, zəncilər qul olublar. Bu gün Kəlam bizə deyir ki, bizə Oğul
doğuldu. Və bu Oğul İsadır. müqəddəs Kəlam deyir ki, İsanın
üzərində Ata Allahın Ruhu var. O, gəlib ki, əsirləri azad etsin,
korlara dünya işığı versin, ölüləri diriltsin, insanları Allah ilə
barışdırsın, sənin, mənim günahlarımızı bağışlasın, ölümə qalib
gəlsin. Kəlamda deyilir ki, ölüm, sənin neştərin hanı? Cəhənnəm,
sənin qələbən hanı? İsa məsih ölüb-dirilməsi ilə ölümə və
cəhənnəmə qalib gəldi. Və onların açarları İsanın əlindədir.
Bilirsiniz, həqiqi məsihçilər ölümdən qorxmurlar, çünki bilirlər ki,
İsa məsih deyir: mənə inanan ölüm görməyəcək. Və Allahın
balaları üçün ölüm, cəhənnəm, qaranlıq, zülmət yoxdur. sadəcə
bu dünyadan Rəbbimizin cənnətinə köçmək vardır, bədəndən
çıxmaq və Allahın hüzurunda durmaq vardır. Kim sizdən bu
sözlərə inanır, kim sizdən həyatını İsaya vermək istəyirsə, irəli
çıxsın və tövbə etsin. müqəddəs Kəlamda yazılıb ki, Allah deyir:
“mənim səsimi eşidəndə ürəyinizi daşa döndərməyin”. Allahı
mümkün olan vaxt axtarın və tapın, bu məqam indidir. Yer
üzündə İsa məsih gəzib sözlərini deməmişdən qabaq bu sözlərlə
başlayırdı: “Tövbə edin, çünki Allahın dərgahı yaxındır”. Allah
bizi tövbəyə dəvət edir və O, sizi dəyişmək istəyir, həyatınıza nur
gətirmək, sevinc, xoşbəxtlik vermək istəyir. sizin ailənizə həqiqət
və sülh, məhəbbət gətirəcək. Allaha həyatınızda, qəlbinizdə böyük
yer verin, qəlbinizdə gəzdirin, Onunla yaşayın. Allah sizi sevir.
Kəlamında deyir: “səni əbədi sevgi ilə sevdim”. Bu sözləri sənə
deyir. Onu qəbul edin. Amin!