Azərbaycan xristian forumu

Вы хотите отреагировать на этот пост ? Создайте аккаунт всего в несколько кликов или войдите на форум.

Azərbaycanın ilk xristian forumu, bütün məsihi qardaş və bacılarımızı dəvət edirik, Məsihi mövzular, videolar, şəkillər, xoş ünsiyyət, tanışlıq, İslam və Xristianlıq, müsəlmanlarla imana aid mövzuların

Matta 1 İsa Məsihin nəsil şəcərəsi (Luka 3:23-38) 1Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: 2İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. 3Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. 4Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 5Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. 6Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. 7Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. 8Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. 9Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. 10Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. 11Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. 12Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. 13Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. 14Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. 15Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. 16Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. 17Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir. İsa Məsihin doğulması (Luka 2:1-7) 18İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. 19Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. 21Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». 22Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: 23«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir. 24Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 25Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu. Matta 2 Müdrik adamların ziyarəti 1İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib 2dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». 3Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. 4Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. 5«Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: 6“Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, Çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”». 7Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. 8«Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. 9Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. 10Onlar ulduzu gördükləri vaxt çox sevindilər. 11Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. 12Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. Misirə qaçış 13Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». 14Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. 15Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım». 16Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. 17Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: 18«Ramada bir səs eşidildi, Ağlaşma və böyük fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, Təsəlli istəmir. Çünki onlar daha yoxdur». Misirdən Nazaretə dönüş 19Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb 20dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». 21Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. 22Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. 23Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi. Matta 3 Vəftizçi Yəhyanın gəlişi (Mark 1:1-8; Luka 3:1-18; Yəh. 1:19-28) 1O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. 2O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 3Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». 4Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. 5Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. 6Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. 7Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8İndi isə tövbəyə layiq bəhrə verin. 9Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 10Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. 11Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 12Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq». İsanın vəftiz olunması (Mark 1:9-11; Luka 3:21-22) 13O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. 14Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» 15İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. 16İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. 17Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». Matta 4 İsanın sınağa çəkilməsi (Mark 1:12-13; Luka 4:1-13) 1Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. 2İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. 3O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». 4İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». 5Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub 6dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». 7İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». 8İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: 9«Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». 10İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». 11Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi. İsa xidmətinə başlayır (Mark 1:14-15; Luka 4:14-15) 12İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. 13Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. 14Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: 15«Zevulun və Naftali bölgələri, Dənizkənarı yol, İordan çayının o biri tayı, Müxtəlif millətlər yaşayan Qalileya – 16Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu». 17O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». İlk şagirdlər (Mark 1:16-20; Luka 5:1-11) 18İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 19İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 20Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 21İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. 22Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər. İsa xəstələrə şəfa verir (Mark 3:7-12; Luka 6:17-19) 23İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 24Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. 25Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi. Matta 5 İsanın Dağüstü vəzi 1İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. 2İsa danışmağa başlayıb onları öyrədərək dedi: Bəxtiyar olanlar (Luka 6:20-23) 3«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. 4Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. 5Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. 6Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. 7Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. 8Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. 9Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. 10Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. 11İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 12Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər. Duz və nur 13Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. 14Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. 15Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. 16Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər. Qanun və Peyğəmbərlər 17Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. 18Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. 19Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. 20Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz. Hirs və qətl 21Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. 22Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. 23Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. 25Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. 26Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan. Zina və boşanma 27“Zina etmə” deyildiyini eşitmisiniz. 28Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. 29Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. 30Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. 31“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 32Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir. And içmək 33Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. 34Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. 37Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır. Düşmənlərinizi sevin (Luka 6:27-36) 38“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 39Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. 40Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. 41Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. 42Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma. 43“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. 45Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? 47Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? 48Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun. Matta 6 Sədəqə vermək 1Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. 2Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. 4Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Necə dua etməli (Luka 11:2-4) 5Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 6Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 7Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 8Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. 9Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, 10Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. 11Gündəlik çörəyimizi bizə bu gün ver. 12Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. 13Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.” 14Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. 15Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz. Oruc 16Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 17Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. 18Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Səmavi xəzinələr (Luka 11:34-35; 12:33-34; 16:13) 19Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. 20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. 22Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. 23Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! 24Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. Qayğı çəkməyin (Luka 12:22-32) 25Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? 26Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? 27Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 28Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. 32Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir! Matta 7 Mühakimə etməyin (Luka 6:37-42) 1Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. 2Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. 3Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 4Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” 5Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. 6Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar. Dua haqqında təlim (Luka 11:9-13) 7Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 8Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 9Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? 10Ya da balıq diləsə, ona ilan verərmi? 11Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! 12İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur. Dar qapı və geniş qapı (Luka 13:24) 13Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. Ağac və bəhrə (Mat. 12:33-35; Luka 6:43-46; 13:25-27) 15Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. 20Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. 21Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. 22O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” 23Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!” Ağıllı bənna və ağılsız bənna (Luka 6:47-49) 24Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. 25Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. 26Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. 27Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar». 28İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, 29çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. Matta 8 İsa bir cüzamlıya şəfa verir (Mark 1:40-45; Luka 5:12-16) 1İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. 2Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. 3İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. 4İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar». Yüzbaşının imanı (Luka 7:1-10) 5İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: 6«Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». 7İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». 8Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. 9Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 10Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. 11Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. 12Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». 13Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı. İsa çox adama şəfa verir (Mark 1:29-34; Luka 4:38-41) 14İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. 15İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı. 16Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. 17Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü». İsanın şagirdi olmaq nə deməkdir (Luka 9:57-62) 18İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. 19Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 20İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». 21Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 22İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin». İsa tufanı yatırır (Mark 4:35-41; Luka 8:22-25) 23İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 24Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» 26İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. 27Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?» Cinə tutulmuş iki nəfər sağaldılır (Mark 5:1-20; Luka 8:26-39) 28İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. 29Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» 30Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 31Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». 32İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. 33Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 34Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın. Matta 9 İsa iflicə şəfa verir (Mark 2:1-12; Luka 5:17-26) 1İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. 2Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». 3Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». 4Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? 5Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 6Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» 7Xəstə qalxıb evinə getdi. 8Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi. Matta şagirdlərə qoşulur (Mark 2:13-17; Luka 5:27-32) 9İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. 10İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. 11Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 12Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 13Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». Oruc barəsindəki sual (Mark 2:18-22; Luka 5:33-39) 14O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» 15İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. 16Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 17Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar». Qızın dirilməsi və qadının şəfa tapması (Mark 5:21-43; Luka 8:40-56) 18Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». 19İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. 20Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. 21Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». 22İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. 23İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü 24və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. 25Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. 26Bu xəbər o torpağın hər tərəfinə yayıldı. İki kor ilə bir lal sağaldılır 27İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» 28Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». 29O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». 30Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. 31Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar. 32Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. 33Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». 34Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur». Məhsul çox, işçilər az 35İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 36Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. 37O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. 38Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin». Matta 10 On İki şagirdə verilən vəzifə (Mark 3:13-19; 6:7-13; Luka 6:12-16; 9:1-6; 10:1-12) 1İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. 2Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 3Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, 4Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. 5İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, 6amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. 7Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. 8Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. 9Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. 10Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. 11Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. 12O evə girərkən ev sakinlərini salamlayın. 13Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. 14Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq. Şagirdlərin sıxıntıları (Mark 13:9-13; Luka 21:12-17) 16Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. 17İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. 18Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. 19Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, 20çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. 21Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 22Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. 23Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək. 24Şagird müəllimindən, qul da ağasından üstün deyil. 25Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! Kimdən qorxmalı (Luka 12:2-9) 26Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 27Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. 28Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. 29İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. 30Sizin başınızdakı saçlar belə, sayılıb. 31Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. 32İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. 33Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm. İsaya layiq olmaq (Luka 12:51-53; 14:26-27) 34Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. 35Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. 36“İnsanın düşməni öz ev əhli olacaq”. 37Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. 38Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. 39Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. 40Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. 41Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. 42Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».
Yəhya 1Allah Kəlamı 1Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2O, başlanğıcda Allahla birlikdə idi. 3Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4Həyat Onda idi və bu həyat insanların nuru idi. 5Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. 6 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. 14Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı. Yəhyanın şəhadəti (Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18) 19Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21 Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm». 24Göndərilən bəzi fariseylər 25Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 27Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi. 29Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm». İsanın ilk şagirdləri 35Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 40Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir. 42Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir. 43Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51 Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz». Yəhya 2 İsa suyu şəraba döndərir 1Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 2İsa ilə şagirdləri də toya çağırılmışdı. 3Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 4İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin». 6Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi. 7İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 8O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 9Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 10«Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan». 11İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 12 Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı. İsa satıcıları məbəddən qovur (Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46) 13Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. 18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 22İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar. 23İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi. Yəhya 3 İsa və Nikodim 1Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 2O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 5İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 7Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 8Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 9Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 10İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 11Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 12Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 13Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. 14 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 15Ona iman edən hər kəs əbədi həyata malik olsun». 16Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 17Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 18Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 19Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 20Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. 21Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun. Yəhyanın İsa barədə şəhadəti 22Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. 23Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. 24 Yəhya hələ zindana salınmamışdı. 25Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. 26Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». 27Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 28“Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 29Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. 30İndi Ona böyümək, mənə kiçilmək gərəkdir». 31Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. 32Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. 33Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. 34Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. 35 Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. 36Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. Yəhya 4 İsa və Samariyalı qadın 1Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 2əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. 3İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 4Onun yolu Samariyadan keçirdi. 5O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. 6Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. 7Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. 8Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. 9 Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. 10İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». 11Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 12Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» 13İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 14amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». 15Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». 16İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 17Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 18çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 19Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 21İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 23Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 24Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 25Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». 27Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. 28Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: 29«Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» 30Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. 31Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 32Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». 33Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. 34İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. 35 Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. 36Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. 37Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. 38Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». 39«Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 40Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 41Daha çox adam da İsanın sözünə görə iman etdi. 42Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur». 43İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. 44Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. 45İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər. Məmur oğlunun şəfa tapması 46Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. 47O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. 48Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». 49Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» 50İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. 51Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. 52Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü». 53O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. 54Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi. Yəhya 5 Hovuz kənarındakı xəstənin şəfa tapması 1Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 2Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 3Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. 4 5Otuz səkkiz il xəstə olan bir adam da orada idi. 6İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» 7Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». 8İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» 9O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. 10Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 11O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 12Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 13Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 14Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 15O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 16Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi. 17Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı. İsanın səlahiyyəti 19Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. 24Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. 30Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir. İsaya şəhadət 31Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz. 41İnsanlardan izzət qəbul etmirəm. 42Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»

    I Abbas

    Vasif91
    Vasif91


    I Abbas Azerba10
    Haradan : Gəncə
    Inam : TəkAllahlıq
    Mesajlar : 60
    Təşəkkürlər : 2

    I Abbas Empty I Abbas

    Сообщение автор Vasif91 Пн Май 01, 2017 4:40 am

    I Abbas
    Vikipediya, açıq ensiklopediya


    I Abbas 25px-Disambig.svgBu məqalə hökmdar haqqındadır. Digər mənalar üçün Abbas səhifəsinə baxın.

    [th]
    I Abbas
    I Abbas 300px-ShahAbbasPortraitFromItalianPainter
    I Abbas
    I Abbas 22px-Safavid_Flag.svg
    Səfəvilər Dövlətinin V şahıI Abbas 22px-Safavid_Flag.svg
    [/th]


    [th]9 sentyabr 1587 — 19 yanvar1629[/th]


    [th](ləqəbi Böyük Abbas)[/th]


    [th]Tacqoyma:[/th]
    [td style="vertical-align: top;"]1 oktyabr 1588[th]Sələfi:[/th]Məhəmməd şah Xudabəndə[th]Xələfi:[/th]I Şah Səfi [th]Dini:[/th]Cəfərilik[th]Təvəllüdü:[/th]27 yanvar 1571
    Heratİran[th]Vəfatı:[/th]19 yanvar 1629 (57 yaşında)
    Qəzvin[th]Dəfn yeri:[/th]Mazandaran[th]Sülalə:[/th]Səfəvilər[th]Atası:[/th]Məhəmməd Xudabəndə[th]Anası:[/th]Heyrannisə Sultan[th]Həyat yoldaşı:[/th]Oğlanpaşa xanım, Yaxşən Sultan,Tinatin(Leyli)Sultan[th]Uşaqları:[/th]oğlanları:
    Məhəmmədbağır Feyzi Mirzə,Həsən Mirzə,Hüseyn Mirzə,Təhmasib Mirzə,Məhəmməd Mirzə,İsmayıl Mirzə,İmamqulu Mirzə
    qızları: Şahzadə Sultan,Zibeydə Sultan,Xanağa Sultan,Həvva Sultan,Şahbanu Sultan,Mələknisə Sultan[th]I Abbas 15px-Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar: I Abbas[/th][size][ltr]
    Şah AbbasI Abbas Səfəvi və ya Böyük Şah Abbas (fars. شاه عباس بزرگ‎; 27 yanvar 1571 – 19 yanvar 1629) — Mənşəcə Azərbaycan türklərindən olan böyük sərkərdə, dövlət xadimi. 42 il Səfəvi dövlətini idarə etmiş şah I Abbas (1587— 1629) Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri, şah I İsmayıldan sonra Səfəvilər sülaləsinin ən tanınmış nümayəndəsi olmuşdur. Avropada onu «Böyük Abbas» adlandırırdılar.[1]

    [/ltr][/size]
    [ltr]

    Mündəricat

      [gizlə] [/ltr]


    [size][ltr]

    Həyatı[redaktə | əsas redaktə]

    Şah I Abbas 1571-ci il yanvarın 29-da Heratda doğulmuşdu. Atası, şahzadə Məhəmməd Xudabəndə və anası Mazandaran valisi Mir Abdulla xanın qızı "Məhd-i ülya" kimi tanınan Xeyrənnisa Bəyimin[2] üçüncü oğlu idi. 1573-cü ildə atası şahzadə Məhəmməd Mirzə Şiraza vali təyin edildiyi üçün yaş yarımlıq Abbas Mirzə Herat valisi seçildi və Şahqulu Sultan Ustaclı onun lələsi təyin olundu. Uşaqlıq illərini Heratda keçirən Abbas Mirzənin ata və anası Şirazda olduğu üçün onun tərbiyəsi ilə bilavasitə lələsi məşğul oldu.
    1578-ci ildə atası Məhəmməd Xudabəndə şah seçilən zaman Abbas Mirzə Herat valisi kimi vəzifəsini davam etdirdi. 1581-ci ildə Xorasanda olan Ustaclı və Şamlı əmirləri Əliqulu xan Şamlını xanlar xanı seçərək Abbas Mirzəni şah elan etdilər. Lakin Məşhəd hakimi Mürşüdqulu xan Ustaclı ilə döyüşdə Əliqulu xan məğlub edildi,[3] Abbas Mirzə isə Mürşiqdqulu xan tərəfindən ələ keçirilərək 1587-ci ilin oktya­brında Qəzvinin Cehelsütun sarayında 16 yaşında Səfəvi taxt-tacına əyləşdirildi.[4]
    Daxili problemləri həll etmək üçün vaxt qazanmaq məqsədilə osmanlılarla danışıqlara başlayan Şah Abbas 1590-cı ildə İstanbul sülhünü imzalayaraq Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisi Osmanlılara verdi.
    Səfəvi dövlətini düşmüş olduğu çətin vəziyyətdən qurtarmaq üçün Şah I Abbas üç mühüm vəzifəni həll etməli idi: İlk növbədə ölkədə daxili iğtişaşlara son qoyaraq nizam-intizam bərpa edilməli, maliyyə vəziyyətini yaxşılaşdıraraq güclü nizami ordu yaradılmalı və dövlətin itirilmiş ərazi bütövlüyü bərpa edilməli idi.
    1601-1602-ci illər də Səfəvi şahı portuqallara qarşı hərbi əməliyyatlara başladı və İran körfəzinə çıxışları olan qalalar və Bəhreyn adaları ələ keçirildi.
    Şah I Abbas dövlətinin tarixi sər­həd­lərini bərpa etmək, xüsusilə dövlət üçün böyük iq­ti­sadi əhəmiyyəti olan Azər­baycan ərazisini Osmanlı işğalından azad etmək üçün müha­ribəyə ciddi hazırlıq gördü. Onun keçirdiyi bütün islahatlar Osmanlı dövlətinin məğlub edil­məsi si­ya­səti ilə sıx bağlı olmuşdu. 1603-1607-ci illər Səfəvi-Osmanlı mü­ha­ribə­sin­də Səfə­vi­lərin Osmanlı ordusu üzərində qazandığı qələbələr nəticəsində Azər­baycan əra­zisi işğaldan tama­milə azad olundu. Osmanlı sultanı I Əh­məd və I Mustafanın itirilmiş əraziləri geri almaq məqsədilə Səfəvi dövlətinə qarşı baş­ladığı yeni mü­ha­ribələr uğursuzluqla sona yetdi. Şah I Abbas Os­manlı işğa­lından azad edilmiş əraziləri Səfəvi imperiyasının tərkibində saxlamağa nail ol­du. Osmanlı dövləti ilə imzalanmış İstanbul (1612) və Mərənd (1618) sülhlərinə görə Osmanlı sultanı Amasya sülhünün (1555) şərtlərinin bərpasına razı oldu.
    1622-ci ildə Şah I Abbas tərəfindən Qəndəhar bölgəsi Moğollardan, Hörmüz isə Portu­qaliyadan geri alındı. 1624-cü ildə Bağdadın Qızılbaş ordusu tərəfindən ələ keçirilməsi ilə Səfəvi imperiyasının keçmiş sərhədləri bərpa edildi. Şah I Abbas 1626-1629-cu illərdə Osmanlı dövləti ilə apardığı müharibədə mühüm uğur qaza­naraq Ərəb İraqını öz əlində saxlamağa nail oldu.
    Görkəmli Səfəvi hökmdarı 1629-cu il yanvarın 19-da Fərahabadda vəfat etmiş və Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunmuşdur.[/ltr][/size]
    Vasif91
    Vasif91


    I Abbas Azerba10
    Haradan : Gəncə
    Inam : TəkAllahlıq
    Mesajlar : 60
    Təşəkkürlər : 2

    I Abbas Empty Re: I Abbas

    Сообщение автор Vasif91 Пн Май 01, 2017 4:40 am

    Şah Məhəmməd Xudabəndə hakimiyyətinin son dövrü və I Şah Abbasın hakimiyyətə gətirilməsi[redaktə | əsas redaktə]

    XVI əsrin son rübündə Şah İsmayılın yaratdığı və Osmanlı imperiyasının sərhədlərindən Hindistana qədər uzanan böyük Səfəvi dövləti ağır böhran içində idi. Taxt-tac kor, iradəsiz və zəif xarakterli Şah Məhəmməd Xudabəndənin əlində idi.[5] Dövlətə faktiki rəhbərliyi onun arvadı Məhdi Ülya ləqəbli Xeyrənnisa bəyim [6] və oğlu, osmanlılar üzərində bir sıra parlaq qələbələr qazanmış bacarıqlı sərkərdə Həmzə Mirzə edirlər. Onlar demək olar ki, tam müstəqil olan və bir-birləri ilə daima qanlı düşmənçilik yeridən əmirlərin – qızılbaş tayfaları başçılarının üzərində özlərinin mərkəzi idarəçiliklərini qurmaq üçün uğursuz siyasət yeridirlər.[7]
    Xəzinə talanmış, xalq soyulmuşdu.[8] Ölkədə vəziyyətin ağırlığından istifadə edən Osmanlı imperiyası və Krım tatarları tez-tez Şirvan və Azərbaycan üzərinə yürüşlər edirlər.[9] Aparıcı qızılbaş əmirləri ilə Məhdi Ülya arasındakı münasibətlərin gərginləşməsi də qüvvələri müdaxiləçilərə qarşı səfərbər etməyə maneçilik törədirdi. Şahın xanımını türk əmirlərinin hüquqlarını tapdamaqda və rəhbər vəzifələrə fars əyanlarını irəli çəkməkdə ittiham edirlər.[10] Nəhayət, zara gələn əmirlər sui-qəsd təşkil edərək, Məhdi Ülya və onun anasını elə hərəmxanada qətlə yetirir [11] və yenidən ölkənin tamhüquqlu sahiblərinə çevrilirlər.
    Bu zaman Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas Mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Səfəvi dövlətindəki qarışıqlıqdan istifadə edən Əliqulu xan Qəzvində yerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir.[12] Üsyançılar Əliqulu xan Şamlını özlərinin başçısı – "xanlar xanı" elan edirlər. Bundan sonra 1581-ci ildə Xorasan əmirləri şahzadə Abbası şah elan edirlər . Onun müttəfiqləri Mürşüdqulu xan Ustaclı və Qubad xan Qacar idi[13] Sonradan əvvələr müttəfiq olan Şamlı və Ustaclı tayfaları arasında mübarizə kəskinləşir və Mürşüdqulu xan Ustaclı bu mübarizədən qalib çıxır.[14]
    Bu vaxt Qəzvin faktiki hökmranlıq Həmzə Mirzənin əlində idi. O, Osmanlı türklərinin və Krım tatarlarının da bir neçə hücumunu dəf etmişdi. 1585-ci ildə osmanlılar Təbrizi ələ keçirirlər.[15] Şəhərdəki binaları, məscidləri, sarayları yerlə-yeksan edir, əhalini süngüdən keçirirlər. Çiçəklənən Təbriz Yaxın Şərqdə özünə tay-bərabər tanımayan bir ictimai-mədəni mərkəzdən ölü şəhərə çevrilir.[16]
    Həmzə Mirzənin siyasətindən narazı qalan qızılbaş sərkərdələri ona sui-qəsd hazırlayıb, Xoydan olan bir erməninin əli ilə Həmzəni aradan götürürlər. Bu hadisə 10 dekabr 1586-cı ildə, Gəncə yaxınlığında, böyük Azərbaycan şairi Nizaminin indiki məqbərəsi yerləşən ərazidə osmanlılarla aparılan sülh danışıqları zamanı baş verir. Şahzadənin ölümündən və saraydakı başıpozuqluqdan istifadə eləyən osmanlılar hücumlarını genişləndirərək, az qala bütün Azərbaycanı işğal edirlər. Eyni zamanda özbəklər də Xorasan üzərinə yeriyirlər[17] və Şah Məhəmməd Xudabəndə 1587-ci ildə Qəzvinə daxil olan Abbas Mirzə oktyabr ayının 3-də şah elan olunur.[18][19][20]
    Vasif91
    Vasif91


    I Abbas Azerba10
    Haradan : Gəncə
    Inam : TəkAllahlıq
    Mesajlar : 60
    Təşəkkürlər : 2

    I Abbas Empty Re: I Abbas

    Сообщение автор Vasif91 Пн Май 01, 2017 4:40 am

    Şah Abbasın həyata keçirdiyi islahatlar[redaktə | əsas redaktə]

    Şah Abbasın Qızılbaş əyanları ilə keçirdiyi ilk müşavirə göstərdi ki, ölkəni məhv olmaq təhlükəsindən qurtarmaq üçün güclü ordu yaradılmalı, ölkədə sabitlik bərpa edilməlidir. Buna nail olmaq üçün islahatlar keçirilməli, iqtisadiyyatın tərəqqisinə xüsusi diqqət verilməlidir. Hatəm bəy Ordubadi ilə birlikdə islahatlar planı hazırlayan Şah I Abbas onları həyata keçirməyə başladı. Şah I Abbas daxili problemləri həll etmək üçün vaxt qazanmaq məqsədilə osmanlılarla danışıqlara başladı. 1590-cı ildə tərəflər arasında imzalanan İstanbul sülhünün şərtləri Səfəvilər üçün çox ağır oldu: Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisi Osmanlılara verildi.
    1593-cü ildə ilk dəfə təntənəli şəkildə Ərdəbilə gələrək Qızılbaşların nəzarətində qalan Azərbaycan vilayətləri – Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac, Lənkəran, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan bəylərbəyiliyində birləşdirildi. Bu bəylərbəyiliyə Zülfüqar xan və Fərhad xan Qaramanlı qardaşları növbə ilə başçılıq etdilər. 1595-ci ilə qədər bəylərbəyiliyin qoşununun sayı 10 minə çatdırıldı və "Azərbaycan qoşunu" adlandı. Beləliklə, Şah I Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun "vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı".
    Səfəvi dövlətini düşmüş olduğu çətin vəziyyətdən qurtarmaq üçün Şah I Abbas üç mühüm vəzifəni həll etməli idi: İlk növbədə ölkədə daxili iğtişaşlara son qoyaraq nizam-intizam bərpa edilməli, maliyyə vəziyyətini yaxşılaşdıraraq güclü nizami ordu yaradılmalı və dövlətin itirilmiş ərazi bütövlüyü bərpa edilməli idi.
    Şah I Abbas dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə yüksək dövlət vəzifələrinə irəli çəkilən bütün şəxslərdən peşkəş adı ilə xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. Etimadüd-dövlə (baş vəzir) təyin olunmuş və sonralar böyük dövlət xadimi kimi şöhrət qazanmış Hatəm bəy Ordubadi dövlət mədaxili və məxaricinin siyahısını tərtib etməyə başladı. Bu siyahı, İskəndər Münşinin dediyinə görə, onun xələfləri dövründə başa çatdırıldı və ali hakim dəftər­xa­nasının qayda-qanununa çevrildi.
    1598-ci ildə Səfəvi şahı dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən İsfahana köçürdü. Bu dövlətin mərkəzi vilayətlərinin inkişafı üçün zəmin yaratdı.
    Şah Abbasın həyata keçirdiyi islahatlar nəticəsində ölkə daxilində siyasi sabitlik bərpa edildi. Daxili sabitliyin yaranması sosial-iqtisadi və inzibati islahatlar keçirməyə imkan verdi. Keçirilmiş maliyyə tədbirləri dövlətin xəzinəsini zənginləşdirdi, məhsuldar qüvvələr canlandı. Səfəvi dövləti sosial-iqtisadi və siyasi cəhətdən xeyli möhkəmləndi. Həyata keçirilən hərbi islahatlar nəticəsində Qızılbaşlardan, qulamlardan, tüfəngçilərdən və artilleriyadan ibarət müxtəlif dərəcəli qoşun növləri təşkil olundu. Hərbi-köçəri qızılbaş əyanlarının müqaviməti qırıldı. Azərbaycan türk­lərindən ibarət qızılbaş süvari dəstələri yenidən bərpa edildi. Nəticədə odlu silahlarla təchiz edilmiş 116 minlik güclü nizami ordu yaradıldı.

    I Şah Abbasın mərkəzi hakimiyyəti möhkəmlətməsi[redaktə | əsas redaktə]

    Taxtda möhkəmlənməmiş təzə şah 12.000 nəfər müsəlmanlığı qəbul etmiş gürcünü sarayda işə götürür və hərbi və mülki inzibati idarəçiliyin islahatına başlayır.
    Hadisələrin iştirakçılarından biri Oruc bəy Bayatın yazdığına görə, elə birinci gün, yeni hökmdara sədaqət andiçməsi mərasimi bitən kimi I Şah Abbas əmr etdi ki, ertəsi gün bütün xanlar və qoşun başçıları silahsız, mülki geyimdə saraya gəlsinlər. Şah onlarla Divan, yaxud Dövlət şurası təşkil etmək barədə məsləhətləşmələr aparmaq istəyir. Səhəri gün hamı əmrə müntəzir olarkən şah Abbas özünün gürcülərdən ibarət qvardiyasına tapşırır ki, sarayın və onun qarşısındakı meydanın bütün giriş və çıxış qapılarını bağlasınlar. Sonra şah yığışanlara belə bir sualla müraciət edir: "Öz şahzadəsini qətlə yetirən adam hansı cəzaya layiqdir?" hamı bir ağızdan belə rəy söyləyir ki, şahzadəsini qətlə yetirmiş təbəə öldürülməlidir. Bu hökm çıxarılan kimi, şah Abbasın işarəsi ilə gürcülər bir göz qırpımında içəridə olan qəsdçilərin boğazına çökür və nizələrə keçirilmiş 22 baş sarayın pəncərələrindən çölə çıxarılır ki, xalqa görk olsun.[21][22] Bundan sonra on beş yaşı təzəcə tamam olmuş hökmdar hökumət naibi vəzifəsinə iddia eləyən Mürşidqulu xan Ustaclını da qətlə yetirərək, ölkədəki bütün hakimiyyəti qətiyyətlə öz əlinə alır.[23]

    Siyasi vəziyyət[redaktə | əsas redaktə]

    I Abbas 220px-Sir_Robert_Shirley_by_Anthony_Van_Dyck_1622_Rome

    Antoni Şirli və Robert Şirli modern Səfəvi ordusunun qurulmasına kömək etdilər

    Azərbaycan osmanlıların işğalı altında idi. XorasanMərvHeratMəşhəd və Nişapur şəhərləri isə özbəklər tərəfindən tutulmuşdu. Ölkənin daxili vilayətləri mərkəzi hakimiyyətin tabeçiliyindən çıxıb. Bunun qarşısını almaqdan ötrü Şah Abbas, bir sıra hərbi və mülki islahatlar keçirir. Oruc bəy Bayat yazırdı: "İndi bizim ölkədə Fars əyalətlərinin hamısında tanınan və sayılan və bizdə də böyük nüfuza malik olan 32 nəcabətli sülalə var".[24] Hərbçilərin və saraya yaxın əyanların da rütbələrini bildirən sözlər bunlar idi - xan, bəylərbəyi, qızılbaş, qullar, eşik ağasıbaşı, qorçu, qorçubaşı, yasavul, kanuqibaşı, çalçıbaşı və başqaları. Azərbaycan hələ də ölkənin aparıcı inzibati vahidi sayılır və Azərbaycan hakimi taxt-tacın varisi, eyni zamanda ordunun baş komandanı hesab olunurdu.
    Qəzvində möhkəmləndikdən sonra şah Abbas özünün çoxsaylı yürüşlərindən birincisinə çıxır. Qısa bir müddətdə Xorasanı özbəklərdən təmizlədikdən sonra o, doğma Azərbaycanı azad etməyə can atır. Ancaq bunun üçün vaxt lazım idi. 1590-cı ildə həmin məqsədlə şah Abbas Osmanlılarla sülh müqaviləsi imzalayır. Bu vaxta qədər onun səyləri ilə işğal altında olan torpaqlarda üsyankar hərəkətlərin qarşısı müvəqqəti olaraq alınır. Misal üçün, osmanlılarla müqavilə bağlanan ərəfədə Məhəmməd xan Ziyadoğlu Qacarın başçılığı altında qızılbaş qacarlar Qarabağı tutur və Gəncəni mühasirəyə alırlar. Osmanlıların xahişi ilə şah Abbas onları dilə tutaraq, Gəncəni mühasirədən çıxarır.[25]
    Sülh müqaviləsinə əsasən, ölkənin böyük bir hissəsi, o cümlədən, ŞirvanQarabağTəbriz Sərab Marağa və ona yaxın ərazilər osmanlılarda qalırdı.[26] Şah Abbas öz tabeçiliyində qalmış torpaqları vahid bir inzibati ərazi kimi ümumilikdə "Azərbaycan" adlandırırdı. XVI əsrin tanınmış tarixçisi İsgəndər bəy Münşinin yazdığı kimi, şah Abbas Səfəvilərin irsi malikanələri olan torpaqlarını qoruyub saxlamışdır. Azərbaycanın paytaxtı Ərdəbil elan olunur. Azərbaycanın birinci bəylərbəyisi isə 1592-ci ildə Zülfüqar xan Qaramanlı təyin olunur. Nəhayət, bundan sonra şah Abbas özü təntənəli şəkildə Ərdəbilə girir. 1598-ci ildə şah Abbas ölkənin paytaxtını nisbətən mərkəzdə yerləşən İsfahana köçürür.[27]
    Vasif91
    Vasif91


    I Abbas Azerba10
    Haradan : Gəncə
    Inam : TəkAllahlıq
    Mesajlar : 60
    Təşəkkürlər : 2

    I Abbas Empty Re: I Abbas

    Сообщение автор Vasif91 Пн Май 01, 2017 4:41 am

    Şah Abbasın xarici siyasəti[redaktə | əsas redaktə]

    Ulu babası Şah İsmayılın xarici siyasət xəttinə sadiq qalan Şah I Abbas fəal xarici siyasət yürüdərək Avropa ölkələri və Rusiya ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, itirilmiş əraziləri geri qaytarmağa lazımi köməklik göstərmələri üçün Qərb dövlətləri ilə hərbi-siyasi danışıqları gücləndirdi. O, Venesiya, Almaniya, İspaniya, Roma papası, İngiltərə və Moskva knyazlığı ilə diplomatik əlaqələr yaratmaq məqsədilə danışıqlara başladı. Almaniya və İspaniya hökmdarları Osmanlı dövlətinə qarşı başla­nacaq müharibədə Səfəviləri dəstəkləyəcəklərini vəd etdilər.
    XVI əsrin sonunda Şah Abbas fəal xarici siyasət yürütməyə başladı. Bu dövrdə Səfəvilər dövlətinin xarici siyasətini üç əsas istiqamət təşkil edirdi: öz şimal-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Şeybanilər dövlətinindən Xorasanı geri almaq; 1578-1590-cı illər müharibəsi nəticəsində Osmanlı imperiyası tərəfindən işğal olunmuş Səfəvi torpaqlarını geri almaq; Fars körfəzində Portuqaliyanın hegemoniyasına son qoymaq və Hind okeanına çıxış əldə etmək. Bu məqsədlərin birincisindən başlayan Şah Abbas Şeybaniləri məğlub edib /29.VII. 1599/ Xorasanı yenidən Səfəvilər dövlətinə birləşdirdi.[28]
    Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixində Uzun Həsəndən sonra məhz Şah Abbasın dövründə Qərb ölkələri ilə ən sıx əlaqələr yaradılmışdır. Bu zaman Səfəvi-Avropa münasibətləri yeni, əvvəlki dövrlərlə müqayisə olunmayacaq miqyasda idilər. Qərb mənbələrində Şah Abbasın səfirlərinin Venesiya Respublikasının, Papalıq və digər İtaliyan dövlətlərinin sayarlarında, eləcə də Almaniya, İspaniya, İngiltərə, Hollandiya Respublikası, hətta İsveç və Norveç və digər Avropa ölkələrində diplomatik danışıqlar apardıqları barədə maraqlı məlumatlar vardır. Qərb ölkələrinə ezam olunan Səfəvi diplomatlara tapşırılırdı ki, iki əsas məsələ ilə məşğul olsunlar: birincisi, Avropa ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi haqqında müqavilələrin imzalanması, ölkənin əsas sərvətini təşkil edən xam ipəyin əlverişli şərtlərlə ixracını təmin etmək və ikincisi, Avropada anti-türk koalisiyasını yaratmaq.[29]

    Dövlətin ərazi bütövlüyünün bərpası[redaktə | əsas redaktə]

    I Abbas 220px-Fathname_by_Shah_Abbas_the_Great

    I Şah Abbasın fəthnaməsi.

    Özbəklərlə mübarizə[redaktə | əsas redaktə]

    Şah Abbasın taxta keçməsindən çox keçməmiş Özbək xanı Abdullah onsuz da çoxdan mühasirə altında olan Heratı 1588-ci ildə işğal edərək Xorasanın ən böyük şəhəri olan Məşhədə doğru hərəkətə edirdi. Abdullah xanın Məşhədə doğru hərəkət ettiyini xəbər alan gənc Səfəvi şahı Abbas isə ona mane olmaq üçün 1588-ci ilin aprelində Xorasana doğru hərəkət edir.
    Abdullah xan Məşhəd qalasını iki aylıq mühasirəyə alsa da, Moğol hökmdarının hücumu şayiəsinin yayılması, şahın yeni qüvvələrlə buraya yaxınlaşması və ərzağın tükənməsi ilə əlaqədar mühasirəni dayandıraraq geri çəkilir.[30] Şah Abbas şəhərə çatanda artıq Abdullah xan geri çəkilmişdi.[31] Şah Herata hücum etmək üçün İsfərayində altı həftə dayanır və ordunun yığılmasını başa çatmasını gözləyir.[32] Səfəvi ordusunun yığılmasından sonra Herat qalası mühasirəyə alınır lakin, Səfəvi qoşunu uğur əldə edə bilmir və geri çəkilir.
    Şahın Xorasanı tərk etməsini fürsət bilən özbəklər təkrar Xorasana doğru hərəkətə başlayırlar. Özbəklərin niyyəti ilk öncə Nişapuru ələ keçirmək idi. Buna görə də özbəklər Nişapuru mühasirəyə aldılar. Lakin, Nişapuru hakimi Sofuoğlu Mahmud xan, göndərdiyi elçi vasitəsilə özbəklərə bildirdi ki, Nişapur Məşhədə bağlıdır. Əgər Məşhədin hakimi kim olacaqsa qalanı da onlara təhvil verməyə hazırdır. Bu səbəbdən özbəklər Nişapurun mühasirəsindən əl çəkərək Məşhədə doğru yönəldilər.[33] Aprelin 18-də Məşhəd qalası mühasirəyə alındı. Məşhəd hakimi Ümmət xan Ustaclı özbəklərə qarşı müqavimət göstərdi . Həmçinin özbəklərin hücumu haqqında şaha xəbər verdi. Qəzvindən Məşhədə doğru hərəkət edən şah Tehran yaxınlığında xəstələnir və uzun müddət Reydə qalmalı olur.[34][35] Ümmət xan 5 ay özbəklərə müqavimət göstərir. Lakin, ərzaq çatışmazlığı üzündən və qüvvələrin qeyri-bərabər olması səbəbindən qala təslim olur.[36][37] Özbəklər şəhərə daxil olan kimi çoxlu sayda insanı qətlə yetirirlər [38] və şəhəri talan edirlər.[39] 8 fevral 1598 ildə Özbək xanı Abdullah xanın Səmərqənddə xəstələnərək ölməsi və Özbəklər arasında ara müharibələrindən faydalanaraq itirdiyi torpaqları geri almaq istəyən Şah Abbas,9 aprel 1598-ci ildə paytaxt İsfahandan Özbəklərlə vuruşmaq üçün yola düşdü. Nişapuru ələ keçirən şah Məşhədə doğru irəliləyərək, 1598-ci ilin iyununda şəhərə daxil olmuşdu [40] 10 Avqust 1598-ci ildə Herat yaxınlığında özbəkləri ağır məğlubiyyətə uğradan şah şəhəri ələ keçirdi və Hüseyn xan Şamlını bura hakim təyin etmişdir.[41]
    Vasif91
    Vasif91


    I Abbas Azerba10
    Haradan : Gəncə
    Inam : TəkAllahlıq
    Mesajlar : 60
    Təşəkkürlər : 2

    I Abbas Empty Re: I Abbas

    Сообщение автор Vasif91 Пн Май 01, 2017 4:41 am

    Osmanlılarla mübarizə[redaktə | əsas redaktə]

    1603-cü ildə 14 sentyabrında şah Abbas Təbrizin azad edilməsi üçün hərbi kampaniyaya başlayır. On dördcə günün içərisində bu gənc sərkərdə osmanlıların gözləmədiyi bir vaxtda öz qoşunlarını İsfahandan Təbrizə yeridir. Yol boyunca Əmirgunə xan Ağcaqoyunlu-Qacar və Zülfüqar xan Qaramanlının qoşunları da ona qoşulur. Onlar Təbrizə yaxınlaşanda şəhərin əhalisi üsyan edir ki, bu da şah Abbasın şəhəri, bir ay sonra isə qalanı tutmasına şərait yaradır. Osmanlı qoşunlarını Təbrizin qərbinə qovan Şah Abbas öz ordusunu Araz çayına doğru yönəldir.[42]
    I Abbas 200px-RecaptureOfTabrizByShahAbbas1

    Təbrizin Osmanlılardan geri alınması 1603.

    Naxçıvan və Culfa döyüşsüz təslim olur. Az sonra üsyana qalxan Ordubad da onlara qoşulur.[43] 1604-cü ildə Qars qalası ələ keçirilir.[44] Şah Abbasın birinci vəziri ordubadlı Hətəm bəyin tövsiyəsi ilə Ordubad bunun müqabilində bütün vergilərdən azad edilir.[45] Güclü surətdə möhkəmləndirilmiş İrəvanı tutmaq isə heç də asan olmur. Şəhərin mühasirəsi 1603-cü ilin 16 noyabrında başlanır. Şah Abbas məşhur Azərbaycan topçusu Bahadur xan Topçubaşının tökdüyü iri çaplı toplardan ilk dəfə burada istifadə edir. Son yüz il ərzində ilk dəfə Səfəvi ordusu hücum edir, Osmanlılarsa müdafiə olunmağa başlayır. Azərbaycan ordusunun başında öz qarşısına Şah İsmayıl Xətainin yaratdığı nəhəng Səfəvi dövlətini bərpa etmək vəzifəsi qoymuş on altı yaşlı gənc, ağıllı, çevik, cəsur və şərəfli bir sərkərdə dururdu. İrəvan qalası yalnız bir ildən sonra alınır. Bu vilayətin idarəsi Əmirgunə xan Ağcaqoyunlu-QacaraNaxçıvan isə Maqsud sultan Kəngərliyə tapşırılır. Bundan sonra Gürcüstan da I Şah Abbasdan vassal asılılığını qəbul edir.
    Osmanlıların əsas qüvvələri ilə döyüş hələ qabaqda idi. Qarşıdakı həmin döyüşün ölkənin taleyi üçün önəmli əhəmiyyət daşıdığını başa düşən Şah Abbas Səfəvilərin ənənəvi taktikasını – "yandırılmış torpaq" taktikasını seçir. Ancaq bu dəfəki öz miqyası və qəddarlığı ilə indiyə qədər edilənlərin hamısını geridə qoyur. Osmanlılarla Şirvanı ayıran nəhəng bir ərazi boşaldılır, şəhərlər təmizlənir, əhali isə İranın mərkəzi rayonlarına köçürülür. Dağıdılan şəhərlər arasında CulfaNaxçıvan və İrəvan da vardı. Cuğaloğlu Sənan paşanın başçılıq etdiyi osmanlı orduları İrəvana girəndən sonra ərzaqsız və yatacaqsız qalıb, yenidən Vana dönürlər. Və elə bu zaman şah Abbasın qoşunları Van üzərinə yürüş edərək, Cuğaloğlunun dəstələrini pərən-pərən salırlar. İndi də burada yandırılmış torpaq siyasəti yeridilir.Salmasdan Təbrizəcən 250 kilometrlik bir ərazi boş bir düzəngaha çevrilir. Buna baxmayaraq, Cuğaloğlu yenidən 100 minlik nəhəng bir ordu toplayıb [46] , Təbriz üzərinə yeriyir. 1605-ci ilin 7 noyabrında Sufiyan kəndi yaxınlığında (Sufiyan döyüşü) şah Abbasın apardığı ən iri döyüşlərdən biri baş verir. Onun hərbi istedadı da burada özünü parlaq bir şəkildə büruzə verir. Bütün əməliyyatlara şəxsən rəhbərlik edən şah əsas və ehtiyat qüvvələri elə bölüşdürür ki, rəqibin üstün saylı ordusunun öhdəsindən gələ bilsin. Bundan başqa o, gözlənilməz hərbi fəndlər işlədir. Bütün bunların sayəsində həddən artıq qənimət, o cümlədən 100-ə qədər ağır top ələ keçirilir.[47]
    I Abbas 340px-Shah_Abbas_I_and_Vali_Muhammad_Khan

    Şah Abbas sarayda qonaq qəbul edərkən Çehel Sütun sarayındakı təsvir

    Həmin qələbədən dərhal sonra Qarabağa yeriyən şah Abbas Gəncə qalasını mühasirəyə alır. Qalanın mühasirəsi 1606-cı ilin yayına qədər, düz dörd ay davam edir. Hüseyn xan Mühasib Qacarın yerinə Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ hakimi təyin olunur. Bundan sonra şah Abbas qoşunlarını LoriDmanisi (əsgi adı Dumanlı) və Gürcüstanı ələ keçirir.[48] Şirvana doğru hərəkət edir. Şamaxı yarım il mühasirədə saxlanır. Bu vaxt Bakı və Dərbənd əhli üsyana qalxaraq, osmanlı qarnizonlarını dağıdır.[49] Beləliklə, 1607-ci ilin ortalarında şah Abbas çoxdankı arzusunu həyata keçirib, bütün Azərbaycanı azad edir. Bundan başqa şərqi KürdüstanErmənistan və da I Şah Abbasın əlinə keçir.
    Osmanlı tarixçisi İbrahim Pəçəvi yazırdı: "Beləliklə, islam döyüşçülərinin 10-12 ildə əldə etdikləri hər şey itirildi. Bu allahsız şah ikicə ildə hər şeyi döyüşlə əlimizdən aldı." [50]
    Osmanlılar itirdikləri ərazilərin əldən çıxması ilə barışmaq istəmir və 1590-cı il müqaviləsinə qayıtmaq tələbi qoyurdular. Bu isə 1612-ci ildə bağlanmış yeni sülh sazişi imzalanana qədər fasiləsiz müharibələrə gətirib çıxarır. 1612-ci il sazişinə əsasən, mövcud sərhədlər tanınır. Faktiki olaraq, osmanlılar şah Abbasın tutduğu torpaqlardan əl çəkirlər.[51]
    Bundan sonra şah Abbas Gürcüstana hücum çəkib, onun şərqini talan edir, 30 min nəfər dinc sakini isə əsir götürür.[52] Bunun cavabında 100 minlik osmanlı ordusu Qafqaza yollanır.[53] Özünün ənənəvi taktikasına uyğun olaraq, şah Abbas Qarabağ bəylərbəyisi Məhəmməd xan Ziyadoğlu Qacara əmr göndərir ki, Gəncə qalası dağıdılsın və onun iqamətkahı Tiflis qalasına köçürülsün. Şah Abbas açıq döyüşdən yayınaraq osmanlı ordusunun arxa cəbhə ilə əlaqələrini qırmaqla kifayətlənir. Aclığa və baş alıb gedən epidemiyaya dözə bilməyən osmanlılar 1616-1617-ci ilin qışında böyük itkilər verərək, geri çəkilirlər.[54][55] O biri il Xəlil paşa osmanlılar və Krım tatarlarından ibarət çoxsaylı ordusu ilə Təbrizə, sonra isə Ərdəbilə hücum çəkir. Şah Abbas əhalisini irəlicədən köçürdüyü hər iki şəhəri döyüşsüz tərk edir.[56]
    İndiyəcən hər dəfə irimiqyaslı döyüşdən yayınan şah Abbas nəhayət, Sınıq körpü adlanan yerdə (Sınıq körpü döyüşü) düşmənlə üzləşmək qərarına gəlir. Uzun müddətli yerdəyişmələrdən yorulmuş osmanlılar və Krım tatarları darmadağın olurlar.[57] Osmanlı ordusunun komandanı Həsən paşa döyüşdə öldürülür. İsgəndər bəy Münşi yazır:
    I Abbas 30px-Aquote1Xülasə [qızılbaşlarla] sülh sazişi bağlayan, əhd-peymanın möhkəmlənməsindən sonra onu pozan rumilər(osmanlılar) əcəm diyarına ləşkər çəkərək məqsədə çatmadan İrəvandan geri qayıtdılar. Onlar bununla kifayətlənməyib Qara Qrım tatar qəbiləsinin padşahı Canı bəy Gəray xanı özlərinə köməyə çağırdılar və min iyirmi yeddinci ildə (miladi 1618/19) yenidən Rum, Misir, Şam məmləkətlərindən və sərhəd kürdlərindən topladıqları böyük ordunu, baş vəzir Xəlil paşanın sərdarlığı altında iyirmi min tatar döyüşçülərı və adı çəkilən Canı bəy Gəray ilə birlikdə qızılbaşlar üzərinə hücuma göndərdilər. Əzəmətli hümayun Xosrovun (Şah Abbasın) məiyyəti də İraqdan çıxıb qarşılaşmaq üçün Ərdəbil darülirşadında dayandılar, əlahəzrət qüvvətli döyüşçü dəstələrini Səfəvi sipəhsaları Qərçiqay xanın sərdarlığı altında onların qarşısına göndərdi. Məğlubedilməz [qızılbaş] əskərləri həmçinin Ərzurum bəylərbəyi Həsənpaşa və Canı bəy Tatarın əlli min nəfərdən ibarət birləşmiş rum və tatar qoşunları Sərab vilayətinə gəlib çıxdılar, əqbə Şeblinin bu tərəfində döyüş səfləri bəzədilər. Böyük hərb başlandı, qeybdən gələn döyüşçülərin köməyi nəticəsində müxaliflər məğlub edildilər. Həsən paşa Sərdar mötəbər paşalarla birlikdə öldürüldü, həmçinin çoxlu tatar mirzadələri və kürd döyüşçüləri qətlə yetirildi, Canı bəy Gəray isə yaralanıb aradan çıxdı.[58]I Abbas 30px-Aquote2
    Bundan sonra osmanlılar 1618-ci ilin sentyabrında növbəti dəfə sülh sazişi bağlamağa məcbur olurlar.[59] Bu sülh də uzun çəkmir. Bu dəfə şərti şah Abbas pozur. 1622-1623-çü illər ərzində şah Abbas İraqi-Ərəbin BağdadKərbəlaNəcəfMosulKərkük kimi iri şəhərlərini [60][61] və Gürcüstanda Ahalsıxı tutur. Üstündən bircə il keçməmiş vaxtilə şah Abbasın öz yanında yaxşıca hərbi hazırlıq görən Georgi Saakadze Səfəvilərlə mübarizəyə qalxır. Saakadzenin qoşunları şərqi Gürcüstanı azad edir, sonra isə Gəncəni tutaraq, dağıdırlar. Şah bu üsyanı yatırmaqdan ötrü iri bir qoşun göndərir və həmin qoşun 1625-ci ilin 30 iyununda Gümüşlü adlanan yerdə (Gümüşlü döyüşü) gürcülər üzərində qələbə çalır.[62] Şah Qarabağ hakimi Məhəmməd Qulu xan Ziyadoğlu Qacarı qorxaqlıq göstərdiyinə görə hakimlikdən kənarlaşdırır.
    Şah Abbas 1629-cu ilin 19 yanvarında Mazandaran vilayətinin Əşrəf şəhərində 58 yaşında vəfat edir.

    Moğollarla mübarizə[redaktə | əsas redaktə]

    I Abbas 200px-Jahangir_%26_Abbas_I

    I Abbas və Sultan Cahangirin təsviri. (müəllif: Əbül Həsən)

    I Şah Təhmasibin hakimiyyəti dövründə 1558-ci ildə Qəndəhar Səfəvilər dövlətinin tərkibinə qatılmışdı. Şah Təhmasibin ölümündən sonra, Səfəvi dövlətindəki qarışıqlıqdan istifadə edən Moğollar 1595-ci ildə şəhəri ələ keçirmişdilər.[63]
    Osmanlılar və özbəklərlə mübarizədən qalib çıxdıqdan sonra Şah Abbas Qəndaharla bağlı ciddi olaraq məşğul olmağa başladı. 1620-ci ildə öz elçisi Zeynal bəy Şamlını Moğol şahı Cahangirin sarayına göndərən şah Qəndəharı geri isdəmişdi.[64] Cahangir şah bu təklifi qəbul etməyərək Səfəvi elçisini saraydan qovmuşdur. Qəndahar məsələsinin sülh yoluyla mümkün olmayavəcağını görən şah Qəndahara dogru yürüşə başlayır.[65] 1622-ci ildə Şah Abbasın özünün başcılıq etdiyi ordu İsfahandan Qəndəhara yola düşdü. Bu yürüşdə şah Abbası Əliqulu xan Şamlı və İsa xan Qorçubaşı kimi təcrübəli sərkərdələr müşayət edirdilər.[66] Şəhəri mühasirəyə alan Səfəvilər tezliklə 1622-ci il iyunun 21-də qalanı ələ keçirdilər.Qəndahar qalasının ələ keçirilməsi ilə Zəmindavər də Səfəvi torpaqlarına daxil edildi.[67] Gəncəli xan Qəndahar hakimi təyin edildi.[68]
    Şah Abbas Qəndaharı aldıqdan sonra Baburi dövləti ilə əlaqələri yenidən əvvəlki səviyyəyə qaldırmaq istəyirdi. Bu bir tərəfdən də Qəndəhar şəhərinin təhlükəsizliyi üçün idi. Şah Abbasın Cahangir şaha qardaşlıq və dostluq məktubuna o cürdə cavab verən Cahangir şah "Elçinizin gəlişinə qədər Qəndəhar haqqında br diləyiniz olduğunu heç bilmirdim" [69] yazır və məktubun sonrakı hissəsində bunun qanunlara zidd olduğunu bildirən Cahangir şah Qəndaharı geri istəyir. Lakin şah Abbasın "Tanrıya həmd və şükürlər olsun ki, atalarımız və babalarımız zamanında heç bir sıxıntı olmamışdır" [70] məktubundan sonra əlaqəqlər qismən bərpa olunmuşdur. Şah Abbasın Bağdadda olduğunu xəbər alan Cahangir şah Qəndəhara yürüş təşkil etmək isdəsə də ara müharibələri səbəbindən buna nail ola bilmədi.[71] Bununla da Qəndəhar şəhəri Səfəvilər dövlətinin tabeliyinə keçdi.

    Bəhreynin və Hörmüzün fəthi[redaktə | əsas redaktə]

    I Abbas 220px-Fortress_of_Hormuz

    Hörmüz adası, 1622-ci il

    Bəhreyn,Bəsrə körfəzinin qərb sahillərində olan adalar qrupudur.Bu adaların ən böyüyünə Bəhreyn deyilir.[72]
    1602-ci ildə Bəhreyn hakimi Rükunəddin Məsud, Portuqalların himayəsində olan Hörmüz hakimi Firuzşahın qorxusundan Fars hakimi Allahverdi xandan kömək istədi.Allahverdi xan fürsətdən istifadə edərək Rükunəddini öldürtdü və Bəhreyn Səfəvilərin əlinə keçdi. Bundan sonra Portuqallar və Hörmüz hakiminin qüvvələri Bəhreynə hücuma keçsələrdə məğlub edilərək geri çəkilməyə məcbur oldular.[73] Çünki Portuqalların Bəhreyni Səfəvilərdən almağa yetərincə gücləri yox idi. Lakin Bəhreyni təhlükəsiz saxlamaq üçün Səfəvilər Hörmüzü də ələ keçirməyə məcbur idilər.
    Hörmüz Səfəvilərin ən böyük ticarət limanlarından biri idi və Bəsrə körfəzinin girişində yerləşir.Beləki Qərbi Asiya və Hindistan arasında yerləşən Hörmüz çox böyük ticarət əhəmiyyətinə malikdir.[74]
    Şah Abbas 1602-ci ildə Bəhreyn adasının fəthindən sonra Allahverdi xana Hörmüzün də ələ keçirilməsini əmr etmişdi. Amma Allahverdi xan Hörmüz məsələsiylə yalnız 1613-cü ildə məşğul ola bilmişdi. Həmin il adaya hücuma keçən qızılbaşlar məğlub olmuşdular və bir il sonra Allahverdi xan xəstələnərək ölmüşdü. Allahverdi xanın ölümündən sonra Fars bəylərbəyisi oğlu İmamqulu xan təyin edilmişdi.[75]
    Hakimliyinin ilk illərində İmamqulu xan Portuqalların Hörmüz adasını qorumaq üçün tikdikləri Gembrun limamını ələ keçirərək qalanı dağıtdı və qalanın yerində daha möhkəmini düzəltdirdi.[76] Lakin hələdə qalanın qarşısında yerləşən Hörmüz adası hələdə fəth olunmamışdı.
    1620-ci ildə 4 İngilis gəmisi Surat limanından Fars körfəzinə doğru hərəkət etdilər.Dekabr ayının 28-də baş verən döyüşdə ingilislər qalib gəlsələrdə kapitan Şilinq öldürüldü.Bu qalibiyyət nəticəsində İngislislərin Fars körəzinə yolları açılmışdı.[77]
    İngilis-Portuqal rəqabətindən Şah Abbas istifadə etmək isdəyirdi. Bununla da o, Hörmüzü tamamilə geri almaq isdəyirdi. 1621-ci ildə dekabrın 26-da Ost-Hind şirkəti və Səfəvilər arasında müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə:
    [list="margin-top: 0.3em; margin-right: 0px; margin-left: 3.2em; padding-right: 0px; padding-left: 0px; list-style-image: none; color: rgb(34, 34, 34); font-family: sans-serif; font-size: 14px; background-color: rgb(255, 255, 255);"]
    [*]Ələ keçirilən bütün qənimətlər eyni miqdarda bölünəcək.

    [*]Hörmüz adasına hücum eyni anda olacaq.

    [*]Adanın gömrük haqqı eyni olaraq bölüdürüləcək.

    [*]Döyüşdən sonra Xristian əsirlər İngilislərə , Müsəlman əsirlər Səfəvilərə veriləcək.

    [*]Döyüş xərclərini hər iki tərəf eyni miqdarda qarşılayacaq.[78]

    [/list]
    1622-ci ildə İmamqulu xan 3000 qızılbaş ilə qurudan, ingilislər isə sudan hücuma başladılar.Müttəfiqlər portuqallar üçün ərzaq və su qaynağı olan Keşm adasını tutdular.9 fevral 1622-ci ildə ingilislər Hörmüz adasının qarşısına dəmir atdılar.Bəndər Abbasdan(Gemburundan) İngilis gəmiləriylə daşınan Səfəvi əsgərlərinə, İmamqulu xan və Şahqulu bəy başcılıq edirdilər. Qızılbaşlar top atəşinin dəstəyi ilə Hörmüz qalasını mühasirəyə aldılar.[79] Aprelin 9-da qalanın hasarları dağıdıldı. Davam gətirə bilməyəcəyini görən Portuqallar avqustun 23-də qalanı tərk edib qaçdılar. İmamqulu xan qalaya 200 nəfərlik qızılbaş yerləşdirdi.Bununla da 1 əsr işğal altında olan Hörmüz yenidən Səfəvi dövlətinin tərkibinə qatıldı.[80] Adanın işğalından sonra Şah Abbas ingilislərə verməli olduğu imtiyazları onlara vermədi.[76] İngilislərin ələ keçirdiyi qənimətlərdə qızılbaşlar tərəfindən ucuz qiymətə geri alındı.[81]Hörmüzün azad olunmasından sonra, onun qarşısında yerləşən Gembrun limanının adı dəyişdirilərək, Bəndər Abbas adlandırıldı.[82]
    Vasif91
    Vasif91


    I Abbas Azerba10
    Haradan : Gəncə
    Inam : TəkAllahlıq
    Mesajlar : 60
    Təşəkkürlər : 2

    I Abbas Empty Re: I Abbas

    Сообщение автор Vasif91 Пн Май 01, 2017 4:42 am

    Şah Abbasın şəxsiyyəti[redaktə | əsas redaktə]

    I Abbas 220px-Shah_Abbas_and_Wine_Boy

    I Şah Abbas və şərabçı oğlan. Müəllif: Muhammad Qasim (1627)

    Dövrünün tanınmış sərkərdəsi və dövlət xadimi olan Şah I Abbas xalqın yaddaşında keçirdiyi islahatları, uğurlu hərbi əməliyyatları, köçürmə siyasəti ilə bərabər apardığı geniş quruculuq işləri ilə də qalmışdır. Onun dövründə müharibədən əziyyət çəkən bölgələrin iqtisadiyyatı qısa müddət ərzində bərpa edildi, əhali müəyyən vergilərdən azad olundu və dağıdılmış şəhərlər yenidən bərpa edildi.
    Əksər farsdilli mənbələr təsdiq edir ki, güclü iradə sahibi olan Şah I Abbas dövrünün ən adil, ağıllı, qabiliyyətli hökmdarı və bacarıqlı həmlələr etməyi bacaran siyasətçisi olmuşdur. O, daxili iğtişaşlar və xarici müdaxilə qarşısında məhv olmaq təhlükəsi qarşısında qalan Səfəvi dövlətini nəinki xilas etmiş, həmçinin ona ən qüdrətli dövrünü yaşatmışdır. Buna görə də, tarixçilər tərəfindən onun uzun sürən uğurlu hakimiyyəti Qanuni Sultan Süleymanın dövrünə bənzədilmişdir.
    Şah I Abbas ömrü boyu dövlətinin sərhədlərini genişləndirməyə çalışmışdır. Hətta ölümündən bir müddət əvvəl Fars bəylərbəyi İmamqulu xanla Xuzistan hakimininə Bəsrəni ələ keçirmək tapşırığını vermişdir.
    Qeyd etmək lazımdır ki, dövrünün tarixçiləri Şah I Abbası cəsur, tədbirli, ədalətli, məntiqli, uzaqgörən siyasətçi, geniş dünya görüşə sahib olan bir şəxs kimi qiymətləndirirlər.
    Şah I Abbas hərbi strateq kimi münaqişəni diplomatik yolla həll ediləcəkdisə, müharibəyə başlamağa tələsməz, problemi sülh yolu ilə həll etməyə üstünlük verərdi. Lakin müharibə başlanardısa mükəmməl komandan və strateq kimi döyüş meydanında ordusuna rəhbərlik edər, cəsur bir döyüşçü kimi özünü təhlükəyə atmaqdan çəkinməzdi. Əsgərlərinin qabiliyyətini sona qədər ortaya çıxarmağa çalışan Şah I Abbas qış mövsümündə belə hərbi yürüşlərə çıxardı.
    O, İsfahanda Nəqşi Cahan meydanında xalq arasına qarışar və müxtəlif təbəqədən olan insanlarla söhbətlər aparardı. Şah I Abbasın başlıca məqsədi ölkədə nizam-intizamı və asayişi təmin etmək idi. Ölkənin yaxşı idarə olunması üçün hökmdarın güclü və verilən fərmanların vaxtında həyata keçirilməsinin vacib olduğunu daim söyləyirdi. O, verdiyi əmrlərin həyata keçirilməsində o dərəcədə qətiyyətli və güzəştsiz idi ki, hər kəs şahın əmrlərini ləngimədən həyata keçirməyə çalışırdı.
    Şah I Abbas xalqın vəziyyətini yaxından öyrənmək üçün ya təkbaşına, ya da vəzirləri ilə birgə tərk-libas olaraq xalqın içində gəzərdi. O, Nəqşi-Cahan meydanını gəzən zaman çörəkçidən çörək, qəssabdan ət alaraq saraya dönmüş, onların çəkisi düz olmadığı üçün çörəkçi və qəssabı cəza­landırmışdı. O, hətta hərbi yürüşlər zamanı qaldığı şəhərlərdə xalq arasına çıxaraq yerli məmurların xalqa necə davrandığını araşdırardı. Şikayətlə qarşılaşdığı zaman şəhər hakimini dəyişərdi.
    Şah I Abbasın sarayında olmuş avropalı səyyahlar onun xarici görkəmi, xarakteri və şəxsiyyəti ilə bağlı mühüm məlumatlar verirlər. İtalyan səyyahı Della Valle Əşrəf şəhərində şahı ilk dəfə gördüyündə onu “qartal burunlu, uzun bığlı, saqqalsız, qara qaşlı gənc” kimi təsvir etmişdi. O, orta boylu, yaşıl və təsirli gözlərə, qısa alına, incə çənəyə malik olmuşdur. Bir qayda olaraq sadə geyinər, yaşıl, qırmızı və qara rəngə üstünlük verərdi. Zinət şeylərindən istifadə etməzdi. Yalnız qılıncının qəbzəsi qızıldan idi.
    Della Valle yazır ki, “Şah I Abbas sadəcə bir hökmdar deyil, eyni zamanda bir ata, bir müəllim və xalqının xilaskarıdır. Onlara torpaq, sürü hədiyyə etməkdən, ehtiyaclarını ödəmək məqsədilə pul paylamaqdan çəkinməzdi”. 
    İsgəndər bəy Münşi Şah I Abbas haqqında yazır: “... O, son dərəcə hiddətli təbiət, odlu-alovlu xasiyyət, qüvvət, əzəmət, şövkət, cah-cəlal və padşahlıqla yanaşı, özündə olduqca mülayimliyi, yumşaqlığı, dərviş xarakterini və sadəliyi cəmləşdirmişdir. O, mülayim və həlim olduğu vaxtlarda saray adamlarına, nədimlərə, mülazimlərə və başqalarına o qədər təvazökar və məxsusanə tərzdə yaxınlıq göstərər və qaynayıb-qarışar ki, sanki, onlarla dost və qardaşdır. Lakin digər əhvalda olanda... onun mübarək alnında elə qəzəb əlamətləri parlayır ki, onunla həmsöhbət, yoldaş və həmdəm olmuş və ondan dostcasına, qardaşcasına və təvazökarcasına rəftar görmüş həmin adamların həddi və ixtiyarı olmur ki, azacıq cəsarət, cürət və ədəbsizlik kimi anlaşıla bilən bir nisbətsiz söz dilə gətirə bilsinlər”.
    Şah I Abbasın yaxşı xüsusiyyətlərindən biri də “sədaqətlə bəzənmiş bütün mülazimlərə münasibətdə şəfqət və mərhəmət göstərməsi, halallıq və doğruluq tərzinə malik xidmətkarın və fədakarların hüquqlarını gözləməsi və onların könlünü xoş tutub hörmət bəsləməsidir”.
    Şah I Abbas alimləri, şairləri himayə edərək onları qorumağa çalışırdı. O, özü də şeirlər yazırdı. O, bu müsbət keyfiyyətləri ilə yanaşı, iki oğlunu kor etdirməkdən və bir oğlunu da öldürməkdən çəkinməmiş hökmdardır. Məhz buna görə, hakimiyyətinin sonlarına doğru son dərəcə kədərli və hüznlü bir həyat yaşamışdır.
    XIX əsrin görkəmli Azərbaycan tarixçisi, şair və ictimai xadimi Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixinə həsr etdiyi məşhur Gülüstani-İrəm əsərində şah Abbasın hakimiyyət dövrünə qiymət verərkən yazır:
    I Abbas 30px-Aquote1Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir çox mülki və əsgəri qanunlar, İran şahları üçün rəhbər olmuşdur. Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən Avropa tarixçiləri belə, bu elmi sevən padişaha “Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətlə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cümlədən, Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və fənndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir çox müşkül işləri həll etməklə məşğul olmasına baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail olub, gözəl təbi-şerə də malik idi [83][84]I Abbas 30px-Aquote2
    I Abbas 200px-Allahverdi_khan

    Şah Abbasın vəziri Allahverdi Xan (Undiladze)

    Şah Abbas Azərbaycan türkcəsinə də, önəm verirdi və sarayda türk (Azərbaycan) dilində danışmaq məcburi və zəruri idi. Pietro Della Valle may 1618-ci il tarixli məktubunda yazır:
    “Şah mənim Türk dilini bilib bilmədiyimi soruşdu və sonra mənə, "Xoş gəldi, səfa gəldi" dedi. Əyləşmək üçün şahın iznini aldıqdan sonra Türk dilində səyahətimin səbəblərini və digər məsələlər haqqında məni sorğu-sual etdi. Mən qısa olaraq vəziyyətimlə bağlı məlumat verdim”[85]
    Şah Abbasın xalq arasında populyarlığı o qədər yüksək olub ki, o, Azərbaycan nağıl və dastanlarının daimi qəhrəmanına çevrilmişdir.[86] O özü şerlər yazmaqla yanaşı alimlərə, həkimlərə, şairlərə və rəssamlara hamilik edirdi. Bircə faktı xatırlatmaq yetər ki, Azərbaycan mədəniyyətinin şairlərdən Məsihi və Saib Təbrizi, xəttat və rəssamlardan Sadıq bəy ƏfşarƏlirza Təbrizi, "İmad ül müluk" (dövlətin dayağı) adlandırılan Mir Məhəmməd Qəzvini kimi nümayəndələri onun sarayında çalışmışlar. Onun sarayında "çalçıbaşı"nın rəhbərlik etdiyi saray orkestri fəaliyyət göstərirdi. Abbasın "şah kitabxanasında" dini və dünyəvi məzmunlu hədsiz-hesabsız kitab saxlanırdı. Buranı "çiçəklənən kitabxana" adlandırırdılar. Kitabxananın kələntəri-rəhbəri əvvəlcə görkəmli Azərbaycan rəssamı, şair və tarixçisi "Kitabdar" ləqəbli Sadiq bəy Əfşar idi, ondan sonra isə bu vəzifəyə "Abbasi" titulu verilmiş və "Şah nəvaz" adlandırılan xəttat və şair Əlirza Təbrizi gətirildi. Əlirza Təbrizi bir müddətdən sonra, görünür, şah Abbasın İsfahanda ucaltdığı saray və məscidlərin işlənməsində yaxından iştirakı ilə əlaqədar onun ən yaxın adamlarından birinə çevrilmişdi. Həmin saray və binalar isə haqlı olaraq, Səfəvi memarlıq məktəbinin şedevrləri sayılır.
    Şah Abbasın vaxtında İsfahan şəhəri yenidən planlaşdırılır. Düz və geniş küçələrdə gözəl saraylar, məscidlər, karvansaralar, yaşayış binaları, parklar salınır. Şəhərin mərkəzində öz əhatəsinə saray, park və şah məscidini alan irimiqyaslı düzbucaqlı formasında "şah meydanı" yaradılmışdı. 1616-cı ildə tikintisi başa çatdırılmış Şah məscidi dünyanın ən yaxşı memarlıq abidələrindən hesab olunur. Məscidin bütün binası müxtəlif rəngli minalı plitələrlə örtülmüşdür. Şah Səfi zamanında məscidə gümüşdən qapılar düzəldilmiş və bina mərmərlə üzlənmişdir. Meydanda hərbi oyun və paradlar keçirilir, habelə çovgən yarışları olurdu. Özünün planlaşmasına, binaların yerləşməsinə və hətta obyektlərin adlarına görə də həmin meydan Azərbaycanın digər paytaxt şəhərlərində Təbriz və Qəzvində salınmış "Şah Meydanları"nı təkrar edir. Həmin şəhərlərdəki kimi burada da "Şah məscidi", "Ali Qapı" sarayı, "Həşt behişt" sarayı, "Çehel Sütun " sarayı sarayları vardır.
    İsfahanın yenidən qurulmasında əslən Azərbaycan türkü olan Şəmsəddin Məhəmməd TəbriziQasım TəbriziƏbdüllətif TəbriziƏlirza TəbriziMolla Abdulla Təbrizi və başqa memarlar, xəttatlar və inşaat ustaları yaxından iştirak etmişlər. Azərbaycandan köçürülmüş sənətkar və ustaların yaşamasından ötrü şah Abbasın əmri ilə xüsusi məhəllə salınmışdı.

    Ailəsi[redaktə | əsas redaktə]

    [th]Həyat yoldaşları[/th][th]Evlilik[/th][th]Doğum[/th][th]Ölüm[/th][th]Məlumat[/th]
    Məhdi-AliyəQəzvin, Noyabr, 1587Mustafa mirzə Səfəvi (I Təhmasibin oğlu)
    Oğlanpaşa xanımQəzvin, Noyabr, 1587Sultan Hüseyn mirzənin qızı
    ?Qəzvin, Noyabr, 1591Məhəmməd xan Abbasinin qızı
    Fəxricahan bəyimİyun, 1597Kartli çarı VII Baqratın qızı
    Yaxşan bəyimİsfahan, 1 sentyabr 16021586Xanəhməd xan və Məryəm bəyimin qızı
    Yelena BaqrationiGöycə Dəniz, 20 sentyabr 1604I Davidin qızı[87], 1614-cü ildə boşandı
    ?1607Rüstəm Dağıstaninin qızı
    ?1607Tabasaranlı Məsum xanın qızı
    Leyla Fatma Sultan bəyim (əsl adı Tinatin Baqrationi)Sentyabr, 1605X Georginin qızı idi, 1614-cü ildə boşanmışdı.
    ?Gavdol, 6 iyul 1610Şeyx Heydər Mükrinin qızı idi
    [th]Övladları[/th][th]Doğum[/th][th]Ölüm[/th][th]Məlumat[/th]
    Məhəmməbağır Feyzi Mirzə15 sentyabr 158725 yanvar 1615Anası gürcü cariyə idi. Məşhəd valisi (1587-1588) və Həmədan valisi (1591-1592). Üç dəfə evlənmiş, övladları olmuşdur. Atasının əmri ilə öldürülmüşdür. Oğlu Səfidir.
    Sultan Həsən Mirzə158818 avqust 1591Məşhəd valisi idi.
    Sultan Hüseyn Mirzə26 fevral 1591?Gənc yaşında ölmüşdü.
    Təhmasib Mirzə
    Məhəmməd Xüdabəndə (Rövnəq Mirzə)18 mart 15911631Anası gürcü cariyə idi. Qəzvində doğulmuş, atasının əmrilə əvvəl kor edilib, sonra da edam edilmişdir. Övladı olmuşdur.
    İsmayıl Mirzə6 sentyabr 160116 avqust 1613Məşhəddə basdırılmışdır.
    İmamqulu Əmənulla Mirzə12 noyabr 16021632İsfahanda doğulmuş, atasının əmrilə əvvəl kor edilib, sonra da edam edilmişdir. Övladı olmuşdur.
    Şahzadə bəyim1629Mir Möhsün Rzavi ilə evlənmiş, övladları olmuşdur.
    Zibeydə bəyim4 oktyabr 158620 fevral 1632İsa xan Səfəvi ilə evlənmişdi.
    Xanağa bəyimNəvvab Xəlifə Sultan Mirzə Abutalıb Maraşi ilə evlənmişdir
    Həvva bəyimƏvvəlcə Mirzə Razi İsfahani, daha sonra isə Mirzə Rafiəddin Şəhristani ilə evlənmişdir.
    Şahbanu bəyimƏvvəlcə Mir Əbdül Əzim əl-Maraşi, daha sonra Mirzə Cəlal Şəhristani ilə evlənmişdir.

    Qalereya[redaktə | əsas redaktə]


    SƏLƏF
    Məhəmməd şah Xudabəndə
    I Abbas 100px-Mohammen_xudabende_Sefevid
    I Abbas 60px-Safavid_Flag.svgI Şah Abbas Səfəvi
    I Abbas 100px-Shah_Abbas_I_engraving_by_Dominicus_Custos

    Səfəvilər sülaləsi
    I Abbas 60px-Safavid_Flag.svgXƏLƏF
    I Şah Səfi
    I Abbas 100px-Schah_Safi

      Похожие темы

      -

      Текущее время Вс Май 19, 2024 3:22 pm