Azərbaycan xristian forumu

Вы хотите отреагировать на этот пост ? Создайте аккаунт всего в несколько кликов или войдите на форум.

Azərbaycanın ilk xristian forumu, bütün məsihi qardaş və bacılarımızı dəvət edirik, Məsihi mövzular, videolar, şəkillər, xoş ünsiyyət, tanışlıq, İslam və Xristianlıq, müsəlmanlarla imana aid mövzuların

Matta 1 İsa Məsihin nəsil şəcərəsi (Luka 3:23-38) 1Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: 2İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. 3Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. 4Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 5Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. 6Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. 7Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. 8Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. 9Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. 10Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. 11Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. 12Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. 13Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. 14Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. 15Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. 16Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. 17Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir. İsa Məsihin doğulması (Luka 2:1-7) 18İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. 19Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. 21Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». 22Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: 23«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir. 24Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 25Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu. Matta 2 Müdrik adamların ziyarəti 1İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib 2dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». 3Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. 4Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. 5«Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: 6“Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, Çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”». 7Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. 8«Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. 9Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. 10Onlar ulduzu gördükləri vaxt çox sevindilər. 11Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. 12Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. Misirə qaçış 13Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». 14Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. 15Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım». 16Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. 17Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: 18«Ramada bir səs eşidildi, Ağlaşma və böyük fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, Təsəlli istəmir. Çünki onlar daha yoxdur». Misirdən Nazaretə dönüş 19Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb 20dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». 21Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. 22Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. 23Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi. Matta 3 Vəftizçi Yəhyanın gəlişi (Mark 1:1-8; Luka 3:1-18; Yəh. 1:19-28) 1O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. 2O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 3Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». 4Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. 5Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. 6Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. 7Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8İndi isə tövbəyə layiq bəhrə verin. 9Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 10Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. 11Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 12Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq». İsanın vəftiz olunması (Mark 1:9-11; Luka 3:21-22) 13O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. 14Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» 15İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. 16İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. 17Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». Matta 4 İsanın sınağa çəkilməsi (Mark 1:12-13; Luka 4:1-13) 1Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. 2İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. 3O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». 4İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». 5Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub 6dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». 7İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». 8İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: 9«Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». 10İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». 11Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi. İsa xidmətinə başlayır (Mark 1:14-15; Luka 4:14-15) 12İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. 13Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. 14Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: 15«Zevulun və Naftali bölgələri, Dənizkənarı yol, İordan çayının o biri tayı, Müxtəlif millətlər yaşayan Qalileya – 16Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu». 17O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». İlk şagirdlər (Mark 1:16-20; Luka 5:1-11) 18İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 19İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 20Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 21İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. 22Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər. İsa xəstələrə şəfa verir (Mark 3:7-12; Luka 6:17-19) 23İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 24Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. 25Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi. Matta 5 İsanın Dağüstü vəzi 1İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. 2İsa danışmağa başlayıb onları öyrədərək dedi: Bəxtiyar olanlar (Luka 6:20-23) 3«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. 4Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. 5Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. 6Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. 7Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. 8Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. 9Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. 10Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. 11İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 12Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər. Duz və nur 13Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. 14Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. 15Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. 16Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər. Qanun və Peyğəmbərlər 17Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. 18Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. 19Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. 20Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz. Hirs və qətl 21Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. 22Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. 23Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. 25Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. 26Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan. Zina və boşanma 27“Zina etmə” deyildiyini eşitmisiniz. 28Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. 29Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. 30Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. 31“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 32Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir. And içmək 33Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. 34Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. 37Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır. Düşmənlərinizi sevin (Luka 6:27-36) 38“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 39Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. 40Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. 41Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. 42Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma. 43“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. 45Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? 47Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? 48Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun. Matta 6 Sədəqə vermək 1Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. 2Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. 4Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Necə dua etməli (Luka 11:2-4) 5Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 6Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 7Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 8Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. 9Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, 10Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. 11Gündəlik çörəyimizi bizə bu gün ver. 12Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. 13Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.” 14Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. 15Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz. Oruc 16Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 17Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. 18Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Səmavi xəzinələr (Luka 11:34-35; 12:33-34; 16:13) 19Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. 20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. 22Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. 23Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! 24Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. Qayğı çəkməyin (Luka 12:22-32) 25Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? 26Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? 27Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 28Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. 32Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir! Matta 7 Mühakimə etməyin (Luka 6:37-42) 1Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. 2Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. 3Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 4Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” 5Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. 6Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar. Dua haqqında təlim (Luka 11:9-13) 7Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 8Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 9Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? 10Ya da balıq diləsə, ona ilan verərmi? 11Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! 12İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur. Dar qapı və geniş qapı (Luka 13:24) 13Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. Ağac və bəhrə (Mat. 12:33-35; Luka 6:43-46; 13:25-27) 15Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. 20Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. 21Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. 22O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” 23Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!” Ağıllı bənna və ağılsız bənna (Luka 6:47-49) 24Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. 25Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. 26Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. 27Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar». 28İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, 29çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. Matta 8 İsa bir cüzamlıya şəfa verir (Mark 1:40-45; Luka 5:12-16) 1İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. 2Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. 3İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. 4İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar». Yüzbaşının imanı (Luka 7:1-10) 5İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: 6«Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». 7İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». 8Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. 9Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 10Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. 11Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. 12Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». 13Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı. İsa çox adama şəfa verir (Mark 1:29-34; Luka 4:38-41) 14İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. 15İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı. 16Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. 17Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü». İsanın şagirdi olmaq nə deməkdir (Luka 9:57-62) 18İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. 19Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 20İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». 21Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 22İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin». İsa tufanı yatırır (Mark 4:35-41; Luka 8:22-25) 23İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 24Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» 26İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. 27Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?» Cinə tutulmuş iki nəfər sağaldılır (Mark 5:1-20; Luka 8:26-39) 28İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. 29Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» 30Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 31Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». 32İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. 33Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 34Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın. Matta 9 İsa iflicə şəfa verir (Mark 2:1-12; Luka 5:17-26) 1İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. 2Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». 3Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». 4Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? 5Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 6Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» 7Xəstə qalxıb evinə getdi. 8Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi. Matta şagirdlərə qoşulur (Mark 2:13-17; Luka 5:27-32) 9İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. 10İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. 11Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 12Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 13Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». Oruc barəsindəki sual (Mark 2:18-22; Luka 5:33-39) 14O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» 15İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. 16Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 17Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar». Qızın dirilməsi və qadının şəfa tapması (Mark 5:21-43; Luka 8:40-56) 18Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». 19İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. 20Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. 21Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». 22İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. 23İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü 24və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. 25Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. 26Bu xəbər o torpağın hər tərəfinə yayıldı. İki kor ilə bir lal sağaldılır 27İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» 28Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». 29O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». 30Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. 31Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar. 32Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. 33Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». 34Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur». Məhsul çox, işçilər az 35İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 36Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. 37O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. 38Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin». Matta 10 On İki şagirdə verilən vəzifə (Mark 3:13-19; 6:7-13; Luka 6:12-16; 9:1-6; 10:1-12) 1İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. 2Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 3Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, 4Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. 5İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, 6amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. 7Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. 8Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. 9Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. 10Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. 11Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. 12O evə girərkən ev sakinlərini salamlayın. 13Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. 14Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq. Şagirdlərin sıxıntıları (Mark 13:9-13; Luka 21:12-17) 16Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. 17İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. 18Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. 19Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, 20çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. 21Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 22Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. 23Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək. 24Şagird müəllimindən, qul da ağasından üstün deyil. 25Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! Kimdən qorxmalı (Luka 12:2-9) 26Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 27Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. 28Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. 29İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. 30Sizin başınızdakı saçlar belə, sayılıb. 31Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. 32İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. 33Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm. İsaya layiq olmaq (Luka 12:51-53; 14:26-27) 34Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. 35Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. 36“İnsanın düşməni öz ev əhli olacaq”. 37Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. 38Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. 39Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. 40Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. 41Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. 42Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».
Yəhya 1Allah Kəlamı 1Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2O, başlanğıcda Allahla birlikdə idi. 3Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4Həyat Onda idi və bu həyat insanların nuru idi. 5Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. 6 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. 14Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı. Yəhyanın şəhadəti (Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18) 19Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21 Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm». 24Göndərilən bəzi fariseylər 25Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 27Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi. 29Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm». İsanın ilk şagirdləri 35Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 40Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir. 42Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir. 43Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51 Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz». Yəhya 2 İsa suyu şəraba döndərir 1Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 2İsa ilə şagirdləri də toya çağırılmışdı. 3Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 4İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin». 6Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi. 7İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 8O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 9Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 10«Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan». 11İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 12 Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı. İsa satıcıları məbəddən qovur (Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46) 13Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. 18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 22İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar. 23İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi. Yəhya 3 İsa və Nikodim 1Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 2O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 5İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 7Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 8Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 9Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 10İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 11Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 12Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 13Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. 14 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 15Ona iman edən hər kəs əbədi həyata malik olsun». 16Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 17Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 18Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 19Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 20Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. 21Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun. Yəhyanın İsa barədə şəhadəti 22Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. 23Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. 24 Yəhya hələ zindana salınmamışdı. 25Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. 26Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». 27Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 28“Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 29Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. 30İndi Ona böyümək, mənə kiçilmək gərəkdir». 31Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. 32Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. 33Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. 34Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. 35 Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. 36Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. Yəhya 4 İsa və Samariyalı qadın 1Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 2əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. 3İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 4Onun yolu Samariyadan keçirdi. 5O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. 6Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. 7Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. 8Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. 9 Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. 10İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». 11Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 12Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» 13İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 14amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». 15Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». 16İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 17Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 18çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 19Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 21İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 23Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 24Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 25Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». 27Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. 28Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: 29«Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» 30Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. 31Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 32Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». 33Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. 34İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. 35 Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. 36Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. 37Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. 38Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». 39«Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 40Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 41Daha çox adam da İsanın sözünə görə iman etdi. 42Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur». 43İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. 44Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. 45İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər. Məmur oğlunun şəfa tapması 46Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. 47O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. 48Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». 49Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» 50İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. 51Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. 52Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü». 53O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. 54Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi. Yəhya 5 Hovuz kənarındakı xəstənin şəfa tapması 1Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 2Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 3Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. 4 5Otuz səkkiz il xəstə olan bir adam da orada idi. 6İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» 7Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». 8İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» 9O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. 10Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 11O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 12Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 13Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 14Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 15O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 16Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi. 17Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı. İsanın səlahiyyəti 19Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. 24Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. 30Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir. İsaya şəhadət 31Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz. 41İnsanlardan izzət qəbul etmirəm. 42Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»

    Böyük Moğol İmperiyası

    Tarixçi
    Tarixçi


    Böyük Moğol İmperiyası Azerba10
    Haradan : Təbriz
    Inam : məsihi
    Mesajlar : 46
    Təşəkkürlər : 1

    Böyük Moğol İmperiyası Empty Böyük Moğol İmperiyası

    Сообщение автор Tarixçi Вс Апр 30, 2017 12:27 pm

    Böyük Moğol İmperiyası
    Vikipediya, açıq ensiklopediya


    [ltr]Böyük Moğol İmperiyası 15px-Cscr-featured.svg
    [/ltr]
    [th]
    Böyük Moğol imperiyası
    fars. گورکانیان
    Gūrkāniyān
    urdu. مغلیہ سلطنت
    Mug̱ẖliyah Salṭanat
     Böyük Moğol İmperiyası 30px-Timurid.svg
     
     Böyük Moğol İmperiyası 30px-Delhi_Sultanate_Flag_%28catalan_atlas%29
    1526 — 1857
    Böyük Moğol İmperiyası 30px-Flag_of_the_Maratha_Empire.svg 
     
    Böyük Moğol İmperiyası 30px-Flag_of_Imperial_India.svg 
     
    Böyük Moğol İmperiyası 30px-Flag_of_Herat_until_1842.svg 
     
    Böyük Moğol İmperiyası 30px-Asafia_flag_of_Hyderabad_State 
     
    Böyük Moğol İmperiyası 30px-Flag_of_Kingdom_of_Mysore.svg 
    [/th]


    [td style="vertical-align: top; border-top-color: rgb(170, 170, 170); padding: 0.4em 0.6em;" align="center" colspan="2"]
    Böyük Moğol İmperiyası 130px-Flag_of_the_Mughal_Empire_%28triangular%29.svg
    Bayraq
    Böyük Moğol İmperiyası 290px-The_Mughal_Empire
    Sultan Övrəngzebin hakimiyyəti illərində Böyük Moğol imperiyasının sərhədləri (1700-cü il)PaytaxtAqra (1526-1571)
    Fatehpur Sikri (1571-1585)
    Lahor (1585-1598)
    Aqra (1598-1648)
    Dehli (1648-1857)Dil(lər)Çağatay dili (ilk dövrlər)
    Urdu dili (sonrakı dövrlər)
    Fars dili (rəsmi yazışmalar və məhkəmə)Dinİslam (1526–1582)
    Din-i Ilahi (1582–1605)
    İslam (1605–1857)Pul vahidiRupiSahəsi3,200,000 km² (1700-ci il)[1]Əhalisi150.000.000 nəfər (1700-cü il)[2]
    Əhali sıxlığı 46.9 nəfər/km²İdarəetmə formasıMütləq MonarxiyaSultan - 1526 - 1530Babur (ilk) - 1837 - 1857II Bahadır Şah (sonuncu)Böyük Moğol İmperiyasının əhatə etdiyi ərazidə yerləşən çağdaş dövlətlər:

    Böyük Moğol İmperiyası 22px-Flag_of_India.svg Hindistan
    Böyük Moğol İmperiyası 22px-Flag_of_Pakistan.svg Pakistan
    Böyük Moğol İmperiyası 22px-Flag_of_Afghanistan.svg Əfqanıstan
    Böyük Moğol İmperiyası 22px-Flag_of_Bangladesh.svg Banqladeş[size][ltr]
    Böyük Moğol İmperiyası və ya Babur İmperiyası Empīrāturī-ye Moġolī-ye Hend[3][4] və ya Mug̱ẖliyah Salṭanat[5]) — 1526-1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti.[6][7][8][9][10][11]
    XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşdü.[12] Moğollar yerli idarə üsulunu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar etdilər.[12][13] Xüsusilə Böyük Əkbərin hakimiyyəti illərində özlərinin tarixi qəbilə əlaqələrini qoruyub saxlamaqla onlara tabe olan ərazilər çərçivəsində fars mədəniyyətini öz mədəniyyələri ilə birləşdirdilər.[14] Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı.[13] Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi,[15] bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi.[13] İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bildi. Marata, Racput və Sikh kimi şimali və qərbi Hindistanda məskunlaşan sosial-ictimai qruplar hərbi və idarəedici sahələrdə maraqlı idilər və bu onlara sonradan hərbi təcrübə qazandırdı.[14] İmperiya ərazisində ticarətin genişlənməsi Hindistanın cənub və şərq sahilləri boyu siyasi və iqtisadi elitanın yüksəlməsinə şərait yaratdı.[14] İmperiya parçalandıqca bu elitanın üzvləri öz aralarında mərkəzi hakimiyyətdən xəbərsiz əlaqələr qura bilirdilər.[13]
    Dövlətin əsasının qoyulması Baburun Dehli sultanlığının hökmdarı İbrahim Ludi üzərində Panipat döyüşündə (1526) əldə etdiyi qələbə ilə ələqələndirilir. İmperiya öz yüksəlişinin ən pik həddinə Sultan Övrəngzebin hakimiyyəti illərində çatır və onun ölümündən sonra (1706) səriştəsiz hökmdarların hakimiyyəti altında bu inkişaf sürəti yavaşlamağa başlayır. İmperiyanın parçalanması kiçik Marata İmperiyası ordusu ilə Dekan döyüşündə[16] böyük itki verilməsi ilə başlayır və bu məğlubiyyət Benqal, Bopal, Oud, Karnatik, Rampur və Heydərabadın nəvvablarının və Əfqanıstan hakiminin öz müstəqilliklərini elan etməsi ilə nəticələnir.[17] 1818-ci ildə baş vermiş III Anqlo-Marata müharibəsindən sonra imperiyanın sərhədləri Dehli ilə hüdudlanır və taleyi həmin ildə Hindistan üsyanı zamanı Dehlinin ələ keçirilməsi ilə həll olunur.[18]
    İmperiyanın “klassik dövr”ü 1556-cı ildə Böyük Əkbərin taxta çıxması ilə başlayır. Əkbərin və oğlu Cahangirin hakimiyyəti dönəmində imperiya dini harmoniya ilə yanaşı iqtisadi inkişaf yaşayır və hökmdarlar yerli dinlər və adət-ənənələrlə maraqlanırlar. Böyük Əkbər həm də eyni zamanda uğur qazanmış bir sərkərdə idi. O, həmçinin hindu racputlardan hərbi birləşmə yaratmışdı. Bəzi Racput hakimləri şimal-qərbi Hindistanda Moğolların hücumlarına müqavimət göstərməyə davam edirdilər, lakin onların əraziləri Böyük Əkbər tərəfindən zəbt edilmişdir. Böyük Moğol İmperiyasının hökmdarlarının böyük əksəriyyəti müsəlman idi. Ancaq Böyük Əkbər ömrünün geri qalan hissəsində və ondan sonra oğlu Cahangir yeni din olan “Din-i-İlahi”nin davamçıları olmuşlar və bu din “Ain-ə-Əkbəri Dabestan-e Mazaheb” kimi dini kitabda qeydə alınmışdır.[19]
    Dövlətin beşinci hökmdarı olan Cahan şahın hakimiyyət illəri Moğol memarlığında qızıl dövr idi. O, bir neçə memarlıq abidəsinin yaradılmasına göstəriş vermişdir. Bunlardan ən məşhuru kimi Aqradakı Tac Mahalla yanaşı yenə Aqradakı Moti məscidini, Qırmızı qalanı, Dehlidəki Cama məscidini və Lahor qalasını misal göstərmək olar. Böyük Moğol İmperiyası ərazisinin ən böyük həddinə Sultan Övrəngzebin hakimiyyəti illərində çatdı və yenə onun hakimiyyəti dövründə Şivaji Bosalın başçılıq etdiyi Marata hərbi üsyanına görə imperiyanın sonuncu eniş dövrü başladı. Hakimiyyəti boyunca cənubda qazanılmış qələbələr hesabına Böyük Moğol imperiyasının əraziləri cənuba doğru genişləndi, ölkənin əhalisi 150 milyona (təxminən bütün dünya əhalisinin ¼-i qədər), ÜDM isə indiki valyuta ilə təqribən 90 milyard ABŞ dollarına çatdı.[20][21]
    XVIII əsrin ortalarında Maratalar Böyük Moğol İmperiyasının ordularını məğlub edirdilər və bu qələbələrə görə Dekandan Benqala qədər olan ərazilərə nəzarət edirdilər. Daxili narazılıqlar Benqal, Bopal, Oud, Karnatik, Rampur, Heydərabad nəvvablarının və Əfqanıstan hakiminin öz müstəqilliklərini elan etməsinə görə daha da artmışdı. 1739-cu ildə Moğollar Karnal döyüşündə Nadir şahın qüvvələri tərəfindən məğlub edilmişdilər.[22] Bunun nəticəsində paytaxtları qarət edilmiş və əllərindən alınmışdı. Bu isə onların süqutunu sürətləndirmişdir. Növbəti əsr ərzində Böyük Moğol İmperiyasının gücü məhdudlanmış və sonuncu imperator II Bahadır Şahın dövründə isə yalnız Şahcahanabad şəhəri ilə məhdudlanmışdır. O, 1857-ci ildə baş vermiş Sipahilər üsyanına kömək etməkdə günahlandırılmış, sonralar ingilislər tərəfindən xəyanətə məcbur edilmiş və həbs olunaraq Birmaya sürgün edilmişdir.[23] Beləliklə 1857-ci ildə Böyük Moğol İmperiyası süqut etmiş, torpaqları Britaniya Hindistanının tərkibinə qatılmışdır.

    [/ltr][/size]
    [ltr]

    Mündəricat

      [gizlə] [/ltr]

    Tarixçi
    Tarixçi


    Böyük Moğol İmperiyası Azerba10
    Haradan : Təbriz
    Inam : məsihi
    Mesajlar : 46
    Təşəkkürlər : 1

    Böyük Moğol İmperiyası Empty Re: Böyük Moğol İmperiyası

    Сообщение автор Tarixçi Вс Апр 30, 2017 12:28 pm

    Baburilərin mənşəyi haqqında[redaktə | əsas redaktə]

    Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī)[24] tərəfindən qoyulmuşdur.[25][26][27][28] Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi.[29] Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın[30] qızı Qutluq Nigar xanım idi.[31]
    Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş[32][33]monqol[34][35] boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas boyunun qurucu əcdadlarıdır.[34] Monqolların gizli tarixi XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.[36]
    Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görə barlaslar arasında İslam dinindən başqa digər dinlərə (BuddizmŞamanizm) də inananlar yaşayırdı.[35] Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdən monqol mənşəli boy olan barlaslar monqol dilindən başqa çağataycanı da (Türk dillərinin uyğur mənşəli bir növü; ərəb və fars dillərindən də təsirlənmiş[37] və çağdaş özbəkcənin[38][39] yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər. Baburun ölümündən sonra çağataycanın istifadə olunması getdikcə azalmış və əvəzinə fars dili, daha sonra da urdu dilindən istifadə olunmuşdur.[40]
    Tarixçi
    Tarixçi


    Böyük Moğol İmperiyası Azerba10
    Haradan : Təbriz
    Inam : məsihi
    Mesajlar : 46
    Təşəkkürlər : 1

    Böyük Moğol İmperiyası Empty Re: Böyük Moğol İmperiyası

    Сообщение автор Tarixçi Вс Апр 30, 2017 12:29 pm

    da urdu dilindən istifadə olunmuşdur.[40]
    Böyük Moğol İmperiyası 200px-Orxan_Zakiro%C4%9Flu_%28Baharl%C4%B1%29._Babur_imperatorlu%C4%9Fu._Bak%C4%B1%2C_2015

    Orxan Zakiroğlu (Baharlı). Babur imperatorluğu. Bakı, 2015

    Baburun ilk illəri və hakimiyyəti[redaktə | əsas redaktə]


    Əsas məqalə: Babur

    Böyük Moğol İmperiyası 220px-Babur.2

    Baburun portreti.

    Babur 14 fevral 1483-cü ildə hal hazırda Özbəkistanda yerləşən Əndican şəhərində anadan olub.[41] Bu müddətdə artıq Teymurilər dövləti özünün keçmiş qüdrətini itirmiş, yanlız Mərkəzi Asiyanın kiçik bir bölgəsində hakimiyyətini qoruya bilmişdi. Babur 1494-cü ildə atasının ölümündən sonra 12 yaşında olərkən Fərqanəyə hakim oldu.[42] O, Fərqanə hakimi olduqdan sonra Səmərqənd hakimi olan əmisi Sultan Əhməd və Daşkənd hakimi olan dayısı Məhəmməd Fərqanəyə hücum etdilər.[43] Babur atasının sərkərdələrinin köməyi ilə bu hücumları dəf edə bildi.
    Babur 1497-ci ildə Səmərqəndi ələ keçirdi.[44] Buna baxmayaraq Şeybani xanla mübarizədə uğur qazanmayaraq məğlub oldu.[45][46] 1501-ci ildə Səmərqəndi yenidən ələ keçirsə də, 1503-cü ildə özbəklər növbəti dəfə şəhəri tutdular. Şeybani xan Teymurilər soyundan gələn şəxslərin idarə etdiyi bölgələri bir-bir ələ keçirdi. Nəticədə Teymurilər önəmli şəhərləri olan SəmərqəndBuxara və Heratdakı hakimiyyətini itirdilər. Bölgədə Teymurilər sülaləsindən yanlız Babur hakimiyyətini qoruya bilmişdi. Buna baxmayaraq Babur da Şeybani xanla mübarizədə uğur qazanmayaraq Pamir dağları istiqamətində geri çəkilmişdi. Ətrafına 20000 əsgər topladıqdan sonra Hindiquş dağlarını keçərək Kabilə daxil oldu və burada özünü şah elan etdi.[44] Babur ilk dəfə 1508-ci ilin sentyabr ayında Hindistana yürüş etdi. Üç ay davam edən bu yürüş nəticəsində Babur xeyli qənimət əldə etdi və Hindistanla yaxından tanış olmaq fürsətini qazandı.
    Şeybani xan 1510-cu ildə[47] baş vermiş Mərv döyüşündə Şah İsmayıla məğlub oldu və öldürüldü. Babur yaranan fürsətdən istifadə edərək keçmiş torpaqlarını geri qaytarmaq üçün Səfəvilərlə yaxınlaşdı.[48] Səfəvilərin də köməyi ilə 1512-1513-cü illərdə Buxara və Səmərqənd ələ keçirildi.[49] Baburun Səfəvilərlə yaxınlaşması uzun müddət davam etmədi. 1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın Sultan Səlimə məğlub olmasından sonra özbəklərə olan Səfəvi təzyiqi azaldı. Bundan sonra Babur özbəklərin hücumları qarşısında geri çəkilməyə məcbur olmuş və Səfəvilərin dəstəyini itirmişdi.

    Dövlətin əsasının qoyulması[redaktə | əsas redaktə]

    Böyük Moğol İmperiyası 150px-1526-First_Battle_of_Panipat-Ibrahim_Lodhi_and_Babur

    Baburnamədə təsvir olunmuş Panipat döyüşünə aid illustrasiya.

    Səmərqənddə möhkəmlənə bilməyən Babur cənuba irəliləyərək 1518-ci ildə Cənubi Əfqanıstana yürüş etdi. Bu yürüşdə Xeybər keçidini keçərək Sind bölgəsini ələ keçirdi. 1519-cu ilin noyabr ayında 1500 nəfərlik birliklə Sind çayını keçdi və Pişəvər ətrafına yaxınlaşdı. Babur 5 dəfə Pəncab bölgəsinə yürüş edərək buranı özünə tabe etdi.[50][51] 1522-ci ildə Qəndəhar zəbt edildi. Babur 21 aprel 1526-cı ildə Panipat döyüşündə Dehli sultanı İbrahim Ludinin qüvvələri ilə qarşılaşdı. İbrahim Ludinin qüvvələri sayca üstün olsa da,[52] Baburun ordusunda odlu silah vardı.[q 1][53] Bu döyüşdə İbrahim Ludi ağır məğlubiyyətə uğradı və öldürüldü.[49][54][55] Babur bu qələbədən sonra Dehli və Aqranı ələ keçirdi. Aqra şəhəri dövlətin mərkəzi oldu. Panipat döyüşündəki qələbə tarixçilər tərəfindən dövlətin əsasının qoyulması kimi qəbul olunur. Qələbədən sonra Aqraya daxil olan Babur özünü Hindistanın hakimi elan etdi.[11][56]
    Baburun Panipat döyüşündə qələbə qazanması hinduları narahat edirdi. 15 fevral 1527-ci ildə Rana Saqanın başçılıq etdiyi hindu ordusu ilə Baburun qüvvələri arasında Kanya döyüşü baş verdi. Babur sayca özündən üstün olan hindu qüvvələrini məğlub etdi. Bu döyüş Baburun müsəlman olmayan bir hökmdara qarşı qələbə qazandığı ilk döyüş idi. Bu qələbə onu məşhurlaşdırdı və Babur özünə Qazi titulu götürdü.[7][57]
    Babur 26 dekabr 1530-cu ildə Aqrada 47 yaşında olarkən öldü. Yerinə oğlu Hümayun keçdi.

    Sultan Hümayunun hakimiyyəti (1530-1540 ; 1555-1556)[redaktə | əsas redaktə]


    Əsas məqalə: Sultan Hümayun

    Babur ölməzdən əvvəl Hümayunun hökmdar olacağını elan etmişdi. Babur öldükdən sonra Sultan Hümayun və digər qardaşları arasında hakimiyyət uğrunda mübarizə başladı. Tabeliklərindəki ordulara arxalanan qardaşlar Sultan Hümayunun hakimiyyətini tanımadıqlarını elan etdilər. Qardaşlarının birləşmiş qüvvələri ilə mübarizə aparmaqda çətinlik çəkən Sultan Hümayun onlara geniş ərazilər və səlahiyyətlər verməyə məcbur oldu.[58]
    Böyük Moğol İmperiyası 220px-%D0%A5%D1%83%D0%BC%D0%B0%D1%8E%D0%BD._%D0%94%D0%B5%D1%82%D0%B0%D0%BB%D1%8C_%D0%BC%D0%B8%D0%BD%D0%B8%D0%B0%D1%82%D1%8E%D1%80%D1%8B_%D0%B8%D0%B7_%D0%91%D0%B0%D0%B1%D1%83%D1%80%D0%BD%D0%B0%D0%BC%D0%B5._1590%D0%B5_%D0%B3%D0%B3._%D0%9C%D0%BE%D1%81%D0%BA%D0%B2%D0%B0%2C_%D0%93%D0%9C%D0%92

    Sultan Hümayunun portreti, (1590).

    Bu daxili çəkişmələr Böyük Moğol İmperiyasının nüfuzuna ciddi təsir göstərirdi. Yaranan qarışıqlıqdan Baburun dövründə məğlub edilmiş olan Əfqan və Ludi nəslindən olan hakimlər istifadə etdilər. Əfqan və Ludi hakimləri qüvvələrini birləşdirərək Sultan Hümayuna qarşı mübarizə aparsa da, onlar məğlub edildi.[58] Buna baxmayaraq dövlətdə sabitlik yaranmadı. Qucaratın valisi olan Sultan Hümayunun qardaşı Əsgəri xan dövlətin paytaxtı olan Aqra şəhəri üzərinə hücum etdi. Qardaşlar arasında razılaşma əldə olunsa da, bu onlar arasında birliyi təmin etmədi.[59]
    Yaranmış qarışıq vəziyyətdən istifadə edən Suri xanədanına mənsub olan Şir şah Aqraya hücum etdi. Qardaşlarından dəstək ala bilməyən Sultan Hümayun Səfəvilər dövlətinin hökmdarı I Təhmasibə sığındı.[59] Şir şah Suri Osmanlı dövləti ilə əlaqələr quraraq Səfəviləri məğlub etmək üçün onlarla razılaşdı. Bundan sonra Səfəvi dövlətinin hökmdarı olan I Təhmasib Sultan Hümayunu ordu ilə dəstəkləyərək Surilərin üzərinə yolladı. Yaranmış fürsətdən istifadə edən Sultan Hümayun KabilQəndəhar və Bədəxşanı geri aldı.[60][61] O, Kabildən öz yürüşləri üçün istinadgah kimi istifadə etdi. Sultan Hümayun 1555-ci ildə qələbə qazanaraq Dehliyə daxil oldu və hakimiyyətini bərpa etdi. Sultan Hümayun 1556-cı ildə yıxılaraq ağır zədələndi. Ölümündən əvvəl onun qonağı olan Osmanlı admiralı Seydi Əli Rəisin məsləhəti ilə Bədəxşanda əfqanlarla mübarizə aparan oğlu Əkbərə məktub yazaraq onu taxtın varisi təyin etdi. Sultan Hümayun 1556-cı ilin yanvar ayında öldü. Onun oğlu olan Əkbər Bədəxşanda apardığı mübarizədə qalib gəldi və geri dönərkən atasının ölüm xəbərini eşidib taxta çıxdı.[58]
    Tarixçi
    Tarixçi


    Böyük Moğol İmperiyası Azerba10
    Haradan : Təbriz
    Inam : məsihi
    Mesajlar : 46
    Təşəkkürlər : 1

    Böyük Moğol İmperiyası Empty Re: Böyük Moğol İmperiyası

    Сообщение автор Tarixçi Вс Апр 30, 2017 12:29 pm

    ultan Əkbərin hakimiyyəti (1556-1605)[redaktə | əsas redaktə]


    Əsas məqalə: Əkbər şah

    Böyük Moğol İmperiyası 200px-Jesuits_at_Akbar%27s_court

    Böyük Əkbərin[62] Fatehpur Sikridə yerləşən ibadətxanada müxtəlif dinlərdən olan nümayəndələri qəbul etməsi, müəllif: Nar Sinq, (1605).

    Əkbər atasının ölümündən sonra 14 yaşında olarkən hakimiyyətə keçdi.[63][64] 20 yaşına qədər dövlət idarəsində Əkbərin Baş Vəziri olan Bayram xan Baharlının təsiri güclü idi. 1562-ci ildə Əkbər şah Bayram xan Baharlını vəzifəsindən kənarlaşdıraraq həcc ziyarətinə yolladı.[65] Bundan sonra hakimiyyətdəki nüfuzunu gücləndirdi.[58]
    Böyük Moğol İmperiyası 220px-Akbar_receives_an_embassy_sent_by_Queen_Elizabeth

    I Elizabetin elçisini qəbul edən Böyük Əkbəri[62] təsvir edən səhnə.

    Əkbər şah Sultan Hümayun dövründəki özbaşınalıqlar və üsyanlara səbəb olan idarəçilik sistemini ləğv etmək üçün islahatlara başladı.[63][66][67] Mərkəzi hakimiyyətin güclənməsindən narazı olan və üsyan qaldıracaq hakimlərin qüvvələrini məğlub etmək üçün qərərgahlar və ordugahlar qurdu. Mərkəzi hakimiyyəti gücləndirdikdən sonra yürüşlər edərək 1578-ci ildə Benqalı, 1581-ci ildə Kabili1587-ci ildə Kəşmiri1592-ci ildə Sindi və 1594-cü ildə Qəndəharı tam şəkildə Böyük Moğol İmperiyasına tabe etdi. Qalibiyyətli yürüşlər nəticəsində bölgədə Böyük Moğol İmperiyasının nüfuzu artdı və dövlətin sərhədləri genişləndi.[58][63][68]
    Əkbər şaha qədər dövlət idarəsində, sarayda və orduda ən önəmli vəzifələr türklər tərəfindən yerinə yetirilirdi. Dövlətin ərazisi genişləndikcə Böyük Moğol İmperiyasına tabe olan ərazilərdə türklər azlıq təşkil etməyə başladılar. Bu səbəbdən türklərlə yanaşı hindlilər də dövlət vəzifələrində təmsil olunmağa başladılar.[67] Bu daha sonralar dövlətdə türk təsirinin azalmasına gətirib çıxardı.[58]
    Əkbər şahın hakimiyyəti illərində ölkədə dini tolerantlıq təmin olundu. Dövlətin yayıldığı geniş ərazilərdə HinduizmİslamZərdüştlükBuddizmSikhizmCaynizmXristianlıq kimi dinlər yayılmışdı. Əkbər şah ölkədə dini birliyi təmin etmək üçün digər dinlərin sintezindən yaranan Din-i İlahi adlı dinin əsasını qoymuşdur.[63][63]
    Əkbər şahın siyasətinin əsasında insana dəyər vermək, yaxşı idarəçilik, iqtisadi potensialın gücləndirilməsi, əhalinin dövlət üçün yox dövlətin əhali üçün var olduğunu göstərmək kimi məsələlər qərar tuturdu.[67] Onun 49 il davam edən hakimiyyətində Böyük Moğol İmperiyası gücləndi. Əkbər şah 1603-cü ildə xəstələndi və danışmaq qabiliyyətini itirdi. Ara müharibələrinin qarşısını almaq üçün oğlu Cahangiri varis təyin etdi və 1605-ci ildə öldü.[58][63]
    Tarixçi
    Tarixçi


    Böyük Moğol İmperiyası Azerba10
    Haradan : Təbriz
    Inam : məsihi
    Mesajlar : 46
    Təşəkkürlər : 1

    Böyük Moğol İmperiyası Empty Re: Böyük Moğol İmperiyası

    Сообщение автор Tarixçi Вс Апр 30, 2017 12:30 pm

    Sultan Cahangirin hakimiyyəti (1605-1627)[redaktə | əsas redaktə]


    Əsas məqalə: Sultan Cahangir

    Böyük Moğol İmperiyası 220px-Brooklyn_Museum_-_Portrait_of_Jahangir_Holding_a_Falcon

    Sultan Cahangirin portreti. Bruklin muzeyində saxlanılır. naməlum rəssam.(1600-1610).

    Sultan Cahangir hakimiyyətə keçdiyi dövrdə Böyük Moğol İmperiyası dönəmin ən güclü dövlətlərindən biri idi. Sultan CahangirƏkbər şahdan fərqli olaraq daha çox zövq və əyləncəyə düşkün hökmdardı. Bu səbəbdən onun hakimiyyəti illərində ciddi bir uğur əldə olunmadı. Sultan Cahangir Əkbər şahın başlatdığı hərbi siyasəti davam etdirdi.[69] Buna baxmayaraq demək olar ki, uğur əldə edə bilmədi. Səfəvilərlə baş verən toqquşmaların gedişində Qəndəhar şəhəri itirildi.[70] Mavardakı racputlarla aparılan mübarizə 1614-cü ildə başa çatdı. Əkbər şahın Əhmədnaqara başlatdığı yürüşlər davam etdirildi, amma bu yürüşlərin çoxunun qarşısı Həbəşi Məlik Ənbər tərəfindən alındı. Daha sonra orduya rəhbərlik Şahzadə Xürrəmə[q 2] tapşırıldı. Şahzadə Xürrəm 1617 və 1621-ci illərdə baş vermiş döyüşlərdə qələbə qazanaraq sülhə nail oldu.
    Böyük Moğol İmperiyası 220px-Nurjahan

    Nur Cahanın portreti.[71] (1725).

    Sultan Cahangirin zəif iradəsi səbəbindən saraydakı intriqalara qadınlar da qarışmağa başladı. Daha sonra idarəetmədəki boşluqlar səbəbindən oğulları ilə də münasibətləri korlandı.[70] 1611-ci ildən sonra Sultan Cahangir həyat yoldaşı Nur Cahan,[72] qayınatası Etimad əd-Dövlə və digər qayınatası Asəf xanın təsiri altına düşdü. Nur Cahan qızı Mümtaz Mahalı Şahzadə Xürrəmlə, bacısını isə Şahzadə Xürrəmin kiçik qardaşı Şahzadə Şəhriyarla evləndirdi.
    Sultan Cahangirin hakimiyyətinin zəiflədiyi dövrdə Nur Cahanla Şahzadə Xürrəm arasında mübarizə başladı. Şahzadə Xürrəm 1622 və 1625-ci illərdə açıq-aşkar üsyan qaldırdı. 1621-1627-ci illərdə davam edən taxt-tac müharibələrində Şahzadə Xürrəm qalib oldu və digər rəqiblərini öldürdü. Şahzadə Xürrəmin qardaşı olan Şahzadə Şəhriyarı dəstəkləyən Nur Cahan isə 1645-ci ildə Lahorda sürgündə olarkən öldü. Sultan Cahangir də 1627-ci ildə Kəşmirdən Lahora gedərkən yolda öldü.[73][74]
    Sultan Cahangir hakimiyyətinin ilk illərində məşhur 12 hökmünü ilə bölgələrdəki tımar sahiblərinin vergi yığmasının qarşısını aldı. Onun əmri ilə ucqar yerlərdə karvansaray və məscidlər, şəhərlərdə isə xəstəxanalar tikildi. O, mirasla bağlı yeni nizamlama üsulu meydana gətirdi. Sultan Cahangir evlərə zorla daxil olmaq, günahkarların burun və qulaqlarının kəsilməsi kimi cəzaları ləğv etdi. Sultan Cahangir atası Əkbər şahın Din-i İlahi siyasətini də davam etdirmişdi.[69][75] Sultan Cahangir Yezuitlərin xalqın önündə İslam din xadimləri ilə mübahisə aparmasına və təbliğatlarına icazə vermişdi.
    Tarixçi
    Tarixçi


    Böyük Moğol İmperiyası Azerba10
    Haradan : Təbriz
    Inam : məsihi
    Mesajlar : 46
    Təşəkkürlər : 1

    Böyük Moğol İmperiyası Empty Re: Böyük Moğol İmperiyası

    Сообщение автор Tarixçi Вс Апр 30, 2017 12:30 pm

    Sultan Cahan şahın hakimiyyəti (1628-1658)[redaktə | əsas redaktə]


    Əsas məqalə: Sultan Şahcahan

    Böyük Moğol İmperiyası 150px-Shah_jahan_moguln


    Sultan Cahan şahın portreti. müəllif: Haşim, (1650).

    Böyük Moğol İmperiyası 180px-Mohur_of_Shah_Jahan_%28r._1628-1658%29_LACMA_M.77.55.12_%282_of_2%29


    Sultan Cahan şahın dövrünə aid qızıl sikkə.

    Sultan Cahan şah öz oğullarından başqa hökmdar nəslindən olan bütün kişiləri öldürərək hakimiyyətini möhkəmləndirmişdi. Sultan Cahan şah bundan sonra dövlətin idarə olunması məsələləri ilə məşğul oldu. O, ciddi hərbi uğurlar qazana bilmədi. Sultan Cahan şah atası Sultan Cahangirin hakimiyyəti illərindən ortaya çıxan ingilislərin fəaliyyətlərinə göz yumdu. İngilislərlə qurulan ticarət əlaqələri Böyük Moğol İmperiyasının vergi gəlirlərini artırsa da, ingilislərin burada möhkəmlənməsi və imtiyazlar qazanması gələcəkdə dövlətin süqutuna səbəb olan prosesləri sürətləndirdi.[70]
    Sultan Cahan şahın 30 il davam edən hakimiyyəti illərində dövlətin idarəolunması cəhətdən ciddi bir yenilik olmadı. Ara müharibələri səbəbindən hələ sağlığında hakimiyyətdən məhrum edildi. Tac Mahalın tikintisinin tamamlanmasından qısa müddət sonra Sultan Cahan şahın ağlını itirdiyini bəhanə edən oğlu Övrəngzeb hakimiyyətə keçdi. Sultan Cahan şah 1658-ci ildə həbsdə olduğu Aqra qalasında xəstələnərək öldü.[70][76]
    Tarixçi
    Tarixçi


    Böyük Moğol İmperiyası Azerba10
    Haradan : Təbriz
    Inam : məsihi
    Mesajlar : 46
    Təşəkkürlər : 1

    Böyük Moğol İmperiyası Empty Re: Böyük Moğol İmperiyası

    Сообщение автор Tarixçi Вс Апр 30, 2017 12:32 pm

    Sultan Övrəngzebin hakimiyyəti (1658-1707)[redaktə | əsas redaktə]


    Əsas məqalə: Sultan Övrəngzeb (Aləmgir)

    Böyük Moğol İmperiyası 220px-Aurangzeb_in_old_age_2

    Sultan Övrəngzeb Quran oxuyarkən. (naməlum rəssam). (1860-1870).

    Sultan Övrəngzeb hakimiyyətə sahib olduqdan sonra bölgələrdə hakimiyyətlərini gücləndirmək istəyən qardaşları mərkəzi hakimiyyətə və dövlətin ərazi bütövlüyünü təhdid edirdi. Sultan Övrəngzeb də atası kimi özünə rəqib ola biləcək bütün namizədləri öldürərək hakimiyyətini qanlı şəkildə möhkəmləndirdi. O, qardaşlarının yaratdığı təhdidi yox etsə də, hakimiyyətin müxtəlif pillələrində möhkəmlənən hindlilərin dövlət və ordudakı nüfuzunu qıra bilmədi.[70] Artıq bu dövrdə həm dövlət, həm də ordu məsələlərinə hindlilərin ciddi təsiri hiss olunurdu. Sarayda nüfuzlarını qorumağa çalışan türklərlə hindlilər arasındakı çəkişmələr dövləti çıxılmaz vəziyyətə salmışdı.[70] Sultan Övrəngzebin sələflərindən fərqli olaraq dini tolerantlığın qarşısını alması da vəziyyəti mürəkkəbləşdirmişdi.[77] Onun ölkədəki hindu məbədlərini dağıtması bugünün özündə də hindular və müsəlmanlar arasındakı münasibətlərin pis olmasının səbəblərindən biridir.
    Sultan Övrəngzebin apardığı müharibələr nəticəsində Böyük Moğol İmperiyası özünün ən böyük sərhədlərinə çatmışdı. Hindistan yarımadasının cənubunda yerləşən kiçik bölgədən başqa bütün yarımada dövlətə tabe edilmişdi. Bu dövrdə dövlətin ərazisi 3200000 km²,[78] əhalisi isə təqribən 150000000 nəfərdən[2] ibarətdi.
    Böyük Moğol İmperiyasının ciddi probleminə çevrilmiş müstəmləkəçi Avropa dövlətlərinin fəaliyyətləri Sultan Övrəngzebin hakimiyyəti illərində daha da gücləndi. Ölkədə imtiyazlı şərtlərlə fəaliyyət göstərən ingilislərlə yanaşı hollandlar da mövqe qazanmağa çalışırdı. Hollandlara da imtiyazlar verildikdən sonra Böyük Moğol İmperiyası xarici şirkətlərin axınına məruz qaldı.[70]Bütün bunlar növbəti illərdə Böyük Moğol İmperiyası ticarətinin tamamilə avropalıların əlinə keçməsinə şərait yaratmışdı. Müstəmləkəçilərin artan nüfuzu və onların Hindistanda möhkəmlənməsi Böyük Moğol İmperiyasını süquta aparan səbəblərdən olmuşdur. Sultan Övrəngzebin hakimiyyətdə olduğu 48 il Böyük Moğol İmperiyasının müstəqil və qismən sabit keçən son dövrü hesab olunur. Sultan Övrəngzeb 1707-ci ildə öldü və onun yerinə oğlu Məhəmməd Əzəm keçdi.[70]
    Tarixçi
    Tarixçi


    Böyük Moğol İmperiyası Azerba10
    Haradan : Təbriz
    Inam : məsihi
    Mesajlar : 46
    Təşəkkürlər : 1

    Böyük Moğol İmperiyası Empty Re: Böyük Moğol İmperiyası

    Сообщение автор Tarixçi Вс Апр 30, 2017 12:33 pm

    Böyük Moğol İmperiyasının zəifləməsi və süqutu[redaktə | əsas redaktə]

    Böyük Moğol İmperiyası 150px-An_imperial_order%2C_farman%2C_from_the_time_of_Shah_%27Alam_II%2C_dated_1776

    II Aləm Şahın fərmanı. (1776).

    Sultan Övrəngzebin ölümündən sonra hakimiyyətə keçən Məhəmməd Əzəm Şah[79] cəmi dörd ay hakimiyyətdə qala bildi.[80] Daha sonra Bahadır şah taxta keçdi.[81] Onun hakimiyyəti illərində yerli hakimliklərin gücü artmışdı və bu mərkəzi hakimiyyətin nüfuzuna ciddi təsir göstərirdi. Bu dövrdə güclənən yerli döyüşçü qəbilələrdən olan racpuclar üsyan qaldıraraq Böyük Moğol İmperiyasının hakimiyyətlərini tanımadıqlarını bildirdilər. Yerli hökmdarların üsyan qaldırmağını fürsət bilən əfqanlar da üsyan qaldırdılar. Əfqanlar hücum edərək şəhərlərdə qarətlər həyata keçirməyə başladılar. Sikhizm tərəfdarları da üsyan qaldırdıqdan sonra Bahadır şah böyük bir daxili qarışıqlıqla mübarizə aparmalı oldu. Yaranmış vəziyyətdən istifadə etməyə çalışaraq mövqelərini möhkəmləndirməyə çalışan ingilis və hollandların fəaliyyətləri vəziyyəti daha da ağırlaşdırırdı. Bahadır şahın 1712-ci ildə ölümündən sonra oğlu Cahandar onun yerinə keçdi.[70][81][82] Üsyanlarla mübarizə apara bilməyən Cahandar hakimiyyətdə uzun müddət qala bilmədi. 1713-cü ildə Cahandarın ölümündən sonra Fərruxsiyar hakimiyyəti ələ aldı.[82][83] Fərruxsiyar 6 ildən bir qədər artıq hakimiyyətdə qalmağı bacardı, amma onun hakimiyyəti illərində də üsyanların qarşısını almaq mümkün olmadı. Əfqanların, racputların, Sikhizm tərəfdarlarının və yerli hakimlər olan racələrin üsyanı onun da hakimiyyətinin başa çatmasına səbəb oldu. 1719-cu ildə hakimiyyətə keçən Rafi ud-Darajat da cəmi 98 gün hakimiyyətdə qala bildi.[83] Həmin il onu əvəz edən II Cahan şahın hakimiyyəti də 105 gün davam edə bildi.[83][84][85] Ondan sonra Məhəmməd şah hakimiyyətə keçdi.[86] 1723-cü ildə hakimiyyət çəkişmələri nəticəsində dövlət faktiki olaraq iki hissəyə bölündü. Taxtın digər varisləri qüvvələrini birləşdirərək Heydərabad xəttindən etibarən öz hakimiyyətlərini elan etdilər.[70][86]
    Üsyanlar və daxili çəkişmələr ölkəni xarici müdaxilə üçün müdafiəsiz vəziyyətə gətirmişdi. Yaranmış qarışıq vəziyyətdən Əfşarlar İmperiyasının əsasını qoymuş Nadir şah Əfşar istifadə etdi. 1737-ci ildə üsyan edən əfqanlara qarşı hücuma keçən Nadir şah Əfşar Herat və Qəndəharı tutdu. Əfqanların Böyük Moğol İmperiyasına sığınması nəticəsində Nadir şah Əfşar hücuma keçdi. Dehlinin şimal-qərbində yerləşən Karnala[87] qədər irəliləyən Nadir şah Əfşarla Məhəmməd şahın qüvvələri arasında 24 fevral 1739-cu ildə baş verən döyüş Məhəmməd şahın məğlubiyyəti ilə nəticələndi.[88][89] Məhəmməd şahın məğlubiyyəti dövlətin vəziyyətini daha da ağırlaşdırır. Nadir şah Əfşarın təkcə saray xəzinəsindən əldə etdiyi qənimətin miqdarı 700 milyon rupiyə çatırdı.[70] Böyük Moğol İmperiyası faktiki olaraq ikiyə bölünmüş, həm də paytaxtını itirmişdi.
    1748-ci ildə Məhəmməd şah öldükdən sonra yerinə Əhməd şah keçdi.[90] Bu dövrdə artıq Böyük Moğol İmperiyası özünün keçmiş qüdrətini itirmişdi. Əhməd şahın hakimiyyəti illərində əfqanlar müstəqilliklərini elan etdilər. Hücuma keçən əfqanlar bir sıra Moğol şəhərlərini də ələ keçirdilər. İngilis və holland müstəmləkəçilərin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatı tamamilə onların nəzarətinə keçmişdi.[70][90]
    Böyük Moğol İmperiyası 230px-Bahadur_Shah_Zafar

    II Bahadır Şahın 1858-ci ildə sürgündə olarkən çəkilmiş şəkli.

    1754-cü ildə ildə Əhməd şahın yerinə II Aləmgir şah keçdi.[90][91] Onun hakimiyyəti illərində də ciddi bir uğur əldə olunmadı. Əfqanlarla mübarizə aparmaq mümkün olmadı. II Aləmgir şah ölkədə təsirini artırmış ingilislərlə mübarizə aparmağa cəhd göstərsə də buna nail olmadı. Əksinə ingilislərin təsiri daha da artdı. II Aləmgir şahın 1759-cu ildə ölümündən sonra III Cahan şah hakimiyyətə keçdi.[90][91] 1759-cu ildə II Aləmgir şahın oğlu olan II Aləm şah hakimiyyəti ələ keçirdi.[92] Onun uzun müddət (46 il, 330 gün) davam edən hakimiyyəti illərində ciddi bir nailiyyət əldə olunmadı. İngilislərin təzyiqini azaltmağa çalışan II Aləm şahın qüvvələri ilə Britaniya Hindistanının qüvvələri arasında 1764-cü ildə Buksar döyüşü baş verdi. II Aləm şah bu döyüşdə məğlub oldu və nəticədə ölkədə hakimiyyət faktiki olaraq ingilislərin nəzarətinə keçdi. II Aləm şahın 1806-cı ildə ölümündən sonra hakimiyyətə keçən[92] II Əkbər şah 31 il hakimiyyətdə qala bildi.[93] II Əkbər şah hakimiyyəti illərində Böyük Britaniyadan asılı olaraq fəaliyyət göstərib[93] və onun hökmdarlığı formal xarakter daşıyıb. Onun 1837-ci ildə ölümündən sonra yerinə keçən oğlu II Bahadır şah da atası kimi Böyük Britaniyadan asılı idi. II Bahadır şah 1857-ci ildə baş vermiş Sipahilər üsyanına rəhbərlik etməyə məcbur edilmişdi. Sonralar o, ingilislər tərəfindən xəyanət etməyə məcbur edildi və həbs olunaraq ailəsi ilə birlikdə Birmaya sürgün edilmişdir. Beləliklə 1857-ci ildə Böyük Moğol İmperiyası süqut etmiş, torpaqları Britaniya Hindistanının tərkibinə qatılmışdır.[70][94]

    İdarəetmə[redaktə | əsas redaktə]

    Böyük Moğol İmperiyası 220px-Posthumous_portrait_of_Mughal_Empreror_Akbar

    İdarəetmədə islahatlar aparan Böyük Əkbərin portreti. (naməlum rəssam)

    Böyük Moğol İmperiyasının əsası qoyulduqdan sonra yerli idarə üsulu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar edildi.[12][13] Böyük Əkbərin hakimiyyəti illərində idarəetmədə bir sıra yeniliklər tətbiq olundu. Böyük Əkbər hakimiyyəti illərində müxtəlif etnik ünsürlərdən təşkil olunmuş ölkəni idarə etmək üçün Mənsəbdari adlanan idarəetmə sistemi qurmuşdu. Bu idarəetmə sistemində önəmli vəzifələr etibarlı şəxslərə verilmişdi.[67]

    Mərkəzi hakimiyyət[redaktə | əsas redaktə]

    Böyük Moğol İmperiyasına qeyri-məhdud səlahiyyətlərə sahib hökmdar rəhbərlik edirdi. Hökmdarlar müxtəlif vaxtlarda SultanŞah kimi titullar daşımışdı. Böyük Əkbər idarəetməni nizama salmaq üçün mərkəzi hakimiyyəti bölmələrə ayırmışdı. Hər bölmə ona təyin olunmuş rəhbərə tabe idi. Baş Vəzir (Vəziri Əzəm) önəmli məsələlərdə hökmdarın məsləhətçisi idi. Baş Vəzir digər Vəzirləri təyin edirdi və onlar Baş Vəzirə tabe idi. Dövlətin xəzinə və maliyyəsi Divanbəyinə tabe idi. Hərbi vəzifələrə təyinat, əsgərlərin əmək haqlarının ödənilməsi, əsgər toplanması və qeydiyyatından Miri Bəxşi cavabdeh idi. Dini elmlərin inkişafı, mübahisəli məsələlərin şəriətə uyğun həlli, müsəlman din alimlərinin fəaliyyəti və zəkatı ehtiyyacı olanlara paylamaq kimi məsələlərdən Sədr-us-Sudur cavabdeh idi. Sədr-us-Sudur mərkəzi hakimiyyətin dörd önəmli vəzirindən biri idi. Sədr-us-Sudur ölkənin əyalətlərinə qazılar təyin etmək səlahiyyətinə sahib idi. Xani SamanMühtəsibMiri AtişDərgahi Dak ÇaukiDərgahi Tiksal kimi vəzifə sahibləri Sədr-us-Sudura tabe idi. Xani Saman sarayın qida məsələləri ilə məşğul olurdu. O, gəzinti və yoxlamalarda hökmdarı müşayiət edirdi. Yeməyin hazırlanması, çadırların qurulması və mətbəxin nizamlanması kimi işlərdən cavabdeh idi. Əxlaqi dəyərlərin yerinə yetirilməsini yoxlayan nəzarətçiyə Mühtəsib deyilirdi. O, bu dəyərləri pozanları cəzalandırırdı. Hökmdarın topxanasından Miri Atiş cavabdeh idi. Poçt işləri ilə məşğul olan baş nəzarətçiyə Dərgahi Dak Çauki deyilirdi. O, hər cür poçt işlərinə nəzarət etməklə yanaşı, həm də idarəetmənin müxtəlif bölmələrinin fəaliyyətini nəzərdən keçirərək hökmdara məlumat verirdi. Dərgahi Tiksal hökmdarın zərbxanasından cavabdeh idi.[67]

    Yerli idarəetmə[redaktə | əsas redaktə]

    Böyük Moğol İmperiyası 250px-Asif_musicians_1812

    Böyük Moğol İmperiyasının əyalət divanını təsvir edən səhnə, (1812).

    Böyük Əkbər cagirdarlıq sisteminə son qoyaraq dövləti 12 əyalətə bölmüşdü. Qalibiyyətli döyüşlər nəticəsində sonradan bu əyalətlərin sayı 15-ə çatdı. Bu əyalətlərə Allahabad, Aqrah, Oud, Kəşmir, Əhmədabad, Benqal, Bihar, DehliKabilLahorMultan, Malva, Barar, Handeş və Əhmədnaqar daxil idi. Bəzi tarixçilər əyalətlərin sayının 18 olduğunu qeyd edirlər.[67][95]
    Əyalətdə ən böyük vəzifə sahibi və hökmdarın əyalətdəki nümayəndəsi Sipahdar (Sipahsa olaraq da adlandırılırdı) hesab olunurdu. O, əyalətdə təhlükəsizlik və sabitlikdən cavabdeh idi. Həmçinin əyalət ordusunun baş komandanı idi. O, hökmdarın qanunlarının əyalətdə icra olunmasına nəzarət edirdi. Hər bir əyalətin Divanbəyi olurdu. Əyalət divanbəyiləri mərkəzi hakimiyyət tərəfindən təyin olunurdu və vergi toplanmasından cavabdeh idi. Bu işdə ona Amil,[q 3] Tabaqçı[q 4] və Xəzinədar kömək edirdi. Sipahdarın əmri ilə əsgər toplamaq, ordunu nizama salmaq və əyalət əsgərlərinin əmək haqlarını ödəməklə Bəxşi məşğul olurdu. Hər bir əyalətdə Bəxşi mərkəzi hakimiyyətdə təmsil olunan Miri Bəxşinin göstərişi ilə təyin olunurdu. Əyalətlərin dini məsələləri və zəkatın bölüşdürülməsindən Sədr cavabdeh idi. Sədrlər Sədr-us-Sudur tərəfindən təyin olunurdu. Sədrlər həmçinin əyalətdəki vəqf torpaqlarına nəzarət edirdi. Əyalət qazıları sərkər və pərganah qazılarının fəaliyyətlərinə nəzarət edirdi. Vaqah Nigar və Savanih Navis vəzifələrinə təyin olunanlar əyalətin idarə olunması və vacib hadisələr haqqında mərkəzi hakimiyyəti məlumatlandırırdı. Əyalət mərkəzlərinin təhlükəsizliyindən cavabdeh olan şəxs Qutval adlanırdı. O, həmçinin şəhərə yeni gələnlərə nəzarət etmək, onların yerlərini müəyyənləşdirmək və varissiz ölənlərin mallarına nəzarət etmək kimi işləri yerinə yetirirdi. Miri Bəhr qayıqlar və körpülərdən istifadə edənlərdən vergi toplamaqla məşğul olurdu. O, həmçinin dəniz yolu ilə aparılan daşımalara da nəzarət edirdi.[67]
    Hər bir əyalət sərkərlərə bölünmüşdü. Sərkərlər də öz növbəsində pərganahlara bölünürdü. Pərganahlara Şıkdarlar rəhbərlik edirdi. Pərganahlar kəndlərə bölünürdü və onlara pançayat[q 5] rəhbərlik edirdi.[67]
    Tarixçi
    Tarixçi


    Böyük Moğol İmperiyası Azerba10
    Haradan : Təbriz
    Inam : məsihi
    Mesajlar : 46
    Təşəkkürlər : 1

    Böyük Moğol İmperiyası Empty Re: Böyük Moğol İmperiyası

    Сообщение автор Tarixçi Вс Апр 30, 2017 12:33 pm

    Xarici siyasət[redaktə | əsas redaktə]

    Moğol-Səfəvi münasibətləri[redaktə | əsas redaktə]


    Əsas məqalə: Səfəvi-Moğol əlaqələri

    Əsas məqalə: Səfəvi-Moğol müharibələri

    Böyük Moğol İmperiyası 250px-Shah_Tahmasp_I_and_Humayun

    Sultan Hümayun və I Təhmasib. (Görüş :1543QəzvinSəfəvilər dövləti). (Rəsm : Çəhəl Sütun Sarayı, İsfahanİran)

    Böyük Moğol İmperiyası 220px-Jahangir_%26_Abbas_I

    I Abbas və Sultan Cahangirin təsviri. (müəllif: Əbül Həsən)

    Böyük Moğol İmperiyası ilə Səfəvilər arasındakı münasibətlər bəzi dövrlərdə dostluq və müttəfiqliklə, bəzi dövrlərdə isə düşmənçilik və müharibələrlə müşayiət olunmuşdu. Dövlətin əsasını qoyan Baburla Səfəvilər arasındakı münasibətlər hələ Böyük Moğol İmperiyasının əsası qoyulmadığı dövrdən yaranmışdı. Babur və Şah İsmayıl ortaq düşmənləri olan Şeybani xana qarşı birgə hərəkət edirdi.[48] Səfəvilərin də köməyi ilə 1512-1513-cü illərdə Buxara və Səmərqənd ələ keçirildi.[49] Baburun Səfəvilərlə yaxınlaşması uzun müddət davam etmədi. 1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın Sultan Səlimə məğlub olmasından sonra özbəklərə olan Səfəvi təzyiqi azaldı. Bundan sonra Babur özbəklərin hücumları qarşısında geri çəkilməyə məcbur olmuş və Səfəvilərin dəstəyini itirmişdi.
    Səfəvi dövlətinin hökmdarı olan I Təhmasib 1537-ci ildə hücum edərək Qəndəharı tutdu. 1538-ci ildə Sultan Hümayun Qəndəharı geri qaytarmağa cəhd göstərsə də buna nail olmadı. Sultan Hümayun Şir şah Suri tərəfindən hakimiyyətdən məhrum edildikdən sonra Səfəvilər dövlətinin hökmdarı I Təhmasibə sığındı.[59] Şir şah Surinin Osmanlılarla yaxınlaşıb, Səfəvilərə düşmən olması səbəbindən I Təhmasibin dəstəyini qazanan Sultan Hümayun 1544-cü ildə Sultaniyyədə əldə olunan razılaşmaya əsasən Qəndəharın Səfəvilər dövlətinin tərkibində qalmasına razı oldu.[60] Bunun müqabilində I Təhmasib Sultan Hümayunu Şir şah Suriyə qarşı müdafiə etdi. Sultan Hümayun Səfəvilərin dəstəyi ilə hakimiyyətini bərpa etdikdən sonra iki dövlət arasında olan yaxın münasibətlər uzun müddət davam etmədi. Bundan sonra Sultan HümayunOsmanlılara yaxınlaşmağa cəhd göstərdi.
    Əkbər şahın hakimiyyəti illərində Səfəvilərlə münasibətlərdə Qəndəhar xüsusi əhəmiyyət daşıyırdı. Qəndəhar şəhəri bölgədə mühüm strateji və hərbi mərkəzdi.[96] 1558-ci ildə şəhər yenidən Səfəvilərin nəzarətinə keçmişdi.[97] Səfəvilərlə Böyük Moğol İmperiyası arasındakı münasibətlərə 1576-ci ildə I Təhmasibin ölümündən sonra son qoyulmuşdu.[98] Yalnız 1587-ci ildə Səfəvilər dövlətində I Abbasın hakimiyyətə keçməsindən sonra əlaqələr bərpa edildi.[99] 1595-ci ildə Əkbər şah Qəndəhara hücum etdi və şəhər müqavimət göstərmədən təslim oldu.[100] Səfəvilərlə Böyük Moğol İmperiyası arasındakı müharibənin ikinci mərhələsi Əkbər şahın ölümündən sonra (1605) oğlu Sultan Cahangirin hakimiyyəti illərində, 1606-cı ildə Böyük Moğol İmperiyasının qələbəsi ilə başa çatdı. Müharibənin üçüncü mərhələsi isə 1622-1623-cü illərə təsadüf edir. Qəndəhar ətrafında baş verən toqquşmalar Səfəvilərin qələbəsi ilə başa çatdı. Səfəvilər və Böyük Moğol İmperiyası arasındakı müharibənin sonuncu, dördüncü mərhələsi 1638-ci ildə başlamışdı. Bu mərhələnin əvvəllərində Sultan Cahan şah Qəndəharı ələ keçirmişdi. Səfəvi hökmdarı Şah Səfi bölgəni geri almaq üçün hücuma keçsə də, Xorasan istiqamətində irəliləyərkən Kaşan yaxınlığında öldü. Səfəvi-Moğol müharibələri 1653-cü ildə Qəndəharın Səfəvilərin tərkibində qalması ilə başa çatdı.

    Moğol-Osmanlı münasibətləri[redaktə | əsas redaktə]

    Böyük Moğol İmperiyası 220px-India_in_1605

    Böyük Moğol İmperiyası. (1605).

    Osmanlı dövləti ilə münasibətlərin qurulması Böyük Moğol İmperiyasının əsasının qoyulmasına təsadüf etmişdir. 21 aprel 1526-cı ildə Panipat döyüşündə Dehli sultanı İbrahim Ludinin qüvvələri ilə qarşılaşan Baburun ordusunda Osmanlı zabiti olan Mustafa Ruminin rəhbərlik etdiyi bir artilleriya taboru mövcuddu. Odlu silahın verdiyi üstünlük Panipat döyüşündə Baburun qələbə qazanmasında önəmli rol oynamışdı.[53] Sultan Hümayun Səfəvilərin dəstəyi ilə hakimiyyətini bərpa etdikdən sonra Osmanlılarla yaxınlaşmağa cəhd göstərmişdi. Sultan Hümayun Sultan Süleyman Qanuniyə "Padşah ata" deyə müraciət etdiyi məktub göndərsə də, onun məktubu cavabsız qalmışdı. 1556-ci ildə yıxılaraq zədələnən Sultan Hümayunun qonağı olan Osmanlı admiralı Seydi Əli Rəisin məsləhəti ilə Bədəxşanda əfqanlarla mübarizə aparan oğlu Əkbərə məktub yazaraq onu taxtın varisi təyin etməsi Osmanlılarla Böyük Moğol İmperiyası arasında münasibətlərin olmasından xəbər verirdi.[70]
    1569-cu ildə başqa bir Osmanlı admiralı Qurdoğlu Xızır Rəis Böyük Moğol İmperiyasının sahillərinə yaxınlaşmışdı. Osmanlı admiralların məqsədi Hind okeanında Portuqaliya krallığının artan gücünə qarşı mübarizə aparmaq idi. Əkbər şahın onlar vasitəsi ilə Sultan Süleyman Qanuniyə altı sənəd göndərdiyi məlumdur.[101][102] Əkbər şahın hakimiyyəti illərində Böyük Moğol İmperiyası ilə Osmanlı dövləti arasında ticarət əlaqələri inkişaf etdi. Bəsrə limani vasitəsi ilə Böyük Moğol İmperiyasından Osmanlıya ədviyyat, rəng, pambıq kimi ticarət malları daşınırdı.[103]
    Tarixçi
    Tarixçi


    Böyük Moğol İmperiyası Azerba10
    Haradan : Təbriz
    Inam : məsihi
    Mesajlar : 46
    Təşəkkürlər : 1

    Böyük Moğol İmperiyası Empty Re: Böyük Moğol İmperiyası

    Сообщение автор Tarixçi Вс Апр 30, 2017 12:34 pm

    Ordu quruluşu[redaktə | əsas redaktə]

    Böyük Moğol İmperiyası 220px-Padshanama_detail_horses%2C_small

    Böyük Moğol ordusunun süvariləri. müəllif: Əbdül Həmid Lahori, (1636).

    Böyük Moğol İmperiyasında Böyük Əkbərin islahatlarına qədər ordu quruluşu cagirdarlıq sisteminə əsaslanırdı. Cagirdarlar ordunu nizamlamaq və lazım gəldikdə ordu ilə birlikdə hərəkət etməyə borclu idi. Əsgərlərin əmək haqları, atların təchizatı xərcləri cagirdarın gəlirləri hesabına ödənilirdi. Cagirdarlar böyük ərazilərə sahib olmasına baxmayaraq saxladıqları ordu kiçik olurdu. Bu da onların haqsız qazanc əldə etməsinə səbəb olurdu. Bütün bunlar cagirdarlıq sisteminin qüsurlarından biri idi.[67]
    Böyük Əkbərin dövründə digər sahələrdə olduğu kimi ordu quruluşunda da islahatlar aparıldı. Əsgərlərin əmək haqlarının cagirdarların gəlirləri hesabına ödənilməsi qaydası ləğv olundu. Bundan sonra əsgərlərin əmək haqları hər ay dövlət xəzinəsi hesabına nəğd şəkildə ödənilirdi. Atların damğalanması sistemi davam etdirildi. İslahatlardan sonra əsgərlərin qeydiyyatı zəruri şəkildə aparılmağa başladı. İslahatlardan sonra ordu beş bölməyə (mənsəbdariəhədidəxlimüstəqil və vergi ödəyən racələrin orduları) ayrıldı.[67]
    Mənsəbdari ordu:[104][105] Mənsəb sözü mövqe, dərəcə mənasında işlənirdi. Böyük Əkbərin dövründə dövlət məmurları 33 dərəcəyə ayrılmışdı və hər dərəcənin əmək haqları müəyyənləşdirilmişdi. Ən kiçik rütbəli mənsəb sahibləri 10, ən böyük rütbəli mənsəb sahibləri isə 10000 əsgərə rəhbərlik edirdi. Tabeliyində olan əsgərlərin sayı 100-400 arası olanlar Mənsəbdar titulu daşıyırdı. 500-2500 arası əsgərə rəhbərlik edən mənsəb sahibləri Əmir adlanırdı. Tabeliyindəki əsgərlərin sayı 3000-dən çox olan mənsəb sahibləti Əmir əl-üməra adlanırdı. Əsgər sayı 7000-dən çox hərbi birliklərə əsasən Şahzadələr rəhbərlik edirdi. Böyük Əkbərin dövründə mənsəb verilərkən dini və milli ayrıseçkilik edilmirdi. Mənsəb sahibləri dərəcələr üzrə zamanla yüksəlirdi. Bəzən dərəcələr hökmdar tərəfindən birbaşa da verilə bilirdi.[67][106]
    Böyük Moğol İmperiyası 220px-Elephant_in_Battle

    Moğol ordusunun zirehli döyüş fili. naməlum müəllif, (1750-1770).

    Əhədi ordu: Bu birliklər yalnız süvarilərdən təşkil olunan xüsusi ordu idi. Əmək haqları hökmdarın xəzinəsi hesabına ödənilirdi. Bu birliklərə daxil olan hər əsgər çox yaxşı cins atlara sahib olmağa borclu idi. Bu birliklər hökmdara ən sadiq ordu hesab olunurdu.[67][107]
    Dəxli ordu: Bu birliklərə əsgərlər dövlət tərəfindən cəlb olunurdu. Dəxli ordusunun əsgərlərinin əmək haqları dövlət xəzinəsi hesabına ödənilsə də, onların təlim və nizam-intizamlarından mənsəbdarlar cavabdehlik daşıyırdı.[67][108]
    Müstəqil ordu:[108] Böyük Əkbərin hakimiyyəti illərində müstəqil ordunun əsgərlərinin sayı 25000 nəfərə çatırdı. Müstəqil ordu beş bölmədən (piyada, süvari, döyüş filləri, artilleriya və dəniz qüvvələri) ibarət olurdu. Mənsəbdari sisteminin qurulmasında başlıca məqsəd müstəqil ordunu gücləndirməkdən ibarətdi.[67][109]
    Vergi ödəyən racələrin orduları: Dövlətə vergi verən racələrin şəxsi orduları tələb olunduğu zaman yürüşlərdə iştirak etməli idi. Böyük Əkbərin hakimiyyəti illərində onun ordusunun tərkibində vergi ödəyən racələrin birlikləri də iştirak edirdi.[67][108]

    Elm və texnologiya[redaktə | əsas redaktə]

    Astronomiya[redaktə | əsas redaktə]

    Nəzəri astronomiyaya diqqət az olsa da, Moğol astronomları təcrübi astronomiyanı inkişaf etdirdilər və yüzə yaxın təqvim traktatı yazdılar. Sultan Hümayun Dehli yaxınlığında şəxsi rəsədxana inşa etdirmişdi. Moğol müşahidəçilər tərəfindən istifadə olunan alətlər və müşahidə qurğuları İslam ənənələrinə əsaslanırdı.[110][111] Xüsusilə Böyük Moğol İmperiyasında hazırlanan təhrifsiz ulduz qlobusu diqqətəlayiqdir.

    Kimya[redaktə | əsas redaktə]

    Şeyx Din Məhəmməd Moğol kimyagərliyindən çoxlu məlumatlar və şampun hazırlamaq üçün qələvi və sabundan necə istifadə etməyin qaydalarını öyrənmişdi. O, həmçinin II Aləm şah haqqında məlumatları qələmə alan önəmli yazıçılardandır. Şeyx Din Məhəmməd Dehli və Allahabad şəhərləri haqqında zəngin məlumatlar yazımışdır.
    Şeyx Din Məhəmməd Böyük Britaniya kralları IV Georq və IV Uilyamın saç həkimi olmuşdu. Həmin dövrdə kralların saçlarının tez tökülməsi problemi vardı və Şeyx Din Məhəmməd Moğollardan öyrəndiyi xüsusi şampunlar hazırlamaq metodları ilə kralların saçlarına qulluq edirdi.[112]

    Texnologiya[redaktə | əsas redaktə]

    Fətullah Şirazi fars alimi və mexanika mühəndisi idi. O, Əkbər şahın ordusu üçün yaylım atəşi aça bilən topu təkmilləşdirməsi ilə tanınır.[113]
    Əkbər şah ilk dəfə Sanbal döyüşündə döyüş fillərinə qarşı silindir formalı metal raketlərdən istifadə etmişdi.[114]
    1657-ci ildə Moğol ordusu Bidarın mühasirəsi zamanı da raketlərdən istifadə etmişdi.[115] Şahzadə Övrəngzebin qüvvələri raket və əl qumbaralarından istifadə edərək qala divarlarını dağıtmaq istəyirdi. Sidi Mərcanın raket zərbəsi barıt anbarına dəydiyindən ölümcül yaralandı və 27 gün ağır döyüşdən sonra Bidar Moğol orduları tərəfindən zəbt olundu.[115]
    Daha sonralar Maysurların Karnatik bölgəsi nəvvabının qüvvələrinə qarşı Jinci mühasirəsi zamanı istifadə etdiyi raketlər Moğol ordusunda istifadə olunmuş raketlərin təkmilləşdirilmiş versiyası idi.

    Memarlıq[redaktə | əsas redaktə]


    Əsas məqalə: Moğol memarlığı



    Moğol memarlığının nümunələrinə HindistanPakistanƏfqanıstan və Banqladeşdə rast gəlmək mümkündür. Beş illik hakimiyyəti ərzində Babur tikintiyə böyük maraq göstərmişdir. Hal hazırda o tikililərin bir neçəsi salamat qalıb. Onun nəvəsi Əkbər şahın dövründə geniş tikinti işləri aparıldı və memarlıq daha da inkişaf etdi. Bu tikililərin arasında atası Sultan Hümayuna tikdirdiyi məqbərə, Aqra qalası və Fatehpur Sikri qala-şəhəri daha məşhurdur. Əkbər şahın oğlu Sultan Cahangir isə Kəşmirdə Şalimar bağını saldırıb.
    Moğol memarlığı Sultan Cahan şahın dövründə zirvəyə çatıb. Onun göstərişi ilə Cama məscidi, Qırmızı qala, Lahorda Şalimar bağı və ən məşhur Moğol memarlığı incisi Tac Mahal tikilib.
    Sultan Cahan şahın oğlu Sultan Övrəngzebin başçılığı ilə Lahorda Padşah məscidi daxil olmaqla bir neçə tikili inşa olunub. Bu dövrdə imperiya ilə bərabər memarlığın da enişi baş verib.
    Tarixçi
    Tarixçi


    Böyük Moğol İmperiyası Azerba10
    Haradan : Təbriz
    Inam : məsihi
    Mesajlar : 46
    Təşəkkürlər : 1

    Böyük Moğol İmperiyası Empty Re: Böyük Moğol İmperiyası

    Сообщение автор Tarixçi Вс Апр 30, 2017 12:34 pm

    Sultan Cahangirin dövrü[redaktə | əsas redaktə]

    Böyük Moğol İmperiyası 220px-Hiran_Minar_and_Tank_05

    Hal hazırda Pakistanda yerləşən Hiran Minar (Ceyran minarəsi) abidəsi.

    Sultan Cahangirin dövründə hind memarlığının xüsusiyyətləri arxa plana çəkildi. Onun Lahorda tikdirdiyi mina təbəqəli kirəmitlə örtülmüş böyük məscid fars memarlığı üslübunda tikilib. Aqrada Etimad üd-Dövlə məqbərəsinin üstü pyetra dura mozaikası ilə örtülmüş ağ mərmərdən tikilib. Sultan Cahangir həmçinin Kəşmirdə Dal gölü sahilində ətraf tikililərlə birgə Şalimar bağını və Nişat bağını saldırıb. Bundan əlavə o, özünün ev heyvanı olan ceyran üçün hal hazırda Pakistanda yerləşən Şeyxpura şəhərində Hiran Minar (Ceyran minarəsi) abidəsini tikdirib. Sultan Cahangirin ölümündən sonra isə xanımı Lahorda onun üçün məqbərə tikdirib.

    Sultan Cahan şahın dövrü[redaktə | əsas redaktə]

    Sələflərindən fərqli olaraq Sultan Cahan şah böyük yox, zərif və zövqlü abidələr tikdirməyə üstünlük verib. Ondan əvvəlki hökmdarlar malik olduqları qüdrəti göstərmək üçün nəhəng tikililər inşa etdiriblər. Sultan Cahan şahın dövründə tikilən abidələrdə güc-qüdrət və orjinallıq zəriflik, incəlik və nəfisliklə əvəz olundu. Bunun bariz nümunəsi isə xanımı Mümtaz Mahala tikdirdiyi Tac Mahal məqbərəsidir. Aqra qalasındakı Moti məscidi (Mirvari məscidi) və Dehlidəki Cəma məscidi dəqiq simmetriya ilə tikilmiş əzəmətli abidələrdir. Sultan Cahan şah həmçinin Sultan Cahangirin məqbərəsini və Lahor qalasının bəzi hissələrini tikdirib. Moti məscidi, Şiş Mahal və Naulakha pavilyonu bunlara daxildir. O, həmçinin, Tattada öz adına Cahan şah məscidi tikdirib. Sultan Cahan şah taxtda çıxdığı zaman onun saray həkimi olan Şeyx Elməddin Ənsari Vəzir xanın adına Lahorda məscid tikdirib.

    Sultan Övrəngzeb və sonrakı hökmdarların dövrü[redaktə | əsas redaktə]

    Sultan Övrəngzebin dövründə hamarlanmış daşlar və mərməri kərpici çınqıl daşları və stukko üslublu ornamentlər əvəz etməyə başladı. Sriranqapatna və Laknauda hind-müsəlman memarlığının nümunələri mövcuddur. Sultan Övrəngzeb Lahor qalasında dəyişikliklər aparıb və indiki 13 qala qapısından birini o tikdirib. Bundan əlavə o, 1674-cü ildə Fidai Kokanın nəzarəti ilə Padşah məscidini tikdirib. Bu məscid Lahor qalasına yaxın tikilib və qırmızı qumdaşı ilə tikilən camaat məscidi seriyasından sonuncudur. Üslub cəhətdən Sultan Cahan şahın Şahcahanabadda tikdirdiyi məscidə çox yaxındır. Qırmızı qumdaşından olan qübbələr ağ mərməri və gözəl oymalarla ahəng yaradır.
    Bu dövrə aid digər tikililər hökmdar sayarındakı qadınlarla bağlıdır. Dəryaqanicdəki Zinət məscidinin tikintisi Sultan Övrəngzebin ikinci qızı Zinət əl-Nisanın nəzarəti ilə aparılıb. Sultan Övrəngzebin 1671-ci ildə ölən bacısı Röşənaranın məqbərəsi və bağı uzun müddət baxımsız qalıb, indi isə dağılmaq təhlükəsi var. Bibi Ka məqbərəsi isə Sultan Övrəngzebin oğlu Şahzadə Əzəm tərəfindən anası Dilras Banu Bəyim üçün Övrəngabadda tikilib.
    Moğol dövrünə aid başqa tikili isə Lalbağ qalasıdır (Aləmgir qalası kimi də tanınır) ki, Banqladeşin Dəkkə şəhərinin cənub-qərbində, Buriqanqa çayı yaxınlığında yerləşir. İnşasına 1678-ci ildə başlanıb. Bu dövrə aid Aləmgir darvazası isə 1673-cü ildə tikilib və Lahor qalasının əsas girişidir. Darvaza qərbə tərəf, Padşah məscidinə baxır.

    Moğol bağları[redaktə | əsas redaktə]

    Moğol bağları Moğol sülaləsi dövründə İslam memarlıq üslübunda tikilmiş bağlardır. Bağların üslubu fars və Teymuri memarlıq (türk) üslubundan da təsirlənib. Bağların düzxətli planı daş divarlarla hüdudlanıb. Bu bağlara xas xüsusiyyətlər hovuzlar, fəvvarələr və bağın daxilində axan kanalların olmasıdır. Ən məşhur nümunələri Tac Mahalda Çar bağ (çahar bağ – dörd bağ), LahordaDehlidə, Kəşmirdə Şalimar bağları və Haryanada Pincore bağıdır.

    Miras[redaktə | əsas redaktə]

    Böyük Moğol İmperiyası 220px-Babur_Cruise_Missle_at_Ideas_2008

    Böyük Moğol İmperiyasının əsasını qoymuş Baburun şərəfinə adlandırılan Pakistan istehsalı qanadlı raket. IDEAS beynəlxalq müdafiə sərgisi. (2008).

    Böyük Moğol İmperiyası Hindistanın tarixində önəmli rol oynamışdır. Teymurilər dövlətinin mirasının davamçısı olan Böyük Moğol İmperiyası Teymuri memarlığının ənənələrini daha da inkişaf etdirmiş və bu memarlıq abidələrindən bir çoxu günümüzə qədər gəlib çatmışdır. Moğol memarlığının ən önəmli abidəsi hesab olunan Tac Mahal Dünyanın yeni yeddi möcüzəsindən biridir.[116] Hal hazırda Böyük Moğol İmperiyasının irsinə HindistanPakistanBanqladeşÖzbəkistan və Qırğızıstan sahib çıxır.
    Hindistanda Böyük Moğol İmperiyası dövrünə aid filmlər çəkilmişdir. İlk sınaqları 2005-ci ildə həyata keçirilən Pakistana aid qanadlı raket "Babur" adlanırdı.[117] Özbəkistanda Babura heykəllər qoyulmuşdur. Hal hazırda Özbəkistanda yerləşən və Baburun anadan olduğu Əndican şəhəri "Babur yurdu" olaraq tanınır. Bu şəhərdə Babura həsr olunmuş xatirə parkında onun simvolik məzarı və muzeyi vardır.[118][119] Qırğızıstanın  şəhərində yerləşən Süleyman dağındakı Baburun evi pir kimi ziyarət olunur. İnanca görə evdəki mehraba istiqəmətlənmiş diz izləri Babura məxsusdur. Baburun Süleyman dağındakı evinə çıxan yolda inanclarla bağlı müxtəlif ayinlər icra olunur. Türkiyə Prezident Forsunda ulduzlarla təmsil olunan 16 tarixi türk dövlətindən biri də Böyük Moğol İmperiyasıdır.[120]

    Qalereya[redaktə | əsas redaktə]

    Memarlıq[redaktə | əsas redaktə]



      Текущее время Вс Май 19, 2024 2:06 pm