Azərbaycan xristian forumu

Вы хотите отреагировать на этот пост ? Создайте аккаунт всего в несколько кликов или войдите на форум.

Azərbaycanın ilk xristian forumu, bütün məsihi qardaş və bacılarımızı dəvət edirik, Məsihi mövzular, videolar, şəkillər, xoş ünsiyyət, tanışlıq, İslam və Xristianlıq, müsəlmanlarla imana aid mövzuların

Matta 1 İsa Məsihin nəsil şəcərəsi (Luka 3:23-38) 1Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: 2İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. 3Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. 4Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 5Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. 6Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. 7Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. 8Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. 9Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. 10Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. 11Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. 12Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. 13Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. 14Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. 15Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. 16Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. 17Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir. İsa Məsihin doğulması (Luka 2:1-7) 18İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. 19Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. 21Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». 22Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: 23«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir. 24Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 25Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu. Matta 2 Müdrik adamların ziyarəti 1İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib 2dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». 3Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. 4Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. 5«Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: 6“Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, Çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”». 7Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. 8«Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. 9Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. 10Onlar ulduzu gördükləri vaxt çox sevindilər. 11Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. 12Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. Misirə qaçış 13Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». 14Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. 15Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım». 16Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. 17Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: 18«Ramada bir səs eşidildi, Ağlaşma və böyük fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, Təsəlli istəmir. Çünki onlar daha yoxdur». Misirdən Nazaretə dönüş 19Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb 20dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». 21Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. 22Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. 23Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi. Matta 3 Vəftizçi Yəhyanın gəlişi (Mark 1:1-8; Luka 3:1-18; Yəh. 1:19-28) 1O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. 2O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 3Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». 4Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. 5Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. 6Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. 7Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8İndi isə tövbəyə layiq bəhrə verin. 9Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 10Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. 11Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 12Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq». İsanın vəftiz olunması (Mark 1:9-11; Luka 3:21-22) 13O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. 14Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» 15İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. 16İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. 17Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». Matta 4 İsanın sınağa çəkilməsi (Mark 1:12-13; Luka 4:1-13) 1Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. 2İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. 3O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». 4İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». 5Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub 6dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». 7İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». 8İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: 9«Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». 10İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». 11Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi. İsa xidmətinə başlayır (Mark 1:14-15; Luka 4:14-15) 12İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. 13Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. 14Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: 15«Zevulun və Naftali bölgələri, Dənizkənarı yol, İordan çayının o biri tayı, Müxtəlif millətlər yaşayan Qalileya – 16Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu». 17O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». İlk şagirdlər (Mark 1:16-20; Luka 5:1-11) 18İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 19İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 20Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 21İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. 22Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər. İsa xəstələrə şəfa verir (Mark 3:7-12; Luka 6:17-19) 23İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 24Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. 25Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi. Matta 5 İsanın Dağüstü vəzi 1İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. 2İsa danışmağa başlayıb onları öyrədərək dedi: Bəxtiyar olanlar (Luka 6:20-23) 3«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. 4Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. 5Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. 6Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. 7Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. 8Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. 9Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. 10Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. 11İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 12Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər. Duz və nur 13Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. 14Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. 15Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. 16Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər. Qanun və Peyğəmbərlər 17Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. 18Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. 19Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. 20Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz. Hirs və qətl 21Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. 22Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. 23Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. 25Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. 26Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan. Zina və boşanma 27“Zina etmə” deyildiyini eşitmisiniz. 28Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. 29Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. 30Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. 31“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 32Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir. And içmək 33Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. 34Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. 37Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır. Düşmənlərinizi sevin (Luka 6:27-36) 38“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 39Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. 40Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. 41Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. 42Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma. 43“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. 45Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? 47Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? 48Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun. Matta 6 Sədəqə vermək 1Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. 2Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. 4Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Necə dua etməli (Luka 11:2-4) 5Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 6Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 7Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 8Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. 9Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, 10Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. 11Gündəlik çörəyimizi bizə bu gün ver. 12Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. 13Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.” 14Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. 15Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz. Oruc 16Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 17Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. 18Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Səmavi xəzinələr (Luka 11:34-35; 12:33-34; 16:13) 19Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. 20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. 22Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. 23Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! 24Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. Qayğı çəkməyin (Luka 12:22-32) 25Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? 26Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? 27Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 28Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. 32Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir! Matta 7 Mühakimə etməyin (Luka 6:37-42) 1Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. 2Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. 3Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 4Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” 5Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. 6Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar. Dua haqqında təlim (Luka 11:9-13) 7Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 8Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 9Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? 10Ya da balıq diləsə, ona ilan verərmi? 11Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! 12İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur. Dar qapı və geniş qapı (Luka 13:24) 13Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. Ağac və bəhrə (Mat. 12:33-35; Luka 6:43-46; 13:25-27) 15Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. 20Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. 21Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. 22O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” 23Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!” Ağıllı bənna və ağılsız bənna (Luka 6:47-49) 24Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. 25Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. 26Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. 27Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar». 28İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, 29çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. Matta 8 İsa bir cüzamlıya şəfa verir (Mark 1:40-45; Luka 5:12-16) 1İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. 2Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. 3İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. 4İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar». Yüzbaşının imanı (Luka 7:1-10) 5İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: 6«Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». 7İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». 8Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. 9Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 10Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. 11Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. 12Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». 13Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı. İsa çox adama şəfa verir (Mark 1:29-34; Luka 4:38-41) 14İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. 15İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı. 16Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. 17Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü». İsanın şagirdi olmaq nə deməkdir (Luka 9:57-62) 18İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. 19Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 20İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». 21Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 22İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin». İsa tufanı yatırır (Mark 4:35-41; Luka 8:22-25) 23İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 24Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» 26İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. 27Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?» Cinə tutulmuş iki nəfər sağaldılır (Mark 5:1-20; Luka 8:26-39) 28İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. 29Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» 30Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 31Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». 32İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. 33Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 34Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın. Matta 9 İsa iflicə şəfa verir (Mark 2:1-12; Luka 5:17-26) 1İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. 2Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». 3Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». 4Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? 5Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 6Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» 7Xəstə qalxıb evinə getdi. 8Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi. Matta şagirdlərə qoşulur (Mark 2:13-17; Luka 5:27-32) 9İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. 10İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. 11Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 12Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 13Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». Oruc barəsindəki sual (Mark 2:18-22; Luka 5:33-39) 14O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» 15İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. 16Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 17Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar». Qızın dirilməsi və qadının şəfa tapması (Mark 5:21-43; Luka 8:40-56) 18Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». 19İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. 20Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. 21Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». 22İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. 23İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü 24və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. 25Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. 26Bu xəbər o torpağın hər tərəfinə yayıldı. İki kor ilə bir lal sağaldılır 27İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» 28Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». 29O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». 30Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. 31Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar. 32Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. 33Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». 34Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur». Məhsul çox, işçilər az 35İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 36Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. 37O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. 38Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin». Matta 10 On İki şagirdə verilən vəzifə (Mark 3:13-19; 6:7-13; Luka 6:12-16; 9:1-6; 10:1-12) 1İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. 2Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 3Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, 4Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. 5İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, 6amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. 7Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. 8Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. 9Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. 10Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. 11Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. 12O evə girərkən ev sakinlərini salamlayın. 13Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. 14Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq. Şagirdlərin sıxıntıları (Mark 13:9-13; Luka 21:12-17) 16Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. 17İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. 18Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. 19Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, 20çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. 21Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 22Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. 23Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək. 24Şagird müəllimindən, qul da ağasından üstün deyil. 25Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! Kimdən qorxmalı (Luka 12:2-9) 26Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 27Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. 28Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. 29İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. 30Sizin başınızdakı saçlar belə, sayılıb. 31Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. 32İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. 33Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm. İsaya layiq olmaq (Luka 12:51-53; 14:26-27) 34Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. 35Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. 36“İnsanın düşməni öz ev əhli olacaq”. 37Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. 38Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. 39Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. 40Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. 41Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. 42Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».
Yəhya 1Allah Kəlamı 1Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2O, başlanğıcda Allahla birlikdə idi. 3Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4Həyat Onda idi və bu həyat insanların nuru idi. 5Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. 6 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. 14Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı. Yəhyanın şəhadəti (Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18) 19Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21 Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm». 24Göndərilən bəzi fariseylər 25Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 27Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi. 29Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm». İsanın ilk şagirdləri 35Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 40Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir. 42Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir. 43Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51 Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz». Yəhya 2 İsa suyu şəraba döndərir 1Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 2İsa ilə şagirdləri də toya çağırılmışdı. 3Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 4İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin». 6Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi. 7İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 8O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 9Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 10«Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan». 11İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 12 Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı. İsa satıcıları məbəddən qovur (Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46) 13Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. 18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 22İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar. 23İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi. Yəhya 3 İsa və Nikodim 1Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 2O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 5İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 7Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 8Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 9Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 10İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 11Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 12Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 13Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. 14 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 15Ona iman edən hər kəs əbədi həyata malik olsun». 16Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 17Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 18Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 19Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 20Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. 21Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun. Yəhyanın İsa barədə şəhadəti 22Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. 23Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. 24 Yəhya hələ zindana salınmamışdı. 25Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. 26Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». 27Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 28“Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 29Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. 30İndi Ona böyümək, mənə kiçilmək gərəkdir». 31Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. 32Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. 33Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. 34Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. 35 Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. 36Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. Yəhya 4 İsa və Samariyalı qadın 1Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 2əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. 3İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 4Onun yolu Samariyadan keçirdi. 5O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. 6Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. 7Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. 8Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. 9 Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. 10İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». 11Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 12Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» 13İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 14amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». 15Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». 16İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 17Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 18çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 19Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 21İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 23Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 24Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 25Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». 27Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. 28Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: 29«Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» 30Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. 31Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 32Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». 33Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. 34İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. 35 Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. 36Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. 37Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. 38Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». 39«Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 40Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 41Daha çox adam da İsanın sözünə görə iman etdi. 42Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur». 43İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. 44Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. 45İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər. Məmur oğlunun şəfa tapması 46Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. 47O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. 48Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». 49Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» 50İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. 51Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. 52Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü». 53O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. 54Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi. Yəhya 5 Hovuz kənarındakı xəstənin şəfa tapması 1Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 2Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 3Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. 4 5Otuz səkkiz il xəstə olan bir adam da orada idi. 6İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» 7Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». 8İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» 9O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. 10Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 11O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 12Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 13Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 14Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 15O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 16Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi. 17Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı. İsanın səlahiyyəti 19Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. 24Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. 30Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir. İsaya şəhadət 31Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz. 41İnsanlardan izzət qəbul etmirəm. 42Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»

    Ağqoyunlular

    AZad
    AZad


    Ağqoyunlular Russia10
    Haradan : Sumqayit
    Inam : islam
    Mesajlar : 0
    Təşəkkürlər : 0

    Ağqoyunlular Empty Ağqoyunlular

    Сообщение автор AZad Пн Май 01, 2017 7:28 am

    Ağqoyunlular
    Vikipediya, açıq ensiklopediya


    [ltr]Ağqoyunlular 15px-Cscr-featured.svg
    [/ltr]
    [th]
    Ağqoyunlular
    آق قویونلو
    Dövlət-i Bayanduriyyə[1]

    İmperiya
     Ağqoyunlular 30px-Flag_of_Kara_Koyunlu_dynasty
    1378 — 1503/1508[2]
    Ağqoyunlular 30px-Safavid_Flag.svg 
     
    Ağqoyunlular 30px-Fictitious_Ottoman_flag_2.svg 
    [/th]


    [td style="vertical-align: top; border-top-color: rgb(170, 170, 170); padding: 0.4em 0.6em;" align="center" colspan="2"]
    Ağqoyunlular 130px-Flag_of_Ak_Koyunlu.svg
    Bayraq
    Ağqoyunlular 290px-Map_Aq_Qoyunlu_1478-en
    Ağqoyunlular (1478)PaytaxtDiyarbəkir [3]
    (1402-1468)
    Təbriz [4]
    (1468-1501)
    Bağdad
    (1500-1508)Böyük şəhərlərƏrzurum,İrəvanNaxçıvan,KərkükDil(lər)Azərbaycan türkcəsi[5][6]
    Fars dili [7]Dinİslam(Sünni[8]Pul vahidiTəngə [9][10]İdarəetmə formasıMütləq monarxiyaSülaləBayandurlar [11]Bəy - 1340-1362Turəli bəy(ilk) - 1444-1451Cahangir bəy(son)Sultan[12] , Padşah [13] - 1451-1477Sultan Həsən(ilk) - 1499-1508Sultan Murad(son)Hazırki dövrdə
    (Əhatə edib)
    Ağqoyunlular 22px-Flag_of_Azerbaijan.svgAzərbaycan
    Ağqoyunlular 22px-Flag_of_Turkmenistan.svgTürkmənistan
    Ağqoyunlular 22px-Flag_of_Turkey.svgTürkiyə
    Ağqoyunlular 22px-Flag_of_Armenia.svgErmənistan
    Ağqoyunlular 22px-Flag_of_Iran.svgİran
    Ağqoyunlular 22px-Flag_of_Georgia.svgGürcüstan
    Ağqoyunlular 22px-Flag_of_Iraq.svgİraq
    Ağqoyunlular 22px-Flag_of_Syria.svgSuriya
    Ağqoyunlular 22px-Flag_of_Russia.svgRusiya
    Ağqoyunlular 22px-Flag_of_Kuwait.svgKüveyt[size][ltr]
    Ağqoyunlular — Oğuz tayfalarından olan Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar.[14]
    Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur.[15]
    Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı.[16]
    Ağqoyunlu hökmdarları Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqubun dövründə Ağqoyunlu imperiyasında elm, incəsənətin inkişafının pik nöqtəsi idi. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan türkcəsinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.[17]
    Sultan Rüstəmin ölümündən sonra Ağqoyunlular daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradılar. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü. 1501-ci ildə qızılbaşlara Şərur məğlubiyyətindən sonra Ağqoyunluların Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu.[3]1508-ci qızılbaşlar tərəfindən ildə İraqdakı hakimiyyətlərinə də son verildikdən sonra [18] Ağqoyunlular tamamilə süqut etdi və yerini I Şah İsmayılın yaratdığı Səfəvi imperiyasına verdi.

    [/ltr][/size]
    [ltr]

    Mündəricat

      [gizlə] [/ltr]


    [size][ltr]

    Bayandur sülaləsinin mənşəyi[redaktə | əsas redaktə]


    Əsas məqalə: Bayandur eli

    Əsas məqalə: Bayandur (tayfa)

    Ağqoyunlular hələ erkən orta əsrlərdə Cənubi QafqazdaQafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, həmçinin Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında, həmçinin Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu , Qərbi İranDəclə və Fərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdılar.[19]
    Ağqoyunlular Oğuzların Bayandur boyuna mənsub idilər. Adları türkdilli qaynaqlarda “Bayandur xan oğlanları”, farsdilli qaynaqlarda isə “Bayanduriyyə” olaraq verilir.[20]Qədim türk dilində "Bayandur" sözü “Dayim nemətlə dolu olan yer” mənasına gəlir.Bayandur adı, Oğuz xanın oğullarından Göy xanın ən böyük oğlu Bayandurdan gəlir. Ağqoyunlular özlərini Bayandur xanın nəslindən sayırdılar.
    Həmzə bəy dövründə Bayandur damğası, Ağqoyunlu sikkələrinin üzərinə vurulurdu. Uzun Həsən və xələfləri dövründə Bayandur damğası yenə dövlətin əlaməti olaraq sikkələrin üzərinə vurulurdu. Ağqoyunlu bayrağı və yazılarda da bu damğadan istifadə olunurdu.[21] Bayandurların damğası budur:Ağqoyunlular 40px-Bayundur.svg[22][/ltr][/size]
    AZad
    AZad


    Ağqoyunlular Russia10
    Haradan : Sumqayit
    Inam : islam
    Mesajlar : 0
    Təşəkkürlər : 0

    Ağqoyunlular Empty Re: Ağqoyunlular

    Сообщение автор AZad Пн Май 01, 2017 7:28 am

    Quruluş dövrü[redaktə | əsas redaktə]

    [th]Azərbaycan tarixi[/th]

    Turəli bəy (1340-1362)[redaktə | əsas redaktə]


    Əsas məqalə: Əlaəddin Turəli bəy

    Ağqoyunlu dövlətinin ilk tarixi şəxsiyyəti Əlaəddin Turəli bəydir. Elxani hökmdarı Əbu Səidin ölümündən sonra dövləti ara müharibələri və feodal çıxışları bürüdü. Sutayoğulları və Çobanilər hakimiyyət uğrunda mübarizəyə başladılar. Bu mübarizədə Ağqoyunlular Mosul və Diyarbəkirdə hakimiyyət quran Sutayoğullarının, Qaraqoyunlular isə İraqdakı Cəlarilərin tabeliyində idilər. Sutayoğulları bu mübarizədə məğlub oldular və MosullaDiyarbəkiri itirdilər. Turəli bəy bundan sonra Mardində hökm sürən Artuqoğulları ilə ittifaq qurdu.[23]
    Turəli bəy dövründə Ağqoyunluların Trabzon ilə əlaqələri yaxşı deyildi. 1340-cı Turəli bəyin başçılığı ilə Ağqoyunlular Trabzon yaxınlığında bir yaylaqda yerləşmişdilər. Bu vaxt Trabzon dövlətinin ordusu hücuma keçərək Ağqoyunluların heyvanlarını ələ keçirmiş, bir qismini isə öldürmüşdü.Buna cavab olaraq Ağqoyunlular 1341-ci böyük ordu ilə Trabzona hücum edərək qarşılarına çıxan ordunu məğlub etdilər və yaxşı qənimətlə geri döndülər.[24] 1348-ci ildə Əlaəddin Turəli bəyƏrzincan hakimi Qiyasəddinahi Ayna bəy və Bayburt hakimi Mahmud Riqabdar birləşərək Trabzonu mühasirəyə aldılar. Ancaq buranı tuta bilmədilər və geri qayıtdılar.[25]
    Lakin müttəfiqlər imperator III Alexiosun gözünü qorxurda bildilər. Türkmanlardan çəkinən III Alexios 1352-ci ildə bacısını Turəli bəyin oğlu və xələfi Qutlu bəylə evləndirərək nigah diplomatiyasına əl atdı.[26]

    Qutlu bəy (1362-1389)[redaktə | əsas redaktə]


    Əsas məqalə: Fəxrəddin Qutlu bəy

    Turəli bəydən sonra Fəxrəddin ləqəbini daşıyan Qutlu bəy Ağqoyunluların hökmdarı oldu. Fəxrəddin Qutlu bəyi dindar və səmimi bir hökmdar olaraq təsvir edən Əbu Bəkr TehraniKitab-i Diyarbəkriyyə əsərində onun Axısqanı ələ keçirdiyini və böyük qənimətlə geri döndüyünü yazır.[27]
    Qutlu bəyin dövründə Ağqoyunlular, Ərzincan hakimi MüdahhardənƏrətnalılarQazi Bürhanəddin və Məmlüklər arasındakı mübarizələrdə fəal rol oynadılar.
    Ərətna hökmdar Əlaəddin Əli bəyin 1380-ci ildə ölməsindən sonra hakimiyyət onun kiçik yaşlı oğlu gəldi. Əslində isə dövləti vəzir Qazi Bürhanəddin idarə edirdi. Bir müddət sonra isə Qazi Bürhanəddin Sivasda özünü müstəqil hakim elan etdi.
    Qazi Bürhanəddinin qüvvətlənməsindən narahat olan Ağqoyunlu-Müddahardən ittifaqı, Qutlu bəyin oğlu Əhməd bəyi Sivasa hücuma göndərdi. Əhməd bəy, əvvəlcə Qazi Bürhanəddinin komandirlərindən olan Yusif bəyi məğlub edərək öldürsə də,[28] Qazinin böyük qoşunla Sivasa yaxınlaşdığını xəbər tutduqdan sonra mühasirədən əl çəkib geri çəkildi.
    1387-ci ildə Məmlüklərin Malatya hakimi Mintaş, mərkəzi hakimiyyətə qarşı çıxdı və Qazi Bürhanəddindən kömək istədi. Bunun qarşılığında Malatyanı Qazi Bürhanəddinə təklif etdi.[29] Bu zaman Əhməd bəy Bürhanəddinin hüzuruna gələrək Ağqoyunluların tabeliyini bildirdi və Malatya yürüşünə qatıldı.[30]
    Lakin nə Ağqoyunlular, nə də Qazi Bürhanəddin bu yürüşdən heçnə əldə edə bilmədilər. Əlavə olaraq Məmlüklərin də düşmənliyini qazandılar.1389-cu ildə Qutlu bəy öldü.[31] O, Bayburtda dəfn edildi.

    Əhməd bəy (1389-1403)[redaktə | əsas redaktə]


    Əsas məqalə: Əhməd bəy Bayandur

    Fəxrəddin Qutlu bəyin ölümündən sonra hakimiyyətə oğlu Əhməd bəy gəldi. Əhməd bəyin dövründə Müdahhardən ilə ittifaq pozuldu. Bunun səbəbi isə Ərzincan əmiri Müdahhardənin Qutlu bəyin ölümündən istifadə edərək, Ağqoyunlulara hücumlara başlaması idi. Lakin Əhməd bəyin əks hücumu ilə geri otuzduruldu.[32][33]
    Bu məğlubiyyətdən sonra Müdahhardən Qaraqoyunlu Qara Məhəmməddən kömək istədi. Bu istəyi qəbul edən Qara Məhəmməd, Ağqoyunlulara qarşı hücuma keçərək Əhməd bəyi ağır məğlubiyyətə uğratdı.[34] Qaraqoyunluların güclü rəqib olduğunu başa düşən Əhməd bəy Qazi Bürhanəddin bəy ilə ittifaq bağladı.[35]
    1386-cı ildə Əhməd bəyə qarşı üsyan qaldıran[36] Osman bəy, Əhməd bəydən ayrılaraq Kəmax qalasına hücuma keçdi. Qazi Bürhanəddin qoşunu ilə Kəmaxa gəlib Osman bəyin qarşını kəsdi və onu geri otuzdurdu.Sonradan Osman bəy Qazi Bürhanəddin ilə sülh bağladı.[37]
    1396-cı ildə Qara Yuluq Osman bəy Qazi Bürhanəddinin də köməyi ilə Əhməd bəyi hakimiyyətdən saldı [38] və faktiki olaraq Ağqoyunluların başçısı oldu. Əhməd bəy 1403-cü ildə Paluda öldü.

    Bəylik dövrü[redaktə | əsas redaktə]

    Ağqoyunlular 250px-Hasankeyf

    Hasankeyf, Ağqoyunlu dövlətinin ilkin əraziləri.

    Qara Yuluq Osman bəy (1403-1435)[redaktə | əsas redaktə]


    Əsas məqalə: Qara Yuluq Osman bəy

    Ağqoyunlu bəyliyinin ən böyük və güclü hökmdarlarından biri də Qara Yuluq Osman bəydir (və yaxud Osman bəy). 1353-cü ildə Fəxrəddin Qutlu bəyin Trabzon İmperatorunun qızı Mariyadan olan oğludur. Onun dövründə Ağqoyunlular geniş ərazilər ələ keçirərək bəyliyə çevrildilər.

    Əmir Teymur və Qazi Bürhanəddin ilə münasibətlər[redaktə | əsas redaktə]

    Bir müddət sonra Qazi Bürhanəddin ilə Osman bəy arasında ittifaq pozuldu. Dövrün mənbələri bu müharibəni bir cür işıqlandırmır, səbəbi müxtəlif cür yazırlar. Sivas yaxınlığında hər iki ordu üzləşdi. Qəfil hücuma keçən Qara Yuluq Osman bəy, Qazi Bürhanəddini məğlub etdi. Qazi Bürhanəddin döyüşdə öldürüldü.[39][40][41][42]
    Qazi Bürhanəddinin ölümündən sonra əyanlar onun oğlu Əlaəddin Əli Çələbini hökmdar elan etdilər. Qarışıqlıqlardan istifadə edən Osman bəy Sivası mühasirəyə aldı.[43] Sivaslılar şəhərin alınmasından sonra şəhərin qarət edilməsindən qorxdular, bu səbəbdən Osmanlılardan kömək istədilər. Osmanlı sultanı İldırım Bəyazid, büyük oğlu Süleyman Çələbini böyük ordu ilə Sivasa göndərdi. Osman bəy döyüşdə məğlub oldu. Beləliklə, Qazi Bürhanəddinin torpaqlarının çoxu Osmanlıların əlinə keçdi.[44]
    Qara Yuluq Osman bəy Müdahhardənin vasitəçiliyi ilə 1399-ci ildə Əmir Teymurun Qarabağdakı qışlağına gedərək, ona tabeliyini bildirdi.[45][46] 1400-cü ildə yenidən Teymurun hüzuruna gedən Osman bəy onun Anadoluya olan yürüşlərində iştirak etdi. Ağqoyunlu qüvvələrinin başçılıq etdiyi Teymuri ordusu əvvəl Sivası sonra isə, Əlbistan və Malatyanı tutdu.[47][48] Əmir Teymur,Qara Yuluq Osman bəyin xidmətlərinə qarşılıq olaraq Malatyanı ona verdi.[49]
    Teymurun Məmlüklərə qarşı yürüşündə iştirak edən Ağqoyunlular, Hələb və Şam yaxınlığında olan döyüşlərdə xüsusilə fərqləndilər. Əmir Teymur, 1401-ci ildə Diyarbəkiri(Amidi) Osman bəyə verdi.[50][51][52] 1401-ci ildə Qara Yuluq Osman bəy Əmir Teymurun əmri ilə Artuqlu hakimiyyətində olan Mardin qalasını mühasirəyə aldı. Mardin Osman bəydən aslı vəziyyətə düşdü.
    Ağqoyunlular 250px-Diyarbakr_Western_City_Wall

    Ağqoyunluların Diyarbəkirdə inşa etdikləri qala.

    Əmir Teymurun 1402-ci ildə Anadoluya II yürüşü zamanı Qara Yuluq Osman bəy qardaşları ilə yenidən Əmir Teymurun ordusuna qatıldı.[53] 1402-ci ildə Osmanlı sultanı İldırım Bəyazid ilə Əmir Teymurun arasında baş verən Ankara döyüşündə, Ağqoyunlu qüvvələri Teymuri qoşunun mərkəzində yer almışdılar.Bu döyüşdə Teymurilər Osmanlılara qalib gəldilər və İldırım Bəyazid əsir alındı.

    Məmlüklərlə münasibətlər[redaktə | əsas redaktə]

    Məmlük hökmdarı Sultan Fərəc, 1405-1406-cı illərdə Əmir Çəkəmi Hələbə hakim təyin etdi və Tripolinin idarə edilməsini ona həvalə etdi. Sultan olmaq niyyətində olan Əmir Çəkəm Sultan Fərəcə qarşı üsyan qaldırdı. Dəməşq hakimi Şeyxi məğlub edərək Suriyanı ələ keçirdi. 1407-ci ildə Sultan Fərəc Əmir Çəkəmin üzərinə qoşunla gəlsə də, heç bir uğur əldə edə bilmədi. 1407-ci ilin mart-aprel aylarında Əmir Çəkəm “əl-Məlik əl-Adil” ləqəbi götürərək özünü sultan elan etdi.[54][55][56][57] Fəratdan, Qəzzəyə qədər olan torpaqlarda öz adına sikkə vurdurdu. Divriğ, Malatya Hələb, Şam, Humus, Hama və Trablus torpaqlarını özünə tabe etmişdi.[58]
    Əmir Çəkəm Məmlük ordularını məğlub etdikdən sonra şimala irəliləməyə can atırdı. Əmir Çəkəmin məqsədi şimaldakı strateji əhəmiyyətli Ağqoyunlu ərazilərini ələ keçirmək və oradan başqa dövlətlərin ərazisinə soxulmaq idi. Bunun üçün bəhanə axtaran Əmir Çəkəm, Mardin hökmdarı əz-Zahir ilə Osman bəy arasında olan münaqişədən istifadə etdi. Osman bəyin qarşısında duruş gətirə bilməyəcəklərini başa düşən Mardin hökmdarı əz-Zahir və kürdlər Əmir Çəkəmdən kömək istədilər.Əmir Çəkəm bu təklifi qəbul etdi. Hərəkətə keçən Əmir Çəkəm Birəciyi tutdu, şəhər hakimi Gözəli öldürdü.[59][60] Qara Yuluq Osman bəy Əmir Çəkəmə sülh təklif etsə də, Çəkəm buna razı olmadı.
    Əmir Çəkəm Mardinə dogru irəlilədi şəhərin yaxınlığında Xarzəm [q 1][61] adlı ərazidə baş vermiş döyüşdə Osman bəy məğlub oldu.Oğlu İbrahim döyüşdə öldürüldü. Ibrahimin ölümündən [62][63][64][65] sonra Osman bəy Diyarbəkir qalasına çəkildi. Qalanı qorumaq üçün ətrafda bataqlıqlar yaradan Osman bəy Əmir Çəkəmin süvarilərini geri otuzdurdu. Əmir Çəkəm özü palçıqda ilişib qaldı və Türkman(Ağqoyunlu) əsgərləri palçığa ilişən Əmir Çəkəmi daşlayaraq öldürdülər. Döyüşdə məğlub olan Çəkəm ordusu böyük sərkərdələrini də itirdi.[66][67]
    Bu döyüşdə Qara Yuluq Osman bəy, oğlu Ibrahimi itirsə də böyük bir qələbəyə imza atdı. Bu qələbədən sonra Osman bəy Ağqoyunlulara qatılmış Döğərli oğuz tayfası ilə 1408-ci ildə Ruha [q 2] şəhərini tutdu.[68]
    1426-cı ildə Osman bəy Malatyaya hücumlar etməyə başlamışdı. Osman bəyin Malatya yaxınlığında çoxlu sayda Məmlük əsgərini öldürdüyü xəbər sultana çatdıqda sultan, Ağqoyunlulara qarşı yürüş etməyi qərara aldı.[69] Bu yürüşə Əmir-i Kəbir Yaşbək əl-Ərəc, Əmir Özbək əd-Dəvadar və s. kimi sərkərdələr başçılıq edirdilər. Amma sonradan bu yürüş ləğv edildi. Osman bəy Ərzincan və ətrafını sonra isə, Bayburtu tutdu.
    Osman bəyin 1429-cu ildə Məmlüklərdən aslı vəziyyətdə olan Zülqədəroğulları bəyliyinə hücum edərək Harputu tutması Ağqoyunlu-Məmlük münasibətlərini müharibə vəziyyətinə gətirdi.[70][71] Məmlük sultanı Barsbay, 1429-cu ildə Əmir Tanrıvermişin başçılığı ilə Ruhaya qoşun göndərdi. Məmlük ordusu şəhəri ələ keçirdi, Aynal əl-Əcrud şəhərə hakim təyin edildi. Məmlükərin bu yürüşü Ağqoyunluların sərhədyanı bölgələrə yürüşlərinin qarşısını ala bilmədi və tezliklə Ruha yenidən Ağqoyunluların əlinə keçdi.
    1432 ilin martında Osman bəy Mardini Qaraqoyunlu hakimi Nasirəddindən alaraq ən böyük qalibiyyətlərindən birini qazandı [72][73] Buranın idarəsini oğlu Həmzə bəyə verdi. Həmzə bəy həmin ildə Məmlük dövlətinə tabe olan Heysəmi(Haytam) tutdu. Buranın əhalisini Mardinə köçürdü.[74] Qara Yuluq Osman bəy Barsbayın hücuma keçməməsi üçün dostluq mənasında, Mardin qalasının açarlarını sultana göndərdi.[75][76]
    Lakin Barsbay, 1433-cü ildə Ağqoyunluları darmadağın etmək üçün böyük və yaxşı silahlanmış ordu göndərdi.[77] Ruhanı tutan Məmlük ordusu bir həftə sonra Diyarbəkiri mühasirəyə aldı.[78][79] Qara Yuluq Osman bəy Diyarbəkirin müdafiəsi üçün qüvvə qoyaraq özü Ərgani qalasına çəkildi və tez-tez qaladan çıxaraq Məmlük ordusuna zərbə vurmağa başladı.Sultan Barsbay həm Diyarbəkir, həm də Ərgani qalalarındakı Ağqoyunlu qüvvələrinə qarşı 2 cəbhədə mübarizə aparmağa məcbur oldu. Pis vəziyyətdə qalan Barsbay, Osman bəyin sülh təklifini qəbul etdi. Müqaviləyə görə Məmlük dövləti, Ağqoyunluların Ərməniyyə [q 3] və Diyarbəkirdəki hakimiyyətini tanıyırdı, qarşılığında Osman bəy Barsbayın adına xütbə oxutmalı və sikkələrin üzərində Barsbayın da adını vurdurmalı idi. Həmçinin Ağqoyunlular həcc və tacir karvanlarının keçməsini asanlaşdırmalı, Məmlük dövlətinin sərhədlərini pozmamalı idi.[80][81] Ancaq Məmlük sultanı da daxil olmaqla heç kəs Ağqoyunluların bu şərtlərə icra edəcəyinə inanmırdı. Osman bəy tezliklə bu sülhü pozdu.
    1434-1435-ci ildə Qara Yuluq Osman bəy əsgər toplayaraq Ruhanı yenidən elə keçirdi və ordusu oğlu Əmir Osmanın başçılığı ilə Malatyaya qədər irəlilədi.[82][83][84]
    AZad
    AZad


    Ağqoyunlular Russia10
    Haradan : Sumqayit
    Inam : islam
    Mesajlar : 0
    Təşəkkürlər : 0

    Ağqoyunlular Empty Re: Ağqoyunlular

    Сообщение автор AZad Пн Май 01, 2017 7:29 am

    Qaraqoyunlularla münasibətlər[redaktə | əsas redaktə]

    1409-cu ildə Urfanı tutan Osman bəy Mardinə doğru irəlilədi və şəhəri mühasirəyə aldı. Mardin Artuqluları Osman bəyə müqavimət göstərə bilməyəcəklərini görüb Qara Yusifdən kömək istədilər. Qara Yusif bu təklifi qəbul edərək, Mardinə doğru Ağqoyunlulara qarşı yürüşə çıxdı. 1409-cu ildə baş verən döyüşdə Ağqoyunlular məğlub oldular.[85][86][87][88] Mardin Qaraqoyunluların əlinə keçdi. Bununla da Mardin və ətrafında 3 əsrlik Artuqoğlu hakimiyyətinə son qoyuldu.[89][90]
    Qara Yusif 1410-cu ildə Ərzincanı tutdu. BayburtTərcan və İspiri də tutan Qara Yusif bu ərazilərə Pir Öməri hakim təyin etdi. Qaraqoyunlulara qarşı müqavimət göstərməyən Osman bəyin əlində DiyarbəkirUrfa və Ərgani şəhərləri qaldı.[91][92] Beləliklə Qara Yusif Ağqoyunluları hər iki tərəfdən mühasirəyə aldı. Bu mühasirəni qırmaq istəyən Osman bəy Əmir Teymurun sərkərdələrindən olan Şəmsədinin əlində olan Kəmax qalasını tutdu. Teymurilər və Məmlüklərdən dəstək alan Osman bəy Qaraqoyunlularla döyüşə davam etdi.
    Qaraqoyunlular 1417-ci ildə Ağqoyunlular üzərinə hücuma keçdilər. Qaraqoyunlu ordusu Ağqoyunluları məğlub edərək Malatyaya qədər olan əraziləri qarət etdi. Nəhayət Osman bəylə, Qara Yusif arasında sülh müqaviləsi imzalandı. Osman bəy Savur qalasını Qaraqoyunlulara verdi, bunun əvəzində Qara Yusif Ağqoyunlulara bir milyon dirhəm, 100 at verdi.[93][94][95] Bu sülh müqaviləsi tezliklə pozuldu.
    1418-ci ildə, Qara Yuluq Osman bəy, Mardini mühasirəyə aldı ətrafını isə qarət etdi. Qara Yusifə aid səkkiz qalanı tutdu, 220 kəndin əhalisini öz torpaqlarına köçürdü.[96][97][98][99] İki Türkman dövlətinin mübarizəsi hər ikisini zəiflədirdi, bu isə Məmlük və Teymuri dövlətlərinə sərf edirdi.[100] Bunu eşidən Qara Yusif Ağqoyunlulara qarşı hücuma keçdi, Diyarbəkir yaxınlığında Osman bəyi məğlub etdi. Osman bəy Məmlük dövlətinin ərazisinə qaçdı. Qara Yusif onu təqib etsə də, tuta bilmədi.
    1420-ci ildə Qaraqoyunluların Ərzincan hakimi Pir Ömər, Osman bəyin oğlu Yaqub bəyin hakim olduğu Kəmaxa hücuma keçdi. Kəmax qalası yaxınlığında döyüşdə Yaqub bəy əsir alınaraq Təbrizə göndərildi. Qalanı tuta bilməyən Pir Ömər, Ərzincana geri döndü.[101] Pir Ömər, Osman bəyin hücum edəcəyini bilirdi, buna görə də Qara Yusifdən kömək istədi.[102][103] O, Bayram bəyin başçılığı ilə Pir Ömərə 20 minlik qoşun göndərdi. Bundan xəbər tutan Qara Yuluq Osman bəy, bu qoşunun Pir Ömərlə birləşməməsi üçün tələsik Ərzincana hücuma keçdi. Pir Ömər ələ keçirilərək öldürüldü, Osman bəy onun başını Məmlük sultanına göndərdi.[104][105][106][107][108][109] Qara Yusif sevimli sərkərdəsinin ölüm xəbərini etşitdikdə Ağqoyunlulara qarşı hücuma keçmək isdəsə də, Teymuri Sultan Şahruxun hücum xəbəri buna imkan vermədi. Sadəcə olaraq kiçik oğlu Əbu Səidi Ərzincana hakim təyin etməklə kifayətlənməyə məcbur oldu.
    Qara Yusifin ölümündən sonra Qaraqoyunlu dövləti zəiflədi. Teymuri Şahrux Azərbaycana hücuma keçdi, Qaraqoyunlu hökmdarı İskəndər Ərzuruma çəkilməyə məcbur oldu.Osman bəyə məktub yazan Teymuri Sultan Şahrux ondan Qara İsgəndərin qarşısını kəsməsini istədi.[102][103] 1435-ci ilin avqustunda Ərzurum yaxınlığında Qaraqoyunlular və onların yollarını kəsən Ağqoyunlular arasında toqquşma oldu.Bu döyüşdə Ağqoyunlular məğlub oldular, 80 yaşlı Osman bəy atdan yıxılaraq öldü. O, Ərzurumda dəfn edildi.

    Əli bəy (1435-1438) və Həmzə bəy (1438-1444)[redaktə | əsas redaktə]


    Əsas məqalələr: Cəlaləddin Əli bəy və Həmzə bəy Bayandur

    Osman bəyin ölümündən sonra Ağqoyunlu bəyliyində pərakəndəlik yarandı. Belə ki,o müxtəlif ərazilərə öz oğulları və qohumlarını hakim təyin etmişdi. Onun ölümündən sonra hakimlər müstəqilliyə can atır, mərkəzi hakimiyyətlə hesablaşmırdılar. Əli bəy Harputda, böyük oğlu Yaqub bəy Kəmaxda və Hisarda,Həmzə bəy Mardində, Məhəmməd Çəmikəzəkdə, Şeyx Həsən Ərzurumda, Qılıc Arslan Paluda, Piltən Kişıda, Qutlu Bayburtda, Musa isə Tərcana hakim idilər.[110] Cəlaləddin Əli bəy Sultan Şahruxun işə qarışmasıyla Ağqoyunlu hökmdarı oldu.[111] Əli bəy bacısı Xanımı, Teymuri Sultan Şahruxun oğlu Cuki ilə evləndirdi.[112] Beləliklə həm Ağqoyunlu-Teymuri əlaqələrini möhkəmləndirdi, həm də tayfa ittifaqı içində nüfuzunu gücləndirdi. Onun vəliəhdliyi qəbul edildi və ona tabe oldular.[113]
    Cəlaləddin Əli bəy Məmlüklərlə əlaqələrin yaxşı olmasını istəyirdi. Buna görə də oğlu Hüseyni Qahirəyə göndərdi. Amma Məmlük sultanı nəinki Hüseyni yaxşı qarşılanmadı, hətta onu həbs etdi.[114][115] Osman bəyin ölümündən sonra baş vermiş qarışıqlıqdan istifadə etməyə çalışan Məmlük sultanı Barsbay, Diyarbəkirə Əli bəyin üzərinə qoşun göndərdi. Məmlük ordusu Diyarbəkiri tuta bilməsə də, Əli bəyin oğlu Cahangir Mirzəni ələ keçirərək paytaxta göndərdi.[116][117][118]
    Bu hadisələrdən sonra Əli bəy Yaqub bəy, Şeyx Həsən, Mahmud bəy, Məhəmməd bəy və Pir Əli bəy Harputda şura keçirdilər. Şurada Qaraqoyunlulara qarşı birgə mübarizə və daxili çəkişmələrə son qoymaq qərarı alındı. Lakin şuranın toplanmasının bir nəticəsi olmadı.
    Ağqoyunlu şahzadələri daxili çəkişmələrdə Qaraqoyunlulardan da kömək istəyirdilər. Bu fürsəti dəyərləndirən Qara İsgəndər, Ağqoyunlu şahzadəsi Qılıc Arslana kömək edərək, tayfa daxili çəkişməni daha da gücləndirdi. Əli bəy tək qaldı və Qaraqoyunluların hücumları qarşısında Diyarbəkirə çəkildi.[119][120] Qara İsgəndər Ərzurum, Ərzincan bölgələrini qarət etdi.[121][122]
    Ərməniyyədə Yaqub, Mardində Həmzə bəy müstəqil hakimlik edərək mərkəzi hakimiyyət ilə hesablaşmırdılar. Ərzurumun da Qaraqoyunlular tərəfindən tutulması, Ağqoyunlular arasında Əli bəyin nüfuzunu getdikcə aşağı salırdı. Bir neçə düşmənlə birgə mübarizə aparmağın çətin olduğunu başa düşən Əli bəy, Məmlükərlə sülh müqaviləsi bağlamaq üçün danışıqlara başladı. Əli bəy, həm də, bu yolla Məmlük əsirliyindəki iki oğlunu geri qaytarmaq istəyirdi. Məmlük sultanı oğullarının qaytarılmasına qarşılıq olaraq vaxtilə Osman bəy tərəfdən ələ keçirilmiş Harputun geri qaytarılmasını istədi.[28] Əli bəy bu şərtlərlə razılaşaraq Harputu Məmlüklərin vassalı Zülqədəroğullarına təhvil verdi.[123][124][125]
    Sultan Barsbayla sülh müqaviləsinə başı qarışan Əli bəy, qardaşı Həmzə bəyin fəaliyyətlərindən xəbərsiz idi. Qaraqoyunluların Bağdad hakimi Əmir İsfahan Ağqoyunluların daxilindəki ara müharibələrindən istifadə edərək sərhədlərini genişləndirmək istəyirdi. Həmzə bəy 1437-ci ilin yazında İsfahan bəyi məğlub edərək Ağqoyunlular arasında nüfuzunu qaldırdı.[126] O, böyük ordu toplayaraq Qaraqoyunlu qüvvələrini Diyar-i Rəbiyyədən və Şimali Cəzirədən çıxardı. Əli bəy isə, Həmzə bəyə qarşı Qara İsgəndərlə əlaqə quraraq tamamilə nüfuzunu itirdi.
    Həmzə bəy hücuma keçərək Diyarbəkiri tutdu.[127][128][129] Bu qələbədən sonra Həmzə bəy əyanlar tərəfindən "Ulu Bəy" adlandırılmağa başlandı.[130]
    Diyarbəkirin Həmzə bəy tərəfindən tutulmasından sonra Əli bəy, oğulları ilə birlikdə Kəmax-Ərzincan-Qarahisar hakimi Yaqub bəyin yanına getdi.Yaqub bəydən istədiyi köməyi ala bilməyən Əli bəy Osmanlılara sığındı.[129][131][132] Sultan İskilip ərasizisini ona verdi.[133][134]
    Əli bəy, İskilipdə çox qalmadı Ərzincana oğullarının yanına geri qayıtdı.Əli bəyin oğlu Cahangir Mirzə Diyarbəkiri yenidən ələ keçirmək üçün Qahirəyə, Məmlüklərdən kömək istəməyə getdi.[132][135] Məmlük sultanı bu təklifi qəbul edərək,50 minlik Atabəkül-Əsakir Tanrıvermişin başçılığı ilə Diyarbəkirdəki Həmzə bəyin və Azərbaycandakı Qaraqoyunlu Cahanşahın üzərinə göndərdi.1438-ci ildə Məmlük sultanı Barsbayın ölümü bu yürüşün baş verməsinə mane oldu və Məmlük ordusu geriyə qayıtdı.
    Həmzə bəy, Yaqub bəyin əlindəki Ərzincanı da tutaraq vəziyyəti yaxşılaşdırdı və daxili mübarizəni zəiflətdi.[136][137] Əli bəyin oğlu Cahangir Mirzə şəhəri geri almaq istəsə də, buna nail ola bilmədi.
    1444-cü Əli bəy Hələbdə öldü. Qardaşı Həmzə bəy də onun ölümündən biraz sonra xəstələnərək öldü.[138][139][140]
    AZad
    AZad


    Ağqoyunlular Russia10
    Haradan : Sumqayit
    Inam : islam
    Mesajlar : 0
    Təşəkkürlər : 0

    Ağqoyunlular Empty Re: Ağqoyunlular

    Сообщение автор AZad Пн Май 01, 2017 7:30 am

    Cahangir Mirzə (1444-1451)[redaktə | əsas redaktə]


    Əsas məqalə: Cahangir Mirzə

    Ağqoyunlular 250px-Cihangir_Bey_Zaviyesi

    Mardin,Cahangir bəy zaviyəsi.

    Həmzə bəy Bayandurun ölümündən sonra Ağqoyunlular 2 yerə bölündülər. PornakMosullu və Qoca Hacılu tayfaları Həmzə bəyin qardaşı Şeyx Həsəni, Mamuşlu tayfası isə Urfa hakimi Cahangir Mirzəni dəstəkləyirdilər. Cahangir Mirzə daha tez Diyarbəkirə çataraq özünü Ağqoyunlu hökmdarı elan etdi, Şeyx Həsən geri qayıtmaq məcburiyyətində qaldı.[141][142][143]
    Ağqoyunluların böyük dəstəkçisi Teymuri Sultan Şahruxun ölümü Cahangir Mirzənin vəziyyətini pisləşdirdi. Teymurilərin köməyindən məhrum olduqdan sonra OsmanlıMəmlük və Qaraqoyunlu dövlətləri Ağqoyunlu torpaqlarını ələ keçirmək istəyir və daxili münaqişələrdən yararlanmağa çalışırdılar.
    Bu dövrdə Qaraqoyunluların Bağdad hakimi İsfahan bəyin ölümü, İraqda qarşılıq yaratdı. 1446-cı ildə Qaraqoyunlu Cahanşah Bağdaddakı ara müharibələrini yatırdaraq burada Qaraqoyunlu hakimiyyətini möhkəmləndirdi.[144][145] Mosulu Qara İsgəndərin oğulları Əlvənd, Rüstəm və Tehrana verdi. Əlvənd bəy daha çox torpağın verilməsini tələb etsə də, Cahanşah bu tələbi rədd etdi. Əmisinə qiyam qaldıran Əlvənd bəy, məğlub edildi və Cahangir Mirzənin yanına qaçdı.[146][147][148][149] Cahanşah Əlvənd bəyi geri istəsə də, Cahangir Mirzə bu təklifi qəbul etmədi.[150][151]
    1450-ci ildə Qaraqoyunlu Cahanşah, Ağqoyunlulara qarşı yürüşə başladı. Ağqoyunlu əmirləri Şeyx Həsən, Musa bəy və Rüstəm bəy Tərxan Cahanşahın tərəfinə keçdilər. Cahanşah, Mahmud bəyin hakimlik etdiyi Ərzincan və Bayburtu tutdu. Mardin və Urfaya böyük qoşun göndərdi.[152][153][154] Cahangir Mirzə Qaraqoyunlulara qarşı müqavimət göstərmək istəsə də ordusundakı Pörnək, Hacılu və Mosullu tayfalarından olan əsgərlərin Şeyx Həsənin tərəfinə keçməsi [155] , Cahangir Mirzəni Məmlük dövlətinin nəzarətində olan Suriyaya çəkilməyə məcbur etdi. Məmlük sultanı Cahangir Mirzəyə narazılığını bildirirək, Məmlük torpaqlarından çıxmasını tələb etdi.
    Cahangir Mirzə 1451-ci ildə Diyarbəkirə doğru geri çəkildi. Qaraqoyunlu qüvvələri də onun arxasınca şəhəri mühasirəyə aldılar. Dövlət içərisində nüfuzunu tamamilə itirən Cahangir Mirzənin bütün tərəfdarları əmisi Şeyx Həsənin tərəfinə keçmişdilər. 1451-ci ildə Qardaşı Cahangir Mirzənin köməyinə çatan Uzun Həsən, az miqdarda qüvvəylə Ruha qalasına daxil olaraq əmisi Şeyx Həsəni qətlə yetirdi və tərəfdarlarının çoxunu öldürdü.[156][157] Ardınca Uzun Həsən Diyarbəkiri mühasirəyə almış Qaraqoyunlu qüvvələrinə hücum edərək, Rüstəm bəyi geri otuzdurdu.[156][158],
    1452-ci ildə Cahangir Mirzə, Qaraqoyunlu Cahanşahla sülh müqaviləsi imzaladı. Bu müqavilədən narazı olan Uzun Həsən, qardaşının kürdlərə qarşı vuruşmaq üçün paytaxtdan çıxmasından istifadə edərək Diyarbəkiri ələ keçirdi.[159] Bununla da Cahangir Mirzənin hakimiyyəti devrildi, o, 1469-cu ildə vəfat etdi.

    İmperiya dövrü[redaktə | əsas redaktə]

    Uzun Həsən (1451-1477)[redaktə | əsas redaktə]


    Əsas məqalə: Uzun Həsən

    Uzun Həsənin hakimiyyətinin ilk dövrlərində qardaşı Cahangir Mirzə onun hakimiyyətini tanımadı. Cahangir Mirzə digər qardaşı, Ruha hakimi Üveyslə ittifaq quraraq Uzun Həsənə qarşı qoşun yığmağa başladı. Uzun Həsən onları qabaqlayaraq məğlub etdi və Ruhadan çıxardı.[160][161] 1457-ci ildə Sara xatunun araya qarışması ilə sülh bağlansa da, bu sülhün müddəti çox çəkmədi. Mardinin hakimliyi Cahangir Mirzəyə tapşırıldı.[162][163][164] Sülh müqaviləsinə məhəl qoymayan Cahangir Mirzə hakimiyyəti yenidən ələ keçirmək üçün əlverişli vaxtı gözləyirdi. Nəhayət, 1458-ci ildə Uzun Həsənin Ərzincan yürüşü zamanı atdan yıxılaraq yaralanmasından istifadə edən Cahangir Mirzə Diyarbəkiri mühasirəyə aldı. Uzun Həsənin qüvvələri, Cahangir Mirzənin qoşununun yenidən məğlubiyyətə uğratdılar, Cahangir Mirzə Qaraqoyunlu Cahanşaha sığındı.[165][166][167] Dövrün tarixçisi Əbubəkr Tehrani Kitab-i Diyarbəkriyyə əsərində yazır:
    Ağqoyunlular 30px-Aquote1Cahangir qardaşı Uzun Həsəndən incidi, onun günü-gündən artan zəfərlərindən qorxaraq Cahanşahm dərgahına yollandı. Uzun Həsən onu bu əməlindən çəkindirmək istədi və Osmanı risalətə göndərdi. Dedi ki, biz bir anadan və atadan doğulmuş iki qardaşıq. Gərək bir-birimizlə əhd-peyman bağlayaq, and içək ki, bundan sonra sülh və dostluq yolunu tutacaq, müxalifət və düşmənçilikdən uzaq olacağıq. Bizimlə qaraqoyunlular arasında qədim ədavət olduğuna görə, ona birləşmək münasib deyildir.[168]Ağqoyunlular 30px-Aquote2
    Cahangir Mirzənin Mardinə qayıdışından xəbər tutan Uzun Həsən şəhəri mühasirəyə aldı. Qaraqoyunlu Cahanşah, Cahangir Mirzəyə kömək üçün Rüstəm bəyin başçılığı ilə böyük ordu göndərdi. 1457-ci ilin mayında, Fərat çayı yaxınlığında baş vermiş döyüşdə Uzun Həsən qalib gəldi, Rüstəm öldürüldü.[169][170][171][172][173][174] Uzun Həsən yenidən Mardininin mühasirəsinə başladı. Anaları Sara xatun yenidən işə qarışmasıyla tərəflər arasında yekun sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə əsasən Cahangir Mirzə, Uzun Həsənin hakimiyyətini tanıdı və oğlu Əli xanı onun yanına göndərdi.[175][176][177] Beləliklə Qara Yuluq Osman bəyin ölümündən sonra başlayan ara müharibələrinə son qoyuldu.

    Qaraqoyunlu və Teymuri dövlətləri ilə münasibətlər, Muş döyüşü[redaktə | əsas redaktə]


    Əsas məqalə: Səncəq döyüşü

    Əsas məqalə: Teymurilərin Azərbaycana yürüşləri

    Qaraqoyunlu hökmdarı Cahanşah 1457-ci ildəki məğlubiyyətin qisasını almaq üçün həm də, Ağqoyunluları tabe etmək üçün yürüşə başladı. 1467-ci ildə Qaraqoyunlu ordusu Diyarbəkir üzərinə hücuma keçdi.[178][179][180][181][182] Uzun Həsən qayalıqları çəkilərək, müdafiə olunmağa başladı. Qayalıqlara çəkilmiş Ağqoyunlular ilə mübarizənin çətinləşməsi, həmdə qış ayı olduğu üçün Cahanşah geri çəkilərək, yazda geri dönməyi qərara aldı. Əsas qüvvələri Təbrizə göndərən Cahanşah özü az qüvvəylə düşərgədə qaldı.Bu fürsətdən istifadə edən Uzun Həsən düşərgəyə hücuma keçərək Cahanşahın böyük əmirlərini və Cahanşahın özünü öldürür.Həsən bəy Rumlu yazır:
    Ağqoyunlular 30px-Aquote1O (Cahanşah), evdə(düşərgədə) yatdığı və qoşunu başqa düşərgəyə yollandığı zaman Həsən bəy fürsət tapıb altı min süvari ilə onun üstünü aldı və həmin ilin rəbiüssani ayının 12-də (30.10.1468) qaçarkən naməlum bir şəxs tərəfindən öldürüldü. Oğlanları Məhəmmədi və Əbu Yusif əsir düşdü. Məhəmmədi öldürüldü və o biri kor edildi.[183]Ağqoyunlular 30px-Aquote2
    Uzun Həsən 1468-ci ildə Qaraqoyunlu dövlətinin daxilindəki ara müharibələrindən qalib çıxan Həsənəlinin üzərinə yürüşə başladı. 1468-ci ildə Xoy yaxınlığında baş vermiş döyüşdə Həsənəli məğlub oldu.[184]Bərdəyə qaçaraq Qaramanlı tayfasına sığındı.
    1468-ci ildə Həsənəliyə kömək etmək üçün Teymuri hökmdarı Əbu Səid böyük orduyla Azərbaycana yürüşə başladı. Uzun Həsən Teymurilərin qüvvəsinin çox olduğunu bildiyi üçün sülh təklifi etsə də, Əbu Səid bunu qəbul etmədi.[185][186][187][188] Mahmudabbadda düşərgə salan Teymuri ordusu Uzun Həsənin yolları bağlanmasına görə aclıq çəkməyə başladı. Əbu Səidin vəziyyətinin get-gedə pisləşməsindən xəbər tutan Uzun Həsən 1469-cu ilin yanvarın 30-da Əbu Səidin düşərgəsinə hücum edərək onu darmadağın etdi, Əbu Səid öldürüldü.[189][190][191]
    Beləliklə, Azərbaycan Qaraqoyunlu dövləti süqut etdi [192][193] və yerində yeni bir Azərbaycan dövləti olan Ağqoyunlu dövlətinin əsası qoyuldu. Teymurilər isə böyük zərbə alaraq Xorasana sıxışdırıldılar. Uzun Həsən dövlətin paytaxtını Təbrizə köçürdü.

    Osmanlı dövləti ilə münasibətlər[redaktə | əsas redaktə]


    Osmanlılar ilə Ağqoyunlular arasında ilk toqquşma Qara Yuluq Osman bəy dövründə baş vermişdi. Qazi Bürhanəddini öldürən Osman bəy onun tabeliyində olan Sivası mühasirəyə aldı.Lakin Osmanlıların böyük qüvvə ilə buraya gəlməsi ilə Ağqoyunlu ordusu geri çəkilməyə məcbur olur və Sivas Osmanlıların əlinə keçir. Qisas almaq üçün Əmir Teymurun Anadoluya yürüşü zamanı onun qüvvələrinə qoşulan Osman bəy, Əmir Teymur ilə Osmanlı sultanı İldırım Bəyazid arasında baş vermiş Ankara döyüşündə öz qüvvələri ilə birlikdə Əmir Teymurun ordusunun mərkəzində yer tutdu. Döyüşdə Osmanlılar məğlub edildilər və İldırım Bəyazid əsir alındı.
    Ağqoyunlular-Osmanlı münasibətlərində Trabzon imperiyası da böyük rol oynayırdı. Trabzon imperiyası ilə Ağqoyunlu dövləti arasında sıx əlaqələr mövcud idi. Ağqoyunlu dövləti üçün Trabzon çox böyük əhəmiyyətə malik idi.
    Trabzon imperatoru David Ağqoyunlu sarayına elçi göndərərək, Osmanlılara hər il ödədikləri xəracın əfv edilməsi üçün kömək istədi. Ağqoyunlu elçiləri 1459-cu ildə İstanbula çataraq II Mehmedə Uzun Həsənin təkliflərini çatdırdılar. Elçilər həmçinin, Trabzon imperatorunun qızına cehiz olaraq verilmiş Kapadokyanı geri istədilər.[194][195] II Sultan Mehmet bu təklifi qəbul etmədi.Bunun qarşılığında 1459-cu Uzun Həsən oğlu Uğurlu Məhəmmədin başçılığı ilə ordu göndərərək Qoyluhisarı tutdu.
    Qoyluhisarın Ağqoyunlular tərəfindən tutulması Sultan Mehmedi sülh danışıqlarına başlamağa məcbur etdi. Sultan II Mehmedin sülh təklifinə müsbət cavab verən Uzun Həsən, öz elçilərini Osmanlı sarayına göndərdi. Bununla da sülh müqaviləsi imzalandı [196] və bir müddət bu sülh qüvvədə qaldı.
    1461-ci ildə II Mehmed hücuma keçərək Trabzonu mühasirəyə aldı. Həmin dövrdə Ağqoyunlu dövləti Qaraqoyunlularla da vəziyyətin gərginləşməsi səbəbindən sülh danışıqlarına başlamağa məcbur oldu. İmzalanan sülh müqaviləsinə görə, 1461-ci ildə Trabzon Osmanlıların əlinə keçdi [197][198][199][200][201][202] və Trabzon xəzinəsinin bir hissəsi qohumluq münasibətlərinə görə Ağqoyunlulara verildi.[203][204]
    1472-ci ildə Təbrizdə Osmanlı dövləti əleyhinə Venesiya Respublikası ilə Ağqoyunlu dövləti arasında sülh müqaviləsi imzalandı.Bu koalisya planına uyğun olaraq, 1472-ci ilin yazında Uzun Həsən Osmanlılar üzərinə hücuma keçdi. Mirzə Yusif xanın başçılığı ilə Ərzincandan Qaraman istiqamətində hərəkət edən ağqoyunlular parlaq qələbə çalaraq Aralıq dənizi sahilinə çıxdılar. Lakin burada Uzun Həsənin ordusu üçün silah və artileriya mütəxəssisi gətirəcək Venesiya gəmiləri yox idi. Venesiya Respublikası isə vəziyyətdən istifadə edərək, ticarətdə üstünlüyü ələ almaq üçün gizli diplomatik danışıqlar aparırdı.
    1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi.Bu döyüşdə Osmalı qüvvələri ağır məğlubiyyətə uğradıldı.Uzun Həsən Osmanlı qüvvələrini Fəratın sol sahilinə çəkərək darmadağın etdi.Sultan II Mehmed geri çəkilərək qaçmağa başladı. Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi.Lakin Uzun Həsən sülh təklifini qəbul etmədi.[205][206]
    Malatya qələbəsindən sonra Uzun Həsən Bayandur öz sərkərdələrinin Osmanlı qoşunlarına qarşı yenidən hücuma keçmək haqqında təkliflərini dəfələrlə rədd etmişdi. Ağqoyunlu hökmdarı yaxşı bilirdi ki, uzun sürən açıq vuruşmada onun süvariləri odlu silahlara malik olan, xüsusilə ağır toplarla silahlanmış Osmanlı piyadasına – yeniçərilərə davam gətirə bilməz. Lakin sərkərdələrin təkidi ilə Osmanlı qoşunlarını təqib etmək qərara alındı. Əvvəlcədən hazırlanmış döyüş planına uyğun olaraq Malatya döyüşündən 10 gün keçmiş, 1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri II Mehmedin qoşunlarını Ərzincanla Ərzurum arasındakı Üçağızlı dərəsində qabaqladılar. Otluqbeli adlanan bu döyüşdə üstünlük Ağqoyunluların əlində olsa da, Osmanlıların düzənlik sahəyə çıxaraq topları işə salması vəziyyəti dəyişdi.Döyüş Osmanlıların qələbəsi ilə başa çatdı.[207]Otluqbeli vuruşmasının iştirakçısı olan Katerino Zeno bu döyüş haqqında belə yazır:
    Ağqoyunlular 30px-Aquote1"Həmin gün saat 9-a işləyəndə o(Uzun Həsən), ata minib Osmana(II Mehmede) qarşı hücuma başladı və həmişə üstünlüyü əldə saxladı. Osmanı(II Mehmeti) qaçmağa məcbur etdi. Hər iki tərəfdən çox adam qırıldı... Lakin qüdrətli hökmdar(Uzun Həsən) Osmanın döyüş arabasına yaxınlaşdıqda ona toplardan elə atəş açdılar ki, hökmdarın adamları qaçmağa üz qoydular"Ağqoyunlular 30px-Aquote2
    Ağqoyunlular qarğı, qılınc, şeşbər, altı dilimli toppuz, xəncər, yay-ox, gürz və s. nisbətən dövrü keçmiş olan ənənəvi silahlarla silahlandığı halda, Osmanlı ordusu ən müasir odlu silahlara, xüsusilə ağır toplara malik idilər. Bunu Osmanlı mənbələri də təsdiq edir. Mehmed Neşrinin fikrincə, Ağqoyunlular Otluqbelidə ona görə məğlub oldular ki, onlar "belə top-tüfəng davası görməmişdilər"
    AZad
    AZad


    Ağqoyunlular Russia10
    Haradan : Sumqayit
    Inam : islam
    Mesajlar : 0
    Təşəkkürlər : 0

    Ağqoyunlular Empty Re: Ağqoyunlular

    Сообщение автор AZad Пн Май 01, 2017 7:31 am

    Məmlüklərlə münasibətlər[redaktə | əsas redaktə]
    Ağqoyunluların ərazilərini cənub-şərqə doğru genişləndirmələri, Məmlüklərlə də münasibətlərə təsir edirdi. Uzun Həsənin hakimiyyətinin ilk illərində Məmlüklərlə əlaqələr yaxşı olsa da, sonradan onun dəniz sahillərində torpaq ələ keçirmək niyyətləri Məmlüklərin şimal sərhədlərində tez-tez təhlükələrə yol açırdı.

    Ağqoyunlularla Məmlüklər arasında sərhəd Fərat çayı boyunca uzanırdı.Uzun Həsənin Məmlük sərhədlərinə basqınlara başlamasının bir səbəbi də, Venesiya gəmilərini qəbul etmək və Venesiya tərəfindən göndərilmiş topları götürmək üçün idi. Uzun Həsən bu məqsədlə, Aralıq dəniz sahillərinə-Məmlük dövlətinin şimal sərhədlərinə yürüşə çıxsa da, Osmanlı təhlükəsinə görə və Məmlüklərin şimal sərhədlərinin çox böyük olması səbəbindən geri çəkildi.[208]

    1463-cü ildə Məmlüklərə tabe olan əsas sərhəd qalalarından biri olan Gərgər qalası [q 4] kürdlər tərəfindən hiylə yolu ilə ələ keçirildi.[209] Məmlüklərə qarşı müdafiə cəhətdən zəif olduqlarını başa düşən kürdlər, qalanın açarlarını Uzun Həsənə göndərdilər.[210][211] Uzun Həsən Gərgər qalasına öz qüvvələrini yerləşdirdi. Məmlük sultanı Xoşqədəm, Ağqoyunlu sarayına elçi göndərərək qalanın geri verilməsini tələb etdi.[212] Uzun Həsən Gərgər qalasının qarşılığında Harputu və 10 min dinar verilməsini istədi.[213][214] Sultan Xoşqədəm Harputun verilməsinə razı olmadı. Ağqoyunlu elçisini 1000 dinar və çoxlu hədiyyələrlə Diyarbəkirə göndərdi.[215] Uzun Həsən Gərgər qalasının açarlarını Məmlük sultanına göndərdi və beləliklə Gərgər qalası Məmlük qarnizonuna təhvil verildi.[216]

    1467 [217] -1468-ci [218] illərdə Dulqədiroğlu Şahsuvar bəy Məmlük ordusunu bir neçə dəfə məğlub edərək, Məmlüklərin əsas rəqibinə çevrilmişdi. Məmlüklərlə- Dulqədiroğulları bəyliyi arasında başlanan mübarizədən istifadə etməyə çalışan Uzun Həsən, Məmlük dövlətinə qarşı siyasətini dəyişdi.

    1472-ci ildə Uzun Həsən Fəratı keçərək Malatya, Qəhta, Gərgər və Ayntabı tutdu.[219][220] Hələbə doğru irəliləyən Ağqoyunlu ordusu Birəni də tutdu.[221] Uzun Həsən buraya Uğurlu Məhəmmədi təyin edərək, Fəratın şimalına geri döndü.Uzun Həsən həm də Dulqədir bəyliyinin torpaqlarının çoxunu ələ keçirərək Toros keçidində möhkəmləndi.

    Həmin ilin mart ayında Məmlük qoşunu, Yəşbəyin başçılığı ilə Birədə az qüvvəylə müdafiə olunan Uğurlu Məhəmmədi yaxaladı, Ağqoyunlu şahzadəsi ağır yaralandı və Ağqoyunlu ordusu Ruhaya geri çəkilməyə məcbur oldu.[222][223] Ağqoyunlular Məmlüklərdən ələ keçirdikləri torpaqların çox hissəsini itirsələr də Dulqədiroğullarından ələ keçirdikləri torpaqlarda möhkəmlənə bildilər.

    Gürcüstan yürüşləri[redaktə | əsas redaktə]
    Uzun Həsən Osmanlılara qarşı başlayacağı müharibədə arxasını etibarlı şəkildə möhkəmləndirmək üçün niyyətində idi. O, 1472-ci ildə Gürcüstana beşinci yürüşə çıxaraq mühüm uğurlar qazandı.[224][225] Uzun Həsən bu yürüşə çıxmadan öncə Osmanlı şahzadəsi II Bayəzidə göndərdiyi məktubunda hazırda Qum şəhərində qışladığını, baharda Gürcüstan səfərinə çıxacağını, "kilsələrin yerinə məscidlər tikdirəcəyini" bildirmişdi. Uzun Həsən bu yürüşü zamanı Samsxeyə daxil oldu, bir neçə qalanı fəth etdi və Tiflisi ələ keçirdi.[226]

    Uzun Həsən Tiflisi böyük əmirlərindən Sufi Xəlil Bektaşa iqta olaraq verdi. Gürcü sərhəd bölgələrinin idarəsi də ona həvalə olundu. Uzun Həsən Gürcüstanı tərk edən zaman çar Baqratın elçisi onun yanına gəldi. Elçinin əlində 19 misqal ağırlığında bir yaqut və 12 misqal ağırlığında bir ləl vardı. Baqrat bu hədiyyələri verərək əvəzində taxt-tacını geri almaq niyyətində idi. Lakin Uzun Həsən bu təklifi rədd etdi və onları geri qaytardı. Gürcüstanı böyük qənimət və 3 min əsirlə tərk etdi.[227]

    Uzun Həsən 1477-ci ildə Gürcüstanda hakimiyyəti möhkəmləndirmək üçün 26 minlik qüvvə ilə şimal-qərb istiqamətində yürüşə başladı. Gürcüləri duyuq salmamaq üçün Ağqoyunluların Osmanlılara qarşı yürüşə çıxması ilə bağlı xəbərlər yayıldı. 7 günlük yürüşdən sonra sağa - Gürcüstan istiqamətinə dönüldü.[228] Ağqoyunlu ordusu gürcü torpaqlarına yaxınlaşdıqca, keçidlər meşələrlə örtülü olduğundan Uzun Həsən 5 minlik süvari dəstəsini ordunun hərəkətini təmin etmək üçün irəli göndərdi. Bu qüvvələr çətin keçilən bölgələrdən ordunun keçməsini təmin etdi. İki günlük yürüşdən sonra ordu Tiflisə daxil oldu. Şəhər əhali tərəfindən tərk edildiyi üçün müqavimətsiz ələ keçirildi.[228][229]

    Tiflisdə möhkəmlənən Ağqoyunlular gürcüləri itaət altına aldılar. Burada süvari dəstə saxlayaraq Qoriyə doğru irəlilədilər. Qorinin əhalisi dağlara qaçdığı üçün Ağqoyunlular boş şəhərə daxil oldular. Beləliklə, Tiflisdən sonra Qori də Uzun Həsənin əlinə keçdi. Ağqoyunlu hökmdarı 15 gün ərzində meşələrə sığınmış gürcüləri əsir aldı. Bu zaman çar Baqrat Radşaya qaçdı. Öz qərargahını Muxranda quran Uzun Həsənin ətrafa göndərdiyi dəstələr Tiyanetiyə kimi irəlilədilər. Kaxetiya şahzadəsi I Georgi Ağqoyunlu hökmdarına hədiyyələr göndərərək itaət edəcəyinə təminat verdi.[230] Çar Baqrat və Kvarkvare yeddi nəfərlik elçi heyətini Uzun Həsənin yanına göndərərək ildə 16 min qızıl duka vergi vermək şərti ilə sülh bağlamağı təklif etdilər. Ağqoyunlu hökmdarı bu təklifi qəbul etdi. Sülhün şərtlərinə görə Tiflis də daxil olmaqla şərqi Gürcüstan Ağqoyunlu dövlətinə tabe edildi. Uzun Həsən 1477-ci ilin sonunda ələ keçirdiyi 5 min əsirlə Təbrizə qayıtdı.[231]

    Sultan Yaqub (1478-1490)[redaktə | əsas redaktə]
    Əsas məqalələr: Sultan Yaqub və Sultan Xəlil

    Sultan Xəlil saray adamları ilə.
    Uzun Həsən Gürcüstan yürüşündən sonra xəstələnmiş və dövlət işlərindən uzaqlaşmışdı. Buna görə baş xatun Səlcuqşah bəyim Fars hakimi olan, oğlu Xəlil mirzəni Təbrizə çağırdı. Xəlil mirzə Təbrizə gəldikdə, qardaşı Uğurlu Məhəmmədin Sivasdan paytaxta gəlmək istəyindən xəbər tutdu. Xəlil mirzə Ərzincana doğru hərəkət edərək, Uğurlu Məhəmmədin ordusunu qarşıladı. Döyüşdə Uğurlu Məhəmmədin qüvvələri məğlubiyyətə uğradıldı, özü isə öldürüldü.[232] Qardaşı Maksudu da həps elədikdən sonra qarşısında heç bir maneə qalmayan Xəlil mirzə 1478-ci yanvarında Təbrizdə sultan elan edilir.[233][234]

    Atası Uzun Həsənin mərkəzləşdirmə siyasətini davam etdirən Sultan Xəlil həm əmisi Cahangirin oğullarının, həmdə qardaşlarının müqaviməti ilə üzləşdi. Ona qarşı ilk müqavimət Savə hakimi əmisi oğlu Muraddan gəldi. 1478-ci ildə Sultan Xəlilin şəxsən başçılıq etdiyi döyüşdə Murad məğlub edildi. Muradın özü isə əsir götürülərək edam edildi. Qardaşı Ibrahimi də həbsə atan Sultan Xəlil hakimiyyətini möhkəmləndirdi.[235][236]

    Yaqub bəy isə saray qarışıqlıqlarından kənar qalmaq üçün qardaşı Sultan Xəlildən icazə alaraq Diyarbəkirə getdi.[237][238][239] Qısa bir zamanda Diyarbəkirə Sultan Xəlilin müxalifləri yığışmağa başladılar. Yaqub bəyin başçılığı altında böyük Ağqoyunlu sərkərdələri, Bayandur bəy, Süleyman bəy, və böyük din adamı Qazi Isa bəy birləşərək Sultan Xəlilə qarşı cəbhə əmələ gətirdilər. Belə vəziyyətdən narahatlıq keçirən Sultan Xəlil, Yaqub bəyə qarşı hərəkətə başladı. İki ordu Xoy çayı yaxınlığında üz-üzə gəldilər. Sultan Xəlil qüvvələrinin üstünlüyünə baxmayaraq məğlub oldu [240][241][242] və öldürüldü.[240][243]


    Sultan Yaqub saray adamları ilə.
    Sultan Yaqub Təbrizə gəldikdən sonra ölkədəki birliyi qorumaq üçün Xoy döyüşünə qatılanları bağışladı.[244] Sultan Yaqubun hakimiyyətinə qarşı olan əyanlar, Sultan Xəlilin oğulları Əli və Əlvəndin ətrafından yığışmağa başladılar. Əli və adamları çox keçməmiş mərkəzi hakimiyyətə tabe olsalarda, Əlvənd tabelik göstərmək istəmirdi. Amma Əlvənd bu müxalifəti çox apara bilmədi Şirazda xəstələnərək öldü. Bununla da Fars vilayətində olan üsyan təhlükəsi aradan qalxdı.[245]

    Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi.[246][247] Əmir Yaşbəy 1580-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı.[248][249] Bu xəbər Sultan Yaquba çatdıqda Bayandur bəy, Süleyman bəy Bicanoğlu və Xəlil bəy Bektaşın başçılığı ilə Urfanın müdafiəsi üçün qoşun göndərdi.[250]

    Ağqoyunlu qüvvələrinin şəhərə yaxınlaşmasından xəbər tutan Məmlük sərkərdələri Əmir Yaşbəyə geri çəkilməli olduqlarının daha doğru olduğunu desələr də, Əmir qoşunu geri çəkmədi.[251] Beləliklə Urfa yaxınlığında iki ordu qarşılaşdı. Məmlük ordusunun sağ tərəfinə Dəməşq hakimi Qansu Yəhyavi,sol tərəfinə Hələb hakimi Özdəmir, mərkəzinə isə Yaşbəy başçılıq edirdilər. Döyüşün sonunda Məmlük qüvvələri ağır məğlubiyyətə uğradılaraq, darmadağın edildilər.[252] Əmir Yaşbək, Qansu Yəhyəvi və Özdəmir əsir alındılar, məşvərət keçirildikdən sonra hər üçü edam edildilər.[253][254] Əmir Yaşbəyin başı Sultan Yaquba göndərildi. Məmlük dövləti bu döyüşdən sonra ağır zərbə aldı və böyük sərkərdələrinin itirərək sarsıldı.[255]

    Sultan Yaqub 1482-ci ildə Gürcüstanda Ağqoyunlu hakimiyyətini möhkəmləndirmək üçün yürüşə başladı. Axıska və Xatun qalaları ələ keçirildi.[256][257] Ağqoyunlular bu yürüşdən böyük qənimət əldə etdilər.

    Uzun Həsənin hakimiyyəti dövründə Bayandurlar sülaləsinin Səfəvilərlə münasibətləri yaxşı idi. Lakin Sultan Yaqub Səfəvi şeyxləri ilə münasibətdə atasının siyasi xəttini dəyişdi. Şeyx Heydər, 1488-ci ildə atasının qisasını almaq üçün Şirvana hücuma keçdi. Şirvanşah I Fərrux Yasar qüvvələrinin çoxluğuna baxmayaraq, Sultan Yaqubdan kömək istədi.[258] Sultan Yaqub bu təklifi qəbul edərək Süleyman bəy Bicanoğlunun başçılığı ilə Şeyx Heydərə qarşı qoşun göndərdi. Döyüşdə Şeyx Heydər öldürüldü, qüvvələri isə dağıdıldı.[259][260][261]

    1489-cu ildə Van gölü yaxınlığında kürdlərin Ağqoyunlu dövlətinə qarşı böyük üsyanı oldu. Həmin ildə Süleyman bəyin sərkərdəlik etdiyi ordu kürdləri Van yaxınlığında məğlub etdi.[262]

    Ağqoyunlu dövlətinin qüdrətli hökmdarlarından biri olan Sultan Yaqub 1490-cı ilin 24 dekabrında, 20 yaşında olarkən vəfat etdi.[263][264] Sultan Yaqubu Nəsriyyə məscidində dəfn etdilər.
    AZad
    AZad


    Ağqoyunlular Russia10
    Haradan : Sumqayit
    Inam : islam
    Mesajlar : 0
    Təşəkkürlər : 0

    Ağqoyunlular Empty Re: Ağqoyunlular

    Сообщение автор AZad Пн Май 01, 2017 7:32 am

    Sultan Baysunqur (1490-1492) və Sultan Rüstəm (1492-1497)[redaktə | əsas redaktə]


    Əsas məqalələr: Sultan Baysunqur və Sultan Rüstəm

    Sultan Yaqubun ölümündən sonra boş qalmış taxta kimin keçməsi barəsində qarışıqlıqlar oldu. Taxt uğrunda mübarizəyə qoşulan şahzadələr dövlətin siyasi görünüşünə də zərbə vururdular. Baysunqur mirzə Sufi Xəlilllə birləşərək döyüşlərdə öz sülaləsinin digər üzvlərinə qalib gəldi və Təbrizdə özünü sultan elan etdi.
    Sultan Baysunqurun atabəyi olan Sufi Xəlil hökmdarın azyaşlı olmasından istifadə edərək, hakimiyyəti öz əlində cəmləşdirmək istəyirdi.[265][266] Apardığı döyüşlərdə çoxlu düşmən qazanan Sufi Xəlil, köhnə düşməni Süleyman bəyə qisas almaq üçün şərait yaradırdı. Beləliklə Sufi Xəlil Süleyman bəy tərəfindən öldürüldü. Süleyman bəy Bicanoğlu Sultan Baysunqurun yeni atabəyi oldu.[267][268]
    Süleyman bəyin hakimiyyəti əlində cəmləşdirmək istəməsi Ağqoyunlu əmrlərini narahat edirdi. Həm də Süleyman bəyin əyanlara qarşı haqsız tədbirləri hərbi əyanları ona qarşı hərəkət etməyə məcbur edirdi. QacarMosullu və Pörnək tayfaları birləşərək Əlincə qalasına salınmış Rüstəm bəyi həpsdən azad etdilər. Sultan Baysunqur Təbriz yaxınlığında darmadağın edildi. Baysunqur Şirvana, Süleyman bəy isə Diyarbəkirə qaçdı.[266][269]
    Rüstəm bəy Baysunqurun Şirvana qaçması ilə, 1492-ci ilin mayın 28-də Ağqoyunlu taxtına oturdu.[267][270][271] Süleyman bəyi də öldürən Sultan Rüstəm hakimiyyətini möhkəmləndirdi. Sultan Rüstəm Ağqoyunlu taxtında tamamilə möhkəmlənmək və ara müharibəsinə son qoymaq üçün islahatlar keçirdi. İlk növbədə Baysunqurun sığındığı Şirvanşah I Fərrux Yəsarla sülh müqaviləsi imzalandı. Şeyx Məhəmmədi və Mahmud Deyləmliyi saraydakı vəzifələrinə qaytararaq maliyyə işlərini onlara tapşırdı. Lakin islahatlar ölkəni bürümüş olan ara müharibələrindən tam qurtara bilmədi. 1492-ci ilin payızında Astrabadda Hüseyn Bayqaranın dəstəyi ilə Qasım bəyin üsyanı qalxdı. Üsyan tezliklə yatırıldı
    Hakimiyyətini möhkəmləndirdikdən sonra Sultan Rüstəm Baysunqura qarşı hərəkətə keçməyə başladı. Baysunqurla tək bacarmayacağını bilən Sultan Rüstəm Sultan Yaqub dövründə həps edilmiş Səfəvi sülaləsinin üzvlərini həbsdən çıxararaq, onlarla müttəfiqlik etməyə başladı.[272][273] Səfəvi şeyxi Şeyx Sultan Əlinin və Sultan Rüstəmin birləşmiş qüvvələri 1493-cü ildə Baysunquru məğlub etdilər. Geri çəkilmək istəyən Baysunqur döyüşdə öldürüldü. Sultan Rüstəm əsas rəqibini məğlub etdikdən sonra Səfəvilərə qarşı siyasətini dəyişdi. Ərdəbil yaxınlığında, Şəməsi döyüşündə Şeyx Sultan Əli məğlub edildi və öldürdü.[274][275]
    Sultan Rüstəm əyanların rəğbətini qazanmaq üçün çoxlu sayda soyurqallar paylayırdı. Hərbi əyanlar ilk əvvəllər ona rəğbət bəsləslər də, sonradan qüvvətləndilər və mərkəzi hakimiyyətə tabesizlik göstərməyə başladılar. Narazı əyanlar Sultan Rüstəmə qarşı çıxaraq,Osmanlı sarayına məktub yazdılar. Əyanlar Uğurlu Məhəmmədin oğlu şahzadə Əhmədin Ağqoyunlu dövlətinə təhvil verilməsini tələb edirdilər.[276]
    Nurəli bəy Gödək Əhmədi Ərzincanda qarşıladı. 1497-ci ildə Diyarbəkirdən Təbrizə doğru hərəkətə başlayan Gödək Əhmədin tərəfdarları və Sultan Rüstəmin qoşunu üz-üzə gəldi. Ağqoyunlu əyanlarının Gödək Əhmədin tərəfinə keçməsi ilə Sultan Rüstəm məğlub edildi. Gürcüstana qaçan Sultan Rüstəm tezliklə elə keçirilərək öldürüldü.[277]

    Süqutu[redaktə | əsas redaktə]

    Gödək Əhməd hakimiyyətə gəldikdən sonra dövləti əvvəlki iqtisadi vəziyyətinə gətirmək və mərkəzi hakimiyyəti gücləndirmək üçün islahatlara başladı. Vergiləri qaydaya salmağa çalışan Sultan, İslami vergilərdən başqa bütün vergiləri ləğv etdi.[278]
    Gödək Əhmədin dövründə sarayda Pörnək tayfasının nümayəndələri çox idi. Bu isə mərkəzi hakimiyyət üçün böyük təhlükə yaradırdı. Bu təhlükəni aradan qaldırmaq, pörnəkləri sarayda zəiflətmək siyasəti yeridən Gödək Əhməd, onların güclü sərkərdələrini Hüseynəli xanı və Müzəffər bəyi edam etdirdi.[279]
    Gödək Əhməd hakimiyyətə gəlməsində böyük rol oynayan Eybə Sultanı Kirman hakimi təyin etdi. Gödək Əhməd Eybə Sultanı Kirmana təyin etməklə onu mərkəzdən uzaqlaşdırmaq istəyirdi. Onun bu siyasətindən narahatlıq keçirən Eybə Sultan Fars hakimi Qasım bəy ilə birləşdi. Müttəfiqlər Sultan Yaqubun Şirvandakı oğlu Muradı hökmdar elan edərək, mərkəzi hakimiyyətə tabesizlik göstərməyə başladılar. Sultan Gödək Əhməd qış mövsümü olmasına baxmayaraq müxaliflərə qarşı hərəkətə başladı. 1497-ci ilin dekabrın 14-də, İsfahan yaxınlığında baş vermiş döyüşdə Gödək Əhməd məğlub edildi və öldürüldü.[280][281]
    Gödək Əhmədin ölümündən sonra Ağqoyunlu dövlətində ara müharibələri yenidən başladı. Hər şahzadə bir vilayətdə özünü müstəqil hakim elan edir və Təbrizi elə keçirməyə çalışırdılar. Məhəmməd Mirzə Yəzddə, Əlvənd Mirzə AzərbaycandaMurad Mirzə isə Şirvanda dəstəklənirdi.
    1498-ci ildə Eybə Sultan və tərəfdarları Əlvənd Mirzəni dəstəkləyərək Muradı məğlub etdilər. Murad Mirzə tutularaq Marağada həps edildi.[282] Eybə Sultanın qardaşı Nurəli bəy isə Məhəmməd Mirzəni Sultan elan etdi. 1499-cu ildə Eybə Sultanın qoşunu məğlub edildi və özü də öldürüldü.[283] Bu məğlubiyyətdən sonra Əlvənd Mirzə Diyarbəkirə çəkilməyə başladı. Boş qalmış Təbrizə daxil olan Məhəmməd Mirzə özünü sultan elan etdi. Lakin onun hakimiyyəti çox çəkmədi, Əlvənd Mirzə Diyarbəkirdən Təbrizə qayıdaraq onu məğlub etdi və paytaxtdan çıxardı.
    Eybə Sultanın digər qardaşı Gözəl Əhməd bəy isə həps edilmiş Murad Mirzəni azad edərək onu keçmiş Fars hakimi Qasım bəyin yanına gətirdi. Birləşmiş qüvvələr Fars vilayətinə hücum edərək Sultan Məhəmmədin tərəfdarlarını məğlub etdilər döyüşdə Məhəmməd Mirzə öldürüldü.
    Sultan Murad, Məhəmməd Mirzəni məğlub etdikdən sonra 1500-ci ilin payızında Əlvənd Mirzənin üzərinə hücuma keçdi. Nəhayət, 1500-cü ildə Dərviş Baba Xeyrullahının vasitəçiliyi ilə Təbriz yaxınlığında Əbhər adlanan yerdə tərəflər arasında sülh sazişi imzalandı.[284] Müqavilənin şərtinə əsasən Qızılüzən çayı sərhəd olmaqla Azərbaycan və Diyarbəkir Əlvəndə, Ərəb İraqıƏcəm İraqı, Kirman isə Murada qaldı.[285]
    Daxili münaqişələr nəticəsində Ağqoyunlu dövləti zəifləmiş, əvvəlki qüdrətini tamamilə itirmişdi. Bu dövrdə Şeyx İsmayıl Lahincandan Ərdəbilə ordan da Ərzincana doğru hərəkətə keçərək tərəfdarlarını öz ətrafına toplamağa başlamışdı. Şirvan qoşununu darmadağın edən qızılbaşlar Əlvənd Mirzənin də narahatçılığına səbəb olurdular. 1501-ci ildə Əlvənd Mirzə Təbrizdən çıxaraq qızılbaşlarla döyüşmək üçün hərəkətə başladı. Həmin ildə ildə Naxçıvan yaxınlığında baş vermiş döyüşdə Əlvənd məğlub edildi və Diyarbəkirə qaçdı. Təbriz qızılbaşlar tərəfindən ələ keçirildi və İsmayıl özünü şah elan etdi.[286]
    1503-cü ildə Sultan Murad Bağdaddan I Şah İsmayılın üzərinə hərəkətə başladı. 1503-cü ildə Həmədan yaxınlığında baş vermiş Almaqulağı döyüşündə Sultan Murad məğlub edildi. Bağdada geri çəkilən Sultan Murad [287] burada hakimiyyətini 5 il davam etdirdi. 1508-ci ildə I Şah İsmayılın Bağdada hücumu barədə məlumat alan Sultan Murad şəhəri tərk edərək qaçdı. Ərəb İraqı Səfəvilər tərəfindən ələ keçirildi.[288]
    AZad
    AZad


    Ağqoyunlular Russia10
    Haradan : Sumqayit
    Inam : islam
    Mesajlar : 0
    Təşəkkürlər : 0

    Ağqoyunlular Empty Re: Ağqoyunlular

    Сообщение автор AZad Пн Май 01, 2017 7:32 am

    Ordu[redaktə | əsas redaktə]

    Ağqoyunlular 200px-Medieval_azerbaijani_helmet_3

    Ağqoyunlu döyüşçüsünə aid dəbilqə.

    Ağqoyunlu dövlətində ordu sarayın ixtiyarındakı qoşundan və ayrı-ayrı vilayətlərdən toplanan döyüşçü dəstələrindən- çəriklərdən ibarət olmuşdur. Mənbələrdə ordu sözü «ləşgər»«qoşun», ordunu təşkil edən əsgərlər isə «mülazim»«əsgər»«dilavər» adlandırılmışlar.[289] Ağqoyunlu hökmdarlarının bilavasitə mühafizəsi isə məşğul olan alaylara qoruyucular deyilirdi.
    Ağqoyunlu ordusunun sağ cinahının «bərənğar», sol cinahının «cəvanğər» və mərkəz hissəsinin-«İluğ» adlandığını və müharibə zamanı mərkəz hissədən önə göndərilən qoşuna «mənqəlay» deyilirdi.[290] Fəzlullah ibn Ruzbihan Xunici 1478-ci ilin 15 iyulunda Sultan Xəlillə Yaqub arasında baş vermiş döyüşdə çərxçi və muçi adlı hərbi dəstələrin də iştirak etdiyini yazır.[291]
    Ağqoyunlu qoşunun əsgərləri: puşandarlardan-ağır silahlanmış, zirehli süvarilərdən, tirkəşbəndlərdən-ox atanlardan, qulluqçulardan ibarət olurdu. Puşandarlar gümüş və ya qızıl suyuna çəkilmiş xırda lövhəciklərdən qayrılmış zirehli paltarlar geyirdilər. Tirkəşbəndlər isə möhkəm dəri paltarlar geyirdilər ki, bunları nə qılınc zərbəsi kəsə bilir, nə də ox deşə bilirdi.[292]
    Ağqoyunlu ordusu zireh, nizə, qılınc,şeşbər (altı dilimli toppuz) xəncər, ox, kaman və kürzlə silahlandığını silahlanırdı.Orduda təbil, nağara, böyük nağara, nəfır, zurnadan ibarət təbilxana və nağaraçılar heyəti vardı. Hücum vaxtı kərənay (uzun zurna), qələbə çalınanda isə nağara səslənirdi.[293]
    Ağqoyunlu hökmdarlarının şəxsi qoşunu 25 min süvari və 10 min piyadadan ibarət olmuşdur. Vilayətlərdən yığılan qoşunları da buraya əlavə edildikdə bu qoşunun sayı 100 min nəfərə çatırdı.[294]

    Dövlət quruluşu[redaktə | əsas redaktə]

    Divan[redaktə | əsas redaktə]

    Başqa Şərq və Azərbaycan dövlətlərində olduğu kimi Ağqoyunlu dövlətində də hökmdardan asılı divan fəaliyyət göstərirdi. Divan hökmdarın əmriylə toplanır və daxili məsələri həll edirdi.

    • Əmir əl-üməra- Dövlətdə ikinci şəxs sayılırdı. Divanın ən nüfuzlu üzvü olan Əmir əl-üməra hökmdarın iştirak etmədiyi yürüşlərdə ordunun baş komandanı olurdu. Bu titul dövrün hökmdarı tərəfindən şəxsən verilirdi.[295]

    • SədrVəqf torpaqlarının bütün məsələləri, qazı, müdərris, və ruhani idarələrinin ixtiyarı baş Sədrə məxsus idi. Sədrin nəzarəti altında məhkəmə və dini işlərə baxan Sədarət divanı vardı. Mədrəsələrin nəzarət və təftişi də Sədarət divanının ixtiyarında idi.[295]

    • Baş Vəzir- Mərkəzi dövlət idarəsində mühüm yerlərdən biri də dövlətin gəlirlərinə nəzarət edən və maliyyə aparatını idarə edən baş vəzirə məxsus olmuşdur. O, həmçinin ölkənin xarici işləri ilə məşğul olur və mülki-inzibati idarələrə başçılıq edirdi. Baş vəzir ali divana rəhbərlik etdiyinə görə, «Sahib divan» da adlanırdı.[296]

    • Təvaçi- Müharibə gözlənilən təqdirdə tabeliyindəki vilayətlərə gedərək hərbi qüvvə toplayan və ayrı-ayrı hərbi dəstələr arasında əlaqə yaradan əmirlərə deyilirdi. Onlar döyüşçüləri səfərbər edir, ordunun yerini bildirir, döyüşçülərin sayını özünün «təvaçi dəftərinə» qeyd edirdi.[296]


    Vergilər və torpaq sahibliyi[redaktə | əsas redaktə]

    Uzun Həsənin hakimiyyət başına gəldiyi illərdə şəhərlilər və kəndlilər üzərinə qoyulmuş vergi və mükəlləfıyyətlər çox ağır idi. Burada toplanan müxtəlif vergilərin miqdarı getdikcə artırdı. Bu, nəinki geniş xalq kütlələrinin vəziyyətini ağırlaşdırırdı, hətta ölkənin mədaxilinin azalmasına səbəb olur, onun iqtisadi əsasını zəiflədirdi. Uzun Həsən mükəlləfiyyət və vergilərin miqdarını müəyyənləşdirmək, zorakılığın qarşısını almaq, vergi toplayan məmurların xəyanətlərinə son qoymaq məqsədiylə vergi işlərini nizama salan «Qanunnamə» tərtib etdirdi. Uzun Həsənin «Qanunnamə»si kəndlilərdən, sənətkarlardan və tacirlərdən alınan vergiləri qaydaya salmağı nəzərdə tutmuşdu. O, hətta bütün hərbi vergiləri ləvğ etməyə çalışmış, lakin mülki və hərbi idarəçilərin etirazları ilə qarşılaşmışdı.[297]
    Ağqoyunlu dövlətində dövlət (divan), sülalə (xass), xüsusi irs (mülk) və müsəlman ruhanilərin isə vəqf torpaqları var idi. Hərbi-köçmə əyanlara iqta əvəzinə irsən keçən soyurqal torpaq paylanırdı. Soyurqal sahiblərinin iqtaya nisbətən hüquqları daha geniş idi, onlar vergi toxunulmazlığı hüququna malik idi. Kəndlilər 40-dan çox vergi verir və mükəlləfiyyət icra edirdilər. Malcəhət (məhsul vergisi) Uzun Həsənin “Qanunnamə”sinə əsasən məhsulun 1/5 təşkil edirdi. Sudan istifadə müqabilində bəhrə vergisi, maldarlardan çobanbəyi, sənətkar və tacirlərdən tamğa, bac vergisi, əhalidən can vergisi alınırdı.[298]

    Mədəniyyət[redaktə | əsas redaktə]


    Uzun Həsəndən başlayaraq Ağqoyunlu hökmdarları elmə və incəsənətə hamilik etmişlər.
    Uzun Həsən dövrünün ən qabaqcıl alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı.[299]
    Xəttatlıq (kalliqrafiya) və miniatür rəssamlığı bu dövrün Azərbaycan mədəni həyatının diqqəti cəlb edən sahələrindən olmuşdur. Ağqoyunlu hökmdarlarının saray kitabxanalarında elmi, bədii, fəlsəfi, dini, tarixi məzmunlu əsərlərin üzü köçürülür, əlyazmalarına miniatürlər çəkilirdi. Şair Hidayətin “Divan”ının əlyazmasına çəkilmiş 4 miniatür təsvir Sultan Xəlil tərəfindən 1478-ci ildə tərtib olunmuşdu. Bu əlyazma nüsxəsi Azərbaycan türkcəsindədir.[300]
    Bu dövrdə Azərbaycanın müxtəlif şəhərlərində Mirəli Təbrizi, Mirabdulla Təbrizi, Süleyman Əli Yaqubi, Nizaməddin Əli Ərdəbili, Cəfər Təbrizi, Əzhər Təbrizi, Əbdürrəhim əl-Yaqubi kimi mahir xəttatlar fəaliyyət göstərmişlər.[301]
    Uzun Həsənin sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Uzun Həsən Qurani-Kərimi Azərbaycan türkcəsinə tərcümə etdirmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.[302] Fəzlullah ibn Ruzbеhan Xunci 1487-ci ildə Təbrizə - Sultan Yaqubun sarayına gəlmiş və Ağqoyunlu dövlətinin tarixini yazmağa başlamışdı.[303]
    Ağqoyunlular 200px-Zeynel_Bey_Mausoleum%2C_Hasankeyf

    Zeynal bəy türbəsi..

    Əfsəhəddin Hidayətullah (Hidayət) XV əsrin sonlarınadək Təbrizdə yaşamış, Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin və Sultan Xəlilin sarayında böyük əmir rütbəsinə qədər xidmət etmiş, bir qədər sonra isə onun qardaşı Sultan Yaqubun sarayında yaşamış, fəaliyyət göstərmişdir. Hidayətin şeirlər divanı vardır. O, zəmanəsinə görə sadə Azərbaycan dilində şeirlər yazmışdır. Ədib şeirlərində daha çox Azərbaycan şifahi xalq ədəbiyyatından yararlanırdı. Dövrün tanınmış şairlərindən biri olan Nemətulla Kişvəri dövrün 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldükdən sonra saraydan uzaqlaşmışdı. Kişvəri Azərbaycan türkcəsində və Fars dilində “Divan” yaratmışdı. Onun Əlişir Nəvaiyə həsr olunmuş bir sıra şeirləri var.[304] Sultan Yaqubun özü də Azərbaycan türkcəsində və Fars dilində şeirlər yazan bir şair idi. Onun məclislərində 15-ə yaxın şair və musiqiçilər iştirak edirdi.[305]
    Ağqoyunlu dövründə də Azərbaycanda musiqinin geniş yayılması, Təbriz şəhərinin musiqi həyatı Avropa səyyahları və elçilərinin də diqqətini cəlb etmişdi. Musiqi yalnız sarayda deyil, Təbrizin 30 min tamaşaçı tutan “Qurd meydanı”nda təşkil olunan müxtəlif məclislərdə də səslənirdi.[306]
    Ağqoyunluların dövründə Təbriz şəhəri sürətlə inkişaf edirdi. Təbrizdə Ağqoyunlu hökmdarı Uzun Həsən tərəfindən 1478-1484-cü illərdə iri saray kompleksi tikdirilmişdi. Sarayda 20 min otaq mövcud idi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir. Saray kompleksi “Həşt behişt” (“Səkkiz cənnət") adlanırdı. Buna görə də, Azərbaycan memarlıq obyektlərinin bir çoxunun bu şəhərdə cəmləşməsi təsadüfi deyildir. Şəhəri müxtəlif təyinatlı memarlıq abidələri bəzəyirdi. Şərq ölkələrində ən gözəl və geniş bazar kimi şöhrət tapmış və əsası Uzun Həsən tərəfindən qoyulmuş “Qeysəriyyə” üstüörtülü və səkkizkünclü idi. Onun üstü günbəz və tağla örtülmüşdü. Bu bazarda qiymətli mallar və cəvahirat satılırdı.[307]
    Ağqoyunlu memarlığının şah əsərlərindən biridə Zeynal bəy türbəsidir. Türbə Otluqbeli döyüşündə öldürülmüş, Uzun Həsənin oğlu Zeynal bəy üçün inşa etdirilmişdir. Türbənin girişində yazılır: '' "Bu türbə, Sultan Həsən Bahadır xanın oğlu məğfur sultan, şəhid xaqan Zeynal bəyindir. Allah qəbrini nur etsin" [308]
    Sara xatun məscidi, Sara xatunun əmri ilə 1585-ci ildə inşa edilmişdir. Məscidin mərkəzində onu saxlayan əsas 3 dayaq yerləşir. Minbəri bəzədilmişdir, minarəsi ayrı rənglərdə olan və 2 növ ayrı daşlardan ibarətdir.[309]
    Memarlıq obyektlərinin və bitki örtüyünün uzlaşdırılması Təbrizin memarlıq inkişafında önəmli yer tutmuşdur. Təbrizdə böyük bağlar var idi. Uzun Həsən tərəfindən əsası qoyulmuş “Bağı-nəsriyyə” və Sultan Yaqubun tikdirdiyi “Baği-şimal”ı (“Şimal bağı”) Fəzli İsfahani "qızıl güllərinin cənnət çırağına bənzətmişdi”.[310]

      Текущее время Вс Май 19, 2024 1:23 pm