Azərbaycan xristian forumu

Вы хотите отреагировать на этот пост ? Создайте аккаунт всего в несколько кликов или войдите на форум.

Azərbaycanın ilk xristian forumu, bütün məsihi qardaş və bacılarımızı dəvət edirik, Məsihi mövzular, videolar, şəkillər, xoş ünsiyyət, tanışlıq, İslam və Xristianlıq, müsəlmanlarla imana aid mövzuların

Matta 1 İsa Məsihin nəsil şəcərəsi (Luka 3:23-38) 1Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: 2İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. 3Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. 4Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 5Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. 6Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. 7Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. 8Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. 9Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. 10Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. 11Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. 12Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. 13Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. 14Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. 15Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. 16Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. 17Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir. İsa Məsihin doğulması (Luka 2:1-7) 18İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. 19Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. 21Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». 22Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: 23«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir. 24Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 25Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu. Matta 2 Müdrik adamların ziyarəti 1İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib 2dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». 3Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. 4Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. 5«Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: 6“Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, Çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”». 7Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. 8«Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. 9Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. 10Onlar ulduzu gördükləri vaxt çox sevindilər. 11Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. 12Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. Misirə qaçış 13Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». 14Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. 15Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım». 16Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. 17Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: 18«Ramada bir səs eşidildi, Ağlaşma və böyük fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, Təsəlli istəmir. Çünki onlar daha yoxdur». Misirdən Nazaretə dönüş 19Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb 20dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». 21Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. 22Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. 23Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi. Matta 3 Vəftizçi Yəhyanın gəlişi (Mark 1:1-8; Luka 3:1-18; Yəh. 1:19-28) 1O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. 2O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 3Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». 4Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. 5Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. 6Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. 7Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8İndi isə tövbəyə layiq bəhrə verin. 9Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 10Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. 11Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 12Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq». İsanın vəftiz olunması (Mark 1:9-11; Luka 3:21-22) 13O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. 14Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» 15İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. 16İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. 17Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». Matta 4 İsanın sınağa çəkilməsi (Mark 1:12-13; Luka 4:1-13) 1Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. 2İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. 3O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». 4İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». 5Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub 6dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». 7İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». 8İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: 9«Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». 10İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». 11Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi. İsa xidmətinə başlayır (Mark 1:14-15; Luka 4:14-15) 12İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. 13Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. 14Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: 15«Zevulun və Naftali bölgələri, Dənizkənarı yol, İordan çayının o biri tayı, Müxtəlif millətlər yaşayan Qalileya – 16Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu». 17O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». İlk şagirdlər (Mark 1:16-20; Luka 5:1-11) 18İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 19İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 20Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 21İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. 22Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər. İsa xəstələrə şəfa verir (Mark 3:7-12; Luka 6:17-19) 23İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 24Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. 25Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi. Matta 5 İsanın Dağüstü vəzi 1İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. 2İsa danışmağa başlayıb onları öyrədərək dedi: Bəxtiyar olanlar (Luka 6:20-23) 3«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. 4Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. 5Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. 6Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. 7Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. 8Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. 9Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. 10Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. 11İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 12Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər. Duz və nur 13Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. 14Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. 15Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. 16Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər. Qanun və Peyğəmbərlər 17Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. 18Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. 19Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. 20Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz. Hirs və qətl 21Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. 22Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. 23Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. 25Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. 26Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan. Zina və boşanma 27“Zina etmə” deyildiyini eşitmisiniz. 28Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. 29Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. 30Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. 31“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 32Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir. And içmək 33Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. 34Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. 37Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır. Düşmənlərinizi sevin (Luka 6:27-36) 38“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 39Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. 40Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. 41Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. 42Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma. 43“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. 45Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? 47Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? 48Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun. Matta 6 Sədəqə vermək 1Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. 2Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. 4Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Necə dua etməli (Luka 11:2-4) 5Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 6Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 7Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 8Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. 9Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, 10Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. 11Gündəlik çörəyimizi bizə bu gün ver. 12Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. 13Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.” 14Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. 15Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz. Oruc 16Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 17Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. 18Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Səmavi xəzinələr (Luka 11:34-35; 12:33-34; 16:13) 19Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. 20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. 22Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. 23Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! 24Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. Qayğı çəkməyin (Luka 12:22-32) 25Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? 26Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? 27Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 28Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. 32Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir! Matta 7 Mühakimə etməyin (Luka 6:37-42) 1Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. 2Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. 3Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 4Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” 5Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. 6Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar. Dua haqqında təlim (Luka 11:9-13) 7Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 8Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 9Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? 10Ya da balıq diləsə, ona ilan verərmi? 11Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! 12İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur. Dar qapı və geniş qapı (Luka 13:24) 13Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. Ağac və bəhrə (Mat. 12:33-35; Luka 6:43-46; 13:25-27) 15Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. 20Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. 21Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. 22O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” 23Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!” Ağıllı bənna və ağılsız bənna (Luka 6:47-49) 24Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. 25Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. 26Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. 27Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar». 28İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, 29çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. Matta 8 İsa bir cüzamlıya şəfa verir (Mark 1:40-45; Luka 5:12-16) 1İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. 2Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. 3İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. 4İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar». Yüzbaşının imanı (Luka 7:1-10) 5İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: 6«Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». 7İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». 8Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. 9Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 10Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. 11Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. 12Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». 13Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı. İsa çox adama şəfa verir (Mark 1:29-34; Luka 4:38-41) 14İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. 15İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı. 16Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. 17Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü». İsanın şagirdi olmaq nə deməkdir (Luka 9:57-62) 18İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. 19Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 20İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». 21Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 22İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin». İsa tufanı yatırır (Mark 4:35-41; Luka 8:22-25) 23İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 24Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» 26İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. 27Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?» Cinə tutulmuş iki nəfər sağaldılır (Mark 5:1-20; Luka 8:26-39) 28İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. 29Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» 30Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 31Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». 32İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. 33Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 34Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın. Matta 9 İsa iflicə şəfa verir (Mark 2:1-12; Luka 5:17-26) 1İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. 2Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». 3Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». 4Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? 5Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 6Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» 7Xəstə qalxıb evinə getdi. 8Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi. Matta şagirdlərə qoşulur (Mark 2:13-17; Luka 5:27-32) 9İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. 10İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. 11Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 12Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 13Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». Oruc barəsindəki sual (Mark 2:18-22; Luka 5:33-39) 14O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» 15İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. 16Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 17Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar». Qızın dirilməsi və qadının şəfa tapması (Mark 5:21-43; Luka 8:40-56) 18Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». 19İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. 20Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. 21Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». 22İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. 23İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü 24və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. 25Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. 26Bu xəbər o torpağın hər tərəfinə yayıldı. İki kor ilə bir lal sağaldılır 27İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» 28Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». 29O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». 30Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. 31Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar. 32Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. 33Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». 34Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur». Məhsul çox, işçilər az 35İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 36Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. 37O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. 38Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin». Matta 10 On İki şagirdə verilən vəzifə (Mark 3:13-19; 6:7-13; Luka 6:12-16; 9:1-6; 10:1-12) 1İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. 2Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 3Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, 4Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. 5İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, 6amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. 7Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. 8Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. 9Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. 10Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. 11Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. 12O evə girərkən ev sakinlərini salamlayın. 13Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. 14Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq. Şagirdlərin sıxıntıları (Mark 13:9-13; Luka 21:12-17) 16Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. 17İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. 18Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. 19Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, 20çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. 21Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 22Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. 23Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək. 24Şagird müəllimindən, qul da ağasından üstün deyil. 25Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! Kimdən qorxmalı (Luka 12:2-9) 26Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 27Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. 28Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. 29İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. 30Sizin başınızdakı saçlar belə, sayılıb. 31Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. 32İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. 33Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm. İsaya layiq olmaq (Luka 12:51-53; 14:26-27) 34Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. 35Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. 36“İnsanın düşməni öz ev əhli olacaq”. 37Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. 38Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. 39Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. 40Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. 41Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. 42Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».
Yəhya 1Allah Kəlamı 1Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2O, başlanğıcda Allahla birlikdə idi. 3Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4Həyat Onda idi və bu həyat insanların nuru idi. 5Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. 6 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. 14Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı. Yəhyanın şəhadəti (Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18) 19Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21 Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm». 24Göndərilən bəzi fariseylər 25Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 27Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi. 29Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm». İsanın ilk şagirdləri 35Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 40Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir. 42Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir. 43Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51 Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz». Yəhya 2 İsa suyu şəraba döndərir 1Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 2İsa ilə şagirdləri də toya çağırılmışdı. 3Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 4İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin». 6Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi. 7İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 8O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 9Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 10«Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan». 11İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 12 Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı. İsa satıcıları məbəddən qovur (Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46) 13Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. 18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 22İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar. 23İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi. Yəhya 3 İsa və Nikodim 1Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 2O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 5İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 7Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 8Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 9Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 10İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 11Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 12Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 13Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. 14 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 15Ona iman edən hər kəs əbədi həyata malik olsun». 16Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 17Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 18Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 19Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 20Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. 21Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun. Yəhyanın İsa barədə şəhadəti 22Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. 23Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. 24 Yəhya hələ zindana salınmamışdı. 25Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. 26Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». 27Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 28“Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 29Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. 30İndi Ona böyümək, mənə kiçilmək gərəkdir». 31Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. 32Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. 33Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. 34Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. 35 Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. 36Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. Yəhya 4 İsa və Samariyalı qadın 1Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 2əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. 3İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 4Onun yolu Samariyadan keçirdi. 5O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. 6Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. 7Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. 8Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. 9 Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. 10İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». 11Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 12Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» 13İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 14amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». 15Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». 16İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 17Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 18çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 19Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 21İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 23Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 24Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 25Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». 27Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. 28Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: 29«Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» 30Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. 31Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 32Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». 33Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. 34İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. 35 Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. 36Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. 37Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. 38Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». 39«Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 40Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 41Daha çox adam da İsanın sözünə görə iman etdi. 42Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur». 43İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. 44Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. 45İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər. Məmur oğlunun şəfa tapması 46Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. 47O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. 48Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». 49Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» 50İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. 51Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. 52Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü». 53O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. 54Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi. Yəhya 5 Hovuz kənarındakı xəstənin şəfa tapması 1Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 2Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 3Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. 4 5Otuz səkkiz il xəstə olan bir adam da orada idi. 6İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» 7Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». 8İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» 9O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. 10Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 11O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 12Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 13Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 14Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 15O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 16Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi. 17Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı. İsanın səlahiyyəti 19Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. 24Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. 30Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir. İsaya şəhadət 31Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz. 41İnsanlardan izzət qəbul etmirəm. 42Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»

    Həmzə Mirzə Səfəvi

    Vasif91
    Vasif91


    Həmzə Mirzə Səfəvi Azerba10
    Haradan : Gəncə
    Inam : TəkAllahlıq
    Mesajlar : 60
    Təşəkkürlər : 2

    Həmzə Mirzə Səfəvi Empty Həmzə Mirzə Səfəvi

    Сообщение автор Vasif91 Пн Май 01, 2017 4:53 am

    Həmzə Mirzə Səfəvi
    Vikipediya, açıq ensiklopediya



    [th]
    Həmzə Mirzə Səfəvi
    Səfəvilər dövlətinin şahzadəsi
    [/th]


    [td style="vertical-align: top; border-top-color: darkgray; line-height: 0px;" colspan="2"] [th]Dini:[/th]Şiə İslam[th]Sülalə:[/th]Səfəvilər[th]Atası:[/th]Məhəmməd şah Xudabəndə[th]Anası:[/th]Məhdi Ülya[size][ltr]
    Həmzə Mirzə Səfəvi — Məhəmməd şah Xudabəndənin oğludur və Səfəvilər dövlətinin şahzadəsidir .

    [/ltr][/size]
    [ltr]

    Mündəricat

      [gizlə] [/ltr]


    [size][ltr]

    Həmzə Mirzənin “ali divanın vəkili” təyin edilməsi[redaktə | əsas redaktə]

    1578-ci ildə II Şah İsmayılın ölümündən sonra Qəzvin sarayında gərgin vəziyyət yaranır. Qızılbaş tayfaları (bir tərəfdən ustaclı və şamlı, digər tərəfdən, türkman və təkəli) arasında qanlı düşmənçilik tezliklə yeni qüvvə ilə alovlanacaq vəziyyətə gəlir. Lakin vəzir Mirzə Salman və çox nüfuzlu, müdrik şəxs olan Xəlil xan Əfşar toqquşmaların qarşısını dərhal almaq qərarına gəlirlər. Qəzvinin saray meydanına ən böyük əyanlar və tayfa əmirləri çağırılır. Burada türkman tayfasının qoca başçısı Əmir xanla ustaclı tayfasının gənc rəhbəri Pirə Məhəmməd xanın “barışdırılması” hadisəsi baş verir. İsgəndər bəy Münşinin təbirincə desək, onlar “ata və oğul” müqaviləsi bağladılar. Digər əmirlər də onlardan nümunə götürdülər. Sonra taxt-tac varisi məsələsini həll etməyə başladılar. Bir çox namizədlər irəli sürülsə də (o cümlədən Məhəmməd Mirzənin oğulları olan 11 yaşlı Həmzə Mirzə Səfəvi və 9 yaşlı Abbas), iri tayfaların əmirləri Həmzə Mirzə Səfəvinin atası Məhəmməd Mirzənin namizədliyi üzərində dayandılar.
    Məhəmmədin Qəzvində tacqoyma mərasimi hicri 985-ci il zülhiccənin 5 (1578-ci il fevralın 13)-də oldu. İlk əvvəl şahın düşmənləri məhv edildi. Onun 30 yaşlı bacısı Pərixan xanım fevralın 17-də edam edildi. Pərixan xanımın dayısı Şamxal Sultan hiylə ilə ələ keçirildi və öldürüldü. Taxt-tacın varisi ola biləcək şəxsin, II Şah İsmayılın bir yaşlı oğlu Şahşücanın da məhv edilməsi “yaddan çıxarılmadı”. Məhəmməd Xudabəndənin taxta çıxmasının ilk günlərindən etibarən, onun arvadı Məhdi Ülya “tam əzəmət və müstəqilliklə dövlət və padşahlıq işlərini öz əlinə aldı”. Onun oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun”.

    Səfəvi-Osmanlı müharibəsində iştirakı[redaktə | əsas redaktə]

    1578-ci ildə Səfəvilər və Osmanlı dövləti arasında vəziyyət gərginləşmişdi. Türk sultanı bu yürüşdə şəxsən iştirak etməyi lazım bilmədi. Buna görə də Səfəvilər də qərara aldılar ki, qızılbaş qoşunlarına şahın özü deyil, onun oğlu, türklərlə mübarizədə sərkərdəlik istedadı nümayiş etdirmiş Həmzə Mirzə başçılıq edəcəkdir. O, İraq, Fars və Kirmanın yığma qoşunu (ləşkər) ilə Azərbaycanın cənub hissəsinə gəlməli və yerli qoşunların birləşərək “mühafizə və müdafiə üzrə zəruri tədbirlər” görməli idi. Dövlət işləri əməli olaraq şahın arvadı Xeyrənnisə bəyimin əlində olduğuna görə, o da (öz oğlundan ayrılmağın onun üçün çətin olduğuna əsaslanaraq) bu yürüşdə iştirak edirdi. Sentyabrın 27-də Həmzə Mirzə öz anası ilə Qəzvindən çıxaraq qoşunlarla Miyanəyə gəldi. Burada, müxtəlif əmirlərin öz qoşunları ilə gəlməsini gözləmək, Gürcüstanda və Şirvanda hadisələr haqqındakı son xəbərləri öyrənmək üçün on günlük fasilə elan edildi.
    Əmirlər Miyanədə keçirilən şurada hərbi əməliyyatlar planını işləyib hazırladılar. Bəziləri təklif edirdilər ki, Urmiya gölü yaxınlığında kürd tayfalarının üsyanını yatırmaq üçün öncə Təbrizə hərəkət etmək lazımdır. Onların fikrincə, sonra Ərzurum və Ərzincan istiqamətində gedərək Qars qalasını dağıtmalı, qışda isə Türkiyə hüdudlarına hücum edilməlidir. Bu xəbər o vaxt artıq Şirvanda olan Mustafa paşaya çatarkən, Ərzurumu müdafiə etmək üçün geri çəkilməyə məcbur olacaqdır. Lakin əmirlərin çoxu bu təklifə etiraz etdi və böyük Osmanlı ordusuna müqavimət göstərmək üçün zəif olan Şirvan əmirlərinə köməyə getməyi məqsədəuyğun saydı.
    Buna müvafiq olaraq Həmzə Mirzə otuz minlik qoşunla Ərdəbildən, türklər tərəfindən tutulmamış Qarabağa doğru hərəkət etdi.
    Qərara alındı ki, qoşunların başlıca qərargahı şahzadə və onun anası ilə Qaraağacda qalacaq, əmirlər isə qoşunlarla və vəzir Mirzə Salmanla Kürü küçərək, Şirvanı türklərdən azad etməyə gedəcəklər.
    Qızılbaşlar Mollahəsənli deyilən yerdə osmanlılara qalib gəldilər. Qızılbaş qoşunlarının uğurları barədə xəbərlər Həmzə Mirzənin və anasının yerləşdiyi Qaraağacdakı baş düşərgədə böyük sevinclə qarşılandı. Buradan paytaxta – Qəzvinə və bütün ölkəyə “fəthnamələr” (“Qələbə məktubları”) göndərilirdi. Qərargahın Osman paşa ilə mübarizəni davam etdirmək, onu məhv etmək və Dərbənd qalasını ələ keçirmək barədə əmri alındı. Lakin qızılbaş qoşunları şah qərargahı göstərişinin ziddinə olaraq Osman paşanın təqib olunmasını dayandırıb Qarabağa qayıtdılar. Bu tezliklə çox acınacaqlı nəticəyə gətirib çıxarmış, fəlakətli bir səhv idi. İsgəndər bəy Münşi iddia edir ki, bunun təqsirkarları, guya Dərbəndin alınmasında və Şirvanda qələbələrin möhkəmləndirilməsində təkid etmiş “Məhdi Ülyanın iradəsi əleyhinə” hərəkət edən Mirzə Salman və qızılbaş əmirləri olmuşlar. Şərəfxan Bidlisi təqsiri bütövlükdə şahın arvadının üstünə yıxır: “Bu qədər qələbədən həddindən artıq qəhərlənən Sultan Həmzə Mirzənin anası Şirvandakı işlərə qadın düşüncəsizliyi ilə, qayğı və diqqət göstərmədən yanaşdı. Osman paşanı Dəmir qapıda (Dərbənd) qoyub qışın ortalarında Adil Girey xanla Qəzvinə qayıtdı”. Qazi Əhmədin də şərhindən aydın olur ki, şahın arvadı “bu planla razılaşmadı” (yəni Dərbəndin tutulması və türklərin Şirvandan tamamilə çıxarılması haqqında şah qərargahından alınmış əmrlə). O, öz eşikağası Məhəmməd xan Türkmanı Mirzə Salmanın və əmirlərin ardınca göndərdi. Bundan sonra onlar Qarabağa qayıtdılar və bununla da Şirvan məsələsi başa çatdırılmamış və həll olunmamış qaldı”. Sonrakı hadisələr qızılbaş sərkərdələrinin fikri ilə az hesablaşan və özbaşına iş görən şah arvadının günahlarını təsdiq edir.

    Türkman və təkəli tayfalarının qiyamının başlanması[redaktə | əsas redaktə]

    Həmin dövrdə bütün Şirvan və Çuxursəəd vilayəti osmanlı qoşunlarının əlində idi. Şah hökuməti bütün qüvvələri səfərbərliyə alıb, düşmən basqınının dəf olunmasını təşkil etmək və düşmənin ölkənin içərilərinə sonrakı irəliləməsinin qarşısını almaq əvəzinə, hicri 993 (1585)-cü ilin qışında və yazında öz vaxtını Təbrizdə fitnə-fəsadlara və əyləncələrə sərf etdi. Təbriz vilayətinin bəylərbəyisi Əmir xan Türkman 12 min nəfərlik tayfasının tam heyəti ilə şəhərdən çıxdı. Şahı və Həmzə Mirzəni qarşılamaq üçün Miyanəyə gəldi. Şah Məhəmməd və Həmzə Mirzə üçün Təbrizdə təşkil etdiyi təntənəli qəbul şah və şahzadənin yanında Əmir xanın nüfuzunu xeyli artırdı.
    Qeyd etmək lazımdır ki, bu dövrdə Həmzə Mirzənin artıq on səkkiz yaşı var idi. O, böyük oğul, taxt-tacın varisi kimi dövlət işlərinə və hərbi işlərə rəhbərlikdə getdikcə daha çox iştirak edirdi. İsgəndər bəy Münşiyə görə, təkəbbürlü və tündxasiyyət olan Həmzə Mirzə Şərab düşkünü idi. Qızılbaş əmirləri onun anası Məhdi Ülyanı öldürəndə onun on üç yaşı var idi. O, həmin vaxtdan anasını öldürənlərə qarşı qəlbində sönməz kin gəzdirir və intiqam almaq üçün bəhanə axtarırdı. Anası qətlə yetiriləndə Əmir xan Türkman Qəzvindən uzaqda idi və zahirən bu hadisə ilə əlaqəsi olmamışdı. İndi Təbrizə gəlmiş şahzadə onu özünə yaxınlaşdırmaq və Əmir xanın köməyilə anasının qatillərinə divan tutmaq qərarına gəldi. Lakin Əmir xan Həmzə Mirzənin niyyətini bəyənmədi və buna əasslandı ki, Osmanlı sultanı kimi güclü düşmənlə qarşıqarşıya dayanarkən nüfuzlu qızılbaş sərkərdələrini öldürmək və bununla da onların arasına düşmənçilik salmaq ağıllı iş olmaz.
    Türkman tayfasına düşmən olan saray adamlarından bir çoxu, xüsusən də şamlı və ustaclı tayfalarının nümayəndələri Əmir xanın şahzadə ilə yaxınlaşmasından narazı idilər. Onlar hər vasitə ilə bu dostluğu pozmağa cəhd göstərirdilər. Şahzadənin yaşıdları və həmpiyalələri olan Əliqulu bəy Fəth oğlu və İsmayılqulu xan Şamlı şahzadənin iştirak etdiyi qapalı dairədə Əmir xanın ünvanına böhtanlar yağdırmağa başladılar. Əmir xan Təbrizdə, şah iqamətgahının yanında qala tikdirdikdə isə bunu şah hakimiyyətinə qarşı onun üsyan etmək niyyəti kimi qələmə verdilər. Onlar həmçinin, heç də əsassız olmadan göstərdilər ki, Əmir xan, onun qohumları, yaxın adamlar Təbriz əhalisini amansız surətdə istismar edir, soyub talayırlar və bunun sayəsində zinət və var-dövlət içində üzürlər. Bu söhbətlər tədricən Həmzə Mirzəyə öz təsirini göstərirdi. Şahzadə Əmir xanı Azərbaycanın cənub hissəsinin hakimi vəzifəsindən kənar etmək qərarına gəldi. Onun ətrafında gəzən sözsöhbət və fitnə-fəsadları sezən Əmir xan özünün məğrur davranışı ilə vəziyyətini daha da ağırlaşdırdı. Həmzə Mirzə hiss etdi ki, Əmir xan onunla ünsiyyətdən kənara qaçmağa başlayır. Məsələn, Əmir xan şahzadənin təşkil etdiyi çövkən və qapaq əndazi oyunlarında işrirak etmədi. Bunun ardınca o, şahın Təbrizin Həsən padşah məscidində təşkil etdiyi aşura günü (məhərrəmin 10-u) dini mərasiminə də gəlmədi. Beləliklə, Əmir xanla Həmzə Mirzə arasında düşmənçilik münasibətləri yarandı. Əmir xan Həmzə Mirzənin göstərişi ilə tutuldu və Qəhqəhə qalasına salındı. Onun əmlakı isə müsadirə edildi. Fitnə-fəsadları ilə Əmir xanın vəzifədən getməsinə və həbsə alınmasına səbəb olmuş Əliqulu bəy Fəth oğlu Ustaclı Təbriz hakimi və Azərbaycanın cənub hissəsinin bəylərbəyi təyin edildi. Ustaclı və şamlı tayfalarının başçıları şahzadənin köməyilə yenidən türkman və təkəli tayfalarının feodallarını yüksək vəzifələrdən sıxışdırıb çıxararaq onların yerlərini tutdular. Bu hadisələr haqqında xəbər, həmin tayfaların başqa əyalətlərdəki feodallarını da ayağa qaldırdı. Kaşan hakimi Məhəmməd xan Türkman Həmədan hakimi Vəli xan Təkəlilə Əmir xanın düşmənlərinə divan tutmaq məqsədilə, Təbrizə hərəkət etmək barədə razılığa gəldilər.
    Bunun ardınca hicri 993-cü ilin cümada əl-əvvəl ayında (1585-ci ilin mayında) Əmir xanın Qəhqəhə qalasında öldürülməsi türkman və təkəli tayfalarının ümumi qiyamına səbəb oldu. Qızılbaş tayfaları arasındakı təsvir edilən çəkişmələr və müharibə Səfəvilərin qüvvəsini və müdafiə qabiliyyətini qəti olaraq qırdı və türk qoşunlarının gələcək istilalarını asanlaşdırdı.[/ltr][/size]
    Vasif91
    Vasif91


    Həmzə Mirzə Səfəvi Azerba10
    Haradan : Gəncə
    Inam : TəkAllahlıq
    Mesajlar : 60
    Təşəkkürlər : 2

    Həmzə Mirzə Səfəvi Empty Re: Həmzə Mirzə Səfəvi

    Сообщение автор Vasif91 Пн Май 01, 2017 4:53 am

    1585-ci ildə Təbriz şəhərinin Osman paşa qoşunlarından müdafiəsi[redaktə | əsas redaktə]

    Bütün Azərbaycanı ələ keçirmək arzusunda olan Türkiyə sultanı, döyüşkən Özdəmir oğlu Osman paşanı Şirvandan geri çağırdı. Böyük ordunu onun sərəncamına verdi və onu Şərq yürüşünün başçısı təyin etdi217. Hicri 993 (1585)-cü ilin əvvəlində Osman paşa Ərzurumda Azərbaycana basqın etməyə hazırlaşmaqla məşğul oldu. 1585-ci ilin yayında şah və Həmzə Mirzə Qarabağ yaylaqlarında idilər və günlərini eyş-işrətdə keçirirdilər. Türklərin Çuxursəəddən sıxışdırıb çıxardığı Məhəmməd xan Toxmaq da öz qoşunu ilə burada onlara qoşuldu. Onlar yaylaqda ikən Osman paşanın basqın xəbərini aldılar və bu, şah sarayında çaşqınlığa səbəb oldu. İndi düşmən yaxında idi və artıq gerçəkliyi inkar etmək mümkün deyildi. Buna görə də Qarabağdan bütün vilayətlərin hakimlərinə fərmanlar göndərildi və onlara qoşunlarla Təbrizə gəlmək barədə göstəriş verildi.
    Lakin qızılbaş əmirlərinin əksəriyyəti şah qərargahının tələbinə tabe olmaqdan imtina etdi (Məhəmməd xan Təkəli, Vəli xan Təkəli, Rey hakimi Müseyib xan Şərafəddin oğlu Təkəli və başqaları). Onlar bu çağırışa nəinki cavab vermədilər, habelə sonralar türklərlə vuruşan Həmzə Mirzənin qoşunlarına qarşı hərbi əməliyyatlara başlamaqla türklərlə əlbir çıxış etmiş oldular. İsgəndər bəy Münşi göstərir ki, “həmin iki tayfadan (türkman və təkəli) heç bir adam, Fars, Kirman və İraq hakimlərinin qoşunları da şahın hərbi düşərgəsinə gəlmədilər”. Osman paşa 1585-ci ilin avqustun 12-də Ərzurumu tərk etdi və Panisabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində hərəkətə başladı.
    Şah öz saray adamları ilə Qarabağdan cənuba doğru hərəkət etdi və Bazarçaydan keçərək Naxçıvana yola düşdü. Yolda ikən məlumat alındı ki, Osman paşa Mərənddədir və tələsik Təbrizə doğru hərəkət edir. Buna görə də Həmzə Mirzə 20 min nəfərlik qoşunla ona qarşı göndərildi. O, Ordubaddan keçib Dızmar Üzümdülə tərəf hərəkət etdi. Sufiyan ərazisində Məhəmmədi xan Toxmağın başçılığı ilə qızılbaşların öndə gedən dəstəsi düşmən hissələri ilə üz-üzə gəldi. Əvvəlcə qızılbaşlar türkləri böyük itkiyə məruz qoydular. Lakin sonra onların böyük üstünlüyü qarşısında geri çəkilməyə məcbur oldular.
    Qızılbaşların vəziyyəti pisləşdi.20 min nəfərlik silahlı qüvvə ilə Osmanlıların on dəfə üstün olan, üstəlik də artilleriya ilə yaxşı təchiz olunmuş qüvvələri ilə mübarizə aparmaq mənasız idi. Hərbi şurada daha təcrübəli sərkərdələr mərhum I Şah Təhmasibin nümunəsi əsasında hərəkət etməyi məsləhət görürdülər. Onlar təklis etdilər ki, Təbriz əhalisi Qaradağ qalalarına köçürülsün, şəhər taxılsız və ərzaqsız qalsın. Türk qoşunları Təbrizə daxil olduqdan sonra isə bütün yolları bağlamaqlaşəhərə ərzaq gətirilməsinə yol verilməsin. Beləliklə, onlar belə hesab edirdilər ki, aclıq türk qoşunlarını Təbrizi tərk etməyə və geri çəkilməyə məcbur edər. İsgəndər bəy Münşinin göstərdiyi bu daha ağıllı təklif əmirlərin əksəriyyəti tərəfindən bəyənilmədi. Bunun müqabilində şurada “son nəfəsədək” müharibə etmək tərəfdarı olan gənc qızılbaşlar üstünlük təşkil etdi. Onlar israr edirdilər ki, Təbrizdə özünü, öz ailəsini qorumağa və şəhəri müdafiə etməyəqadir olan təqribən 50 min gənc, qoçaq adam vardır. Onların fikrincə, Təbrizin küçələrində maneələr qurmaq və düşməni şəhərə buraxmamaq lazımdır. Təbrizlilərə xüsusi fərmanla təklif edildi ki, öz yerlərində qalsınlar və şəhəri düşmənlərdən müdafiə etməyə hazırlaşsınlar. Onlara vəd edilirdi ki, qızılbaş qoşunları düşmənə arxadan zərbələr endirməklə bütün vasitələrlə şəhərlilərə kömək edəcəklər. Bundan sonra, Təbriz hakimi vəzifəsində qardaşı Əliqulu xanı əvəz edən Hüseynqulu xan Ustaclıya kömək etmək üçün Pirqeyb xan Ustaclı və Mehdiqulu xan Şamlı min nəfərlik qızılbaş dəstəsi ilə Təbrizə göndərildilər. Onlara küçələrdə maneələr qurmaq, əhalini maneələr yaratmağa cəlb etmək, həmçinin də “kiminsə (təbrizlilərdən) öz ailəsini şəhərdən çıxarmasına yol verməmək, belə ev sahibini edam, əmlakını isə qarət etmək” əmri verilmişdi.
    İsgəndər bəy Münşi göstərir ki, “şəhərin məhəllələri bölüşdürülmüşdü və hər bir sahənin (rəhnə) müdafiəsi həmin məhəllədən olan pəhləvanlardan birinə tapşırılmışdı. Hər bir maneəyə başçılıq etmək təcrübəli şəxslərə, qızılbaşlardan olan etibarlı şəxsə tapşırılmışdı”. Yuxarıda deyildiyi kimi, Sufiyan yaxınlığında qızılbaşların türklərlə ilk toqquşması hicri 993-cü il ramazanın 23 (1585-ci il sentyabrın 18)-də baş vermişdi. Sonrakı gün Osman paşa dayandığı yerdən aralanıb Təbrizin şimalından axan Abşur (türkcə - Acısu) çayının keçidinə yanaşdı. Osmanlı ordusunu Maqsud bəy Zülqədər müşayiət edirdi.
    Əldə olan məlumatlara görə, Maqsud bəyin türklərin göstərişi ilə Təbriz əyanlarına yazdığı məktubda, onları, öz həyatlarını hifz etmək istədikləri təqdirdə türk sultanına itaət etməyə çağırmışdı224. Qəti tələbinə cavab almayan Osman paşa sentyabrın 20 (ramazanın 25)-də Təbrizə qarşı hərbi əməliyyatlara başladı. Əsasən müdafiəsiz qalmış Təbriz sultanın çoxsaylı nizami ordusuna qarşı uğula müdafiə olunmaq iqtidarında ola bilməzdi. Şəhər ələ keçirildi. Lakin düşmən, Təbrizi müdafiə edən sakinlərin türklərlə ilk döyüşlədə göstərdikləri cəsarət və igidlik möcüzələri üzündən dərhal tuta bilmədi. Diyarbəkir hakimi Ciğal oğlunun başçılığı altında 7-8 min nəfərlik ilk dəstə Şotorbanan (“Dəvə çarvadarları”) küçəsi ilə şəhərə daxil oldu.
    Təbrizin süqutundan sonra Üzümdüldəki şah qoşunları qərargahında qərara alındı ki, təbrizlilərin mübarizəsinə kömək etmək məqsədilə, düşmənin şəhər ətrafında yerləşmiş canlı qüvvəsinə bir sıra təsirli zərbələr endirilsin və ona dinclik verilməsin. Türklər üzərinə öncə hücum edən qorçubaşı Qulu bəy Əfşar oldu. O, qızılbaş dəstəsi ilə Fəxusfənc çayını keçərək Təbrizə yaxınlaşdı. Osman paşa Cığal oğlunu ona qarşı göndərdi. Qulu bəyin göndərdiyi ön dəstə qəsdən geriçəkilmə manevri ilə Cığal oğlunun qoşunlarını öz arxasınca, Qulu bəyin pusquda duran əsas qüvvələrinə tərəf gətirdi. Öz ordusunu artilleriyanın köməyindən məhrum etmiş Cığal oğlu,qızılbaş süvarisinin sarsıdıcı hücumuna məruz qaldı. Türklər hücumun qarşısını ala biməyib qaçmağa başladılar. Qızılbaşlar 2000-ə yaxın türkü məhv etdilər231. Cığal oğlunun özü isə canını birtəhər qurtara bildi. Bir neçə gündən sonra Həmzə Mirzə türklərin üzərinə hücum etdi. Qaraman hakimi Murad paşa və Diyarbəkir hakimi Məhəmməd paşanın başçılığı ilə ona qarşı qoşun hissələri göndərildi. Döyüş yenə də Fəxusfənc çayının sahilində baş verdi. Şahrux xan Həmzə Mirzənin əmri ilə düşmən mərkəzinin arxasına keçdikdən sonra, döyüş qızılbaşların qələbəsi ilə başa çatdı. Düşmən dəstələri sayca üstün olmalarına baxmayaraq, pərən-pərən salındı və türklər tələsik geri çəkilməyə başladılar. Hər iki Osmanlı sərkərdəsi – Murad paşa və Məhəmməd paşa qızılbaşlara əsir düşdü. Məhəmməd paşa tezliklə aldığı yaradan öldü. Bu döyüşdə iştirak etmiş Oruc bəyin məlumatına görə, vuruşma zamanı Trabzon paşası və bir sıra digər Osmanlı sərkərdələri həlak olmuşdular232. Qızılbaş qoşunları düşməni türklərin əsas qüvvələrinin Çərəndabdakı düşərgəsinə qədər təqib etdilər. Özlərinin çox da böyük olmayan qüvvələrinə baxmayaraq, qızılbaşlar düşmənin əziyyətini xeyli artırır, ona dinclik vermirdilər. Bütün bu deyilənlər son nəticədə türk hərbi rəhbərliyini geri qaytarmaq üçün tələsməyə vadar etdi. Osman paşanın ağır xəstələnməsi və vəfatı ilə əlaqədar olaraq Cığal oğlu (Sinan paşa) türk qoşunlarının baş sərkərdəsi təyin edildi. Getməzdən əvvəl türklərin Təbrizdə tikmiş olduqları qalada birillik döyüş sursatı və ərzaqla Cəfər paşanın başçılığı altında yeddi min nəfərlik hərbi hissə yerləşdirildi. Oktyabrın 29-da (zülqədənin 5-də) türk qoşunları özlərinin Çərəndabdakı baş düşərgələrini tərk etdilər və geriyə yola düşdülər233. Həmzə Mirzə geri çəkilən düşmənin arxasınca hərəkət etdi və onun arxada qalan hissələrinə Şəmbi Qazanda çatdı. Baş vermiş döyüşdə türklər böyük itkiyə məruz qaldılar. Həmzə Mirzə Tasucaya qədər düşmənin ardınca gedərək ona tez-tez gözlənilməz zərbələr endirdi234.
    Vasif91
    Vasif91


    Həmzə Mirzə Səfəvi Azerba10
    Haradan : Gəncə
    Inam : TəkAllahlıq
    Mesajlar : 60
    Təşəkkürlər : 2

    Həmzə Mirzə Səfəvi Empty Re: Həmzə Mirzə Səfəvi

    Сообщение автор Vasif91 Пн Май 01, 2017 4:54 am

    Həmzə Mirzənin Təbrizdəki Osmanlı qalasını ələ keçirmək cəhdləri[redaktə | əsas redaktə]

    Təbrizə qayıdan Həmzə Mirzə öz qarşısında xarabalıqlar gördü. İsgəndər bəy Münşi Təbrizi belə təsvir edir: “Zər və mavi rənglə bəzədilmiş bütün evlər, şəkillər çəkilmiş qapılar və pəncərələr çıxarılmış, oduncaq əvəzinə işlədilmişdi”; “Öz gözəl bağları ilə məşhur olan şəhərdə ağac qalmamışdı; hamısını kəsib yandırmaq üçün qala hərbi hissəsinə göndərmişdilər”; “Çoxminli yaraşıqlı binalrdan, orta təbəqədən olan adamın yaşaması üçün yararlı olan bir ev belə salamat qalmmışdı”; “Dükanlar, kaşılarla işlənmiş ikimərtəbəli evlər, hamamlar xarabalığa dönmüşdü...”. Hər yerdə - küçələrdə, bazarlarda, evlərdə öldürülmüş təbrizlilərin meyitləri qalmışdı. Gediş-gəlişli, “kefli və əyləncəli” şəhər olan Təbriz, tarixçiyə tərk edilmiş, ölü şəhər kimi görünmüşdü. “Bütün bunlara bir dəfə baxmaqla dəhşətdən ürək sıxılırdı”235. Qızılbaşların şəhərə daxil olduğundan xəbər tutan əhali şəhərə qayıtmağa və qoşunlarla birlikdə Təbrizi meyitlərdən təmizləməyə, evləri təmir etməyə, yaşayışı qaydaya salmağa başladı. Hicri 993-994 (1585-86)-cü ilin qışını şahın saray əhli Təbrizdə keçirdi. Səfəvi hərbi rəhbərliyi yaxşı başa düşürdü ki, Təbrizdəki türk hərbi hissəsi ciddi təhlükə təşkil edir və ölkədə gələcək türk hökmranlığının dayaq məntəqəsidir. Buna görə də, Həmzə Mirzə ona sadiq olan əmirlərlə birlikdə qalanı almaq üçün bir sıra inadlı, qızğın, lakin son nəticədə uğursuz cəhdlər etdi. Qızılbaşların topları yox dərəcəsində idi. Bunlarsız isə qalaya hücum etmək çətin idi. Onların əlində olan yeganə top Göyərçinlik qalasından Təbrizə gətirilmişdi. Bu topun köməyilə bürclərdən birinin xeyli hissəsi dağıdılmışdı236. Lakin türklər qəfil həmlə ilə qızılbaşları topdan uzaqlaşdırdılar və topu çəkib qalaya apardılar. Yeni topu hazırlamağa iki ay vaxt sərf olundu. Lakin keyfiyyətinin pisliyi üzündə nə birinci, nə də ikinci top istifadəyə yaramadı. Qala uğrunda döyşlərdə qızılbaşlar özlərinin ən qabiliyyətli sərkərdələrindən birini – zülqədər tayfasının başçısı Şahrux xan möhrdarı itirdilər. Qiyamçı türkman və təkəli əmirləri gəlib çıxanadək qalanı ələ keçirməyə cəhd göstərən Şahrux xan ehtiyatsızlıq etmiş, kiçik bir dəstə ilə qala divarlarına yaxınlaşmışdı. Bu vaxt türk dəstəsi gözlənilmədən qaladan çıxdı və Şahrux xana hücum etdi. Onun adamları (o cümlədən də oğlu) qızğın döyüşdə qılıncdan keçirildilər. Şahrux xan isə yaralı halda əsir düşdü. Daha bir səbəb qızılbaşların qalanı ələ keçirməsinə və düşmənin hərbi hissəsinin məhv edilməsinə mane oldu. Məsələ bunda idi ki, qızılbaşlar Təbrizə qayıtdıqları vaxtdan etibarən, şahzadənin gizli əmri ilə Həsən padşah məscidində lağım atmaq, yeraltı yolla qala bürclərindən birinin altından içəri daxil olmaq və qapını açmaq istəyirdilər. Bir neçə ay keçdikdən sonra lağımatanlar qala divarlarına çatdılar. İşləri tamamilə başa çatdırmağa cəmisi bir neçə gün qalırdı. Lakin bədbəxtlikdən qorçibaşı Qulu bəy Əfşarın xəyanəti və qalaya – türklərin yanına qaçması, qızılbaşların planlarının həyata keçirilməsinə mane oldu. Qulu bəy Cəfər paşaya yeraltı yol barədə danışdı. Mühasirədə qalanlar lağımın sonunu tapdılar, onu torpaqla doldurdular, bununla da, həmin tərəfdən olan təhlükəni aradan qaldırdılar. Qalanı ələ keçirmək cəhdində ümidsizliyə qapılan Həmzə Mirzə günün günortaçağı qala divarlarına hücum etmək barədə öz qoşunlarına əmr verdi. Qızılbaşlar qala divarlarına bərkidilən nərdivanlarla qalaya soxulmaq üçün əbəs cəhdlər göstərirdilər. Minlərlə adamın həyatı bahasına başa gələn bu inadlı və ümidsiz qızılbaş hücumu bir neçə gün davam etdi237. Bu vaxt qiyamçı türkman və təkəli əmirlərinin Təbrizə yaxınlaşması xəbərinin alınması, Həmzə Mirzəni Osmanlı qalasının hərbi hissəsi ilə mübarizəni dayandırmağa məcbur etdi. Bununla əlaqədar olaraq türklərin tərəfinə keçmiş, öz xidmətləri ilə məşhur olan, dövlət işlərində böyük nüfuz ilə seçilən sərkərdənin – Qulu bəy Əfşarın xəyanətinin səbəbini aydınlaşdırmaq lazımdır. Məsələ bunda idi ki, Qulu bəy Məhəmməd xan Türkman və başqaları ilə birlikdə Həmzə mirzənin anasının ölümü ilə nəticələnən qəsddə iştirak etmişdi. Şahzadə anasının qisasını almaq üçün xeyli vaxt idi ki fürsət axtarırdı. Şahzadə tez-tez açıq-aşkar anasının qatillərini hədələmişdi və şahzadənin ona olan qərəzli münasibəti Qulu bəy üçün sirr deyildi. İndi isə qiyamçılar yaxınlaşdıqca Əliqulu xan Fəth oğlu Ustaclı və onun tərəfdarları Həmzə Mirzəyə belə bir fikir təlqin edirdilər ki, Məhəmməd xan Türkmanın keçmiş müttəfiqi Qulu bəy qorçibaşı təhlükəlidir, onu məhv etmək lazımdır. Şahzadə buna məmnuniyyətlə razı oldu. O, gizli olaraq qorçubaşı vəzifəsinə Təhmasibqulu Sultan Ərəşli Əfşarı təyin etdi və Qulu bəyi öldürməyi ona tapşırdı. Bu barədə qardaşı oğlu Cabbarqulu bəydən məlumat alan şah qvardiyasının keçmiş rəisi, xilas olmaq üçün düşmən tərəfinə keçməkdən başqa bir yol tapmadı238.

    Türkman və təkəli əyanlarının qiyamı[redaktə | əsas redaktə]

    Hökumət əleyhinə çıxışda Məhəmməd xan Türkmana və Vəli xan Təkəliyə Fars hakimi (əmir əl-üməra) Ümmət xan Zülqədər də qoşuldu. Beləliklə, şah Məhəmmədin və onun oğlu Həmzə Mirzənin qarşısında indi türkman, təkəli və zülqədər tayfalarının birləşmiş qüvvələri dururdu. Həm də qiyamçı qoşunlar artıq mərkəzi hökumətin nəzarəti altında olan qüvvələrdən üstün idilər. Buna görə də şah və Həmzə Mirzə qiyamçı əmirlərlə toqquşmadan çəkinməyə və barışıq əldə etməyə cəhd göstərdilər. Onlar öncə ustaclı və şamlı əmirlərinin rəhbər vəzifələrdən qovulmasını şərt kimi irəli sürdülər239. Həmzə Mirzənin qiyamçıların arasına təfriqə salmaq cəhdi baş tutmadı. Qiyamçılar danışıqlar aparmaq üçün onların yanına göndərilmiş Həbib bəy Zülqədəri öldürdülər, digər bir neçə vasitəçini isə girov saxladılar. Qiyamçı əmirlər Təbrizin dörd fərsəxliyində (24-28 km) yerləşən Səidabad adlı yerə yaxınlaşanda şah qoşunlarında xidmət edən türkman və təkəli tayfalarından olan döyüşçülər qiyamçıların düşərgəsinə getməyə, öz tayfalarına qoşulmağa başladılar. Həmzə Mirzədən narazı olanlar da onu tərk etdilər. Təhlükəli vəziyyət yarandı, şah və Həmzə Mirzə Əmir xan Türkmanın tikdirdiyi möhkəmləndirilmiş Təbriz qalasında gizləndilər240. Qiyamçı əmirlər şahzadənin adına göndərdikləri məktubda Əmir xanın qatillərinin, ilk növbədə Əliqulu xan Fəth oğlunun onlara təslim olunmasını tələb etdilər. Bu qəti tələbdən qəzəblənmiş Həmzə Mirzə ustaclı və şamlı əmirlərinə qiyamçılara qarşı döyüşə başlamağı əmr etdi. Özü isə şah Məhəmmədlə onların ardınca getdi. Lakin döyüş olmadı. Qiyamçılar öz həyatları üçün təhlükə olmadan şah qoşunları ilə birləşmək, birlikdə Təbrizdəki Osmanlı qalasına hücum etmək naminə, öz tələblərini Əmir xanın qatillərini saraydan çıxarmaq və onları ucqar vilayətlərə göndərməklə məhdudlaşdırdılar. Lakin Həmzə Mirzə qiyamçıların bu mülayim təklifini də rədd etdi241. Ertəsi gün Təbrizdə, şah düşərgəsində gözlənilməz münaqişə baş verdi. Əsasən “böyük qorçilər” sırasına daxil olan zülqədər, əfşar, qacartayfaları əyanlarından bir dəstəsi açıq-aşkar surətdə şahzadənin qiyamçıların tələıblərinə güzəştə getməməsindən narazılıqlarını bildirməyə başladılar. Onlar qeyd etdilər ki, Əliqulu xan Fəth oğlu və Məhəmməd Sarızolaqdan ötrü qızılbaş tayfaları arasına müharibə vəziyyətinə gəlib çatmış ədavət salmaq olmaz. Qorçilər soruşurdular: axı niyə tam tərkibdə gəlmiş təkəli, türkman və zülqədər tayfaları öz şahlarına xidmət etməyə imkan tapıb, türklərin yurd saldığı Təbriz qalasını almağa kömək göstərə bilmirlər?! Qorçilər döyüşçülər və şəhərlilər kütləsinin müşayiəti ilə Əliqulu xanın evinə keçdilər və evi talan etdilər. Bu, şəhərin başqa məhəllələrində ustaclı əyanlarının evlərinin qarət edilməsi üçün işarə rolunu oynadı. Sonra qorçilər Həmzə Mirzənin iqamətgahına gəldilər və onun pəncərələri qarşısında hədə dolu sədalarla nifaq təqsirkarlarının təslim olunmasını tələb etdilər. Qorçilərin “həyasızlığından” hiddətlənmiş Həmzə Mirzə əlində siyirmə qılınc saraydan çıxdı və iğtişaşların əsas baislərinə ölümcül zərbələr endirdi. Yerdə qalanlar dağılışdılar242. Həmin vaxtda şah Məhəmmədi qəti olaraq sıxışdırmış, ölkəni tək idarə edən Həmzə Mirzənin barışmazlığına əmin olmuş türkman və təkəli əmirləri onu taxtdan salmaq üçün silahlı mübarizə aparmağa başladılar. Bunun üçün onlar Təbrizdə, şah sarayında olan şahzadələrdən birini oğurlayıb şah elan etmək qərarına gəldilər. Qiyamçılar şah ailəsinin yerləşdiyi Əmir xanın qalasında keşik çəkən qoşunların arasındakı tərəfdarlarının vasitəsilə Həmzə Mirzənin kiçik qardaşı şahzadə Təhmasibi oğurlaya bildilər. On yaşlı şahzadəni kəndirlə yarıyuxulu halda qala bürcündən aşağıda gözləyən atlılara çatdırdılar. Onlar isə Təhmasibi qiyamçıların düşərgəsinə gətirdilər. Əmirlər yubanmadan gənc şahzadə ilə dövlətin paytaxtı Qəzvinə yollandılar. Səhər Təhmasib Mirzənin yoxa çıxması xəbəri yayılan kimi bütün saraya çaxnaşma düşdü. Ustaclı və şamlı əmirləri tərəfindən şah Məhəmmədi, öz kiçik oğlunu qaçırmaqda təqsirləndirən şayiələr meydana çıxdı. İsgəndər bəy Münşinin göstərdiyi kimi, Həmzə mirzə buna inandı. Yazıq şah bu barədə heç nə bilmirdi. Həmzə Mirzə ondan incidi. Bu şübhələrdən ötrü o fakt əsas götürüldü ki, şahın anası türkman tayfasından idi. Həmzə Mirzə qiyamçıların niyyətinə mane olmaq üçün təcili tədbirlərə əl atmaq qərarına gəldi. O, Məhəmmədi xan Toxmaq Ustaclı və İmamqulu xan Qacarı qoşunların bir hissəsi ilə Təbrizdə qoydu. Onlara şah Məhəmməd və qardaşı Abutalıb Mirzə barəsində qayğı göstərmələrini tapşırdı və Təbrizdəki Osmanlı qalasının mühasirəsini davam etdirməyi onlara həvalə etdi. İsmayılqulu xan qoşun dəstəsi ilə qiyamçıları qabaqlayıb paytaxtı tutmaq və Həmzə Mirzənin qoşunları gəlib çıxanadək oranı əldə saxlamaq üçün Tarom və Xalxaldan keçən yolla Qəzvinə göndərildi243. Həmzə Mirzə özü isə sayı 3 min nəfərdən artıq olmayan qüvvə ilə İsmayılqulu xanın ardınca, Qəzvin istiqamətində yola düşdü. O, öz yolundan kənara çıxaraq Ərdəbilə gəldi ki, özünün çox da böyük olmayan qüvvələrini şeyxavənd tayfasından olan qədim Səfəvi müridlərinin hesabına artırsın. Lakin Həmzə Mirzə uğursuzluğa düçar oldu. Tarom ərazisində Qızılüzən çayının daşması nəticəsində qoşunun azuqəsi məhv oldu. Şahzadə öz dəstəsini dağılmaqdan qorumaq üçün daş-qaşını “qazilər” arasında bölüşdürməli oldu. Xəbər alındı ki, əvvəlcə göndərilmiş İsmayılqulu xan qiyamçılara müqavimət göstərmədən Qəzvini tərk etmiş və Deyləmə çəkilmişdir. Qiyamçılar maneəsiz olaraq Qəzvinə daxil oldular və Təhmasib Mirzəni atasının varisi elan edərək şah sarayında yerləşdirdilər. Həmzə Mirzəyə xidmət etmiş bir çox əmirlərin və başqa əyanların əmlakı qarət edildi. Qazi Əhmədin xəbər verdiyi kimi, bu yolla təqribən 100 min tümən məbləğində pul və əmlak mənimsənildi244. Təhmasibin yanında vəzir, mustoufi və başqa vəzifəli şəxslər təyin edildi245. Vəkil vəzifəsi türkman və təkəli əyanları arasında nifaq obyektinə çevrildi. Nəhayət, Müseyib xan Şərəfəddin oğlu Təkəli vəkil təyin edildi. Məhəmməd xan Türkman Təhmasib Mirzənin lələsi və əslində ölkənin tam hakimiyyətə malik hökmdarı oldu. Təhmasib Mirzənin taxta çıxması xəbəri ilə İsfahana və İraqın digər yerlərinə adamlar göndərildi246. İsmayılqulu xan Taromda öz dəstəsi ilə Həmzə Mirzəyə qoşuldu. Sultaniyyədə Rey və Kürdüstan əmirləri, habelə əfşar və bayat tayfalarından olan döyüşçülər şahzadənin qoşununa daxil oldular. Qoşunun sayı 7 min nəfərə çatdı. Qiyamçılar şahzadənin yaxınlaşması xəbərini alanda 10 min nəfərdən çox qoşunla Qəzvindən çıxdılar və onu qarşılamağa yollandılar. Sainqala adlanan yerdə döyüş baş verdi. Sayca üstün olmalarına baxmayaraq qiyamçılar darmadağın edildilər. Qiyamçıların başçıları - Məhəmməd xan Türkman və Müseyib xan Təkəli əsir alındılar. Vəli xan isə vuruşma zamanı həlak oldu. Qiyamçı əmirlərin əlində oyuncağa çevrilmiş Təhmasib Mirzə Ələmut qalasına salındı247. Hicri 994 (1586)-cü ilin yayında tayfaların həmin təhlükəli qiyamını çətinliklə yatıran Həmzə Mirzə Qəzvindən geriyə - Təbrizə tərəf hərəkət etdi. Şahzadə Təbrizdəki türk hərbi hissəsinə qarşı mübarizə aparmaq üçün Səfəvilərə sadiq tayfaları öz bayrağı altında toplamağa cəhd göstərdi. Lakin bu dəfə də onun çağırışına cavab verən az oldu. Türkman və təkəli tayfalarının bir hissəsi qılıncdan keçirilmiş, digər hissəsi isə ölkəyə səpələnmiş, yaxud Osmanlı Türkiyəsinə qaçmışdı. İsfahan, Yəzd, Kirman və Kuh Giluyə vilayətlərində yaşayan əfşar tayfası türklərin tərəfinə qaçmış başçıları Qulu bəyin xəyanəti ucbatından Həmzə Mirzədən ehtiyat edir və bu bəhanə ilə Təbrizə gəlməkdən imtina edirdilər. Xorasanın şamlı və ustaclı əmirləri əslində Həmzə Mirzənin əleyhinə çıxdılar və onun qardaşı Abbas Mirzənin taxt-tac hüququnu müdafiə etdilər. Buna görə də onların köməyə gələcəyinə inanmağa dəyməzdi. Bütün bu səbəblərə görə, Sultaniyyədə qoşunların toplaşmasını gözləyən Həmzə Mirzə ətrafındakı 10 min nəfərlik qüvvə ilə kifayətlənməli oldu və onlarla birlikdə Təbrizə getməyə tələsdi. Həmzə Mirzə Təbrizdə yenidən türklərin müqavimətini qırmağa və Osmanlı ordusu yaxınlaşana qədər qalanı almağa cəhd göstərdi. Qızılbaşlar topların atəşi ilə qalanın bir neçə bürcünü yerlə-yeksan etdilər. Türklərin vəziyyəti həddən artıq pisləşdi. Qızılbaşlar hətta lağıma su buraxmağa cəhd göstərdilər. Lakin qalanın müdafiəçiləri su axınını qaladan uzaqlaşdıra bildilər. Elə görünürdü ki, türklər qızılbaşların hücumuna davam gətirməyib mübarizəni dayandıracaqlar. Lakin bu zaman Fərhad paşa başda olmaqla Osmanlı ordusunun Təbrizə yaxınlaşdığı barədə xəbər alındı248. Buna görə də Həmzə Mirzə mühasirədən əl çəkib Üzümdül və Dizmar istiqamətində geri çəkildi. Fərhad paşa şəhərə daxil oldu, qalanı döyüş sursatı və birillik azuqə ilə təchiz etdi, hərbi hissənin tərkibini dəyişib geriyə döndü. Fərhad paşa hicri 994-cü ilin şəvvalı (1586-cı ilin sentyabr-oktyabrında), Təbrizdə olduğu zaman Əliqulu xana və əmirlərin yanına öz səfirini göndərərək barışıq təklif etdi. Sultan türklərin tutmuş olduqları bütün Səfəvi mülklərinin danışıqsız onların əlində qalması şərtilə sülh təklif edirdi. Həmə Mirzə əmirlərin müqavimətinə baxmayaraq, sülh şərtlərini yalnız Təbrizin Səfəvilərdə qalması şərtilə qəbul etdi. Həmzə Mirzə özünün sərəncamında olan kiçik qüvvələrlə düşmənin tutmuş olduğu Şirvanı, Şəkini, Ermənistanı və Azərbaycanın cənub hissəsinin xeyli ərazisini geri alacağına ümid bağlaya bilməzdi. İsgəndər bəy Münşinin göstərdiyi kimi, sülh Səfəvilərə ona görə lazım idi ki, onlar qalan mülklərini, xüsusən də hərbi əməliyyatlar davam etdiriləcəyi halda labüd olaraq itirə biləcəyi Azərbaycanın cənub hissəsinin şərq vilayətlərini və İraqı əldə saxlaya bilsinlər. Fərhad paşa “xoşbəxt şahzadələrdən” birini sultanın sarayına göndərməyi təklif etdi və bildirdi ki, sultan ona “Təbriz vilayətini verə bilər”. Belə bir tələbin alçaldıcı olduğuna baxmayaraq, Həmzə Mirzə kiçik oğlu Heydər Mirzəni İstanbula göndərməyi qərara aldı. Şah və Həmzə Mirzə İmamqulu xan Qacarın hakimiyyəti altında qalmış Qarabağa yollandılar. Gəncədə Həmzə Mirzə Osmanlı elçisi Vəli bəy çaşnikirbaşını lütfkarlıqla qəbul etdi və vəd verdi ki, yaxın vaxtda təcrübəli elçinin müşayiəti, məktublar və hədiyyələrlə öz oğlunu İstanbula göndərəcəkdir. Fərhad paşanınh yanına göndərilən eşikağası Əhməd bəy Ustaclı şahın təklif edilmiş şərtlərlə sülh bağlamaq arzusunda olduğunu təsdiq etdi249. Bundan sonra Həmzə Mirzə dinc tənəffüsdən istifadə edərək daxildəki işləri qaydaya salmaq, mərkəzi hakimiyyəti möhkəmləndirmək, mübarizəyə başlamaq və türkləri ölkədən qovmaq üçün qüvvələri toplamaq işinə girişmək istədi. Lakin ona bu niyyətini həyata keçirmək nəsib olmadı. O, Gəncədən bir qədər aralıda özünün Xudaverdi adlı şəxsi dəlləyi tərəfindən öldürüldü. Xoy ermənisi olan dəllək, Həmzə Mirzənin siyasətindən narazı qalan qızılbaş əmirlərinin əlində yalnız bir alət idi. Hakimiyyəti tamamilə öz əlində toplayıb dövlət işlərində əmirlərin rolunu məhdudlaşdırmağa cəhd göstərən Həmzə Mirzənin güclü şəxsiyyət olması onları qane etmirdi250.

      Похожие темы

      -

      Текущее время Вс Май 19, 2024 1:21 pm